299
Количество и процент сильновосприимчивых сортообразцов у сахарной и
столовой свеклы был низким и равнялся соответственно 2,0% и 5,1%, а у
кормовой свеклы сильвосприимчивые сортообразцы полностью отсутствовали.
В результате исследований, проведенных одновременно по трем
разновидностям свеклы, выявлена неодинаковая степень поражаемости их
церкоспорозом. По степени поражаемости процент толерантных сортообразцов
превосходил остальные. Различия между сахарной, столовой и кормовой
свеклой были незначительны, процент поражаемости их колебался в пределах
44,4 – 52,1%.
Близкое соотношение поражаемости у сахарной, столовой и кормовой
свеклы, получено и по устойчивым и восприимчивым сортообразцам, процент
которых колебался в пределах 10,3 – 11,1% и 29,2 – 35,9% соответственно у
устойчивых и восприимчивых сортообразцов.
Таким образом, в результате исследований выявлена неодинаковая
степень устойчивости образцов свеклы к церкоспорозу. Степень поражения
болезнью колебалась от 0 до 5 баллов. Были выявлены иммунные и
высокоустойчивые сортообразцы, которые могут быть использованы в
селекции в качестве доноров устойчивости к церкоспорозу.
ЛИТЕРАТУРА
1. Растениеводство (под ред. акад. ВАСХНИЛ проф. П.П.Вавилова) М.:
Агропромиздат, 1986, 512 с.
2. Буренин В.И. Изучение и поддержание мировой коллекции
корнеплодов. Л.: 1989, 73 c.
3. Буренин В.И., Пивоваров В.Ф. Свекла. Санкт-Петербург, 1998, 140 c.
4. Шевченко В.Н. Эффективные приемы и способы борьбы с болезнями
сахарной свеклы. Киев, 1975, c. 13.
5. Пересыпкин В.Ф. Болезни технических культур. М.: Агропромиздат,
1986, 317 c.
6. Биология и селекция сахарной свеклы (под ред. акад. И.Ф.Бузанова).
М.: Колос, 1968, 686 с.
7. Доброзракова Т.Л. Сельскохозяйственная фитопатология. Л.: Колос,
1988, 327 с.
BETA VULGARİS L. NÖVÜNƏ AİD ÇUĞUNDUR SORTNÜMUNƏLƏRİN
CERCOSPORABETICOLA SACC. XƏSTƏLİK TÖRƏDİCİSİNƏ
DAVAMLILIĞI
N.X.Məmmədova, H.M.Şıxlinski
AMEA, Genetik Ehtiyatlar İnstitutu
300
Tədqiqat zamanı çuğundur sortnümunələrinin (şəkər, mətbəx, yem) təbii fonda
serkosporoz xəstəliyi ilə sirayətlənmələrinin davamlılığının müqayisəli şəkildə
fitopatoloji qiymətləndirilməsi aparılmışdır.
RESISTANCE OF BEET ACCESSIONS BELONGED TO BETA VULGARIS
L. OF TO CERCOSPORA BETICOLA SACC PATHOGEN
N.Kh.Mammadova, H.M.Shikhlinski
ANAS, Genetic Resources Institute
Comparative phytopatological assessment of infection by sercosporosae in
natural background of beet accessions was carried out.
UOT 635.651
MƏRCİMƏK (LENS CULINARIS L.) SORT NÜMUNƏLƏRİNİN GÖBƏLƏK
XƏSTƏLİKLƏRİLƏ YOLUXMASININ FİTOPATOLOJİ
QİYMƏTLƏNDİRİLMƏSI
A.D.MƏMMƏDOVA, H.M.ŞIXLİNSKİ
AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı, AZ1106, Azadlıq prospekti 155, Azərbaycan
e-mail:sh.haci@yahoo/com
Məqalədə mərcimək (Lens culinaris L) sortnümunələrinin göbələk xəstəlikləri
ilə sirayətlənmələrinin fitopatoloji qiymətləndirilməsi və bu bitki nümunələri
içərisindən perspektivli və davamlılığı ilə seçilən bitkilərin donor materialı kimi
istifadə edilməsindən bəhs edilir.
Açar sözlər: paxlalılar, mərcimək, qiymətləndirmə, donor, xəstəlik,
fitopatologiya, davamlılıq, immunoloji qiymətləndirmə
Ключевые слова: бобовые, чечевица, оценка, донор, болезни,
фитопатология, устойчивость, иммунологическая оценка
Key words: leguminous, lentil, estimation, donor, diseases, phytopathology,
resistance immunological evaluation
Mərcimək
birillik bitki olmaqla, nisbətən alçaqboyludur. Mərcimək
respublikamızda yetişdirilən əsas dənli paxlalı bitkilərdən biri olub, əsas etibarilə
ərzaq bitkisidir. Dənli paxlalı bitkilər içərisində mərcimək özünün yüksək zülal
tərkibi ilə fərqlənir. Bu baxımdan o, yalnız soyadan geri qalır.
Mərcimək insan və heyvan orqanizmləri tərəfindən yaxşı mənimsənilir və
yüksək qidalılıq xüsusiyyətinə malikdir.
Mərcimək qida məhsulları içərisində mühüm yerlərdən birini tutur. O Avropa,
Şimali Afrika, Kanada, ABŞ, Avstraliya və Latın Amerikasında geniş becərilir.
301
Mərciməyin dənində 23,8-32,0% zülal, 47,3-60,21% azotsuz ekstiraktiv maddələr və
0,63-2,1% piy yağları vardır. Stress amillərə davamlı radionukleotidləri özündə
toplamır, qışa davamlılığı ilə seçilir.
Respublikamızda ərzaq üçün istifadə olunan və qədim zamanlardan becərilən
paxlalı bitkilərdən mərciməyi göstərmək olar. Bu bitkinin dəni karbohidratlarla,
zülallarla, əvəz olunmayan amin və yağ turşuları, vitaminlərlə (xüsusən B qrupu) və
minerallarla zəngindir.
Dəmyə bölgələrində mərciməyin digər bitkilərə nisbətən üstünlüyünü nəzərə
alaraq, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu bitkini gələcəkdə
əkinçilik üçün perspektivli bitkilər siyahısına salmış və quraq regionlarda
becərilməsini tövsiyə etmişdir [1; 3; 6; 7].
Respublikamizda ərzaq probleminin həlli ilə əlaqədar olaraq yüksək məhsuldar,
biotik və abiotik stress amillərə davamlı, keyfiyyətli yerli sortların yaradılması,
optimal becərmə texnologiyasının müəyyən edilməsi, toxumçuluğun təşkili və yayımı
qarşıda duran problemlərdəndir. Ölkəmizin ayrı-ayrı bölgələrində becərilən
mərcimək nümunələri tez-tez kütləvi surətdə fuzarioz xəstəliyinə tutulur ki, bunun da
nəticəsində istehsalın rentabelliyi aşağı düşür və fermerlərin bu sahəyə marağı azalır.
Becərilən yerli formalar qısaboylu olduğundan məhsulun əmtəəlik xüsusiyyətləri də
yüksək olmur [2; 8; 9]. Buna görə də xəstəliklərə davamlı, yüksək məhsuldar,
hündürboylu, əmtəəlik xüsusiyyyətləri yüksək olan yeni mərcimək sortları yaratmaq
məqsədilə 1997-ci ildən başlayaraq ICARDA Beynəlxalq Elm Mərkəzindən hər il
müxtəlif mənşəli mərcimək nümunələri introduksiya olunur. Alınmış nümunələr
Abşeron və Cəlilabad bölgələrində ekoloji sınaqlardan keçirilir. Öyrənilən nümunələr
üzərində fenoloji müşahidələr aparılır, onların xəstəliklərə, yatmaya, şaxtaya,
quraqlığa qarşı davamlılığı öyrənilir.
Digər paxlalılar kimi mərcimək bitkisi də kökdəki yumrucuq bakteriyaları
vasitəsilə havanın sərbəst azotunu mənimsəyərək torpağı azotla zənginləşdirir. Bu
bitkilərdən sonra sahəyə əkiləcək başqa bitkilər təbii azotla təmin olunmuş olur ki, bu
da ekologiyanın çirkləndiyi bir vaxtda kimyəvi gübrələrdən az istifadə olunmasına
səbəb olmuş olur [2; 4; 5; 8; 9].
Beləliklə, göstərilənləri nəzərə alaraq tədqiqat materialı kimi yerli və
introduksiya (ICARDA) olunmuş mərcimək nümunələri götürülmüşdür. Bu
nümunələr üzrə tədqiqat işləri AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun AETB-da
aparılmışdır. Tədqiqat materialı kimi mərcimək (Lens culinaris) nümunələri “Dənli
taxıl və paxlalı bitkilər” laboratoriyasından alınmışdır. Beynəlxalq deskriptora əsasən
müxtəlif bölgələrdən toplanmış mərcimək Abşeron şəraitində öyrənilir. Tədqiqat
işində 21 nümunənin təbii fonda göbələk xəstəliklərinə yoluxmasının fitopatoloji
tədqiqi və qiymətləndirilməsi aparılmışdır.
Tədqiq olunan mərcimək (Lens culinaris) bitkisinin göbələk xəstəliklərinə qarşı
qiymətləndirilməsi BMT-nin tərtib etdiyi şkalaya əsasən aparılmışdır [10].
Aparılan qiymətləndirmə dövründə mərciməyin 21 sortnümunəsinin göbələk
xəstəliklərinə qarşı göstərdiyi nəticələr cədvəldə göstərilmişdir.
Cədvəldən göründüyü kimi, 2009-2013-cü illər ərzində 21 mərcimək genotipinin
göbələk xəstəlikləri ilə sirayətlənməsinin fitopatoloji qiymətləndirilməsi zamanı -