Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə139/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   135   136   137   138   139   140   141   142   ...   266

 

 

291 



 

davamlı  genotiplər  seçilərək,  seleksiyada  başlanğıc  material  kimi  istifadəsitövsiyyə 

olunmuşdur. 

 

Açar sözlər: arpa, sortnümunə, unlu şeh, helmintosporioz, xəstəlik, zərərverici, 

ilkin material 



Ключевые 

слова: 

ячмень, 


сортообразцы, 

мучнистая 

роса, 

гельминтоспориоз, болезнь, вредитель, исходный материал 



Key 

words: 

winter 


wheat, 

infection, 

fungus, 

powdery 


mildew, 

helmintosporium, disease, pest, initial material 

 

Dənli  bitkilərin  seleksiyasında  onların  müxtəlif  göbələk  xəstəliklərinə  və 



zərərvericilərə  davamlılığı,  böyuk  əhəmiyyətə  malikdir.  Stres  faktorlara  davamsız 

sortların  becərilməsi,  xeyli  miqdarda  məhsul  itkisinə  səbəb  olur.  FAO-nun 

məlumatlarına görə bu amillərin təsiri nəticəsində, dünyada, kənd təsərrüfatı bitkiləri 

üzrə məhsul itkisi təqribən 30-35 % təşkil edir [1; 2; 3]. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikası  olduqca  mürəkkəb  torpaq-

iqlim  şəraitinə  malik  olduğuna  görə,  becərilən  arpa  sortları  müxtəlif  göbələk 

xəstəlikləri  və  zərərvericilərlə  əhəmiyyətli  dərəcədə  yoluxur  [4;  5].  Müəyyən 

olunmuşdur  ki,  yarpaq  xəstəlikləri  içərisində  zolaqlı  (50%)  və  tozvari 

helmintosporioz  (45%)  üstünlük  təşkil  edir.  Tozvari    helmintosporioz  bitkinin 

kollanma  fazasında,  zolaqlı  helmintosporioz  isə  həm  kollanma,  həm  də  sünbülləmə 

fazasında  rast  gəlinir  [1].  Digər  xəstəliklərdən  cırtdan  pas  28%,  sarı  pas  49%, 

rinxosporioz  15%,  septorioz  28%,  unlu  şeh  40%  yayılmışdır  [1;  5;  6].  Ədəbiyyat 

məlumatına  görə  sarı  pasdan  məhsul  itkisi  25-30%,  toz  sürmədən  10-20%,  unlu 

şehdən 8-20, bəzən 30-40%, helmintosporioz xəstəliklərindən (70-80 % yoluxduqda)  

10-34% olur. Bu zaman məhsulun keyfiyyəti olduqca pisləşir [7; 8]. 

Uzun  illərdir  seleksiyaçı  alimlərin  apardığı  tədqiqatlar  sübut  etmişdir  ki,  stres 

faktorlardan  hesab  olunan  xəstəlik  və  zərərvericilərə  qarşı  davamlı  sortların 

yaradılması,  fasiləsiz  olaraq  davam  etdirilməlidir.  Qeyd  olunur  ki,  xəstəlik  və 

zərərvericilərə davamlı sortlar  yaradıldıqca, paralel olaraq patogenlər də mutasiyaya 

uğrayır və daha aqressiv formalar əmələ gəlir. 

Hazırda  becərilən  müasir  sortların  ən  zəif  xüsusiyyətlərindən  biri  də,  onların 

əksəriyyətinin  müxtəlif  zərərvericilərə  (milçəklərə,  mənənələrə  və  s.)  davamsız 

olmasıdır  ki,  bu  da  nəticədə  xeyli  məhsul  itkisinə  səbəb  olur.  Uzun  illərdir,  bu 

problemin  həlli  üçün  müxtəlif  mübarizə  üsulları  işlnib  hazırlanmaqdadır.  Bu 

üsullardan  biri də mövcud xəstəliklərə qarşı müxtəlif pestisidlərin tətbiq olunmasıdır. 

Bu  üsulla,  istənilən  zərərli  biofaktor  məhv  edilsə  də,  ekoloji  baxımdan  zərərli  olub, 

qida maddələrinin və ətraf mühitin çirklənməsinə səbəb olur [6; 9; 10]. 

Ekoloji sistemin qorunub saxlanması, ən prioritet sahələrdən biri olduğuna görə, 

kənd  təsərrüfatı  bitkilərinin  xəstəliklərə  və  zərərvericilərə  davamlı  sortlarının 

yaradılması  və  tətbiqi,  seleksiyanın  ən  başlıca  məsələlərindən  biridir  [11;12; 

13;14;15].  Müasir  seleksiya  metodlarından  istifadə  etməklə,  donor  genotiplərin 

iştirakı  ilə  stres  faktorlara  davamlı  sortların  yaradılması,  xeyli  miqdarda  məhsul 




 

 

292 



 

itkisinin  qarşısının  alınmasına  və  ekoloji  sistemin  təmiz  qalmasına  imkan  yaradır. 

Aparılan tədqiqatda seleksiya işləri, məhz bu istiqamətdə olmuşdur. 

Tədqiqat  obyekti  olaraq  ICARDA-dan  introduksiya  olunmuş  minə  yaxın  arpa 

rüşeym  plazması  2011-1015–ci  illərdə  Respublikanın  fərqli  bölgələrində  müxtəlif 

təsərrüfat-qiymətli  əlamətlərinə,  həmçinin  xəstəlik  və  zərərvericilərə  davamlılığına 

görə qiymətləndirilmişdir.  

Sortnümunələr  kolleksiya  pitomnikində  hər  biri  1  m

2

  sahədə  əkilmişdir. 



Aqrotexniki  qulluq  işləri,  bölgə  üçün  qəbul  olunmuş  qaydalara  uyğun  yerinə 

yetirilmişdir.Vegetasiya  müddətində  fenoloji  müşahidələr,  dənli  və  dənli-paxlalı 

bitkilərin öyrənilməsinə dair metodikaya uyğun aparılmışdır [16; 17].  

Sortnümunələrin,  sortların,  nömrələrin,  xətlərin  xəstəlik  və  zərərvericilərə 

davamlılığı təbii fonda öyrənilmişdir. Qiymətləndirmə 9 ballıq şkala ilə aparılmışdır: 

1 – davamlılığı çox zəif, 3 – zəif, 5 – orta, 7 – yüksək, 9 – çox yüksək [18; 19]. 

Seleksiya  materialının  zərərvericilərə  davamlılığı  da  müvafiq  metodikalara 

uyğun  olaraq  qiymətləndirilmişdir  [16].  Bitkilərin  vegetasiya  müddətində 

zərərvericilərin müşahidəsi, kollanma fazasından başlayaraq tam yetişmə dövrünədək 

davam etdirilmişdir. 

Tədqiqat  işləri  Əkinçilik  ETİ-nun  Tərtər,  Qobustan  və  Cəlilabad  BT 

Stansiyalarında, Şəki DM-də, ETPİ-nun Şirvan TS-da aparılmışdır. Tədqiqat işlərinin 

belə  geniş  araealda  aparılması,  seleksiya  prosesi  zamanı  patogenin  yayılmış 

populyasiyasına,  irsi  olaraq  kompleks  davamlı  genotiplərin  müəyyən  olunmasıdır. 

Məhz buna görə də seleksiya işi belə geniş arealda aparılmışdır.   

Müşahidələr  zamanı  tədqiqat  ilindən  asılı  olaraq,  arpanın  ən  geniş  yayılmış 

xəstəlik  və  zərərvericilərinin  çoxuna  rast  gəlinmişdir.  Suvarma  bölgələrində  (Tərtər 

BTS  və  Şirvan  TS)  əsasən  unlu  şeh,  pas  və  helmintosporioz  xəstəliklərinə, 

zərərvericilərdən isə hessen milçəyinə və bir sıra mənənələrə rast gəlinmişdir. Dəmyə 

şəraitində  bu  xəstəliklərə,  qismən  az  təsadüf  olunsa  da  helmintosporiozun  zolaqlı 

formasına  və  rinxosporioz  xəstəliklərinə  də  təsadüf  olunmuşdur.  Tədqiqat  illərində 

torpaq-iqlim şəraiti bir birindən tamamən fərqli  olduğuna  görə, sortnümunələrin stes 

faktorlara davamlılıq baxımdan düzgün qiymətləndirilməsi üçün təbii şərait  olduqca 

əlverişli  olmuşdur.  2011-2012-ci  və  2015-ci  illərdə  yazda  havanın  temperaturu  10-

25

0

С,  nəmliyin  isə  85-90%  olması,  göbələk  xəstəliklərinin  əhəmiyyətli  dərəcədə 



meydana  gəlməsinə  səbəb  olmuşdur.  Yazda  havanın  sərin  və  yağmurlu  olması, 

havanın  nisbi  nəmliyinin  artması,  patogenlərin  inkişafına  və  xəstəliyin  əmələ 

gəlməsinə səbəb olmuşdur. 2013-2014-cü illərdə isə havanın temperaturunun yüksək 

olması, yağmurların az miqdarda düşməsi, əvvəlki illərlə müqayisədə xəstəliklərin az 

olmasına səbəb olmuşdur. 

Ayrı-ayrı illərdə unlu şeh, gövdə pası, cırtdan pas və digər  xəstəliklər, bitkinin 

yarpaq  və  gövdələrini,  hətta  sünbüllərini  də  sirayətləndirə  bilir.  Müşahidələr 

nəticəsində  müəyyən  olunmuşdur  ki,  gövdədə  əmələ  gələn  sarı-boz  uzun  sporlar, 

gövdənin  epidermisini dağıdır  və inkişaf edən uredosporlar 18-21  mm uzunluğunda 

qara uzun xətlər əmələ gətirir. Bu xəstəliyə olduqca davamsız olan sortnümunələrdə, 

məhsuldarlıq xeyli azalır və cılız dənlər əmələ gəlir. Karlik, (cırtdan) pas xəstəliyinə 

tutulmuş bitkilədə isə, patogen  yarpaq səthini zədələyir və  onun səthində sarı  və  ya 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə