288
nümunədə bu göstəricinin 7,4-7,7%, 7 nümunədə - 6,7-7,0%, 6 nümunədə isə
nisbətən ən aşağı olmaqla 5,3-5,9% intervalında dəyişməsi müəyyən edilmişdir.
Dəndə zülal miqdarı standartdan artıq olan SP61 x 12/2012 nümunəsində (8,7%)
yağın miqdarı 5,3% təşkil edərək, standart və digər tədqiq edilən nümunələrə nisbətən
ən aşağı olmasına baxmayaraq yüksək, yağ miqdarına görə standart və digər tədqiq
edilən nümunələrlə müqayisədə yüksək (8,1%) olan SP79 x 14/2012; Sp 35 x 31
/2010 nümunələrində isə zülalın miqdarı aşağı olaraq 7,1 təşkil etmişdir.
Şəkil. Müsabiqəli sort yoxlama pitomnikində fərqlənən hibrid və
populyasiyaların dənində zülal və yağ miqdarı
Tədqiqatın nəticələrinə əsasən qeyd etmək olar ki, 2015-ci vegetasiya ilinin
qarğıdalı bitkisinin nəmliklə təmin olunmuş dəmyə şəraitində inkişafı üçün qeyri
əlverişli olmasına baxmayaraq, Qarğıdalı proqramı çərçivəsində həyata keçirilən
seleksiya işləri nəticəsində yaradılaraq Müsabiqəli Sort Yoxlama aparılan
nümunələrin dənin biokimyəvi tərkibinə görə tədqiqi zamanı 3-nün standartdan
yüksək (8,3-8,7%) və 4-nün standarta bərabər olmaqla 8,1-8,7% tərtibində zülal,14
nümunənin isə 7,0-8,1% tərtibində standart sortdan (Zaqatala-68 - 6,9%) yüksək yağ
göstəricisinə malik olmaları müəyyən edilmişdir.
Beləliklə, Zaqatala Bölgə Təcrübə Stansiyasında Toxumçuluq və artırma
sahələri və Müsabiqəli Sort Sınağı pitomnikində becərilən qarğıdalı sort və sabit
xətlərin 30%-i qovuqlu sürmə, 54%-i qonur ləkəlilik və 10% isə helmintosporioz
xəstəliklərinə yoluxmuşdur. Qeyd etmək lazımdır ki, bu il vegetasiya dövründə
temperaturun yüksək olması səbəbindən bölgədə törədicilərin inkişafı zəif olmuşdur.
Xəstəliklərə
sirayətlənmə
faizi aşağı olduğundan bikinin inkişafına və
məhsuldarlığına güclü təsir müşahidə edilməmişdir. Ağqanad kəpənəklə zədələnmə
yalnız aşagı yarus yarpaqlarda qeydə alınsa da, sort və sabit xətlərin 95-%-nin
zədələməsi müşahidə edilmişdir.
0
1
2
3
4
5
6
7
8
9
10
Dəndə
zülal
miqdarı, %
Dəndə
yağ
miqdarı, %
289
Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, yerli şəraitə uyğunlaşmış davamlı
sort və hibridlər seçilərək becərilməli, xəstəliklərə qarşı toxum materialları müasir
dərman preparatları ilə işlənməli, səpin becərmə şəraitinə müvafiq vaxt və normada
aparılmalıdır.
Kompleks aqrotexniki tədbirlər (torpağın düzgün becərilməsi, yemləmə
gübrələrinin gübrələrin verilməsi və s.) həyata keçirilməli, qovuqlu sürmə
xəstəliyinə qarşı mübarizə məqsədi ilə qovuq yetişdikdə partlayıb, sporların ətrafa
yayılaraq sağlam bitkiləri yoluxdurmasının qarşısını almaq üçün qovuqəmələgələn
yarpaq, qıça qoparılıb sahədən kənaredilməli, məhsul vaxtında yığılmalaraq, sahə
şumlanmalı və zərərvericilərin kütləvi yayılma dövründə optimal dozada kimyəvi
preparatlardan istifadə edilməlidir.
ƏDƏBİYYAT
1. Cəfərov İ.H. Fitopatologiya. Bakı-2012. Şərq-Qərb nəşriyyat, 68 səh.İSBN 978-
9952-769-2
2. Cəfərov İ.H.Tarla bitkilərinin xəstəlikləri. Bakı ELM, 2009, 328 səh. İSBN 978-
9952-453-09-6
3. Əliyev S.C. və başqaları - Qarğıdalının sənaye texnologiyası ilə becərilməsi,
Gəncə, 1991, 40s.
4. Məmmədova S.M., Dünyamalıyev S.A., Abdulbaqiyeva S.A., Kərimov N.İ.,
Sofiyev H.S.Yeni məhsuldar və keyfiyyətli qarğıdalı sort və hibridlərinin
yaradılması //Azərbaycan ET Əkinçilik İnstitutunun Elmi Əsərləri Məcmuəsi 23-
cü cild. Bakı.“Müəllim” nəşriyyatı, 2012. səh 178.
5. Методические указания по оценке качествa зерновых и масличных культур,
Москва, 1986, 23 с.
6.Ермаков А.И., Арасимович В.В, Смирнова-Иконникова М.И. и др. Методы
биохимического исследования растений// Изд-во «Колос», Ленинград, 1972,
с.313-316
7. Карпушкин Л. Т. Применение инфракрасного газоанализатора для изучения
СО
2-
газообмена растении, М., «Наука», 1971,с.45-71.
8.4th edition The CIMMYT Maize Program
2004.
http://afghanag.ucdavis.edu/b_field-crops/maize
1/Man_Maize_diseases_CIMMYT.pdf
9.
http://www.forestryimages.org/browse/subthumb.cfm?sub=9447
10.Sestak Z., Jarvis P.G., Catasky J. Criteria for selection of surtable methods. In:
Plant photosynthetic production. Manual of methods, Haque, 1971, p. 1-37
ИССЛЕДОВАНИЕ УСТОЙЧИВОСТИ К БИОТИЧЕСКИМ
СТРЕССАМ, ФИЗИОЛОГИЧЕСКИХ И БИОХИМИЧЕСКИХ
ПОКАЗАТЕЛЕЙ ОБРАЗЦОВ КОЛЛЕКЦИИ КУКУРУЗЫ
290
Э.Р.Ибрагимов
1
, С.М.Мамедова
1,3
, С.А.Абдулбагиева
1
,
С.A.Дунямалиев
1
, Г.С. Софиев
1-МСХ Научно-Исследователльский Институт Земледелия;
2-Закатальская Регионально-Экспериментальная Станция НИИ Земледелия; 3-
НАНА Институт Генетических Ресурсов
В Азербайджане, как и во многих странах мира в посевах зерновых
встречаются различные болезни и вредители, которые являясь одним из
основных лимитирующих факторов серьезно влияют на развитие и
урожайность растений. В статье дается информация о устойчивости к болезням
и вредителям, физиологических и биохимических показателей образцов
коллекции кукурузы в Закатальском районе республики.
STUDY OF BIOTIC STRESS RESISTANCE, PHYSIOLOGICAL AND
BIOCHEMICAL INDEXES OF MAIZE COLLECTION VARIETYSAMPLES
E.R.Ibrahimov
1
, S.M.Mammadova
1,3
, S.A.Abdulbagiyeva
1
,
S.A.Duyamalıyev
1
, H.S.Sofiyev
2
1- Ministry of Agriculture, Research Institute of Crop Husbandry; 2- Zakatala
Regional Experimental Station of ARICH; 3-ANAS Genetic Resources Institute
In Azerbaijan, as in many countries of the world in cereal crops are observed
disease and pests that being one of the main limiting factors, which seriously affect
the growth and yield of plants. The article provides information on diseases and pests
in maize crops of Zakatala Region of republic.
UOT 633.1:633/635:631.52
ARPANIN XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRİ, ONLARA QARŞI
MÜBARİZƏ
Q.A.NOVRUZLU a.e.ü.f.d., dosent, N.H.ƏZİZOVA b.ü.f.d
Əkinçilik Elmi Tədqiqat İnstitutu, Bakı ş. Pirşağa qəs., Sovxoz № 2,
e-mail: novruzlu_garib@mail.ru, namella@rambler.ru
Məqalədə Respublikanın Şirvan bölğəsində öyrənilən müxtəlif arpa rüşeym
plazmalarının xəstəlik və zərərvericilərə qarşı davamlılığı haqqında tədqiqatın
nəticələri verilmişdir. Tədqiqat zamanı müəyyən olunmuşdur ki, arpa sortnümunələri
genotipdən asılı olaraq xəstəlik və zərərvericilərə qarşı müxtəlif tolerantlıq göstərir.
Buna baxmayaraq, tədqiq edilən sortnümunələr arasından arpanın unlu şeh, pas,
helmintosporioz xəstəliklərinə və zərərvericilərdən hessen və isveş milçəklərinə