Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə136/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   132   133   134   135   136   137   138   139   ...   266

 

 

284 



 

məhsuldarlığına (dən və yaşıl kütlə) təsir göstərən əsas amillərdən biridə xəstəlik və 

zərərvericilərdir [3]. Tədqiqat illəri ərzində Zaqatala BTS-də vegetasiya dövründəbir 

sıra xəstəliklər müşahidə edilmişdir: 



Qarğıdalı  cücərtilərinin  fuzariozu  - bu xəstəlik  zamanı yeni cücərən bitkinin 

səthində  göbələyin  çəhrayı  və  ya  ağ  rəngli  örtüyü  görünür.  Xəstəliyə  yoluxan 

bitkilərin  kök  sistemi  zəifləyir,  bitkinin    inkişafı  sağlam  bitkilərə  nisbətən  daha  zəif 

olur,  yarpaqlar  quruyaraq  məhv  olur.  Xəstəlik  Fusarium  spp.  göbələyi  tərəfindən 

törədilir.Törədicilər  torpaqda,  bitki  qalıqlarında  və  toxumlarda  qalırlar.  Xəstəliyin 

vurduğu  ziyan  toxumların  yoluxma  dərəcəsindən  asılıdır.  Sirayətlənmiş  toxumların 

sayı  çox  olduqca  xəstə  bitkilərin  faizi    də  bir  o  qədər  artıq  olur.  Belə  ki,  xəstəlik 

yoluxan sahələrdə cücərmə 14-40% arasında dəyişərək aşağı düşür. 



Qarğıdalı qıçasının fuzariozu -  bu xəstəlik zamanı süd yetişmənin sonu, mum 

yetişmənin  əvvəlində  qıçaların  səthində  çəhrayı  rəngli  örtük  əmələ  gəlir.  Örtük 

artaraq dənləri də sirayətləndirir. Xəstəlik Fusarium verticoides Sacc. (moniliforme J. 

Sheld.)  ğöbələyi  tərəfindən  törədilir.  İnfeksiya  mənbəyi  sirayətlənmiş  toxumlar  və 

sahədə  qalan  qalıqlardır.  Göbələyin  inkişafı  üçün  minimum  temperatur  10-14

0

C, 



maksimum  isə  35-39

0

C-dir.  Yüksək  rütubət  törədicinin  inkişafını  gücləndirir. 



Xəstəlikməhsuldarlığın  aşağı  düşməsinə  səbəb  olur  və  həmçinin  onun  keyfiyyətini 

pisləşdirir.  Güclü  xəstəliyə  yoluxanbikinin  məhsulu  insan  və  heyvanlar  üçün 

zərərlidir. 

Qarğıdalı gövdələri, qıçaları və yarpaqlarının helmintosporiozu - bu xəstəlik 

cücərtiləri,  yarpaq,  yarpaq  qınları,  qıça  və  dənləri  yoluxdurur.  Törədici 

yarpaqlardabozumtul  və  ya    sarımtıl  tund  -  qəhvəyi  mərkəzli  ellips  formalı  yarpaq 

damarları  ilə  uzunsov  ləkələr  əmələ  gətirir.  Yarpaq  qınlarında  ləkələr  qəhvəyi, 

məxməri  haşiyəli  olub,  uzunluğu  5sm-ə  çatır.  Qıçalarda  tünd  haşiyəli  qəhvəyi 

milşəkilli  ləkələr  formalaşır.  Xəstəlik  toxumu  rüşeym    hissəsindən  qaraldır  və 

cücərmə  faizini  aşağı  salır.  Yarpaqların  ləkəliyinin  artması  və  qıçaların  çürüməsi 

xəstəliyin  güclü  yoluxma  əlamətidir.  Törədicisi    Helminthosporium  maydisY.  Nisik. 

&  C.  Miyake,    göbələyidir.  Patogen  10-36

0

C  inkişaf  edir.  Yoluxma  90-100%  nisbi 



rütubətdə həyata keçir. 

Qarğıdalının  ağ  çürüməsi  -  xəstəlik  gövdənin  aşağı  hissəsində  ağ  örtüklü 

ləkələr  əmələ  gətirir  və  tədricən  toxumaları  çürütməyə  başlayır.Xəstəlik  Sclerotinia 



sclerotiorum  göbələyi  tərəfindən  törədilir.  Törədici  torpaqda  və  bitki  qalıqlarında 

qalır. Xəstəliyin inkişafına yağmurlu hava və yüksək rütubət təkan verir. Gövdələrin 

yoluxması nəticəsində bitkilər zəifləyir və məhsuldarlıq 10%-ə qədər aşağı düşür. 

Qarğıdalının  nigrosporiozu  - torədici cücərtiləri və  yaşlı bitkiləri  yoluxdurur. 

Gövdənin  aşağı  hissəsi  qonurlaşır,  yumşalır  və  biki  yıxılır.  Xəstəlik  əsasən  yarpaq  

qını, gövdə və qıçalarda müşahidə edilir. Xəstəliyin təsirindən bitkinin gövdəsi çirkli-

qaramtıl rəng alır, qıçalar solğunlaşır,saplağı yumşalır və inkişafdan qalaraq uzununa 

ayrı-ayrı hissələrə parçalanır. Törədici Nigrospora oryzae Petch. göbələyidir. Patogen 

20-25


0

C–də  inkişaf  edir.  Səpin  müddətinin  gecikməsi,  bitkilərin  mexaniki  

zədələnməsi  sirayətlənməni  gücləndirir.  Törədici  bitki  qalıqlarında  (qıça,  gövdə  və 

yarpaq qınları) həyat qabiliyyətini qoruyub saxlayır. 



Qarğıdalının  qovuqlu  sürməsi  -  xəstlik  bitkinin  bütün  hissələrində,  əsasən 


 

 

285 



 

gövdə  və  qıçalarda  patoloji  törəmələr  əmələ  gətirir.  Törəmələr,  qovuqlar,  kök 

boğazında,  yarpaq  və  gövdələrdə,  süpürgə  və  qıçalarda  formalaşırlar.  Törədicisi 

Ustiloqo zeae Ung. göbələyidir. Xəstəliyin inkişafı üçün optimal temperatur 20-30

0

C-



dir.  Torpaqda  60%  rütubət  olması  törədicinin  inkişafı  üçün  kifayət  edir.  Bitkinin 

gövdə və qıçaları yoluxan zaman xəstəlik daha zərərlidir. Buzaman məhsuldarlıq 25-

30%-ə qədər azalır.  

Qarğıdalının  toz  sürməsi  -  xəstəlik  süpürgə  və  qıçaları  sirayətləndirir. 

Sirayətlənmiş  süpürgələr  qara  tozlanan  kütləyə,  qiçalar  isə  qara  spor  kütləsinə 

çevrilirlər.  Törədicisi  Sorosporium  reilianum  McAlp.  göbələyidir.  Xəstəliyin  ikişafı 

üçün optimal temperatur 28-30

0

C-dir. Yay aylarında  arabir düşən yağışlar patogenin  



inkişafına  münbit  şərait  yaradır.  Törədici  4-5  il  həyatiliyini  saxlaya  bilir.Əkin 

sahələrində  xəstəliyə  yoluxma  10-25%    olduqda,  məhsuldarlıq  40%  qədər  azalır  [1; 

2]. 

Qarğıdalının  qonur  ləkəlilik    xəstəliyi - törədici göbələk,  bitkinin yarpağını, 

yarpaq qınını, gövdələri və nadir hallarda qıçaları yoluxdurur. Xəstəliyin simptomları 

əvvəlcə sarı nöqtələr daha sonra, qonur-qəhvəyi, bənövşəyi-qonur, qımızımtıl-qonur 

və  məxməri  rənglərdə  yarpaq  ayalarında  müşahidə  edilir.  Xəstəliyin  törədicisi 



Physoderma  maydis  Waelr.  göbələyidir.  Xəstəliyin  inkişafı  üçün  optimal  temperatur 

23-30


0

C  və  yüksək  rütubət  tələb  olunur.  Xəstəliklə  güclü  sirayətlənmə, 

məhsuldarlığın  25%  azalmasına  səbəb  olur.  Törədici  bitki  qalıqlarında  və  torpaqda 

bir neçə il həyatiliyini saxlaya bilir. 

 Ədəbiyyat  araşdırmaları  əsasında  müəyyən  edilmişdir  ki,  respublikamızda  bu 

xəstəlik40-50-ci  illərdə  nadir  hallarda  müşahidə  edilmişdir.  Sonralar  bu  xəstəliyin 

törədicisi  və  sirayətlənmə  hallarına  rast  gəlinməsi  haqda  heç  bir  məlumat    aşkar 

edilməmişdir.  Uzunmüddətli  fasilədən  sonra  bu  xəstəlik  və  onun  törədicisi  ilk  dəfə 

tərəfimizdən  2014-cü  ildə    Zaqatalada  müşahidə  edilmişdir.  Aparılmış  araşdırmalar 

zamanı  yerli  ədəbiyyat  və    çap  edilmiş  fitopatoloji  hesabatlarda  törədici  haqqında 

məlumat  olmadığından,  laborotoriya  müayinələrinin  təhlili  internet  məlumatlarına 

əsaslandırılmışdır (

www.forestryimages.org

). 


Tədqiqat  materialı  Əkinçilik  ET  İnstitutunun  Qarğıdalı  seleksiyası  proqramı 

çərçivəsində  tədqiq  edilən  nümunələr  olmuşdur.    Xəstəliklər  “Qarğıdalı 

xəstəliklərinin  sahə  identifikasiyası”  (4th  edition  The  CIMMYT  Maize  Program, 

Maize  Diseases:  A  Guide  for  Field  Identification)  metodikası  əsasında  aparılmışdır 

[8; 9]. 

Qarğıdalının qonur ləkəlilik  xəstəliyi göbələyinin identifikasiyası sporangia və 

zoosporlar  vasitəsi  ilə  müəyyən  edilmişdir  (əldə  edilmiş  nümunələr,  ƏETİ-nin 

“Xəstəlik və zərərvericilərə nəzarət laborotoriyasında saxlanılır). 

2015-ci ilin vegetasiya dövründə Zaqatala Bölgə Təcrübə Stansiyasında xəstəlik 

və zərərvericilərin hesabatı aparılmış, sirayətlənmiş bitkilərdə fizioloji göstəricilərdən 

assimilyasiya  səthi  sahəsi  AAS-400  (Yaponiya)  (Hayashi  Denkon  CO.LTD) 

avtomatik  sahə  ölçən  cihazın  köməyi  ilə  ölçülmüş,  qaz  mübadiləsi  parametrləri 

fotosintezin  intensivliyi,  hüceyrəarası  boşluqda  CO

2

  miqdarı,  ağızcıqların  su 



keçiriciliyi,  transpirasiyanın  intensivliyi  daşınan  fotosintez  sistemindən  (Lİ-COR 

6400-XT,  Li-COR,  Biosciences,  ABŞ)  istifadə  etməklə  aparılmış,  dənin  biokimyəvi 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə