Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə134/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   130   131   132   133   134   135   136   137   ...   266

 

 

280 



 

 

Ona  görə  də  buğda  genotiplərinin  sarı  pasa  qarşı  davamlılığının  öyrənilməsinin 



hidrometeoroloji  parametrlərlə  paralel  olaraq  aparılması  daha  məqsədəuyğundur. 

Tədqiqat  illərində  hidrometeoroloji  parametrlərin  qiymətləri  1-ci  cədvəldə 

verilmişdir.Cədvəldən  göründüyü  kimi  2013-cü  ilin  aprel,  may  və  iyun  aylarında 

yağmurların  miqdarı  135,6mm,  havanın  nisbi  rütubəti  73-52%,  orta  temperatur  isə 

15-20º C olmuşdur. Bu şərait sarı pasın inkişafı üçün əlverişli olmuşdur. 2014-cü ilin 

həmin aylarında yağıntıların miqdarının nisbətən az olmasına baxmayaraq (47.1mm) 

havanın nisbi rütubəti (67-41%) və orta temperaturu (19-22ºC) bu ildə də sarı pasın 

inkişafına şərait  yaratmışdır. Eyni zamanda qeyd etməliyik ki, sarı pasın inkişafı və 

yayılması üçün hava şəraitinin gedişi 2013-cü ildə 2014-cü ilə nisbətən daha əlverişli 

olmuşdur.   

Dağlıq  Şirvan  şəraitində  seleksiya  işində  tətbiq  etmək  məqsədilə  344 

nümunədən  ibarət  olan    payızlıq  yumşaq  buğda  kolleksiyasının  morfofizioloji, 

aqronomik  xüsusiyyətləri  və  xəstəliklərə  davamlılıqları  tədqiq  edilir.  Nümunələrin 

sarı  pasa  qarşı  davamlılıqlarının  2012-2013  və  2013-2014-cü  vegetasiya  illərində 

öyrənilməsinin  nəticələri  (cədvəl  2)  göstərmişdir  ki,  genotiplərin  bu  xəstəliyə 

sirayətlənməsi  hər  iki  vegetasiya  ilində  fərqli  olmuşdur.  Yuxarıda  qeyd  etdiyimiz 

kimi  2012-2013-cü  vegetasiya  ilində,  xüsusilə  yaz-yay  aylarında  yağıntıların  çox 

olması havanın da nisbi rütubətinin yuxarı olmasına səbəb olmuşdur. Bu səbəbdən də 

tədqiq  olunan  genotiplərdən  sarı  pasa  həssas  olanların  siyarətlənməsi  2013-cü  ildə 

2014-cü  ilə  nisbətən  yüksək  olmuşdur.  Alınan  nəticələr  göstərmişdir  ki  (cədvəl  2),  

2013-cü ildə tədqiq olunan genotiplərin 22,4%-i, 2014-cü ildə isə  yalnız 7,3%-i  50-

100S həddində sarı pasa siyarətlənmişlər. Bu zaman 5-50S həddində siyarətlənmənin 

2013-cü  ildə  (32,8%)  2014-cü  ilə  nisbətən  (46,9%)  az  olması  2013-cü  ildə  sarı  pas 

sporlarının  inkişafı  üçün  daha  əlverişli  şəraitin  olması  səbəbindən  siyarətlənmənin 

daha da irəli gedərək 50-100S həddinə çatmasına  səbəb  olmuşdur. 

 

Cədvəl 2 



2013 və 2014-cü illərdə kolleksiyadakı nümunələrin növmüxtəlifliklərinə görə 

sarı pasla sirayətlənməsi

 

                                                                                                                                                                                                                                                                                                                                        



 

Növmüxtəlifliyi 

 

sayı 

5-50S 

50-100S 

5-50MS 

5-50MR 



2013  2014  2013  2014  2013  2014  2013  2014  2013  2014 

Lutescens 

93 

37,6 


34,4 

3,2 


12,9 


15,6 

5,6 



46,3 

44,4 


Erytrospermum 

117 


29,1 

45,8 


22,2 

7,5 


13,7 

10,8 


5,0 


35,0 

30,8 


Ferrugineum 

24 


33,3 

50,0 


20,8 

4,5 


4,2 

4,5 


4,5 


41,7 

36,5 


Graecum 

109 


33,0 

58,2 


38,5 

12,7 


9,2 

10,0 


5,5 


19,3 

13,6 


Albidum 



100 


100 





 Cəmi 


344 

32,8 


46,9 

22,4 


7,3 

11,3 


11,4 

5,2 



33,5 

29,2 


 

Qeyd edək ki, tədqiq olunan nümunələrdən sarı pasa meylli olanların sayı (5-50MS) 

2013 və 2014-cü illərdə  yaxın olmaqla, uyğun olaraq 11,3 və 11,4% təşkil etmişdir. 

2013-cü  ildə  tədqiq  olunan  yumşaq  buğda  nümunələrindən  orta  davamlı  olanı    (5-




 

 

281 



 

50MR)  müşahidə  olunmamışdır.  2014-cü  ildə  isə  nümunələrin  5,2%-i  orta  davamlı 

olaraq  qeyd  edilmişdir.  2013  və  2014-cü  ildə  kolleksiyada  olan  genotiplərin  uyğun 

olaraq 33,5 və  29,2 %-i tam davamlı olmuşdur. Digər tərəfdən 2014-cü ildə tədqiq 

olunan nümunələrin 5,2%-nin  5-50MR həddində orta davamlı olduğunu nəzərə alsaq 

(bu göstərici 2013-cü ildə  0-dır), o zaman 2013 və 2014-cü illərdə orta davamlı  və 

davamlı nümunələrin sayının həmin illərdə 33,5 və 34,4% olmaqla təxminən bərabər 

olduğu görünür.  

      Kolleksiyadakı  nümunələrin  növmüxtəlifliklərinə  görə  baxıldıqda  onların 

arasında fərqlərin olduğu görülmüşdür. Belə ki, cədvəl 2-dən göründüyü kimi 2013-

cü  ildə  bütün  əsas  4  növmüxtəlifliyinin  hər  birində  olan  tam  davamlı  nümunələrin 

miqdarı 2014-cü ilə nisbətən çox olmuşdur. Bu isə fikrimizcə 2014-cü ildə sarı pasın 

inkişafı  üçün  yaranan  orta  vəziyyətə  uyğun  olaraq  həmin  ildə  orta  davamlılığın  da  

(5-50MR)    qeyd  olunması  ilə  əlaqədar  olmuşdur.  5-50MR  və  R-də  olan  faizlərin 

cəminə baxdığımızda hər iki ildə həmin cəmin uyğun növmüxtəlifliklərində təxminən 

bərabər  olduğu  müşahidə  olunur.  Bu  isə  həm  2013  və  həm  də  2014-cü  ildə 

genotiplərin davamlılığının qalmasının və həmin  genotiplərdən seleksiya prosesində 

sarı pasa davamlılıq üçün istifadə oluna biləcəyinin göstəricisi kimi qəbul oluna bilər.  

    Ayrı-ayrı  növmüxtəliflikləri  müqayisə  olunduqda  (cədvəl  2)  2013-cü  ildə 

Lutescens  növmüxtəlifliyinə  aid  olan  genotiplərin  46,3%-nin  sarı  pasa  dayanıqlı 

olduğu  görülmüşdür. Digər növmüxtəlifliklərində isə bu göstərici az olmaqla uyğun 

olaraq    Erythrospermumda  35,0%,  Ferrugineumda  41,7%,  Graecumda  isə  19,3% 

olmuşdur.  Bu  isə  Dağlıq  Şirvan  bölgəsi  üçün  sarı  pasa  davamlılıqda    Lutescens, 



Erythrospermum və Ferrugineum növmüxtəlifliklərinə diqqət yetirməyin əhəmiyyətli 

olduğunu göstərir. 



 

ƏDƏBİYYAT 

 

1.

 



Seyidov  M.H.,  Qarayev  P.S.,  Mahmudov  R.U.  Azərbaycanda  sarı  pas 

epidemiyası  //Az.ETƏİ-nin  elmi  əsərləri  məcmuəsi,  XXIcild,  Bakı,  2005, 

s.151-157 

2.

 



Глинушкин  А.П.  Эффективность  применения  биологических  и 

химических  препаратов  в  комплексной  защите  яровой  пшеницы  от 

болезней  в  Оренбургском  Предуралье.://Дис.  канд.биол.наук.  Оренбург, 

2004, с 219 

3.

 

Волкова Г.В.Структура и изменчивость популяций возбудителей бурой и 



желтой ржавчины пшеницы на Северном Кавказе и обоснование приемов 

управления  внутрипопуляционными  процессами.  //Дис.  докт.биол.наук: 

Санкт Петербург, 2006, с 426 

4.

 



Abdullayev  A.M.,  Məmmədova  S.M,  Hacıyeva  S.K,  Kərimova  Ş.R.  Payızlıq 

buğda  nümunələrinin  Abşeron  şəraitində  xəstəliklərə  qarşı  davamlığı.  

//Az.ETƏT-nin elmi əsərləri məcmuəsi XXIII cild, Bakı 2012, s. 131-134 

5.

 



İbrahimov E.R., Seyidov M.H. Sarı pas xəstəliyinin yumşaq buğda sortlarının 

məhsuldarlıq  və  iqtisadi  göstəricilərinə  təsiri.//Az.ETƏT-nin  elmi  əsərləri 

məcmuəsi, XXIII cild, Bakı, 2012, s.134-139 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə