Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə133/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   129   130   131   132   133   134   135   136   ...   266

 

 

278 



 

UOT 633.1; 632.1; 632.3.4 

 

DAĞLIQ ŞİRVAN ŞƏRAİTİNDƏ PAYIZLIQ YUMŞAQ 

BUĞDANIN SARI PASA QARŞI DAVAMLILIĞININ TƏDQİQİ 

 

A.G.ZƏRBƏLİYEV

2

, C.M.TƏLAİ

1

, A.A.CAHANGİROV

2

, H.N.HƏMİDOV

2



B.M.ƏHMƏDOV

2

, Ş.R.KƏRİMOVA

1

 

1

ET Əkinçilik İnstitutu,  Az1098, Bakı, Sovxoz №2, talai_akinchi@box.az 

2

ETƏİ, Qobustan BTS, AZ 3700, Qobustan rayonu, Qobustan şəhəri, 

a.cahangir@hotmail.com

 

2012-2013  və  2013-2014-cü  vegetasiya  illərində  Dağlıq  Şirvan  şəraitində  344 



payızlıq  yumşaq  buğda  nümunəsinin  sarı  pasa  sirayətlənməsi  qiymətləndirilmişdir. 

Genotiplərin  30-35%-i  hər  iki  ildə  sarı  pasa  orta  davamlı  və  davamlı  olmuşdur. 

Nümunələrin  40-50%-i  bu  xəstəliyə  həssas  və  çox  həssas,  10-15%-i  isə  meylli 

olmuşdur.  Davamlı  nümunələrin  Dağlıq  Şirvan  bölgəsi  üçün  seleksiya  proqramına 

daxil edilməsi qərarına gəlinmişdir. 

 

Açar sözlər: payızlıq yumşaq buğda, seleksiya, sarı pas, kolleksiya, davamlılıq 

Ключевые  слова:  озимая  мягкая  пшеница,  селекция,  желтая  ржавчина, 

коллекция, устойчивость 



Key words: winter bread wheat, breeding, yellow rust, collection, resistance 

          

Buğda  respublikamızın  demək  olar  ki,  bütün  bölgələrində  becərilir.  Payızlıq 

buğdanın  vegetasiya  müddəti  uzun  olduğundan  o  bir  çox  biotik  və  abiotik  xarici 

mühit  amillərinin  təsirinə  məruz  qalır.  Bunların  arasında  quraqlıq,  yüksək  və  aşağı 

temperaturlar,  bir  sıra  göbələk  xəstəlikləri    və  başqalarını  göstərmək  olar.  Payızlıq 

buğdanın  inkişafında  bir  çox  fizioloji  proseslərin  gedişinə  və  yekun  nəticədə 

məhsuldarlığın  azalmasına  ən  çox  təsir  edən  biotik  faktorlardan  biri  də  sarı  pas 

xəstəliyidir.  Son  illərdə  respublikamızın  bir  çox  bölgələrində  sarı  pasın  geniş 

yayılması  nəticəsində  payızlıq  buğdanın  məhsuldarlığının  və  yekun  olaraq  toplam 

istehsalın  əhəmiyyətli  dərəcədə  aşağı  düşməsi  müşahidə  olunur.  Qeyd  edək  ki,  bu 

xəstəliyin  epifitotik  inkişafı  nəticəsində  respublikamızın  bütün  taxılçılıq 

təsərüfatlarında  25-30%-ə  qədər  məhsul  itkisi  müşahidə  olunur  [1].  Sarı  pasla 

mübarizədə  kimyəvi  vasitələrin  (Bayleton,  Tilt  və  s.)  tətbiqi  xəstəliyin  sporlarını 

məhv  edir  və  nəticədə  məhsul  itkisinin  qarşısı  alınır  [2;  3].  Lakin  qeyd  edək  ki, 

kimyəvi  mübarizə  tədbirləri  əlavə  xərclər  və  işçi  qüvvəsi  tələb  etdiyinə  görə  ən 

səmərəli yol sarı pasa qarşı davamlı genotiplərin yaradılması və istehsalatda tətbiqidir 

[4; 5]. Dağlıq Şirvan bölgəsi aqrar bölgə olmaqla burada kənd təsərrüfatı istehsalının 

taxılçılıq  sahəsi  geniş  yayılmışdır.  Suvarma  suyunun  az  olması,  qışın  uzun  müddət 

davam  etməsi,  yaz  və  yay  aylarında  temperaturun  çox  da  yüksək  olmaması  bu 

bölgədə dəmyə taxılçılığının tətbiqini şərtləndirir. Qeyd etmək lazımdır ki, mürəkkəb 

torpaq  iqlim  şəraitinə  malik  olan  Dağlıq  Şirvan  bölgəsində  taxıl  sortlarının  düzgün 

seçilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Bölgədə  yetişdiriləcək  taxıl  sortları  qışa, 



 

 

279 



 

şaxtaya, quraqlığa, xəstəlik və zərərvericilərə,  digər biotik və abiotik amillərə qarşı 

davamlı olmalıdır. Əks halda çətin torpaq iqlim şəraitində taxılların məhsuldarlığı və 

ümumi istehsal kəskin sürətdə aşağı düşə bilər. Dağlıq Şirvan bölgəsində yaz və yay 

aylarının  rütubətli  keçməsi  optimal  temperaturlarla  müşayiət  olunduqda  göbələk 

xəstəliklərinin  –  xüsusilə  də  sarı  pasın  inkişafı  üçün  əlverişli  şərait  yaranır.  Qeyd 

edək ki, bu bölgədə iqlim şəraitinin gedişinə görə sarı pasın yayılması respublikanın 

digər  bölgələrinə  nisbətən  daha  çox  müşahidə  olunur.  Ona  görədə  Dağlıq  Şirvan 

bölgəsində  sarı  pasa  davamlı  buğda  sortlarının  yaradılması  xüsusi  əhəmiyyətə 

malikdir.    Ona  görə  də  bu  bölgədə  seleksiya  işində  tətbiq  etmək  üçün  lazım  olan 

başlanğıc  materialın,  yəni  payızlıq  yumşaq  buğda  kolleksiyasının  sarı  pasa  qarşı 

davamlılığının öyrənilməsi məqsəd olaraq qarşıya qoyulmuşdur. 

        Tədqiqata  Əkinçilik  ElmiTədqiqat  İnistitunun  Qobustan  Bölgə  Təcrübə 

Stansiyasında  toplanmış  payızlıq  yumşaq  buğda  kolleksiyası  cəlb  edilmişdir. 

Kolleksiyaya  93  ədəd  Lutescens,  117  ədəd  Erythrospermum,  24  ədəd  Ferrugineum 

və110 ədəd Graecum növmüxtəlifliyinə aid olan genotip daxil olmuşdur. Təcrübələr 

2012-2013  və  2013-2014-cü  vegetasiya  illərində  Dağlıq  Şirvanın  Qobustan 

bölgəsində  ƏETİ-nun  Qobustan  BTS-nin  əkin  sahələrində  qoyulmuşdur.  Əkinlər 

bölgə  üçün  tətbiq  olunan  aqrotexniki  şərtlərə  tam  uyğun  olaraq  becərilmişdir. 

Vegetasiya  ilinin  aprel,  may  və  iyun  aylarında  təcrübə  bölmələrində  müşahidələr 

aparılmış  və  sarı  pasa  sirayətlənmənin  dərəcəsi  qəbul  olunmuş  beynəlxalq  şkala 

(

SİMMİT, İKARDA



) əsasında [6] qeyd edilmişdir. 

Məlumdur ki, buğda bitkisinin göbələk xəstəliklərinə sirayətlənməsi vegetasiya 

dövrü ərzində hava şəraiti ilə sıx sürətdə əlaqədardır. Belə ki, yaz aylarında və yayın 

əvvəlində  havaların  yağmurlu  keçməsi  və  havada  nisbi  rütubətin  yuxarı  olması  ilə 

yanaşı  temperaturda  göbələk  sporlarının  inkişafı  üçün  əlverişli  keçdiyi    (15-20º  C) 

zaman  taxılların  göbələk  xəstəliklərinə  və  xüsusilə  də  sarı  pasa  tutulması  müşahidə 

olunur. 

Cədvəl 1.                                                                                                                    

2012-2013 və  2013-2014-cü vegetasiya illərində bəzi hidrometeoroloji 

parametrlər 

 

Aylar 

2012-2013 

2013-2014 

Yağıntı, 

(mm) 

Orta 

temp., 

0



Havanın nisbi 

rütubəti,    % 

Yağıntı, 

(mm) 

Orta 

temp., 

0



Havanın nisbi 

rütubəti,    % 

Sentyabr 

23,1 

18,0 


63 

52,0 


19,5 

67 


Oktyabr 

24,1 


14,9 

74 


23,2 

11,2 


74 

Noyabr 


21,6 

7,8 


84 

11,2 


7,2 

80 


Dekabr 

28,7 


2,2 

82 


18,3 

-2,2 


79 

Yanvar 


27,5 

1,0 


78 

20,1 


0,1 

83 


Fevral 

48,2 


3,2 

87 


12,5 

-0,7 


83 

Mart 


28,9 

6,2 


72 

37,4 


4,9 

80 


Aprel 

40,2 


9,7 

73 


19,8 

10,7 


67 

May 


75,2 

15,7 


65 

23,2 


19,5 

52 


Iyun 

20,2 


19,5 

52 


4,1 

22,2 


41 

Cəmi: 


337,7 

 

 



222,3 

 

 



Orta: 

 

 



 

 

9,2 



 


Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə