Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə251/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   247   248   249   250   251   252   253   254   ...   266

 

 

 



 

 

 



534 

 

dövründə isə əksinə, nəmlik 0-25 sm qatda azalmışdır. Qeyd etmək lazımdır ki, seolit 



və peyin zəminində bütün variantlarda nəmlik nəzarətə nisbətən 5-6% çox olmuşdur 

[1]. 


Prof.  H.Ə.Aslanov  tərəfindən  boz-qəhvəyi  torpaqlarda  suvarma  şəraitində  təbii 

seolit  mineralının  gübrələrlə  birlikdə  kartof  bitkisi  altında  torpaq  nəmliyinə  təsiri 

öyrənilərkən müəyyən edilmişdir ki, yayda  yüksək temperaturun təsirindən torpağın 

0-25 sm-lik qatında təbii nəmlik azalır, torpaq səthi quruyur, bitkinin yeraltı kütləsi-

nin çox hissəsi isə həmin qatda yerləşir. Artıq yığım dövründə təbii nəmlik nəzarət və 

digər variantlarda aşağı düşür. Belə ki, yığım dövründə nəzarətdə  təbii nəmlik 0-25 

sm-likqatda  9,8-10,2  %  vəya  301,4-313,7  t/ha,  peyin  10  t/havariantında  10,6-10,8% 

vəya 326,0-332,1 t/ha, peyin  və  seolitin birlikdə  təsirindən bu rəqəmlər 12,7-13,2% 

vəya  390,5-405,9  t/ha-dır.  Peyin  və  seolit  zəminində  mineral  gübrələr  verdikdə  isə 

nəzərə çarpacaq dərəcədə nəmlik artımı müşahidə edilmişdir. Seolit 5 t/ha+ peyin 10 

t/ha+N

120


P

120


K

120


 variantında müvafiq olaraq 13,4-13,7 və ya 412,1-421,3 t/ha olmuş-

dur [3].  

Ədəbiyyat məlumatlarına əsasən belə nəticəyə gəlmək olar ki, yüksək uduculuq 

və  ion  dəyişkənliyinə  malik  olan  təbii  seolitin  torpağa  gübrələrlə  birlikdə  verilməsi 

torpaqda havalanmanı yaxşılaşdırır, kök sisteminin və bütövlükdə bitkinin normal bö-

yümə və inkişafını təmin edir. Torpaqda nəmliyi saxlamaqla suvarma suyuna qənaət 

edilir,  nitratların  bitkiyə  daxil  olması  azalır,  torpaqda  təsir  müddəti  3-5  il  qalır  və 

torpağın şum qatında qida maddələrinin yuyulması azalır ki, nəticədə gübrə itkisinin 

qarşısı alınır, bitkinin gübrədən istifadə əmsalı yüksəlir, bitkinin məhsuldarlığı artırır 

və keyfiyyəti yaxşılaşır. 

Yuxarıda  qeyd  olunanları  nəzərə  alaraq  tədqiqatın  aparılmasında  əsas  məqsədi 

ilk dəfə olaraq Gəncə-Qazax bölgəsində suvarılan boz-qəhvəyi (şabalıdı) torpaqlarda 

təbii seolit mineralının gübrələrlə birlikdə tətbiqinin pambıq bitkisinin becərilməsində 

səmərəliliyinin öyrənilməsindən ibarət olmuşdur.  

Tarla təcrübələri aşağıdakı sxemdə qoyulmuşdur: 1.Nəzarət (gübrəsiz); 2.Peyin 

10  t/ha;  3.Seolit  10  t/ha+peyin  10  t/ha  (zəmin);  4.Zəmin+N

60

P

90



K

60

;  5.Zəmin+ 



N

90

P



120

K

90



; 6.Zəmin+N

120


P

150


K

120.


 

Tarla  təcrübələriAzərbaycanETPİ-nin  Mərkəzi  təcrübə  bazasında  pambıq  bitki-

sinin  AzNİXİ-195  sortu  ilə  4  təkrarda  qoyulmuş,  hər  variantın  ümumi  sahəsi  120,0 

m

2



  (40x3,0  m)  olmaqla,  səpin  cərgə  üsulu  ilə  60x15  (1bitki)  sm  əkin  sxemində 

(hektara 60 kq toxum) aparılmışdır. Seolit 100% (3 ildə bir dəfə), peyin 100%, fosfor 

və kalium 80% payızda şum altına, fosfor və kaliumun qalan 20%-i yemləmədə, mü-

vafiq  inkişaf  mərləsində,  cərgəaralarına  verilmişdir.  Azot  isə  2  dəfəyə  yemləmə 

şəklində verilmişdir. Fenoloji müşahidələr 25 bitki üzərində, aqrotexniki tədbirlər isə 

bölgə üçün qəbul edilmiş qaydada aparılmışdır. 

 Torpaqların aqrokimyəvi xüsusiyyətlərini öyrənmək üçün təcrübə qoyulmazdan 

əvvəl 0-30; 30-60 və 60-100 sm-lik qatlardan götürülmüş torpaq nümunələrində qida 

elementlərinin  ümumi  və  mənimsənilən  formalarının  miqdarı  müəyyən  edilmişdir. 

Torpaq  nümunələrinin  təhlili  göstərir  ki,  bu  torpaqlar  azotun,  fosforun  və  kaliumun 

məniməsənilən formaları ilə zəif dərəcədə təmin olunmuşdur. pH su məhlulunda 0-30 

sm  qatda  7,8,  aşağı  qatlara  getdikcə  isə  artaraq  60-100  sm-lik  qatda  8,4  olmuşdur. 




 

 

 



 

 

 



535 

 

Ümumi humus, azot, fosfor və kalium 0-30 sm-likqatda 2,15; 0,15; 0,13; 2,39%-dir. 



Lakin  aşağı  qatlara  getdikcə  xeyli  azalaraq  60-100  sm-lik  qatda  uyğun  olaraq  0,85; 

0,06;  0,07;  1,51%  təşkil  etmişdir.  Udulmuş  ammonyak  azotu  18,5-6,5  mq/kq,  nitrat 

azotu 9,7-2,6 mq/kq, mütəhərrik fosfor 15,8-4,5 mq/kq, mübadiləvi kalium isə 263,5-

105,3 mq/kq arasında tərəddüd etmişdir. 

Götürülmüş torpaq nümunələrində: pH potensiometrdə, ümumi humus İ.V.Tyu-

rinə görə, udulmuş ammonyak D.P.Konyevə, nitrat azotu Qrandval-Lyaju, ümumi az-

ot, ümumi fosfor K.E.Ginzburq və Q.M.Şeqlova, mütəhərrik fosfor B.P.Maçiqin üsu-

lu  ilə,  ümumi  kalium  Smit,  mübadiləvi  kalium  P.B.Protasov  üsulu  ilə  alovlu  foto-

metrdə və torpaqda təbii nəmlik 105

0

 C-də termostatda təyin edilmişdir.  



Seolit və peyin zəminində (seolit 10 t/ha+peyin 10 t/ha) mineral gübrə normala-

rının  suvarılan  boz-qəhvəyi  (şabalıdı)  torpaqlarda  pambıq  bitkisi  altında  tətbiqinin 

torpaqda təbii nəmliyin dəyişməsinə təsiri 2012-2013-cü illərdə öyrənilmişdir. Tədqi-

qatın nəticələri cədvəldə verilmişdir. Torpaq nümunələri 0-30 və 30-60 sm-lik qatlar-

dan qönçələmə, çiçəkləmə və məhsul yığımı mərhələsində suvarmadan əvvəl götürül-

müşdür.  Seolit  və  peyin  zəminində  mineral  gübrə  normalarından  asılı  olaraq  təbii 

nəmliyin  miqdarının  şum  və  şumaltı  qatlarda  qanunauyğun  olaraq  dəyişməsi,  mak-

simal miqdarı qönçələmə, minimal miqdarı isə məhsul yığımı mərhələsində müşahidə 

edilmişdir.  Tədqiqatlar  göstərir  ki,  təbii  seolitin  gübrələrlə  birlikdə  verilməsi  nəti-

cəsində torpaqda pambığın inkişaf  mərhələlərinin hər birində nəmliyin miqdarı artır 

və bu nəmlikdən də bitki istifadə edir. 

 

Cədvəldən göründüyü kimi pambığın qönçələmə mərhələsində 0-30 sm-lik qat-



da nəzarət (gübrəsiz) variantında təbii nəmlik 11,3-12,5% və ya 384,4-420,4 t/ha, 30-

60-sm-lik qatda 13,5-14,1 və ya 1134,0-1167,5 t/ha, tam yetişmədə uyğun olaraq 8,5-

9,3%  və  ya  270,0-297,6  t/ha,  peyin  10  t/ha  variantında  0-30  sm  12,6-13,6%  və  ya 

414,8-465,0 t/ha, 30-60 sm-də 10,3-10,8% və ya 324,5-337,5 t/ha, seolit 10 t/ha+ pe-

yin 10 t/ha (zəmin) variantında isə nəmlik seolitin təsirindən hər iki qatda xeyli miq-

darda  artmışdır:  qönçələmədə  16,8-17,3%  və  ya  504,0-514,7  t/ha  və  15,8-16,4%  və 

ya  1251,4-1289,0  t/ha,  tam  yetişmədə  13,5-14,8%  və  ya  415,1-451,4  t/ha  və  12,8-

13,2% və ya 1052,2-1053,4 t/ha olmuşdur. Təbii seolitin təsirindən nəmlik qönçələ-

mə mərhələsində hər iki qatdan orta olaraq 4,5-6,3% və ya 139,9-174,4 t/ha, vegetasi-

yanın sonunda isə 3,2-6,2% və ya 111,4-221,2 t/ha peyin 10 t/ha variantına nisbətən 

yüksəlmişdir.  

Zəminlə  birlikdə  mineral  gübrələrin  müxtəlif  normalarının  tətbiqi  nəticəsində 

nəzarət,  peyin  10  t/ha  və  zəmin  variantlarına  nisbətən  hər  iki  torpaq  qatında  təbii 

nəmliyin  miqdarı  əhəmiyyətli  dərəcədə  artır.  Belə  ki,  zəmin+N

60

P

90



K

60

  variantında 



isə bu göstəricilər artaraq qönçələmə mərhələsində 0-30 və 30-60 sm-lik qatda 17,3-

17,8% və ya 506,0-516,2 t/ha və 18,2-18,8% və ya 1420,0-1477,7 t/ha, tam yetişmə-

də  uyğun  olaraq  14,1-15,2%  və  ya  433,6-456,0  t/ha  və  16,2-17,3%  və  ya  1312,2-

1411,7 t/ha təşkil etmişdir. Zəmin+N

90

P

120



K

90

 variantında qönçələmə mərhləsində 0-



30  və  30-60  sm-lik  qatda  17,5-18,5%  və  ya  503,1-527,3  t/ha  və  19,0-19,5%  və  ya 

1459,2-1509,3  t/ha,  tam  yetişmədə  uyğun  olaraq  15,3-16,8%  və  ya  455,2-495,6  t/ha 

və  17,8-18,5%  və  ya  1420,4-1465,2  t/ha,  zəmin+N

120


P

150


K

120


  variantında  qönçələ-

mədə 0-30 və 30-60 sm-lik qatda 16,7-18,3% və ya 484,3-535,3 t/ha və 18,5-19,1% 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə