Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə33/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   29   30   31   32   33   34   35   36   ...   266

 

65 


 

variantında isə hər iki sortda müvafiq olaraq bu göstəricilər 3,0-3,2 ədəd, 2,5-2,8 ədəd 

tərtibində  olmuşdur.  Ehtimal  edilir  ki,  sünbüldə  müxtəlif  yerlərdən  olan  toxumlar 

rüşeym halında olarkən belə ilkin köklərinin sayına görə fərqlənirlər. Payızlıq arpanın 

sünbülü  həddində  toxumların  zoğ  və  köklərinin  quru  kütləsi  xeyli  fərqlənir  (Cədvəl 

2). 


 Ozonlaşdırılmış variantda Qarabağ 7 və Qarabağ 33 arpa sortlarında sünbülün 

orta  hissəsindən  olan  toxumlarda  zoğların  kütləsi  daha  çox  (3,68qr-4,18qr),  yuxarı 

hissəsindən  olan  toxumlarda  zoğların  kütləsi  isə  daha  az  (2,47qr-3,03qr)  olmuşdur. 

Nəzarət  variantında  isə  hər  iki  sortda  müvafiq  olaraq  bu  göstəricilər  3,00qr-3,11qr, 

2,00qr-2,55qr tərtibində olmuşdur. Ozonlaşdırılmış variantda hər iki sortda sünbülün 

aşağı hissəsindən olan toxumların zoğları (3,45 -3,70qr) yuxarı hissəyə nisbətən  daha 

böyük olmuşdur. 

Cədvəl 2 



Sünbüldə formalaşma yerindən asılı olaraq payızlıq arpa sortları cücərtilərinin 

biometrik göstəriciləri 

 

Sort/ Variant 

/Toxumların sünbüldə 

formalaşma yeri 

Uzunluq, см 

Köklərin 

sayı, ədəd 

100 quru zoğun 

kütləsi, qr 

 

Zoglar 

Köklər 

Ozonlaşdırılmış 

 Qarabağ 7 Y 

9,0 


13,7 

3,9 


2,87 

Qarabağ 33 Y 

9,5 

14,6 


4,4 

3,03 


 Qarabağ 7 O 

10,0 


15,3 

4,2 


3,98 

Qarabağ 33 O 

10,7 

16,0 


4,9 

4,18 


 Qarabağ 7 A 

9,4 


14,9 

4,4 


3,64 

Qarabağ 33 A 

9,7 

15,5 


4,5 

3,79 


Nəzarət 

 Qarabağ 7 Y 

7,0 

12,5 


2,5 

2,00 


Qarabağ 33 Y 

7,6 


13,2 

2,8 


2,55 

 Qarabağ 7 O 

8,2 

12,4 


3,0 

3,00 


Qarabağ 33 O 

8,9 


13,6 

3,2 


3,11 

 Qarabağ 7 A 

8,0 

12,8 


2,9 

2,60 


Qarabağ 33 A 

8,4 


13,0 

3,0 


2,80 

Qeyd: Y-sünbülün yuxarı hissəsində formalaşan dənlər; O-sünbülün orta 

 hissəsində formalaşan dənlər; A-sünbülün alt hissəsində formalaşan dənlər. 




 

66 


 

Ozonlaşdırılmış  variantda  Qarabağ  7  və  Qarabağ  33  arpa  sortlarında  müvafiq 

olaraq sünbülün orta hissəsindən olan toxumlarda köklərin kütləsi 2,20qr-2,35qr olub 

daha çox, yuxarı hissədən olan toxumlarda daha az 1,15qr-1,26qr, aşağı hissədən olan 

toxumlarda  isə  1,69qr-1,79qr  olaraq  aralıq  mövqe  tutmuşdur.  Toxumların  kök  və 

zoğlarının kütləsinin nisbəti sünübül daxilində dəyişmişdir. Belə ki, Ozonlaşdırılmış 

variantda Qarabağ 7 və Qarabağ 33 arpa sortlarında sünbülün yuxarı hissəsindən olan 

toxumlarda  zoğların  kütləsinın  köklərin  kütləsinə  nisbəti  2,14-2,40,  sünbülün  aşağı 

hissəsindən  olan  toxumlarda  2,04-2,07,  orta  hissəsindəki  toxumlarda  isə  1,67-1,78 

təşkil etmişdir, yəni sünbülün yuxarı və aşağı hissəsindən olan toxumlarda cücərtilər 

orta  hissədəki  toxumlardakılardan  daha  az  inkişaf  etmiş  ilkin  kök  sisteminə  malik 

olmuşlar. 

Zoğ  və  köklərin  uzunluğunun  ölçülməsi  payızlıq  arpanın  sünbülü  həddində 

toxumların 

səpin 

keyfiyyətinin 



dəyişməsinin 

yuxarıda 

qeyd 

edilən 


qanunauyğunluğunu  təsdiq  etmişdir,  belə  ki,  toxumların  zoğ  və  köklərinin  ölçüləri 

sünbülün əsasından başlayaraq artır orta hissədə maksimal qiymətə  çatır və sünbülün 

yuxarısında azalır.   

Beləliklə,  üç  gün  ərzində  cücərən  toxumların  sayının  cücərmə  enerjisinin 

göstəricisi  olduğundan,  tez  cücərən    toxumların  payının  çox  olduqca    nəmlik 

çatışmazlığına davamlılığının bir o qədər yüksək olduğunu nəzərə alaraq, öyrənilmiş 

payızlıq  arpa  sortlarının  toxumlarında  cücərmə  prosesinə  sərf  olunan  zaman  tədqiq 

edilərək, təcrübə variantında orta hesabla 21 saat keçdikdən sonra toxumların şişməsi 

və cücərməyə başlaması,  33 saatdan sonra cücərtinin kök sisteminin formalaşmasına 

keçməsi,  75  saatdan  sonra  koleoptil,    82  saatdan  sonra  isə  mükəmməl  cücərtinin 

əmələ gəlməsi, nəzarət variantında isə müvafiq olaraq 24, 36, 77 və 85 saat  olduğu 

təyin  edilmişdir. 

Tədqiqat  nəticələrinə  əsasən  ozonlaşmanın  toxumların  tez  cücərməsinə  səbəb 

olaraq,  nəmlik  çatışmazlığına  davamlılığı  artırması,  həmçinin  payızlıq  arpanın 

sünbülü  həddində  toxumların  kütləsinin,  cücərmə  enerjisi,  cücərmə  faizi,  böyümə 

gücünün əhəmiyyətli dərəcədə dəyişkənliyə uğraması, toxum keyfiyyətinin sünbülün 

əsasından  başlayaraq  orta  hissədə  artması  və  sonra  sünbülün  yuxarı  hissəsində 

azalması,  ümumilikdə  toxumların  səpin  keyfiyyətinin  bütün  göstəricilərinin 

dəyişməsinin eyni qanunauyğunluğa tabe olması müəyyən edilmişdir. 

ƏDƏBİYYAT 

 

1.



 

Бородин И.Ф., Ксенз Н.В. Использование электроозонированного воздуха 

в с/х производстве.// Техника в сельском хозяйстве. № 3 1993г. 

2.

 



С.М.Мамедова. Стимулирующее действие  озона на процесс прорастания 

семян озимой пшеницы.//AZ.ETƏİ-nin elmi əsərləri məcmuəsi XXVI, 2015, 

s.60-66

 

3.



 

Стаценко  А.П.,  Ф.А.  Бутылкин.  Метод  определения  силы  роста  семян.// 

Зерновое хозяйство.2002, №6, с.15-16 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə