80
DƏNLİ-PAXLALI BİTKİLƏRDƏ İLKİN MATERİALIN SELEKSİYA
MƏSƏLƏLƏRİNİN HƏLLİNDƏ ROLU
K.B.Şıxəliyeva, L.Ə.Əmirov, S.Q.Həsənova
AMEA Genetik Ehtiyyatlar İnstitutu
Aparılan tədqiqatlar göstərmişdir ki, seleksiyanın əsas vəzifələrindən biri sort
formalar arasında hündürdə, alt paxlaları hündərdə yerləşən, mexaniki üsulla yığıma
yararlı, eyni vaxtda yetişən, açılıb tökülməyən, həmçinin göbələk, bakteriya və virus
mənşəli xəstəliklərə davamlı məhsuldar formaları seçərək, yeni sortlar yaratmaqdan
ibarətdir. Seleksiyanın aktual istiqamətlərinə əsaslanaraq yaradılmış noxudun yeni
“Cəmilə” və mərciməyin “Jasmin” sortaları Dövlət Sortsınağı Komissiyasına təqdim
edilmişdir.
ROLE OF THE INITIAL MATERIAL IN THE TASK FOR BREEDİNG OF
LEGUMES
K.B.Shikhaliyeva, L.A.Amirov, S.G.Hasanova
Genetic Resources Institute ANAS
Studies have shown that one of the main tasks of breeding is the selection of
suitable variety forms with high productivity and development, more suitable for
mechanical harvesting - tall with high attachment of lower beans, maturing and
nonshattering together, as well as resistance to fungal, bacterial and viral diseases. In
the relevant areas of the selection we have created new varieties of chickpea "Jamila"
and lentil "Jasmine", which submitted tow the State Variety Testing Komission.
UOT 633:11:523:575
PROLAMİN ZÜLAL MARKERLƏRİ ƏSASINDA YERLİ VƏ
İNTRODUKSİYA OLUNMUŞ YUMŞAQ BUĞDA (T.aestivum L.)
SORTLARININ GENETİK YAXINLIĞININ TƏDQİQİ
1,2
E.Ə.HÜSEYNOVA,
3
Z.İ.ƏKPƏROV,
2
A.T.QAZIYEV,
3
Ə.Y.KƏRİMOV,
3
H.B.SADIQOV,
3
X.N.RÜSTƏMOV,
3
M.Ə.ABBASOV
1
Gəncə Dövlət Universiteti Ünvan
2
Azərbaycan Dövlət Aqrar Universiteti
3
AMEA Genetik Ehtiyatlar İnstitutu
Məqalədə müxtəlif mənşəli 57 yumşaq buğda sortunun genetik yaxınlığının
qliadin zülal markerlərinə görə Acid-PAGE üsulu ilə qiymətləndirilməsi
işıqlandırılmışdır. Aparılan analiz nəticəsində alınmış elektroforeqramların
spektrləri binar nömrələmə üsulu ilə işlənilmiş və sortların genetik yaxınlığını
81
müəyyənləşdirmək üçün SPSS kompyuter proqramı vasitəsilə dendroqram tərtib
edilmişdir. Qurulmuş dendroqramda nümunələrin 7 klasterdə birləşməsi müşahidə
olunmuşdur. Sortların qliadin elektroforeqramlarının ω-, γ-, β- və α- zonaları üzrə 38
spektr, 133 müxtəlif elektroforetik patterni alınmış və qliadin elektroforeqramalarının
zonalar üzrə genetik müxtəliflik indeksləri (H-) hesablanmışdır.
Açar sözlər: yumşaq buğda, qliadin, elektroforetik spektr, pattern, klaster
analizi, genetik yaxınlıq
Ключевые слова:пшеница мягкая, глиадин, электрофоретический спектр,
паттерн, кластерный анализ, генетическое сходство
Key words: bread wheat, gliadin, electrophoretic band, pattern, cluster analysis,
genetic similarity
Dünyada buğda bitkisinin məhsuldarlığının və dən keyfiyyətinin yüksəldilməsi
ən prioritet istiqamətlərdən biridır. Respublikamızda aparılan tədqiqatlar nəticəsində
bu problemin həll yolları tapılaraq kifayət qədər məhsuldar sortların yaradılmasına
nail olunmuşdur. Bu baxımdan əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün yeni
yüksək məhsuldar və keyfiyyətli buğda sortlarının yaradılması seleksiyaçılar
qarşısında duran aktual məsələlərdan biridir. Bu problemin həllində qarşıya çıxan ən
böyük çətinliklərdən biri də yüksək keyfiyyət göstəriciləri ilə məhsuldarlığın
uzlaşdırılmasıdır. Digər tərəfdən isə, yeni yaradılmış sortların dən keyfiyyəti
potensialının müxtəlif torpaq-iqlim şəraitində qorunub saxlanılması da aktual və
vacibdir.
Buğda dəni endosperminin əsasını təşkil edən ehtiyat zülalları qliadin və
qlütenin keyfiyyət əlamətləri ilə birbaşa əlaqəli olduğundan bu zülalalların
polimorfizminin öyrənilməsi vacibdir. Genetik şərtlənmiş zülal markerlərinin tədbiqi
ilə genetik müxtəlifliyin öyrənilməsi elmi və praktiki cəhətdən aktual olmaqla,
marker-əsaslı seleksiyada buğdanın dən keyfiyyətini xarakterizə etmək üçün bu
universal genetik markerlər mühüm əhəmiyyət kəsb edir [3].
Qliadin ehtiyat zülallarının, həmçinin komponentlərinin tam xarakteristikası bir
çox tədqiqatlarda əks olunmuşdur. Buğdaların genetik müxtəlifliyinin, prolaminlərin
polimorfizminə görə qiymətləndirilməsi və identifikasiyası keçən əsrin 70-ci
illərindən başlayaraq bu günə qədər müvəffəqiyyətlə davam etdirilir.
Hibridoloji analizlər və aneuploidiya metodlarının birgə tətbiqi və ehtiyat
zülallarının elektroforetik analizi polimorf zülal formalarının aşkarlanmasına və bu
zülalların müvafiq xromosomlarda yerləşən Gld 1A, Gld 1B, Gld 1D, Gld 6A, Gld
6B və Gld 6D lokuslarının allel genlərilə idarə olunması, onlardan marker kimi
istifadə edilməsinə əsas vermişdir [6; 7; 8]. Dənli-taxıl bitkilərinin genetik
müxtəlifliyinin qiymətləndirilməsi
ndə protein markerlərinin tətbiqi əhəmiyyətli hesab edilir. Məlumdur ki, buğda
dənində kleykovinanın (yapışqanlıq) əsasını təşkil edən qliadin və qlütenin ehtiyat
zülalları buğdaların genetik müxtəlifliyinin qiymətləndirilməsinin ehtibarlı protein
markerlərindəndir [1; 2; 4; 9]. Qliadin ehtiyat zülalları genetik şərtlənmiş olduğundan
torpaq-iqlim və becərilmə şəraitindən asılı olmayaraq dəyişmir [12]. Belə ki, еhtiyat