Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə40/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   36   37   38   39   40   41   42   43   ...   266

 

80 


 

DƏNLİ-PAXLALI BİTKİLƏRDƏ İLKİN MATERİALIN SELEKSİYA 

MƏSƏLƏLƏRİNİN HƏLLİNDƏ ROLU 

 

K.B.Şıxəliyeva, L.Ə.Əmirov, S.Q.Həsənova 



AMEA Genetik Ehtiyyatlar İnstitutu 

 

 



Aparılan  tədqiqatlar  göstərmişdir  ki,  seleksiyanın  əsas  vəzifələrindən  biri  sort 

formalar arasında hündürdə, alt paxlaları hündərdə yerləşən, mexaniki üsulla yığıma 

yararlı, eyni vaxtda yetişən, açılıb tökülməyən, həmçinin göbələk, bakteriya və virus 

mənşəli  xəstəliklərə  davamlı  məhsuldar  formaları  seçərək,  yeni  sortlar  yaratmaqdan 

ibarətdir.  Seleksiyanın  aktual  istiqamətlərinə  əsaslanaraq  yaradılmış  noxudun  yeni 

“Cəmilə” və mərciməyin “Jasmin” sortaları Dövlət Sortsınağı Komissiyasına təqdim 

edilmişdir. 

 

ROLE OF THE INITIAL MATERIAL IN THE TASK FOR BREEDİNG OF 

LEGUMES 

 

K.B.Shikhaliyeva, L.A.Amirov, S.G.Hasanova 



Genetic Resources Institute ANAS 

 

Studies  have  shown  that  one  of  the  main  tasks  of  breeding  is  the  selection  of 



suitable  variety  forms  with  high  productivity  and  development,  more  suitable  for 

mechanical  harvesting  -  tall  with  high  attachment  of  lower  beans,  maturing  and 

nonshattering together, as well as resistance to fungal, bacterial and viral diseases. In 

the relevant areas of the selection we have created new varieties of chickpea "Jamila" 

and lentil "Jasmine", which submitted tow the State Variety Testing Komission. 

 

UOT 633:11:523:575 

 

PROLAMİN ZÜLAL MARKERLƏRİ ƏSASINDA YERLİ VƏ 

İNTRODUKSİYA OLUNMUŞ YUMŞAQ BUĞDA (T.aestivum L.) 

SORTLARININ GENETİK YAXINLIĞININ TƏDQİQİ 

 

1,2



E.Ə.HÜSEYNOVA, 

3

Z.İ.ƏKPƏROV, 

2

A.T.QAZIYEV, 

3

Ə.Y.KƏRİMOV, 

3

H.B.SADIQOV, 

3

X.N.RÜSTƏMOV, 

3

M.Ə.ABBASOV  

 

1

Gəncə Dövlət Universiteti Ünvan 

2

Azərbaycan Dövlət Aqrar Universiteti 

3

AMEA Genetik Ehtiyatlar İnstitutu 

 

Məqalədə  müxtəlif  mənşəli  57  yumşaq  buğda  sortunun  genetik  yaxınlığının 



qliadin  zülal  markerlərinə  görə  Acid-PAGE  üsulu  ilə  qiymətləndirilməsi 

işıqlandırılmışdır.  Aparılan  analiz  nəticəsində  alınmış  elektroforeqramların 

spektrləri  binar  nömrələmə  üsulu  ilə  işlənilmiş  və  sortların  genetik  yaxınlığını 


 

81 


 

müəyyənləşdirmək  üçün  SPSS  kompyuter  proqramı  vasitəsilə  dendroqram  tərtib 

edilmişdir.  Qurulmuş  dendroqramda  nümunələrin  7  klasterdə  birləşməsi  müşahidə 

olunmuşdur. Sortların qliadin elektroforeqramlarının ω-, γ-, β- və α- zonaları üzrə 38 

spektr, 133 müxtəlif elektroforetik patterni alınmış və qliadin elektroforeqramalarının 

zonalar üzrə genetik müxtəliflik indeksləri (H-) hesablanmışdır.  

 

Açar  sözlər:  yumşaq  buğda,  qliadin,  elektroforetik  spektr,  pattern,  klaster 

analizi, genetik yaxınlıq 

Ключевые слова:пшеница мягкая, глиадин, электрофоретический спектр, 

паттерн, кластерный анализ, генетическое сходство  



Key words: bread wheat, gliadin, electrophoretic band, pattern, cluster analysis, 

genetic similarity  

 

Dünyada buğda bitkisinin məhsuldarlığının və dən keyfiyyətinin yüksəldilməsi 



ən prioritet istiqamətlərdən biridır. Respublikamızda aparılan tədqiqatlar nəticəsində 

bu  problemin  həll  yolları  tapılaraq  kifayət  qədər  məhsuldar  sortların  yaradılmasına 

nail olunmuşdur. Bu baxımdan əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün yeni 

yüksək  məhsuldar  və  keyfiyyətli  buğda  sortlarının  yaradılması  seleksiyaçılar 

qarşısında duran aktual məsələlərdan biridir. Bu problemin həllində qarşıya çıxan ən 

böyük  çətinliklərdən  biri  də  yüksək  keyfiyyət  göstəriciləri  ilə  məhsuldarlığın 

uzlaşdırılmasıdır.  Digər  tərəfdən  isə,  yeni  yaradılmış  sortların  dən  keyfiyyəti 

potensialının  müxtəlif  torpaq-iqlim  şəraitində  qorunub  saxlanılması  da  aktual  və 

vacibdir.  

Buğda  dəni  endosperminin  əsasını  təşkil  edən  ehtiyat  zülalları  qliadin  və 

qlütenin  keyfiyyət  əlamətləri  ilə  birbaşa  əlaqəli  olduğundan  bu  zülalalların 

polimorfizminin öyrənilməsi vacibdir. Genetik şərtlənmiş zülal markerlərinin tədbiqi 

ilə  genetik  müxtəlifliyin  öyrənilməsi  elmi  və  praktiki  cəhətdən  aktual  olmaqla, 

marker-əsaslı  seleksiyada  buğdanın  dən  keyfiyyətini  xarakterizə  etmək  üçün  bu 

universal genetik markerlər mühüm əhəmiyyət kəsb edir [3].  

Qliadin ehtiyat zülallarının, həmçinin komponentlərinin tam xarakteristikası bir 

çox tədqiqatlarda əks olunmuşdur. Buğdaların genetik müxtəlifliyinin, prolaminlərin 

polimorfizminə  görə  qiymətləndirilməsi  və  identifikasiyası  keçən  əsrin  70-ci 

illərindən başlayaraq bu günə qədər müvəffəqiyyətlə davam etdirilir. 

Hibridoloji  analizlər  və  aneuploidiya  metodlarının  birgə  tətbiqi  və  ehtiyat 

zülallarının  elektroforetik  analizi  polimorf  zülal  formalarının  aşkarlanmasına  və  bu 

zülalların  müvafiq  xromosomlarda  yerləşən  Gld  1A,  Gld  1B,  Gld  1D,  Gld  6A,  Gld 

6B  və  Gld  6D  lokuslarının  allel  genlərilə  idarə  olunması,  onlardan  marker  kimi 

istifadə  edilməsinə  əsas  vermişdir  [6;  7;  8].  Dənli-taxıl  bitkilərinin  genetik 

müxtəlifliyinin qiymətləndirilməsi 

ndə protein markerlərinin tətbiqi əhəmiyyətli hesab edilir. Məlumdur ki, buğda 

dənində  kleykovinanın  (yapışqanlıq)  əsasını  təşkil  edən  qliadin  və  qlütenin  ehtiyat 

zülalları  buğdaların  genetik  müxtəlifliyinin  qiymətləndirilməsinin  ehtibarlı  protein 

markerlərindəndir [1; 2; 4; 9]. Qliadin ehtiyat zülalları genetik şərtlənmiş olduğundan 

torpaq-iqlim  və becərilmə şəraitindən asılı olmayaraq dəyişmir  [12]. Belə ki, еhtiyat 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə