Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə46/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   42   43   44   45   46   47   48   49   ...   266

 

92 


 

kimi  2


nd

  WWONIR-64  (105,2  sm),  ən  qısa  boylu  isə  F.03.N1  (77,9sm  )  və 

1

st

WWERYT-43 (80.6sm ) olmuşlar). Tədqiq olunan yumşaq buğda sortlarının 1000 



dəninin  kütləsi  55,3-36,1  q,  bərk  buğda  sortlarında  isə  bu  göstərici  52,8-35,4  q 

arasında olmuşdur. Tədqiq olunan yumşaq buğda sortları üzrə 1000 dənin kütləsinə 

görə  ən  yüksək  göstərici  05  (03153-dən  seç.)  (55,3q),  Günəşli  (55,1)  və  standart 

kimi  götürülən  Əzəmətli  95  sortunda  isə  1000  dənin  kütləsi  (47,7q)  olmuşdur.  Ən 

aşağı qiymət isə 130№31(36,1q)  olmuşdur (cədvəl 1). 

 

 



Şək.1.Beynəlxalq    mərkəzlərdən  alınmış  yumşaq    buğda  sortlarının  quraq  dəmyədə   

məhsuldarlıq göstəriciləri  

 

Tədqiq  olunan  yumşaq  buğda  sortlarının  sünbülləri  üzərində  struktur  analizi 



apararkən  məlum  olmuşdur  ki,  yumşaq  buğda  sortlarının  bir  sünbülündəki  dənlərin 

sayı (26,4-50,0 əd)  arasında olmuşdur. Tədqiq olunan yumşaq buğda sortlarının bir 

sünbülündəki  dənin  sayına  görə  ən  yüksək  göstərici  RBWON  SAA-75  (50,0  əd), 

1

st



WWERYT-43  (47,8  əd  ən  aşağı  qiymət  isə  130  №68  (26,4  əd),    12№.123№86 

(28,6  əd),  olmuşdur.  Tədqiq  olunan  yumşaq  buğda  sortlarının  bir  sünbülündəki 

sünbüldəki  dənin  kütləsinə  görə  ən  yüksək  göstərici  S.2  (2,25  q), RBWONSAA-75 

(1,95  q),  ən  aşağı  göstərici  isə    2

nd

  WWERYT-  4  (1,17q),  3



rd

WWONSA-67  (1,15q)  

olmuşdur.  Tədqiq  olunan  yumşaq  buğda  sortlarının  bir  sünbülündəki  dənin  kütləsi  

(1,15-2,25q)  arasında  dəyişmişdir.  Tədqiq  olunan  yumşaq  buğda  sortlarınında  

sünbüllərin eni (1,0-1,62 sm), uzunluğu isə (7,56-11,6 sm) arasında dəyişmişdir. 

Tədqiq  olunan  müxtəlif  növ  yumşaq  buğda  sortlarının  seleksiya  prosesində 

yeni yüksək məhsuldar,  yüksəkkeyfiyyətli, yüksək un çıxımına malik, təbiətin biotik 

və  abiotik  amillərinə  qarşı,  quraqlığa,  şaxtaya,  xəstəlik  və  ziyanvericilərə  qarşı 

davamlı  olan,  ən  əsası  isə  fermerlərin  xoşuna  gələcək  qədər  plastik 

sortlarınyaradılması üçün həmin sortların məhsuldarlığı, bitkilərin boyu və sturuktur 

analizi  ilə  yanaşı  daha  çox  əhəmiyyət  kəsb  edən  dənin  qidalıq  dəyərini,  texnoloji 

keyfiyyət  göstəricilərini    öyrənməklə,  təbiətin  biri-birindən  çox  kəskin  fərqlənən 

biotik  və  abiotik  amillərin  təsirindən  asılı  olaraq,  dənin  keyfiyyət  və  texnoloji  

keyfiyyət göstəricilərində gedən prosesləri  müşahid\ə etmək məqsədi ilə bu sortların 

dənində  keyfiyyət  və  texnoloji  keyfiyyət  göstəricilərini  təyin  edərək  bu  göstəricilərə 

Bitkininboyu, sm

DəninKütləsi, q/m2 

1000dənin kütləsi, q 




 

93 


 

həmçinin  xəstəlik  və  ziyanvericilərin  təsiri  ilə  gedən  proseslərin  üzərində  elmi 

müzakirələr aparmaq çox aktualdır [5; 6; 7].     

Beləliklə müəyyən edilmişdir ki, 

1. Tədqiq olunan müxtəlif növ yumşaq buğda sortlarının dən məhsuldarlığı (360-680 

q/m


2

) arasında dəyişmişdir; 

2.  Tədqiq  olunan  yumşaq  buğda  sortlarında  bitkilərin  boyu  (77,9-105,2)  arasında 

dəyişmişdir; 

 3.  Tədqiq  olunan  yumşaq  buğda  sortlarınında  sünbüllərin  eni  (1,0-1,62  sm), 

uzunluğu isə (7,56-11,6 sm) arasında dəyişmişdir;  

4. Yumşaq  buğda  sortlarının  bir  sünbülündəki  dənlərin  sayı  (26,4-50,0  əd)    arasında 

olmuşdur.  Tədqiq  olunan  yumşaq  buğda  sortlarının  bir  sünbülündəki  dənin  kütləsi  

(1,15-2,25q) arasında dəyişmişdir; 

 5.Tədqiq olunan yumşaq buğda sortlarınında sünbüllərin eni (1,0-1,62 sm), uzunluğu 

isə (7,56-11,6 sm) arasında dəyişmişdir. 

 

ƏDƏBİYYAT 

 

1.Гусейнов С.И. Засухоустойчивые и высококачественные образцы пшеницы.// 

Azərbaycan Aqrar Elmi  jurnalı, 2009, №1-2,s.58-59 

 2.Əliyev  C.Ə.  İdeal  buğda  bitkisi  //Kənd  təsərrüfatı  elmləri  xəbələri”  jurnal, 

Bakı,1982, N5. 

3.Коновалов  Ю.Б.  Формирование  продуктивности  колоса  яровой  пшеницы  и 

ячменя.М.,«Kолос»,1981. 

4.Куперман  Ф.М.  Морфофизиология рaстений.  Морфофизиологический  анализ 

этaпов  органогенеза  различных  жизненных  форм  покрытосеменных  растений. 

Учеб.  пособие  для  студентов  биол.  спец.  ун-тов,  4-е  изд.  Перевып,  и  доп.  М., 

выс. Шк., 1984. 

5. Павлов  А.В.,  Лобанова  Н.И., Колесник  Т.И.   Азотистые  соединения,  в  виде 

которых  15  N  поступает  в  развивающиеся  зерновки  ячменя.//  Физиология 

растении, 1973. 20, №4. 

6.  Павлов  А.Н.  Закономерности  накопления  белка  в  зерне  пшеницы  и  их 

значение  для  селекции  на  качество  урожая.  В  сб.  Физиология  растении  в 

помощь селекции.М., «Наука», 1974. 

 7.Hüseynov  S.İ.,  Təlai  C.M.,  Abdulbaqiyeva  S.A.,  Mahmudov  R.U.  Dəmyə  şəraiti 

üçün  məhsuldarlıq  və  keyfiyyət  göstəricilərinə  görə  fərqlənən  perspektivli    buğda 

sortlarının  seçilməsi.//Azərbaycan  Elmi-Tədqiqat  Əkinçilik  İnstitutunun  Elmi 

Əsərlərinin məcmuəsi, XXI cild, Bakı, 2005, s. 206-211 

 

UOT: 633.1;633.11;631.52 

 

YERLİ VƏ İNTRODUKSİYA OLUNMUŞ BƏRK BUĞDANIN 



NÖVDAXİLİ DÖRDÜNCÜ (F

4

) NƏSİL HİBRİD XƏTLƏRİNDƏ 

STRUKTUR ELEMENTLƏRİNİN TƏDQİQİ 

 


 

94 


 

F.A.XUDAYEV, a.e.ü.f.d. 

Əkinçilik ET İnstitutu, Bakı ş.,Pirşağı qəsəbəsi, Sovxoz N2 

E-mail:  

faiq03@mail.ru

. 

 

Məqalədə  bərk  buğdanın  dördüncü  nəsil  (F

4

)  hibrid  xətlərinin  suvarma 

şəraitində  struktur  elementlərinin  analizinin  nəticələri  verilmişdir.  Bitkinin  boyuna, 

sünbüldə  dənin  sayına,  dənin  kütləsinə  və    1000  dənin  kütləsinə  görə    fərqlənən  

hibrid xətlər seçilmişdir. 

 

      Açar  sözlər:  hibrid  xətt,  bərk  buğda,  introduksiya,  bitkinin  boyu,  dənin  sayı,   

dənin  kütləsi, 1000 dənin kütləsi  



Ключевые  слова:  гибридные  линии,  твердая  пшеница,  интродукция, 

высота растений, число зерен, вес зерен, вес 1000 зерен 



Key  words:  hуbridlines,  durum  wheat,  introduction,  plant  height,  number  of 

seeds, weight of seeds, 1000 kernel weight 

 

 

     Respublikanın  kənd təsərrüfatı qarşısında duran ən mühüm vəzifələrdən biri ölkə 



əhalisini yüksək keyfiyyətli çörək və digər ərzaq məhsulları ilə təmin etməkdir.Taxıl 

və  digər  dənli  bitkilərdən  istehsal  olunan  ərzaq  məhsulları  gündəlik  həyatımızın 

yaşayış tərzidir.  

Çörəkbişirmə  üçün  vacib  xammal  olan  yumşaq  buğda  ilə  yanaşı,  qənnadı, 

makaron,  vermişel,  yarma  və  digər  məhsulların    hazırlananmasında    bərk  buğda 

(Triticum durum) mühüm əhəmiyyət kəsb edir. Ondan hazırlanmış məmulatlar uzun 

müddətli  saxlanmaya  davamlıdırlar.  Məlumdur  ki,  bərk  buğda  sortları  tərkibindəki 

proteinin miqdarına və keyfiyyətinə görə yumşaq buğdalardan üstündür.  

Hazırda  dövlətimiz  taxılçılığın  inkişafına  xüsusi  diqqət  yetirir  və  bununla 

əlaqədar  ərzaq  proqramına  uyğun  ölkə  üzrə  dənli  bitkilərin  məhsuldarlığının  xeyli 

artırılmasını nəzərdə tutan mühüm qərarlar qəbul edilmiş, rəsmi sənədlər imzalanmış, 

və  bu  məqsədlə  bir  sıra  kompleks  tədbirlərin  həyata  keçirilməsi  planlaşdırılmışdır. 

Bununla  əlaqədar  olaraq  25  avqust  2008-ci  ildə  Azərbaycan  Respublikasının 

prezidenti 

İlham 

Əliyev 


tərəfindən 

“2008-2015-ci 

illərdə 

Azərbaycan 

Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət 

Proqramı”nın  təsdiq  edilməsi  haqqında  fərmanın  imzalanması  kənd  təsərrüfatı 

sahəsində aparılan müasir islahatların yeni mərhələsi kimi qiymətləndirilə bilər [2].  

Məlumdur ki, Azərbaycan iqlim və torpaq şəraitinə görə digər respublikalardan 

xüsusi  olaraq  fərqlənir.  Təbii  ki,  bu  qədər  zəngin  torpaq-iqlim  müxtəlifliyi  ilə 

səciyyələnən ərazinin hər bir lokal regionu üçün yüksək adaptiv xüsusiyyətlərə malik 

olan,  çoxlu  sayda  təsərrüfat  qiymətli  əlamətləri  özundə  xarakterizə  edən  sortların 

yaradılması  və  praktiki  tətbiqi  bu  istiqamətdə  çalışan  mütəxəsislər  qarşısında  duran 

ən mühüm vəzifələrdən biri hesab olunur. 

Sanginovun  fikrincə  dən  məhsulunun  artırılması  və  onun  keyfiyyətinin 

yüksəldilməsi seleksiyanın təşkili ilə birbaşa əlaqəlidir [4]. 

Ona  ğörə  də  yeni  sortların  yaradılmasında  başlanğıc  materialın  kompleks 

aqrobioloji  xüsusiyyətlərinin  tədqiq  edilməsi  və  seçilməsinin  böyük  əhəmiyyəti 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə