Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə67/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   63   64   65   66   67   68   69   70   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
240 
 
fransız  dilində.  Abbas  Abdullaya  yavaşca  pıçıldadım  :  “Nazim  şeirlərini 
heç kəs onun özü kimi oxuya bilməz”. “Haqlısan”- dedi şair dostum. 
 
Olcay Poyraz Sənin daha çox Vətən həsrətli şeirlərini əzbər deyirdi. 
Heyranlıqla səhnəyə baxır, çox istəyirdim ki, bu məclis lap gec qurtarsın. 
Amma nə edəsən, hər şeyin əvvəli və sonu var... 
 
Şeirlərin  səsləndikcə,  xəyalən  ötən  illərə  qayıtdım.  1961-ci  il  . 
Moskva.  Mən  Sənin  evində  qonağam.  İnana  bilmirəm.  Gör  mən  kiminlə 
üzbəüz oturmuşam, kiminlə söhbət edirəm. Hər şey gözlərim önündən bir-
bir keçdi. “Qəribə adam” pyesinə birlikdə baxmağımız, məşhur türkşünas, 
həmyerlimiz  Əkbər  Babayevlə  birlikdə  “Nazim  Hikmət  məclisləri”nə 
getməyimiz,  bir  süfrə  arxasında  oturub  çay  içməyimiz...(  Sən,  hətta 
mağazaya  gedəndə  də,  uşaq  kimi  yanına  düşüb  gedirdim.  Çünki,  Səninlə 
birlikdə  olduğum  saatların  hər  anı  belə  mənə  əzizdi).  Sonra  Bakıdakı 
görüşlər... Və bir gün eşitdiyim qara xəbər: “Nazim Hikmət gözlərini əbədi 
yumdu”. 
 
Vəfatından  sonra  biz  hər  il  yanvar  ayının  20-də  heykəltəraş 
Münəvvər  Rzayevanın  evində  Sənin  ad  gününü  qeyd  edirdik.  Həmin 
görüşdə  ustadın  Zəkəriyyə  Sərtəl,  onun  həyat  yoldaşı  Səbihə  Sərtəl, 
görkəmli  jurnalist  Rza  Şahvələd  və  başqa  nazimsevərlər  toplaşardı.  Səni 
yad edərdik, Səndən danışardıq. 
 
Gün  gəldi  ki,  ailəmlə  birlikdə  Sənin  məmləkətinə  işləməyə  getdim. 
Üç  il  orada  yaşadım.  Hər  yerdə,  hər  addımda  səni  aradım:  İstanbulda 
Gülhanə parkında, sənin görmədiyin, həsrətində olduğun Toros dağlarında 
və Ankarada, İzmirdə, Adanada, İskəndərunda , bir sözlə , Türkiyənin hər 
guşəsində. 
 
Türkiyədə işlədiyim illərdə Sənin şeirlərin yasaqdı. Amma xalq Səni 
əzbər  bilirdi.  Qorxa-qorxa  ,  gizlincə  oxuyurdular  şeirlərini.  Çünki,  bu 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
241 
 
şeirlərə  görə  neçəsi  məhbəsə  atılmışdı.  Amma  ulu  türk  şairi  Tofiq  Fikrət 
demişkən,  “Hər  qaranlıq  gecənin  gündüzü  var”  mış.  Gün  gəldi  ki,  Sənin 
şeirlərin Türkiyədə yenidən çap olundu. Sonra da Nazim Hikmət Kültur və 
Sənət Vəqfi yaradıldı. Sənin 100 illiyin bu Vəqf tərəfindən təntənə ilə qeyd 
olundu. Azərbaycanda da Nazim günləri keçirildi. 1928-ci ildə Bakıda çap 
olunmuş “Günəşi içənlərin türküsü” adlı ilk kitabın təkrar nəşr edildi. Daha 
gözəl, daha nəfis şəkildə. 
 
Səni  sevənlər  çoxdur.  Sənin  sənətini  bəyənənlərdən  biri  də 
Azərbaycanda  böyük  nüfuza  malik  Türkiyənin  böyük  elçisi  cənab  Ünal 
Çeviközdür.  2002-ci  ildə  Yazıçılar  Birliyində  100  illiyinə  həsr  olunmuş 
məclisdə  bu  görkəmli  diplomatın  Sənin  şeirlərinə  necə  vurğun  olduğunu 
gördüm. 
 
Bu  gecədə  də  türk  səfirinin  iştirak  etməsi  Sənə  olan  dövləti 
münasibətin parlaq təzahürü idi. Sonra səfir hamımızı Mahnı Teatrının iki 
addımlığında yerləşən Böyük Elçiliyə, ziyafətə dəvət etdi. Ziyafətdə Olcay 
xanımla  birlikdə  yadigar  olaraq  şəkil  çəkdirdik  və  yenə  Səndən  danışdıq. 
Sənin  oğlum  dediyin  dünyaca  məşhur  bəstəkarımız  Arif  Məlikovun 
xatirələrini dinlədik. 
 
Yenə Səni yad etdik, Ustad. Həmişə yad edəcəyik. Çünki, Sən bütün 
varlığınla, canınla Türk dünyasına, Azərbaycana bağlı şəxsiyyətsən. Sənin 
gənclik  dostun  Vala  Nurəddin  bizdən  cismən  ayrılmağını  sərrast  ifadə 
edib : “Bu dünyadan Nazim keçdi”. 
 
Keçdi,  amma  ürəyi,  sənəti,  bir  də  sevənləri  bu  dünyada  qaldı  və 
həmişə qalacaq... 
 “Vəfa” jurnalı, 2004, N6. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
242 
 
 
Qürbətdə yaranan dostluq 
 
Görkəmli  tədqiqatçı-alim,  filologiya  elmlər  doktoru  Vilayət  Cəfərin 
yeni kitabı belə adlanır. Əsər Nazim Hikmətlə İraq şairi Əbdül Vəhab əl-
Bəyatinin  dostluğuna  həsr  olunub.  İraq-Türkiyə  ədəbi  əlaqələrinin  tədqiqi 
sahəsində  bu  dostluğun  bəhrəsi  olan  sənət  nümunələrinin  təhlili, 
öyrənilməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Vilayət  Cəfər  üç  fəsildən  ibarət 
kitabında  Nazim  Hikmət  və  Əbdül  Vəhab  əl-Bəyati  haqqında  ətraflı 
məlumat  verir,  hər  birinin  ayrı-ayrılıqda  yaradıcılıq  yolunu  işıqlandırır. 
Əsər müəllifin aşağıdakı sözləri ilə başlayır: 
 
“Onların  ikisi  də  bugün  haqq  dünyasındadır.  Birinin  ömür  karvanı 
qırx iki il bundan qabaq əbədiyyətdə məskən salmışdır, ikincisi isə bu fani 
dünyanı  yeddi  il  bundan  öncə  tərk  etmişdir.  Onlar  həmyaşıd  deyildilər. 
Birincisi 61, ikincisi 73 yaşlarında həyatla vidalaşmışdır”. 
 
Tədqiqatçı bu iki sənətkarın bir-birinə bəslədikləri duyğuları konkret 
misallarla  göstərməklə  bərabər,  onların  canlı  portretini  yarada  bilmişdir. 
1958-ci  ildən  başlanan  bu  dostluğun  izlərini  mətbuatdan  toplayan  Vilayət 
Cəfər  oxucuları  maraqlı  faktlarla  tanış  edir.  Məlum  olur  ki,  bu  əqidə 
dostları-eyni amal uğrunda mübarizə aparan bu fədakar, qorxmaz insanlar o 
illərdə mürtəce qüvvələrin həmişə tənqid hədəfi olub. Onların hər bir çıxışı, 
şeiri geniş rezonansla nəticələnib. Misal olaraq tədqiqatçı Nazim Hikmətin 
“Komsomolskaya  pravda”  qəzetində  çap  olunmuş  “Şair  vətənə  qayıdır” 
adlı məqaləsinə müraciət edir. Bu məqalə o vaxt keçmiş Sovetlər Birliyində 
böyük  marağa  səbəb  olmuşdu.  Mütərəqqi  ərəb  ədəbi  mühiti  həmin 
məqaləni  ərəb  dilinə  çevirib  Əbdül  Vəhab  əl-Bəyatinin  kitabına  ön  söz 
kimi daxil etmişdi. Nazim Hikmət həmin məqalədə yazırdı: 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə