Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə68/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   64   65   66   67   68   69   70   71   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
243 
 
 
“Adətən  yaxşı  şeir  haqqında  düşünəndə  adamın  ağlına  ilk  növbədə 
müxtəlif  dövrlərdə  yaşamış  klassiklərin  şeirləri  gəlir.  Ancaq  mən  indi  bu 
cür əsərləri nəzərdə tutmuram, mən o şairlərin şeirlərini nəzərdə tuturam ki, 
onlar  klassikləşə  bilərlər.  Bu  mənada  bir  müasirimizi,  xüsusilə  onun 
həqiqət  barəsində  fikirləri  ilə  mənim  fikirlərim  arasında  bir  oxşarlıq, 
eyniyyət  tapdığım  cavan  bir  ərəb  şairini  sizə  təqdim  etmək  mənim  üçün 
xoşdur. Mən sizə müasirlərimdən biri, İraq şairi Əbdül Vəhab əl- Bəyatinin 
orijinal bədii söz sənətindən danışmaq istəyirəm”. 
 
Nazim Hikmətin İraq şairi haqqında yazdığı ikinci məqaləsi 1963-cü 
il  iyul  ayının  əvvəllərində  çap  olunmuşdu.  Bu  vaxt  artıq  Nazim  Hikmət 
həyatda  yox  idi.  Qəzet  yazırdı:  “Ölümündən  iki  gün  qabaq  Nazim 
“Literaturnaya  qazeta”nın  redaksiyasına  kiçicik  bir  əlyazması  gətirmişdi. 
Kim deyə bilərdi ki, bu sətirlər onun son sətirləridir?” 
 
Vilayət  Cəfər  haqlı  olaraq  bu  məqaləni  Nazim  Hikmətin  təkcə 
vəsiyyəti  yox,  həmçinin  zorakı  cəmiyyətlərə  qarşı  ittihamnaməsi  hesab 
edir. 
 
Kitabın  ikinci  fəslində  müəllif  əl-Bəyatinin  Nazim  Hikmətə 
ünvanladığı  şeirlərindən  söhbət  açır.  Sayca  otuzdan  çox  olan  bu  şeirlərdə 
Nazimə  böyük  rəğbət  və  məhəbbət  hiss  olunur.  Bu  şeirlərdən  biri  Nazim 
Hikmətin qürbət həyatında həsrətində olduğu İstanbulla bağlıdır. Əl-Bəyati 
yazırdı: 
 
İnan mənə, dostum Nazim, 
İnan ki, İstanbul sənsiz 
Övladını itirmiş bir anadır. 
O hey gedib-gələndən soruşur: 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
244 
 
Bəs mənim oğlum Nazim 
Nə vaxt qayıdacaqdır? 
( Sətri tərcümə V.Cəfərindir) 
 
Başqa  bir  şeirində  isə  əl-Bəyati  Nazimi  “yuxusuz  İstanbulun 
döyünən  qəlbi”  adlandırır  və  onun  şeirlərini  “səhranın  yağış  gözlədiyi 
kimi” intizarla gözlədiyini bildirir. 
 
Kitabın  üçüncü  fəslində  Nazim  Hikmətin  “Şair  vətənə  qayıdır” 
(rusca),  “Nazim  Hikmətin  İraq  şairi  Əbdül  əl-Bəyati  haqqında  iki 
məqaləsi”  (ingiliscə),  “Əl-Bəyatinin  Nazim  Hikmətə  ünvalanladığı 
şeirlərdən  seçmələr”  (rusca)  və  “Nazim  Hikmətin  əl-Bəyati  haqqında 
məqalələri”  (ərəbcə)  əlavələr  kimi  verilmişdir.  Bu  əlavələr  əsərin  dəyərini 
daha da artırmış, onu daha maraqlı, oxunaqlı etmişdir. 
 
Ərəbşünas  alim,  bir  çox  elmi-tədqiqat  əsərlərinin  müəllifi  Vilayət 
Cəfərin  bu  əsəri  Nazim  Hikmət  irsinin  öyrənilməsi  sahəsində  dəyərli  bir 
töhfə olmaqla yanaşı, qiymətli bir dərs vəsaiti kimi də tələbələrin stolüstü 
kitabıdır. 
 
 
“Ədəbiyyat qəzeti”, 26 may 2006-cı il. 
 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
245 
 
Nazim Hikmət pyeslərinin nəĢri və səhnə taleyi 
 
Nazim Hikmət dramaturgiyası öz örijanllığı və novatorluğu ilə seçilir. 
Sənətkarın onlarla pyesi bir çox dünya teatrlarında tamaşaya qoyulmuşdur. 
Azərbaycanda  müəllifin  “Kəllə”  dramı  başqa  pyeslərindən  daha  əvvəl 
görkəmli  rejissor  Rauf  Kazımovski  tərəfindən  radio  tamaşası  kimi 
hazırlanmış və dinləyicilərin böyük rəğbətini qazanmışdı. 
Bakıda nəşr olunmuş Nazim Hikmətin əsərlərinin iki cildliyində (1961 
və  1963)    şeir  və  poemaları,  habelə  onun  “Kəllə”,  “Bayramın  ilk  günü”, 
“Unudulan adam”, “Yusif və Züleyxa”, “Qəribə adam”, “Damokl qılıncı” 
pyesləri  verilmişdir.  Dram  əsərlərini  Azərbaycan  türkcəsinə  İ.  İbrahimov, 
E.İbrahimov və Ş. Ağayeva çevirmişlər.  
Nazim Hikmətin tədqiqatçısı olmuş Əkbər Babayevin böyük zəhmətlə 
seçib  tərtib  etdiyi  və  redaktoru  olduğu  bu  iki  cild  sənətkarın  həm 
poeziyasını, həm də dram yaradıcılığını əks etdirmişdir. 
 Ə.Babayev  bu  cildlərin  korrekturasını  da  diqqətlə  oxumuş,  dəfələrlə 
Moskvadan  Bakıya  gələrək  kitabın  yüksək  səviyyədə  çap  olunması  işinə 
nəzarət etmişdi. Bu barədə söz düşəndə Əkbər Babayev belə dedi: “Cildlər 
yüksək  səviyyədə  çap  olunub.  Amma  sonra  nəşriyyatın  yadına  düşüb  ki, 
axı kitabın tərtibçisi  və redaktoru var. Mən də, bütün korrekturanı başdan 
ayağa  çox  diqqətlə  oxusam  da,  son  səhifəyə  əhəmiyyət  də  verməmişəm, 
yəni  mənə  göstərməmişlər  də  heç.  Nazim  Hikmət  siqnal  nüsxələrini 
görəndə  mənim  adımı  axtardı.  Adım  yazılmamışdı.  Nazim  buna  çox 
əsəbiləşdi.  Mən  də  Bakıya  zəng  vurdum.  Bir  gün  nəşriyyatdan  evə  mənə 
telefon  açıb  dedilər  ki,  biz  bütün  nüsxələrə  kiçik  bir  kağızda  çap  etdirib 
yapışdırmışıq ki, kitabın tərtibatçısı və redaktoru Əkbər Babayevdir. Lakin 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
246 
 
mən buna heç bir əhəmiyyət vermədim. Çünki əsas o idi ki, Azərbaycanda 
Nazimin  ikicildliyi  çıxıb.”  (Əkbər  Babayevlə  şəxsi  söhbətdən.  Moskva, 
1963.) 
Nazim  Hikmətin  Azərbaycanda  tamaşaya  qoyulmuş  əsərləri  uğurlu 
olmuşdur.  A.İsgəndərov,  T.Kazımov,  M.Haşımov,  M.Bursəliyev  kimi 
rejissorlarımızın əməyi sayəsində bu əsərlər geniş tamaşaçı kütləsinin hüsn- 
rəğbətini  qazanmışdı.  “Kəllə”  pyesi  Gəncədə,  “Bayramın  ilk  günü”,  «Bir 
aşk  masalı»  pyesləri    Azərbaycan  Teatr  İnstitutu  (Dövlət  Mədəniyyət  və 
İncəsənət  Universiteti)  tələbələrinin  diplom  tamaşası  kimi,  “Unudulan 
adam”,  “Qəribə adam”,  “Türkiyədə” Azərbaycan Dövlət Akademik Dram 
Teatrında , “Damokl qılıncı” isə Rus Dram Teatrında uğurla göstərilmişdi. 
Bir  cəhəti  qeyd  etmək  istəyirəm  ki,  Nazim  Hikmət  pyeslərinin  səhnə 
təcəssümü o qədər də asan başa gəlmirdi. İlk baxışdan adama elə gəlirdi ki, 
Nazim Hikmət bu pyesləri səhnə imkanlarını nəzərə almadan yazıb. Amma 
əslində  belə  deyildi.  Dramaturq  rejissoru  məcbur  edirdi  ki,  o,  Nazimin 
səhnə  imkanlarına  sığmayan  ,  zaman-  məkan  prinsiplərini  qırıb  dağıdan 
dram əsərlərini köhnə üslubda deyil, novatorcasına tamaşaçılara çatdırsın. 
Rus  teatrşünaslarından  Zoya  Vladimirova  Nazim  Hikmət  pyeslərinin 
səhnə  taleyindən  söz  açarkən  yazırdı  ki, nə  vaxt  Nazim  Hikmətə  deyirsən 
axı  belə  olmaz,  sənin  əsərin  bütün  səhnə  imkanlarının  əleyhinədir.  Bu 
sözlərin qarşısında o, mavi gözlərini  sənə dikib sadəlövhcəsinə soruşurdu: 
“Axı  niyə  olmaz?”  İstər-  istəməz  düşünürsən  ki,  doğrudan  da  Nazim 
Hikmətin  pyesləri  bədii  cəhətdən  tamaşaçını  inandırırsa,  niyə  də  Nazimin 
dediyi kimi olmasın. 
Açığını  deyim  ki,  mən  bizim  Azərbaycan  rejissorlarının  Nazim 
Hikmət pyesləri üzərində çəkdikləri zəhməti və onun parlaq nəticəsini heç 
də  rus rejissorlarından, onların əməyindən və bu əməyin bəhrəsindən aşağı 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə