101
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
sutəmizləyici qurğuların tikintisi və s. üçün maliyyə imkansızlığını
bəhanə gətirərək, həmin Konvensiyaya qoşulmağı yubadırlar. Xəzər
dənizinin səviyyəsinin yüksəlməsi də
içməli su ehtiyatlarının duzlaşmasını
və sıradan çıxmasını sürətləndirir,
sahil yaşayış məntəqələrini subasma
təhlükəsi qarşısında qoyur. Bu
artımın əsas səbəblərindən biri məhz
dəniz sularının neft məhsulları ilə
çirklənməsidir. Rusiyalı mütəxəssislərin
hesablamalarına görə, Xəzər dənizi
səthinin hər kvadratmetrindən normal
olaraq atmosferə il ərzində 420 litr
su buxarlanmalıdır. Lakin, hətta bir
litr dəniz suyunda olan bir milliqram
neft belə, su səhtini örtərək təbii
buxarlanmanı xeyli dərəcədə azaldır.
Azərbaycanın ən böyük təbii su hövzələrindən sayılan, lakin
nədənsə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin balansında olmayan
Hacıqabul gölü də sürətlə bataqlığa,
ekoloji fəlakət zonasına çevrilməkdədir. Qədim geoloji dövrlərdə Xəzər
dənizinin geri çəkilməsi nəticəsində yaranan gölün uzunluğu təqribən
6 kilometrə, eni 3 kilometrə, sahəsi 16,68 km²-ə çatırdı. Kür çayının
su ehtiyatlarından qidalanan Hacıqabul gölünün sahillərində SSRİ
dövründə yay istirahət mərkəzləri, iri balıqçılıq təsərrüfatı və avarçəkmə
bazası fəaliyyət göstərmiş, suyun səviyyəsinin sabit saxlanılması
məqsədilə nasos qurğuları istismara buraxılmışdır. Azərbaycan
Ornitologiya Cəmiyyətinin məlumatına əsasən, köçəri su quşlarının
miqrasiya marşrutları üzərində yerləşən bu göldə hər il 15 mindən 25
minədək nadir fauna nümunəsi qışlayır, nəsil artırırdı
110
. Mütəxəssislər
Hacıqabul gölünün qurumasının ən böyük səbəbini 1961-ci ildə
istifadəyə verilən Şirvan kollektorunun istismar gücünün artırılması,
Kür çayından ayrılan qollar vasitəsilə suyun böyük hissəsinin suvarma
işlərinə yönəldilməsi ilə izah edirlər. Bundan başqa, Hacıqabul şəhərinin
çirkab sularının da buraya axıdılması onun ekologiyasına ciddi ziyan
vurmuşdur
111
.
110 Р.Керимов, «Исследуется озеро Гаджигабул и птицы живушие у водоема», http://www.
echo-az.com/archive/2007_06/1592/obshestvo06.shtml
111 http://www.olaylar.az/news/social/10051
Hər il Ermənistan və Gürcüstan
ərazilərindən transsərhəd çaylara
müvafiq olaraq 350 milyon
m³ və 330 milyon m³ kənd
təsərrüfatı, sənaye və məişət
tullantıları axıdılır. Tərkibində
zərərli neft məhsulları, fenollar,
ağır metallar olan həmin sular
əhalinin sağlamlığına və hövzənin
ekologiyasına ciddi ziyan
vurmaqdadır.
102
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Hacıqabul gölünün sahilləri: əvvəl və indi
2007-ci ildən etibarən Azərbaycanda
Milli Su Kadastrı üzrə
informasiya sisteminin yaradılmasına başlanılmışdır. Həmin sistemin
formalaşdırılması ölkədə daxili və transsərhəd su ehtiyatlarının
səmərəli idarə olunmasına, su təsərrüfatı ilə əlaqəli dövlət qurumlarının
fəaliyyətinin əlaqələndirilməsinə əlverişli şərait yaradacaqdır. 2010-cu il
sentyabr ayının 3-də dövlət sərhədlərinin müəyyənləşdirilməsinə dair
Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bağlanmış
müqavilə transsərhəd Samur çayının ehtiyatlarından birgə istifadəyə
hüquqi zəmin yaratsa da, hazırda Dağıstandakı separatçı qüvvələrin bu
sənədin müddəalarına qarşı pozuculuq fəaliyyəti güclənməkdədir. Su
mənbələrinin sənaye və məişət tullantıları ilə çirklənməsi suyu əhalinin
içməsi və təsərrüfat işlərində istifadəsi üçün yararsız etməklə bərabər,
hövzələrin bioloji mühitinə də mənfi təsir göstərir. Hazırda bu prosesin
qarşısının alınması, çirklənmiş ərazilərin təmizlənməsi Azərbaycan
Respublikasının ekoloji siyasətinin prioritet istiqamətlərindəndir.
Bu sahədə fəaliyyəti
«Hidrometeorologiya fəaliyyəti haqqında»
və
«Su Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan
Respublikasının qanunları,
«Ətraf mühit və təbii ehtiyatların
monitorinqinin aparılması qaydaları haqqında» Əsasnamə və digər
sənədlər tənzimləyir. Ölkədə su ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi məqsədilə suyun tərkibinin və çirklənməsinin monitorinqləri
aparılır. Kür və Araz çaylarının keyfiyyətinə nəzarəti gücləndirmək üçün
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qazax
və Beyləqanda analitik tədqiqat laboratoriyaları fəaliyyətə başlamışdır
112
.
112 H.Məmmədli, «Su mənbələrinin çirklənmədən mühafizəsi Azərbaycanda reallaşdırılan
ekoloji siyasətin mühüm istiqamətlərindəndir» www.eco.gov.az
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
Təbii mənbələrdən
götürülən su - cəmi
10012
10075
10772 11440 12050 12360
12270
11735
11425
11566 11779
Su istehlakı - cəmi
6414
6754
7370
8019
8607
8865
8371
7886
7639
7715
8012
onlardan:
məişət-içməli
məqsədlər üçün
408
503
512
498
521
523
360
348
384
405
397
istehsal ehtiyacları
üçün
2273
1977
2264
2264
2360
2508
2157
2042
1638
1742
1760
onlardan içməli su
57
46
46
61
61
74
50
41
46
54
52
suvarmaya və kənd
təsərrüfatının
təchizatına
3709
4248
4579
5240
5710
5817
5837
5 474
5587
5497
5746
Dövri və
ardıcıl istifadə
olunan suyun
həcmi
1863
704
2236
2273
2224
2198
2078
2485
1891
1787
1788
istehsal ehtiyacları
üçün ümumi
su istehlakına
nisbətən, faizlə
45
26
50
50
49
47
49
55
54
51
50