85
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
ildə Rusiya və Qırğızıstan qonşu dövlətlərlə razılaşdırmadan transsərhəd
Narın çayı üzərində illik enerji hasilatı 5 milyard kilovatt/saat olan
SES-in tikintisinə dair hökumətlərarası müqavilə imzalamışdılar. İlkin
razılığa görə, stansiyanın inşasına və avadanlıqla təchiz olunmasına
Moskvanın təqribən 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayırması
nəzərdə tutulmuşdu. Rusiya Federasiyasının bu layihəyə qoşulmasında
öz maraqları vardı. Müqavilə şərtlərinə əsasən, SES-in və gələcəkdə
enerji satışından əldə olunan gəlirin yarısı Rusiyanın payına düşürdü.
Bu məqsədlə «Kambar Ata SES-1» birgə müəssisəsi yaradılmış və
stansiya səhmlərinin 50%-i Rusiyanın «İnter RAO» energetika şirkətinə
verilmişdi. Lakin, həmin dövrdə Rusiya meyilli siyasət yürüdən rəsmi
Daşkənd və Astananın etirazları Moskvanı bu layihədə iştirakdan
müvəqqəti olaraq çəkindirmişdi.
Kambar Ata-2 Su Elektrik Stansiyasının tikintisi
Xüsusi olaraq vurğulamaq lazımdır ki, 2004-cü ildə rəsmi Düşənbə
«Tacikistanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və
qorunması» məqsədilə Rusiyanın 201-ci Qatçinsk hərbi bazasının
(keçmiş 201-ci motoatıcı diviziyasının) ölkə ərazisində
(Düşənbə,
Kurqantəpə, Kulab) dislokasiyasına razılıq vermişdir. Bundan başqa,
Rusiya ilə bağlanmış müqaviləyə əsasən, burada Rusiya Federasiyası
Silahlı Qüvvələrinin hava-kosmik hücumdan müdafiə qoşunlarının
«Okno» optik-elektron nəzarət kompleksi, kosmik fəzaya nəzarət
86
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
sistemi də yerləşdirilmişdir. Bununla belə, paralel olaraq ABŞ-a yönəlik
siyasət yürüdən Düşənbə hərbi yüklərin Əfqanıstana daşınması üçün
NATO-ya öz ərazisini təklif etmiş, 2007-ci ildə isə ABŞ-nin iştirakı
ilə Tacikistan-Əfqanıstan sərhədindəki Pənc çayı üzərində strateji
əhəmiyyətli körpünü tikib istifadəyə vermişdir. Lakin Tacikistanın
dövlət sərhədlərinin mühafizəsi Rusiya hərbçilərinin nəzarəti altına
keçdikdən sonra Düşənbə qısa vaxt ərzində narkotik maddələrin
qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə zəif bənd imicini
qazanmışdır. Belə ki, Əfqanıstandan keçirilən narkotik maddələrin
miqdarı azalmaq əvəzinə 3,5 dəfə artmışdır
91
. O da qeyd olunmalıdır
ki, 2012-ci il iyun ayının 28-də Özbəkistan Respublikasının növbəti
dəfə rəsmi olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından
(KTMT) çıxması «kətmən müharibəsi»ndə Tacikistanın mövqeyinin
möhkəmlənməsinə və Moskva-Düşənbə yaxınlaşmasına səbəb
olmuşdur. Doğrudur, Daşkəndin KTMT üzvlüyündən imtina etməsi
onun «əzəli su rəqiblərinin» - Tacikistanın Roqun, Qırğızıstanın
«Kambar Ata-1» stansiyalarının razılaşdırılmamış qaydada tikintisinə
və Rusiyanın «anlaşılmaz» mövqeyinə etirazı, yaranmış problemi
beynəlxalq təşkilatların və regionda geosiyasi maraqları olan Qərb
dövlətlərinin vasitəsilə nizamlaması istəyi ilə yozulur. Yəni, Rusiya
Roqun SES-in tikintisində iştirak edərsə, Özbəkistan öz geosiyasi
baxışlarını radikal şəkildə Qərbin xeyrinə dəyişəcəkdir.
Əslinə qalsa, Daşkəndin bu addımı tamamilə gözlənilən idi.
Dövri mətbuata Özbəkistan və ABŞ arasında siyasi əlaqələrin
möhkəmləndirilməsi, hətta Özbəkistanda Amerikanın hərbi bazalarının
yerləşdirilməsi planları barədə məlumatlar sızmaqdadır. Təsadüfi
deyildir ki, Z.Bjezinski ABŞ-nin geosiyasi maraqlarının ödənilməsində
Özbəkistana böyük önəm verərək yazır:
«Faktiki olaraq, bu ölkə
Mərkəzi Asiyada regional lider roluna əsas namizəddir. Özbəkistan
və ABŞ regional təhlükəsizliyin möhkəmləndirilməsində oxşar
mövqelərə malikdirlər. Mərkəzi Asiyanın hansısa müstəmləkəçi
dövlətin təsiri altında olmamasında da mövqelərimiz yaxındır»
92
.
Bütün bunlarla yanaşı, Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatı sıralarını tərk etməsi öz növbəsində Roqun Su Elektrik
91 А.Молчанов. «Таджик и узбек поссорились под ногами у России», http://www.news-
info.ru/articles/2009-01-29/tadcgik/539138/
92 Z.Brzezinski. «The Grand Chessboard: American Primacy and Its Geostrategic Imperatives»,
New York:
Basic Books, 1997