81
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
rolunu yenidən oynamağa hazırdır. Lakin, siyasi tamaşada bu obrazın
sözləri əvvəlkitək Moskvada deyil, Vaşinqtonda yazılacaqdır
84
. Qeyd edək
ki, vaxtilə ABŞ-nin tanınmış politoloqu Fredrik Star Özbəkistanı ABŞ-
nin Mərkəzi Asiyadakı maraqlarının ifadəçisi -
«anchor state»
(lövbər/
dayaq dövləti) adlandırmışdır. Onun fikincə,
«Mərkəzi Asiyanın vahid
mərkəzdən idarə olunmasına ehtiyac vardır. Bu mərkəz regionda
sabitlik, sağlam balans yaradacaq, regional təhlükəsizliyə, Avropaya,
NATO-ya xidmət edəcəkdir. Regionda yalnız Özbəkistan sabitlik
yaratmaq funksiyasını öhdəsinə götürmək imkanına malikdir»
85
.
Bütün bunlar bir daha sübut edir ki, Rusiya Federasiyasının Özbəkistana
yönəlik siyasəti səbəbsiz deyildir və rəsmi Moskva regiondakı mövqelərini
istənilən halda nə Qərbə, nə də Tacikistana güzəştə getməyəcəkdir. Qeyd
edildiyi kimi, onun Mərkəzi Asiyaya istiqamətlənmiş hidrosiyasətindən,
«barışdırıcı tərəf» imitasiyasından başlıca məqsəd regionun
perspektivli iqtisadi-siyasi-sosial təzyiq vasitəsi olan su ehtiyatlarını və
hidroenergetikasını tam nəzarətə götürməklə, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Türkmənistan və Tacikistanı geosiyasi mənafeləri
çərçivəsində saxlamaqdır. Bu baxımdan, Daşkəndin rəsmi etirazlarına
baxmayaraq, məhz Rusiyanın iştirakı ilə Roqun stansiyasının tikilib
istifadəyə verilməsi labüddür. Nəticədə, Moskva Özbəkistanın siyasi
oriyentasiyasından, Rusiya üçün əhəmiyyətli məsələlərə münasibətindən
asılı olaraq, bu ölkə üçün su limitini artırıb-azaltmaq imkanına malik
olacaqdır.
ABŞ-ın Şimali Dakota Universitetinin tədqiqatçıları Tomas de-
Satter, Cey Leyç və Nyu-Meksika Universitetindən Şahruhmirzə
Cəlilov «Beynəlxalq su ehtiyatları və ekoloji mühəndislik» jurnalında
dərc etdirdikləri «Roqun SES-in Özbəkistan iqtisadiyyatına
təsiri» başlıqlı məqalədə stansiya tikintisinin yaradacağı kəskin su
çatışmazlığının ölkənin kənd təsərrüfatına hər il 600 milyon ABŞ
dolları məbləğində ziyan vuracağını, ümumi daxili məhsulun həcminin
2% aşağı düşəcəyini, 300 min nəfərin isə iş yerlərini itirəcəklərini
proqnozlaşdırmışlar. Mütəxəssislər ziyanı maksimum 40% azaltmaq
üçün Özbəkistana qabaqlayıcı tədbirlər görməyi, su ehtiyatlarından
istifadə qaydalarını və normaları dəyişdirməyi, sudan istifadənin
84 «Независимая газета», №10, 29/11/2000
85 «Making Eurasia Stable»,
Foreign Affairs, vol. 75 no. 1, January/February 1996