72
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Qarşıdurmalardan kənarda olan neytral Türkmənistan isə ölkənin
şirin su ilə təmin olunmasını nisbətən yaxşılaşdırmaq məqsədilə hələ
ötən əsrin 90-cı illərinin axırlarında susuz Qaraqum səhrasında yeni
hidrotexniki obyektin – «Altın asır»
(Qızıl əsr) su anbarının tikintisinə
başlamışdı. Uzunluğu 103 kilometr, eni 18,6 kilometr, ümumi su tutumu
isə 132 km
3
olan süni gölün ilk novbəsinin tikintisi 2009-cu ildə başa
çatdırılmışdır. «Altın asır»ın suvarılan əkin rayonlarından kollektorlar
vasitəsilə nəql ediləcək drenaj suları hesabına doldurulması nəzərdə
tutulur. Lakin, mütəxəssislər yeni su anbarının gözlənilən səmərə
verməyəcəyi, əksinə regionda ekoloji tarazlığı ciddi şəkildə pozacağı
qənaətindədirlər
68
.
Türkmənistanda su ehtiyatlarına qənaəti əhalinin diqqət mərkəzində
saxlamaq üçün hər ilin aprel ayının ilk bazar günündə «Su damlası – altun danəsi»
devizi altında ümumxalq bayramının keçirilməsi ənənə xarakteri almışdır.
69
Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prezidentlərinin
2007-ci il avqust ayının 16-da Bişkek şəhərində keçirilmiş toplantısında
Özbəkistan prezidenti İslam Kərimov su ehtiyatları zəminində siyasi
qarşıdurmalara son qoymaq məqsədilə ortaq maraqlara cavab verən
təkliflər irəli sürmüşdür. Həmin təkliflərə əsasən, Mərkəzi Asiyanın
transsərhəd çaylarının su ehtiyatlarından istifadə zamanı beynəlxalq
hüquq normalarının tələbləri və bütün region əhalisinin mənafeləri
nəzərə alınmalı, su axarlar üzərində hər hansı bir hidrotexniki fəaliyyət
regionun su balansına, ekoloji şəraitə mənfi təsir göstərməməlidir.
Vurulan ziyan zamanı onun nəticələrinin aradan qaldırılması məqsədilə
təxirəsalınmaz tədbirlər görülməli, zərurət yaranarsa, təzminat
68 http://www.memoid.ru/node
69 http://www.turkmenistan.gov.tm/?id=3722