65
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
çayından bir kubkilometrdən çox su götürür. Nəticədə, Amur çayının
bu qolu demək olar ki, qurumuş, ekologiyaya ciddi ziyan vurulmuşdur.
ÇXR zərərli sənaye tullantılarını davamlı olaraq Sunkar çayına
axıtmaqdadır. Burada da vəziyyət fəlakət həddindədir. Bundan başqa,
Çinin fəaliyyəti nəticəsində Amur çayının sularının Şimal sahillərini
yuması sayəsində sərhəd xətti Rusiya Federasiyasının ərazisinin içərisinə
doğru irəliləmiş, nəticədə Çin əlavə olaraq, 30 kvadratkilometr ərazi
əldə etmişdir»
63
. 2012-ci ildə Çin Xalq Respublikası Qara İrtış çayı ilə
bağlı məsələnin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində müzakirəyə
çıxarılmasına kəskin etirazını bildirmişdir. Pekinin mövqeyinə görə,
İrtış çayı Çin ərazisindən Rusiyaya deyil, Qazaxıstan ərazisinə doğru
axır və mübahisə yalnız ikitərəfli danışıqların predmeti ola bilər. Digər
tərəfdən, həm Rusiyanın, həm də Qazaxıstanın etirazları hüquqi
baxımdan səmərəsizdir və deklarativ xarakter daşıyır. Çünki, Çin
məqsədli şəkildə transsərhəd su axarlarının istifadəsinə və qorunmasına
dair 1992-ci il və 1997-ci il tarixli konvensiyalara qoşulmamışdır. Bu isə
Çinin beynəlxalq məhkəmələrə verilməsi ehtimalını minimuma endirir.
Üstəlik, Qazaxıstanın Ətraf Mühit Nazirliyinin məlumatında bildirilir
ki, Çin hökuməti Qazaxıstan və Rusiyaya axan çaylar hesabına 2030-cu
ilədək ölkəsinin Şimal-Qərb hissəsində su ehtiyatlarını 555 milyard m
3
-
dən 888 milyard m
3
-ə qaldırmağı planlaşdırmışdır
64
.
Transsərhəd suların istifadəsində inhisarçılıq nümayiş etdirən ÇXR
qonşu dövlətlərlə hidromünasibətlərini yenə də geosiyasi maraqlar
çərçivəsində qurmaqdadır. Statistik məlumatlara əsasən, Çin Xalq
Respublikası yerüstü mənbələrin, xüsusilə çay suları ehtiyatlarının
həcminə görə
(ildə 2800 km³) Braziliya, Rusiya, Kanada və ABŞ-
dan sonra dünyada beşinci, lakin su mənbələrinin çirkləndirilməsi
göstəriciləri üzrə birinci yeri tutur. Ölkə ərazisində su mənbələrinin
qeyri-bərabər paylanması üzündən Çin adambaşına düşən suyun
həcminə
(ildə 2220 m³) görə 109-cu yerlə kifayətlənir. Proqnozlara
əsasən, 2030-cu ildə həmin göstəricinin 1760 m³-dək azalacağı gözlənilir.
Çinin kənd təsərrüfatı sahələrinin 64%-i, su ehtiyatlarının isə cəmi 19%-
i ölkənin şimal hissəsində yerləşir. Burada müntəzəm olaraq quraqlıq
baş verir. Hazırda Çinin məhsuldar torpaqlarının yarısı – təqribən 2,62
milyon km² ərazi səhralaşmaq üzrədir. Sinxua Agentliyinin məlumatına
63 «Китай «наступает».
Под угрозой Иртыш, Амур и Аргун», http://1sn.ru/59765.html
64 Central Asia’s Water Conflicts Come into Focus During
Nazarbayev-Karimov Summit,
Eurasia
Daily Monitor, http://www.jamestown.org
67
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Çin çaylarının bir hissəsinin müasir vəziyyəti
Transsərhəd su axarları ehtiyatlarının razılaşdırılmamış qaydada
istifadəsi ilə bağlı Rusiyanı narahat edən digər məsələ Monqolustanın da
nəhayət ki, hidrosiyasətə qol qoyması və
«Orxon çayı su kompleksi»
layihəsini reallaşdırmaq niyyətidir. Layihəyə əsasən, Orxon çayından
Qobi səhrası istiqamətində çəkiləcək 740 kilometrlik kanal və iki su
anbarı buradakı yaşayış məntəqələrini sutkada 345 min m³ su ilə təmin
etməyə imkan verəcəkdir. Orxon çayında suyun səviyyəsinin azalması
onun töküldüyü Selenqa çayında suyun həcminə mənfi təsir edəcəkdir.
Baykal gölünə il ərzində daxil olan 60 min km³ suyun yarısının Selenqa
çayına aid olması gölün dayazlaşması və ekologiyasının pisləşməsi ilə
nəticələnəcəkdir. Digər tərəfdən, «domino effekti»nə əsasən, «Orxon
çayının su kompleksi» layihəsi Rusiyanın Şərq regionlarının inkişafına
dair planlarına, o cümlədən İrkutsk vilayətindəki iki nəhəng alüminium
zavodlarının işinə təsirsiz ötüşməyəcəkdir.
Mərkəzi Asiya dövlətləri. Hazırda Mərkəzi Asiya hidromüharibələrin
baş verməsi baxımından riskli regionlardan biri sayılmaqdadır.
Burada yerləşən dövlətlər –
Qazaxıstan, Özbəkistan, Tacikistan,
Türkmənistan və Qırğızıstan oxşar sosial şəraitə, lakin fərqli iqtisadi
imkanlara malik olsalar da, ortaq şirin su ehtiyatları və hidroenergetika
problemləri bu ölkələri bir-biri ilə üzvi şəkildə bağlayır. Lakin, təbiət