Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə24/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   20   21   22   23   24   25   26   27   ...   60

       65
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
çayından bir kubkilometrdən çox su götürür. Nəticədə, Amur çayının 
bu qolu demək olar ki, qurumuş, ekologiyaya ciddi ziyan vurulmuşdur. 
ÇXR  zərərli  sənaye  tullantılarını  davamlı  olaraq  Sunkar  çayına 
axıtmaqdadır. Burada da vəziyyət fəlakət həddindədir. Bundan başqa, 
Çinin  fəaliyyəti  nəticəsində  Amur  çayının  sularının  Şimal  sahillərini 
yuması sayəsində sərhəd xətti Rusiya Federasiyasının ərazisinin içərisinə 
doğru  irəliləmiş,  nəticədə  Çin  əlavə  olaraq,  30  kvadratkilometr  ərazi 
əldə etmişdir»
63
. 2012-ci ildə Çin Xalq Respublikası Qara İrtış çayı ilə 
bağlı məsələnin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində müzakirəyə 
çıxarılmasına  kəskin  etirazını  bildirmişdir.  Pekinin  mövqeyinə  görə, 
İrtış çayı Çin ərazisindən Rusiyaya deyil, Qazaxıstan ərazisinə doğru 
axır və mübahisə yalnız ikitərəfli danışıqların predmeti ola bilər. Digər 
tərəfdən,  həm  Rusiyanın,  həm  də  Qazaxıstanın  etirazları  hüquqi 
baxımdan  səmərəsizdir  və  deklarativ  xarakter  daşıyır.  Çünki,  Çin 
məqsədli şəkildə transsərhəd su axarlarının istifadəsinə və qorunmasına 
dair 1992-ci il və 1997-ci il tarixli konvensiyalara qoşulmamışdır. Bu isə 
Çinin beynəlxalq məhkəmələrə verilməsi ehtimalını minimuma endirir. 
Üstəlik, Qazaxıstanın Ətraf Mühit Nazirliyinin məlumatında bildirilir 
ki, Çin hökuməti Qazaxıstan və Rusiyaya axan çaylar hesabına 2030-cu 
ilədək ölkəsinin Şimal-Qərb hissəsində su ehtiyatlarını 555 milyard m
3
-
dən 888 milyard m
3
-ə qaldırmağı planlaşdırmışdır
64
.
Transsərhəd suların istifadəsində inhisarçılıq nümayiş etdirən ÇXR 
qonşu  dövlətlərlə  hidromünasibətlərini  yenə  də  geosiyasi  maraqlar 
çərçivəsində  qurmaqdadır.  Statistik  məlumatlara  əsasən,  Çin  Xalq 
Respublikası  yerüstü  mənbələrin,  xüsusilə  çay  suları  ehtiyatlarının 
həcminə  görə 
(ildə  2800  km³)  Braziliya,  Rusiya,  Kanada  və  ABŞ-
dan  sonra  dünyada  beşinci,  lakin  su  mənbələrinin  çirkləndirilməsi 
göstəriciləri  üzrə  birinci  yeri  tutur.  Ölkə  ərazisində  su  mənbələrinin 
qeyri-bərabər  paylanması  üzündən  Çin  adambaşına  düşən  suyun 
həcminə 
(ildə  2220  m³)  görə  109-cu  yerlə  kifayətlənir.  Proqnozlara 
əsasən, 2030-cu ildə həmin göstəricinin 1760 m³-dək azalacağı gözlənilir. 
Çinin kənd təsərrüfatı sahələrinin 64%-i, su ehtiyatlarının isə cəmi 19%-
i  ölkənin  şimal  hissəsində  yerləşir.  Burada  müntəzəm  olaraq  quraqlıq 
baş verir. Hazırda Çinin məhsuldar torpaqlarının yarısı – təqribən 2,62 
milyon km² ərazi səhralaşmaq üzrədir. Sinxua Agentliyinin məlumatına 
63   «Китай «наступает». Под угрозой Иртыш, Амур и Аргун», http://1sn.ru/59765.html  
64   Central Asia’s Water Conflicts Come into Focus During Nazarbayev-Karimov Summit
Eurasia Daily Monitor, http://www.jamestown.org


66        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
əsasən,  2009-cu  ilin  fevralında  baş  vermiş  quraqlıq  nəticəsində  Çinin 
əsas  kənd  təsərrüfatı  bazası  olan  Xenan  əyalətində  fövqəladə  vəziyyət 
elan edilmişdir. 2012-ci ildə Çinin cənubundakı Yunnan əyalətində baş 
vermiş güclü quraqlıq üzündən 3,19 milyon insan kəskin su çatışmazlığı 
ilə üzləşmişdir. Quraqlığın vurduğu zərər 10 milyard yuana 
(təqribən 1,6 
milyard Azərbaycan manatına) bərabərdir. Ölkədəki 275 çay və 413 su 
anbarı qurumuşdur
65
.
Ölkədə  total  su  böhranı  yaradan  səbəblərdən  biri  yerüstü  və 
yeraltı su mənbələrinin sənaye, kənd təsərrüfatı və məişət tullantıları 
ilə  çirklənməsi,  sutəmizləyici  qurğuların  olmamasıdır.  Belə  ki,  çirkab 
sularının 80%-i təmizlənmədən şirin su hövzələrinə axıdılır və onların 
həcmi hər il 1,8 milyard ton artmaqdadır. Su ehtiyatlarının çirklənməsi 
nəticəsində onların 70%-i hətta texniki məqsədlər üçün belə, istifadəyə 
yararsız vəziyyətə düşmüşdür. Məsələn, 2005-ci il noyabr ayının 13-də 
və 2006-cı il avqust ayının 20-də transsərhəd Amur çayına bütövlükdə 
100 min tondan çox benzol axıdılmış, 2010-cu il iyul ayının 28-də baş 
vermiş daşqın nəticəsində isə Amurun sağ qolu olan Sunqari çayı 160 
min  ton  zəhərli  kimyəvi  maddələrlə  çirkləndirilmiş,  əhalinin  su  ilə 
təminatında  problemlər  yaranmış,  hövzənin  flora  və  faunasına  ciddi 
ziyan  dəymişdir.  Bu  hadisələr  Rusiya  Federasiyası  və  Çin  arasında 
diplomatik narazılığın yaranmasına səbəb olmuşdur.
Su  ehtiyatları  ilə  bağlı  yaranan  problemlərə  baxmayaraq,  Çin 
Xalq  Respublikası  da  malik  olduğu  şirin  su  mənbələrindən  geosiyasi 
maraqlarının ödənilməsində istifadə etmək niyyətini gizlətmir. Məsələn, 
şirin  su  mənbələri  ilə  zəngin  olan  Tibet  ərazisində  öz  mövqeyini 
möhkəmləndirən Çinin Himalay dağlarındakı buzlaqlardan qaynaqlanan 
Hind, Qanq, Brahmaputra, Mekonq, Yantzı, Xuanxe, Saluin, Karnali və 
Satlec kimi çayların strateji su ehtiyatlarını nəzarətdə saxlamağa yönəldilən 
səyləri  son  nəticədə  Hindistan,  Banqladeş,  Butan,  Nepal,  Myanma, 
Pakistan,  Kamboca,  Laos,  Tailand  və  Vyetnamın  siyasi  iradəsinə  təsir 
etmək üçün əlavə imkanlar verəcəkdir. Qeyd etmək lazımdır ki, həmin 
çayların  hövzələrində  Çin  də  daxil  olmaqla  dünya  əhalisinin  təqribən 
47%-i məskunlaşmışdır. 
65   В южной части Китая наблюдается серьезная нехватка питьевой воды http://www.
trtrussian.com/trtworld/ru/newsdetail.aspx?haberkodu=7e49d1e5-3845-4ea0-9bf4-714eceb06a62


       67
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Çin çaylarının bir hissəsinin müasir vəziyyəti
Transsərhəd  su  axarları  ehtiyatlarının  razılaşdırılmamış  qaydada 
istifadəsi ilə bağlı Rusiyanı narahat edən digər məsələ Monqolustanın da 
nəhayət ki, hidrosiyasətə qol qoyması və 
«Orxon çayı su kompleksi» 
layihəsini  reallaşdırmaq  niyyətidir.  Layihəyə  əsasən,  Orxon  çayından 
Qobi  səhrası  istiqamətində  çəkiləcək  740  kilometrlik  kanal  və  iki  su 
anbarı buradakı yaşayış məntəqələrini sutkada 345 min m³ su ilə təmin 
etməyə  imkan  verəcəkdir.  Orxon  çayında  suyun  səviyyəsinin  azalması 
onun töküldüyü Selenqa çayında suyun həcminə mənfi təsir edəcəkdir. 
Baykal gölünə il ərzində daxil olan 60 min km³ suyun yarısının Selenqa 
çayına  aid  olması  gölün  dayazlaşması  və  ekologiyasının  pisləşməsi  ilə 
nəticələnəcəkdir. Digər tərəfdən, «domino effekti»nə əsasən, «Orxon 
çayının su kompleksi» layihəsi Rusiyanın Şərq regionlarının inkişafına 
dair planlarına, o cümlədən İrkutsk vilayətindəki iki nəhəng alüminium 
zavodlarının işinə təsirsiz ötüşməyəcəkdir. 
Mərkəzi Asiya dövlətləri. Hazırda Mərkəzi Asiya hidromüharibələrin 
baş  verməsi  baxımından  riskli  regionlardan  biri  sayılmaqdadır. 
Burada  yerləşən  dövlətlər  – 
Qazaxıstan,  Özbəkistan,  Tacikistan, 
Türkmənistan  və  Qırğızıstan  oxşar  sosial  şəraitə,  lakin  fərqli  iqtisadi 
imkanlara malik olsalar da, ortaq şirin su ehtiyatları və hidroenergetika 
problemləri  bu  ölkələri  bir-biri  ilə  üzvi  şəkildə  bağlayır.  Lakin,  təbiət 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə