74
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
sərhəd xəttinin demarkasiya və delimitasiya edilməməsi əhalini bir
dövlətdən digərinə sərbəst miqrasiya etməyə, yeni məskunlaşdıqları
ərazilərdə milli icmalar yaratmağa, qanunsuz olaraq məhsuldar
torpaqları, su ehtiyatlarını ələ keçirməyə sövq edir, eyni zamanda, burada
separatizm meyillərinin və etnik dözümsüzlüyün baş qaldırmasına
şərait yaradır. Hazırda Özbəkistan və Qırğızıstan arasında «kətmən
müharibələri» daha təhlükəli xarakter almaqdadır. Rəsmi Daşkənd illər
boyu toplanmış borca görə Qırğızıstana qaz verilməsini dayandırmış,
Bişkek isə bunun müqabilində Toktoqul su anbarının bəndlərini açaraq
özbəklərin süni dəryaçasını dağıtmış, əkin sahələrini susuz qoymuşdur.
Digər bir misal. 2008-ci ilin mart ayında Tacikistanın İsfarin rayonunun
150 nəfər sakinindən ibarət dəstə rayon hakiminin
(icra hakimiyyəti
başçısının) rəhbərliyi ilə Qırğızıstan ərazisinə soxulmuş və buradakı su
bəndini dağıtmağa cəhd göstərmişdir. Qırğızıstan sərhədçilərinin səyləri
nəticəsində bu diversiyanın qarşısı alındıqdan sonra İsfarin hakimi
Mühibə Yaqubova tacikləri dörd gün susuz qoyan bəndin «mübahisəli
ərazidə» və qanunsuz
tikildiyini bildirmişdir
71
.
Regionun su problemi və onun yarada biləcəyi iqtisadi-siyasi və
etnik fəsadlar Beynəlxalq Böhran Qrupunun (
International Crisis Group)
«Mərkəzi Asiya: su və münaqişələr» adlı hesabatında da əksini tapmış,
regionun bütün kəndlərində «su müharibələrinin» baş qaldırması
üçün real zəmin yarandığı vurğulanmışdır. Bu qarşıdurmalarda hər
bir tərəf öz arqumentləri ilə çıxış edir. Su çatışmazlığı ilə üzləşənlər
(Qazaxıstan, Türkmənistan, Özbəkistan) onu «Allahın bütün insanlara
göndərdiyi nemət», region xalqlarının ümumi sərvəti» adlandırır, bu
ehtiyatlara nəzarət edənlər
(Tacikistan, Qırğızıstan) isə suyun hər bir
dövlətin strateji mülkiyyəti olduğunu bildirirlər. Maraqlıdır ki, Şanxay
Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin
(Çin, Rusiya, Qazaxıstan,
Tacikistan, Qırğızıstan və Özbəkistan) hər birinin su ehtiyatları ilə bağlı
qarşılıqlı iddia və problemləri mövcuddur.
Təhlillərə əsasən, məhz su
ehtiyatlarının bölüşdürülməsi və istifadəsi ətrafında yaranmaqda olan
siyasi-iqtisadi gərginlik bu təşkilatın da parçalanmasına səbəb olacaqdır.
Eyni zamanda, Qazaxıstan, Özbəkistan və Əfqanıstan arasında da
«kətmən münaqişələri»nin baş qaldırması ehtimal olunmaqdadır.
Qazaxıstan, Özbəkistan və Türkmənistan rəsmi Düşənbə və Bişkeki
hidrostrateji üstünlüklərini siyasi və kommersiya maraqlarının təminatına
71 А.Евграфов. «Киргизско-таджикские водные войны», http://www.ia-centr.ru/publica-
tions/837/