78
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Tacikistanın qonşu Özbəkistanla razılaşmadan Vəhş çayı üzərində
3600 MVt gücə malik Roqun su elektrik stansiyasının inşasına başlaması
təkcə qonşu dövlətlərin deyil, beynəlxalq təşkilatların da narahatlığı ilə
nəticələnmişdir. Qazaxıstan, Özbəkistan və Türkmənistanın bununla
bağlı rəsmi Düşənbə ilə danışıqlar aparmaq cəhdləri heç bir səmərə
verməmişdir. Oponentlər etirazlarını iki səbəblə izah edirlər. Birincisi,
bu stansiyanın istismara buraxılması digər Mərkəzi Asiya dövlətlərinin
şirin su ilə təminatını pisləşdirəcək, onları Tacikistandan asılı vəziyyətə
salacaqdır. İkinci səbəb isə Roqun SES-in seysmik cəhətdən fəal zonada
inşa edilməsidir. 2009-cu ildə Özbəkistan tikinti işlərini ləngitmək
məqsədilə inşaat materialları daşıyan qatarların Tacikistan ərazisinə
daxil olmasını qadağan etmişdi. Təkcə həmin ilin fevral ayında Termez,
Karşi və Xavast dəmir yolu stansiyasında sement, yanacaq və texniki
qurğular yüklənmiş 1117 yük vaqonu saxlanılmışdır. Hesablamalara
görə, Özbəkistan tərəfindən həyata keçirilmiş blokada səbəbindən
Tacikistanın dəmir yolu nəqliyyatına təqribən 5 milyon ABŞ dolları
məbləğində ziyan dəymişdir. Ölkəyə yanacaq daşınmasında yaranmış
fasilələr nəticəsində benzinin bir litrinin qiyməti 20 diramdan 40 dirama
qədər qalxmışdır
79
. Zənn etmək olardı ki, rəsmi Moskva seyrçi mövqedə
qalmayacaq, hidromünaqişələrin nizamlanmasında vasitəçi qismində
çıxış edərək, geosiyasi mənafelərinin ödənilməsində həmin imkandan da
yararlanacaqdır. Lakin, Düşənbənin təkidli müraciətlərinə baxmayaraq,
Rusiya uzun müddət Özbəkistana təzyiq etməkdən çəkinmişdir.
Moskvanın gözləmə mövqeyində dayanması isə onun Mərkəzi Asiyada
«alternativsiz vasitəçi» funksiyasının məhdudlaşdırılması, Roqun su
elektrik stansiyası ilə bağlı yaranan münaqişənin tənzimlənməsində
beynəlxalq təşkilatların fəallaşması
ilə nəticələnmişdir
80
.
Özbəkistan və Tacikistan arasındakı «kətmən müharibəsi» hətta
Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi səviyyəsinə də qalxmışdır.
BMT-nin Baş katibi Pan Gi Mun münaqişənin tənzimlənməsində,
Tacikistanın energetika problemlərinin həllində alternativ yolların
istifadəsinə dair Dünya Bankının göstərdiyi səyləri dəstəkləmiş, Roqun
su elektrik stansiyası layihəsinin obyektiv dəyərləndirilməsi ilə əlaqədar
texniki ekspertizanın aparılması zəruriliyini vurğulamışdır. Əmin
olduğunu bildirmişdir ki, ekspertizanın maraqlı dövlətlər tərəfindən
qəbul ediləcək nəticələri Mərkəzi Asiya dövlətləri arasında su probleminə
79 «Партизанщина.
Узбекистан делает все, чтобы Рогунская ГЭС не была построена»,
http://www.centrasia.ru/newsA.php?st=1270452960
80 «Средняя Азия может «взорваться» из-за дефицита воды» http://www.nr2.ru/policy/184821.html
79
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
dair konstruktiv dialoqun qurulması üçün əlverişli şərait yaradacaqdır
81
.
Beləliklə, 2012-ci il avqust ayının ilk günlərində Tacikistan Dünya
Bankının tələblərinə uyğun olaraq, ekspert yoxlamaları başa çatanadək
Roqun su elektrik stansiyasında bütün işləri dayandırmalı olmuşdur.
Roqun Su Elektrik Stansiyasının yarımçıq qalmış tikintisi
Qeyri-rəsmi məlumatlara görə, Dünya Bankı ilkin olaraq, Roqun
bəndinin layihə hündürlüyünü 335 metrdən 170 metrədək endirməyi
təklif etsə də, Tacikistan rəhbərliyi belə güzəştə razılıq verməmişdir.
Yeri gəlmişkən, Roqun SES-in tikintisində maraqlı olan «Русский
Алюминий»
(RUSAL) şirkətinin də vaxtilə kompromiss variant kimi
bənd hündürlüyünü heç olmasa 285 metrədək azaltması təklifini rəsmi
Düşənbə rədd etmişdi
82
. Bununla belə, Tacikistan rəhbərliyi Roqun
SES-in tikintisinin ölkə üçün prinsipial məsələ olduğunu və hidrotexniki
obyektin inşasının istənilən halda davam etdiriləcəyini bildirmişdir.
Prezident Emoməli Rəhmon Tacikistan Elmlər Akademiyasının
yaradılmasının 60 illiyi münasibətilə keçirilmiş təntənəli mərasimdəki
çıxışında stansiyanın taleyi ilə bağlı mövqeyin dəyişilmədiyini bir
daha açıqlamış, tikintinin zəruriliyini ölkədə neft və qaz ehtiyatlarının
81 http://news.tj/ru/news
82 «Таджикистан приостановил работы на Рогунской ГЭС», http://www.rosbalt.ru/ex-
ussr/2012/08/03/1018364.html