98
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
ki, Cənubi Qafqazın ümumi su ehtiyatının 62%-i Gürcüstanın, 28%-i
Ermənistan və yalnız 10%-i Azərbaycanın payına düşür. Bütövlükdə,
hər il təbii ehtiyatlardan 10-14 km³ su götürülür və onun 60-70%-i
kənd təsərrüfatının, 20-25%-i sənayenin ehtiyaclarına sərf olunur. Ölkə
ərazisinin 4,6 milyon hektarı aqrar sahə üçün yararlı olsa da, suvarılan
torpaqların ümumi sahəsi cəmi 1,45 milyon hektara bərabərdir və kənd
təsərrüfatı məhsullarının 90%-i məhz həmin sahələrdə yetişdirilir. 2012-
ci ilədək kompleks meliorasiya işləri hələlik həmin sahələrin yalnız 610
min hektarını əhatə edə bilmişdir. Azərbaycan Respublikası Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatına əsasən, ölkənin ümumi
su ehtiyatlarının həcmi 35 milyard km³-ə çatır. Onun təqribən 5 milyard
km³-ni isə yeraltı sular təşkil edir. «Sukanal» Elmi-Tədqiqat Layihə
İnstitutunun statistik rəqəmlərində ölkənin yerüstü su ehtiyatlarının
həcminin 32 milyard m
3
olduğu və quraqlıq illərində 23 milyard m
3
-ə
qədər azaldığı bildirilir.
Kür çayı
Azərbaycan Meliorasiya və Su Təsərrüfati Açiq Səhmdar
Cəmiyyətinin məlumatına əsasən, ölkədə Xəzər dənizi hövzəsinə daxil
olan 8350 böyük və kiçik çay vardır. Bu çayların böyük hissəsinin,
yəni 7860 suaxarın uzunluğu 10 kilometrdən də azdır. Daxili çaylar
ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər şəkildə paylanmışdır və onların
axımının əsas hissəsi yaz dövrünə düşür. Çayların əksəriyyətinin
axımı tənzimlənmədiyindən daşqın və sel sularından səmərəli istifadə
etmək mümkün olmur və bu sular dənizə axır. İlin isti aylarında isə
kiçik çayların bir çoxunun suları quruyur. Sellər və daşqınlar hər
99
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
il ölkə iqtisadiyyatına xeyli miqdarda ziyan vurur. Onların zərərli
təsirinə yüzlərlə yaşayış evi, min hektarlarla əkin sahələri, dəmiryolu
və avtomobil magistralları, elektrik xətləri, qaz kəmərləri, kanal və
kollektorlar, hidrotexniki qurğular, digər mühəndis kommunikasiyaları
məruz qalır. Cəmiyyətin məlumatında bildirilir:
«Çaylardan ekoloji,
energetika və digər məqsədlər üçün məcburi su buraxmalarını
nəzərə alsaq, su çatışmamazlığının miqdarı təsəvvür edilməz
qiymətə malik olacaqdır». Cənubi Qafqazın, o cümlədən də
Azərbaycanın əsas su arteriyası Kür çay hesab olunur. Uzunluğuna və su
ehtiyatlarına görə ölkənin ikinci suaxarı isə Araz çayıdır. Qlobal iqlim
dəyişilmələrli ilə əlaqədar dünyada, eləcə də Azərbaycanda müşahidə
olunan uzunsürən quraqlıqlar və son 2-3 ildə çaylarda baş verən sel
və daşqınlar ölkə iqtisadiyyatına və əhalisinə xeyli zərər vurmuşdur.
Ümumi su tutumu 640 milyon m3 olan su anbarları Ermənistan
tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində qaldığı üçün ölkədə su
problemi daha da dərinləşdirir. Su çatışmamazlığı ilə yanaşı, çayların,
xüsusi ilə transsərhəd çaylarının sularının Ermənistan və Gürcüstan
ərazilərində çirkləndirilməsi və suyun keyfiyyətinin pisləşməsi
ölkədə sosial-ekoloji gərginliyi artıran əsas amillərdəndir. Hazırda
Azərbaycanda suvarılan torpaqlarını su ilə təmin etmək və energetika
məqsədləri üçün 135 hidrotexniki qurğu, o cümlədən su tutumu 100
milyon m3-dən çox olan 8, su tutumu 10-100 milyon m3-dən çox 12,
su tutumu 1-10 milyon m3-ə bərabər 42, həcmi milyon m3-dən aşağı
73 su anbarı istismar olunur.
108
Azərbaycanın yerüstü su ehtiyatlarının 70%-i onun sərhədlərindən
kənarda formalaşır və onun da böyük hissəsi ölkə ərazisinə kənd
təsərrüfatı, sənaye və məişət tullantıları ilə çirklənmiş vəziyyətdə daxil
olur. Suaxarların 19-20,6 km³-i 20-yə yaxın transsərhəd çayların, o
cümlədən,
Kür, Araz, Qanıx (Alazan), Samur, Ağstafaçay, İorinin,
9,5-10 km³-i isə daxili çayların payına düşür. Azərbaycan əhalisinin
təqribən 80%-i Kür və Araz çaylarının sularından istifadə edir. Samur
çayı istisna olmaqla, Xəzər dənizinə tökülən digər çayların illik su ehtiyatı
2,2-2,5 km³-ə, Kür çayı hövzəsinə daxil olan qolların ümumi ehtiyatı
isə 7,5-7,8 km³-ə çatır. Azərbaycan ərazisindəki şirin sulu göllərin
ehtiyatı da məhduddur: cəmi 0,03-0,05 km³. İstifadəyə yararlı yeraltı
su ehtiyatlarının illik istismar həcmi isə təqribən 9 milyard m³-ə çatır.
Həmin mənbələrin 60%-i Samur-Dəvəçi, Şəki-Zaqatala, Gəncə-Qazax
bölgələrində, qalan hissəsi isə Mil-Qarabağ, Cəbrayıl və Naxçıvanın
108 http://mst.gov.az/az/pages/mst/su-anbarlari/
100
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
dağətəyi zonalarında yerləşir. Yeraltı su yataqlarının bir çoxunun
istismar müddəti bitmək üzrədir. Bundan başqa, Azərbaycanda ümumi
su tutumu 22 km³ olan 140 su anbarı vardır. Onların ən tutumluları
Mingəçevir, Şəmkir, Araz və hazırda işğal altında olan Sərsəng su
anbarlarıdır. Bakı şəhərinin və Abşeron yarımadasının içməli su ilə
təminatı məqsədilə 5 yeraltı mənbə istismar olunur. Bu mənbələrdən
ikisi Xaçmaz, biri isə Oğuz rayonlarının ərazilərindədir. Bundan başqa,
su təminatında Ceyranbatan su anbarının və Kür çayının sularından
da istifadə edilir. İçməli suyun Bakı və Abşerona nəqli məqsədilə
Xaçmazdan «Şollar» və 2-ci Bakı su kəmərləri, Kür çayından,
Ceyranbatan su anbarından magistral kəmərlər və Oğuz-Qəbələ-
Bakı su kəməri istifadəyə verilmişdir
109
. 1996-cı ildən başlanan aqrar
islahatlar Azərbaycanda planlı fəaliyyət göstərən dövlət kənd təsərrüfatı
müəssisələrinin, kolxoz və sovxozların ləğvinə, əvəzində isə xeyli sayda
kiçik fermer təsərrüfatlarının yaranmasına imkan vermişdir. Bununla
belə, ilk dövrlərdə su ehtiyatlarından nəzarətsiz və israfçılıqla istifadə
edilməsi, innovativ aqrotexniki qaydaların zəif tətbiqi nəticəsində
daxili suvarma və meliorasiya, irriqasiya və subölüşdürücü sistemlərin
böyük hissəsi sıradan çıxmış, ən nəhayət, suvarılan torpaqların 40%-i
şoranlaşmışdır.
Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin məlumatına görə, ölkə ərazisində orta illik su çatışmazlığı
3,7-4,75 km³ arasında dəyişir. Ölkədə su çatışmazlığı təkcə təbii amillərlə
əlaqəli deyildir. Bu problem həm də mövcud su ehtiyatlarından rasional
istifadə olunmamasının nəticəsidir. Məsələn, Kür çayından, Oğuz-
Qəbələ-Bakı və Samur-Abşeron kəmərlərindən Bakı şəhərinə və onun
ətrafına saniyədə 30 kubmetr su daxil olsa da, onun təqribən 40%-i
israfçılıq, nəzarətsizlik, texniki qurğuların və boru xəttlərinin nasazlığı
üzündən itkiyə gedir.
Azərbaycan Respublikası Cənubi Qafqaz dövlətlərindən ilk və
hələlik yeganə ölkədir ki,
BMT-nin Avropa İqtisadi Komissiyasının
«Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsinə
və istifadəsinə dair» Helsinki Konvensiyasına qoşulmuşdur.
Ermənistan və Gürcüstan isə müxtəlif əsassız səbəbləri, əsasən həmin
sənəddən irəli gələn öhdəliklərin icrasını, məsələn, transsərhəd sulardan
istifadə zamanı qonşuların maraq və ehtiyaclarının nəzərə alınması,
qənaət rejiminin tətbiqi, kanalizasiya sisteminin yaxşılaşdırılması,
109 http://www.eco.gov.az/hid-chay-gol-suanbar.php.
Dostları ilə paylaş: |