Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə23/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   19   20   21   22   23   24   25   26   ...   60

       63
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
və  yerüstü  su  ehtiyatlarının  qorunması  dövlət  siyasətinin  prioritet 
istiqaməti  kimi  dəyərləndirilmiş,  təbii  proseslər  və  antropogen 
təsirlər nəticəsində su obyektlərinin çirkləndirilməsinin, nəzarətsizlik 
və  israfçılıq  hallarının  Rusiyanın  su  potensialına  qarşı  yönəldilmiş 
təhlükə  olduğu  bildirilmişdir.  Ölkədə  strateji  su  ehtiyatlarının  dövlət 
siyasəti  səviyyəsində  qorunmasına  və  səmərəli  istifadəsinə,  içməli  su 
itkisinin  iki  dəfə  azaldılmasına  istiqamətləndirilmiş  digər  konseptual 
sənədə - 2009-cu ildə qüvvəyə minmiş 
«Rusiya Federasiyasının Su 
Strategiyası»na əsasən, iki mərhələdən ibarət olan hidroloji tədbirlər 
kompleksinin maliyyələşdirilməsinə dövlət büdcəsindən 620 milyard 
rubl məbləğində vəsait ayrılmışdır. 2009-2012-ci illəri əhatə edən ilk 
mərhələdə  ölkənin  su  təsərrüfatı  kompleksinin  yeniləşdirilməsi  və 
dayanıqlı  inkişafı,  onun  idarə  olunması  sisteminin,  normativ-hüquqi 
bazasının  təkmilləşdirilməsi,  su  mənbələrindən  səmərəli  istifadəyə 
yönəldilmiş innovasiya texnologiyalarının tətbiqi, əhalinin keyfiyyətli su 
ilə təminatının yaxşılaşdırılması, su obyektlərinin ekoloji mühafizəsinin 
təşkili  və  s.  nəzərdə  tutulmuşdur.  İkinci  mərhələdə 
(2013–2020-ci 
illər)  isə  digər  təşkilati  və  texnoloji  tədbirlərlə  yanaşı,  su  fondunun 
üstün  potensialının  siyasiləşdirilməsi,  onun  geosiyasi  maraqların 
ödənilməsinə yönəldilməsi, paralel olaraq, milli su ehtiyatlarının xarici 
bazarda rəqabətə davamlılığının artırılması planlaşdırılmışdır. 
Rusiya,  Çin  və  Monqolustan.  Təhlillərə  əsasən,  yaxın  dövrlərdə 
Rusiyanın  özünün  də  hidromünaqişələrlə  üzləşəcəyi  ehtimalı 
getdikcə  artmaqdadır.  Risk  dərəcəsinə  görə,  rəsmi  Moskvanın  ilk  su 
münaqişələrinin 
Çin və Monqolustanla baş verəcəyi proqnozlaşdırılır. 
Su  ehtiyatlarından  istifadə  zəminində  Moskva  və  Astana  arasında 
yaranmış  narazılığa  baxmayaraq, 
Qazaxıstan  Respublikasının  bu 
qarşıdurmalarda  Rusiyanın  mövqeyini  müdafiə  edəcəyi  gözlənilir. 
Çin  Xalq  Respublikasının  transsərhəd  sularda,  xüsusilə 
İrtış  çayında 
birtərəfli qaydada irimiqyaslı hidroloji layihələr həyata keçirməsi rəsmi 
Moskva və Astananı ciddi ekoloji problemlərlə üzləşdirmişdir. Belə ki, 
dünyanın ən uzun su axarlarından olan İrtışın su ehtiyatlarının mühafizəsi 
və müəyyənləşdirilmiş limit əsasında birgə istifadəsi məsələsi Rusiya, Çin 
və Qazaxıstan arasında rəsmi danışıqlarda dəfələrlə gündəmə gəlsə də, bu 
barədə müvafiq saziş imzalansa da, yalnız öz dövlət maraqlarından çıxış 
edən rəsmi Pekin razılaşmanın şərtlərini pozaraq, çayın su ehtiyatlarını 
inhisara almaq niyyətlərini gizlətmir. 


64        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Qeyd edək ki, hövzəsinin ümumi sahəsi 1643 min km² olan İrtış çayı 
mənbəyini  Çin  ərazisindən 
(525  km)  götürməklə  Qazaxıstan  (1700 
km)  və  Rusiya  (2010  km)  ərazilərindən  keçərək  Ob  çayına  tökülür. 
Hazırda  bu  çay  Qazaxıstanda  təqribən  4  miyon  əhalini  içməli  su  ilə 
təmin edir. Rusiyada isə Omsk vilayətinin şirin suya olan tələbatı bu 
çay vasitəsilə ödənilir. Rusiya Federasiyası Su Ehtiyatları Agentliyinin 
məlumatına görə, Çin hər il İrtış çayından 1-1,5 km³ su götürdüyü halda 
(bu rəqəm Qazaxıstan və Rusiyada müvafiq olaraq, 3,8 km³ və 0,43 km³-ə 
bərabərdir), hazırda istifadə etdiyi suyun həcmini birtərəfli qaydada xeyli 
artırmışdır.  Eyni  zamanda,  Çinin  qərbində  yerləşən  Sinzyan-Uyğur 
Muxtar Rayonunda kənd təsərrüfatını inkişaf etdirmək, neftlə zəngin 
Karamay bölgəsində sosial infrastruktur yaratmaq məqsədilə uzunluğu 
300  kilometrə  çatan 
Qara  İrtış-Karamay  su  kanalının  çəkilişini  də 
sürətləndirmişdir.  Layihəyə  əsasən,  Çin  Xalq  Respublikası  İrtış  çayı 
ehtiyatlarından  istifadə  kvotasını  birtərəfli  qaydada  artırmaqla  ildə  5 
km³ su götürməyi, həmin transsərhəd axarın üzərində yeni su elektrik 
stansiyaları  və  bəndlər  tikməyi,  habelə  suvarma  kanalları  istifadəyə 
verməyi  nəzərdə  tutmuşur.  Bundan  başqa,  Qara  İrtış-Karamay 
kanalında suyun həcminin artırılması üçün Qazaxıstan ərazisinə keçən 
transsərhəd 
İli  çayından  qol  çəkilməsi  də  planlaşdırılmışdır.  Balxaş 
gölünün su ehtiyatının 80%-nin məhz İli çayı hesabına formalaşmasını 
nəzərə alsaq, suyun miqdarının azalması gölün dayazlaşmasına və sürətlə 
duzlaşmasına səbəb olacaq. Qazaxıstan ekoloqları bu qənaətdədirlər ki, 
İrtış çayı ilə bağlı problem həll olunmazsa, yaxın 10-20 il ərzində ölkə 
ekoloji fəlakətlə üzləşəcəkdir. Balxaş gölü Aral dənizinin, Almatı şəhəri 
isə mifik Atlantidanın taleyini yaşayacaq, Buxtaramin və Şulbin Atom 
Elektrik  stansiyaları  fəaliyyətlərini  dayandıracaqlar
61
.  Hesablamalara 
əsasən, Qara İrtış-Karamay kanalının istismara buraxılması Rusiyanın 
Omsk  vilayətinin  içməli  su  ilə  təminatının  kəskin  şəkildə  pisləşməsi, 
İrtış-Karaqanda  kanalında  suyun  səviyyəsinin  60  santimetr  aşağı 
düşməsi,  Qazaxıstanın  Ust-Kamenoqorsk,  Pavlodar,  Semipalatinsk 
kimi iri regionlarının quraqlıqla üzləşməsi, Zaysan gölünün tamamilə 
quruması və s. ekoloji, sosial və iqtisadi fəlakətlərlə nəticələnəcəkdir
62

Rusiya  Elmlər  Akademiyası  Su  Problemləri  İnstitutunun  direktor 
müavini Mixail Bolqovun sözlərinə əsasən, Rusiya və Çin arasında su 
problemləri təkcə İrtış çayı ilə məhdudlaşmır: «Çin il ərzində Arqun 
61   «Китай может превратить Казахстан в пустыню», engrinews.kz/kazakhstan_news    
62   К.Муратшина, «Иртыш в гидрополитике России, Казахстана и Китая» http://russian-
council.ru/inner/?id_4=415#top


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə