Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə19/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   15   16   17   18   19   20   21   22   ...   60

       53
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
qonşu  dövlətlərin  maraqlarını  və  gələcək  nəsillərin  tələbatını 
nəzərə almadan hazırlanmışdır… Əgər İsrail Dövləti Suriya, Livan 
və  İordaniya  ilə  sülh  müqaviləsi  bağlamasa,  İordan  və  Yarmuk 
çaylarının  hövzələri  yenidən  müharibə  ocağına  çevriləcəkdir»
45
. 
Hazırda İsrail Dövləti və Fələstin Muxtariyyəti hər iki tərəf üçün ortaq 
olan  su  mənbələrindən  istifadə  edirlər.  Onlardan  biri  İordan  çayının 
Qərb  sahilində  yaşayan  fələstinlilərin  suya  ehtiyacını  ödəyən  yeraltı 
su yatağıdır. Birtərəfli bölgüyə əsasən, yataqdan çıxarılan suyun 80%-
i  İsrailin,  20%-i  isə  Fələstinin  payına  düşür.  Yerüstü  su  mənbəyi  isə 
İordan çayı, onun qolları, Yarmuk çayı və Kineret gölüdür. Fələstin bu 
su  ehtiyatlarından  istifadə  hüququndan  demək  olar  ki,  məhrumdur. 
Təsadüfi deyildir ki, su çatışmazlığı problemi İsrail və Fələstin arasında 
müxtəlif  səviyyəli  danışıqların  əsas  müzakirə  mövzularından  biridir. 
Fələstin  1967-ci  ildə  İsrail  tərəfindən  işğal  olunmuş  ərazilərdəki  su 
mənbələrinin geri qaytarılmasına dair tələblər irəli sürsə də, rəsmi Tel-
Əviv  bu  məsələnin  ümumi  təkliflər  paketinə  daxil  edilməsinə  uzun 
müddət  etirazını  bildirmişdir.  Yalnız  1993-cü  ildə  Osloda  keçirilmiş 
Fələstin-İsrail  danışıqlarında  Tel-Əviv  bir  qədər  «yumşalaraq», 
sənədlərdə  «Fələstinin  su  hüququ»  ifadəsinin  işlədilməsinə  razılıq 
vermişdir.  Bu  baxımdan,  həmin  il  sentyabr  ayının  13-də  münaqişə 
iştirakçıları arasında imzalanmış Vaşinqton Bəyannaməsini Fələstində 
su probleminin aradan qaldırılmasına dair danışıqların başlanğıcı hesab 
etmək olar. Lakin, bu sahədə də real nəticələr hələ əldə edilməmişdir. 
Moskvadakı Yaxın Şərq İnstitutunun «Yaxın Şərq və Şimali Afrikadakı 
geosiyasi şəraitdə dəyişmələr haqqında»
 hesabatında (7-13 may 2012-ci 
il) da qeyd edilir ki, hələlik regionun ən sabit dövləti sayılan İordaniya 
ətrafında vəziyyətin mürəkkəbləşməsində, onun hərbi münaqişələrə cəlb 
edilməsində digər dövlətlərin ortaq su mənbələrini yenidən bölüşdürməsi 
səyləri,  İordan  və  Yarmuk  çaylarına  nəzarət  uğrunda  İsrail-Suriya 
qarşıdurması əsas rol oynayacaqdır
46
. Lakin, Qərbin hərbi-siyasi dəstəyi 
ilə Suriyada Bəşər Əsəd rejiminə qarşı aparılan «əlvan inqilab» həmin 
qarşıdurmaların nəinki vaxtını təxirə salmış, hətta regionda hidrosiyasi 
üstünlüyə malik olan İsrailin mövqelərini daha da möhkəmləndirmişdir. 
Qeyd edək ki, İsrail Dövləti, Fələstin Muxtariyyəti və İordaniya Krallığının, 
45  Ш.Перес. «Новый Ближний Восток», Издательство «Прогресс», Москва, 1994
46   http://www.iimes.ru/rus/stat/2012/14-05-12c.htm


54        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
qismən  də  Suriyanın  şirin  su  ilə  təchizatı  transsərhəd  İordan  çayının 
ehtiyatlarından  asılıdır.  Hesablamalara  əsasən,  hazırda  çay  sularının 
ümumi  həcminin  98%-i  Suriya,  İsrail  və  İordaniya  tərəfindən  istifadə 
edilməkdədir.  2010-cu  ildə  baş  vermiş  quraqlıq  nəticəsində  İordanda 
su çatışmazlığı kritik həddə - 250 milyon m³-ə çatmışdır. 2011-ci ildən 
etibarən isə çayın cənub hissəsi qurumağa başlamışdır. Proqnozlara görə, 
gələcəkdə su ehtiyatının kəskin şəkildə azalması onun satış qiymətinin 
təqribən  40%  artmasına,  yeni  hidromünaqişələrin  yaranmasına  səbəb 
olacaqdır. 
Münaqişə doğuran İordan çayı
Ümumi  uzunluğu  252  kilometrə  çatan  İordan  çayı  və  onun  qolları 
regionda «su müharibələrinin» əsas predmetidir. Tarixə 
«Altıgünlük 
müharibə»  adı  ilə  düşən  Ərəb-İsrail  müharibəsinin  (1967-ci  il)  əsas 
bəhanəsi  də  rəsmi  Dəməşq,  Əmman  və  Tel-Əvivin  İordan  çayının 
ehtiyatlarının bölüşdürülməsində razılıq əldə edə bilməməsi olmuşdur. 
Belə  ki,  İsrail  ölkənin  cənubundakı  Naqev  səhrasını  məskunlaşdırmaq 
məqsədilə
  1955-ci  ildə  İordan  çayından  istiqamətlənən  Ümumisrail 
Su  Kəmərinin  tikintisinə  başlamışdır.  Suriya  və  İordaniya  Tel-Əvivin 
razılaşdırılmamış hərəkətinə cavab olaraq, Yarmuk və Bənyas çaylarının 
istiqamətini dəyişmək, İordan çayının su ehtiyatlarına itirilmiş nəzarəti 
bərpa  etmək  üçün  1964-cü  ildə  yeni  bəndin  inşasına  qərar  vermişlər. 
Beləliklə, şirin su problemi İsrail və ərəb dövlətlərinin hərbi koalisiyası 
(Misir,  İordaniya,  Suriya,  İraq  və  Əlcəzair)  arasında  hərbi  münaqişənin 


       55
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
başlanmasında  detonator  rolunu  oynamışdır.  1967-ci  il  iyun  ayının 
5-dən 10-dək davam etmiş hərbi əməliyyatlar nəticəsində İsrail mühüm, 
hərbi-strateji baxımdan əlverişli olan Colan yüksəkliklərini ələ keçirmiş, 
bölgənin əsas su ehtiyatlarına nəzarəti tamamilə öz əlinə almışdır. 
Yeri  gəlmişkən,  İsrailin  yürütdüyü  hidrostrategiyada  su 
çatışmazlığı  ilə  üzləşən  dövlətlər  üçün  önəmli  xüsusiyyətlər  vardır. 
Məsələn, bu gün İsrail Dövlətinin şirin suya tələbatı ildə 1750-2000 
milyon m³-ə bərabərdir. Bu həcmin 70-75%-dən kənd təsərrüfatında, 
20-25%-dən  məişətdə,  qalan  5-6%-dən  isə  sənayedə  istifadə 
edilir
47
.  Ölkədə  çirkab  və  sənaye  suları  texniki  qurğular  vasitəsilə 
təmizləndikdən  sonra  kənd  təsərrüfatı  sahələrinin  suvarılmasına 
yönəldilir. Hazırda şirin suya qənaət və rasional istifadə baxımından 
lider dövlət olan İsraildə əkin sahəri üçün ildə 250 milyon m³ çirkab 
təmizlənir. Qonşu İordaniyada isə bu rəqəm hələlik 60 milyon m³-dir. 
Kənd  təsərrüfatında,  yaşıllaşdırmada  müasir  texnologiyalar,  əsasən, 
damcılı suvarma metodu tətbiq edilir. İordan çayının suları isə yalnız 
qida sənayesi və məişətdə istifadə üçün nəzərdə tutulmuşdur. 2012-
ci ilin məlumatına əsasən, hazırda İsrail Dövlətinin əhalisi 7 milyon 
800  min  nəfərdən  ibarətdir.  Onun  təqribən  10%-i,  yəni  cəmi  800 
min nəfər kənd təsərrüfatı işlərinə cəlb olunmuşdur. Hesablamalara 
görə,  burada  aqrar  sektor  işçilərinin  hər  biri  100  həmvətənini  kənd 
təsərrüfatı  məhsulları  ilə  təmin  etməyə  qadirdir.  Bu  isə  dünyada 
ən  yüksək  məhsuldarlıq  göstəricisi  sayılır.  Müqayisə  üçün:  ABŞ-
da  bu  rəqəm  1:79;  Rusiyada  1:14,7;  Çində  isə  1:3,6-ya  bərabərdir. 
Xatırladaq ki, SSRİ dönəmində kənd təsərrüfatı sahələrində suvarma 
sistemlərinin  səmərəsinin  artırılması  dövlət  planına  daxil  olunsa 
da,  gözlənilən  nəticə  əldə  edilmirdi.  Ərazisinin  20%-i  əkin  üçün 
nisbətən  yararlı  olan  İsrail  mütərəqqi  kənd  təsərrüfatı  və  suvarma 
texnologiyalarının tətbiqi sayəsində aparıcı dövlətlərdəndir. Məsələn, 
burada  açıq  sahələrdə  hər  hektardan  60-80  ton,  istixanalarda  isə 
500  ton  pomidor  yığılır.  Seleksiya  yolu  ilə  yaradılmış  yeni  tərəvəz 
sortlarının,  o  cümlədən  «Dezert  svit»  kimi  pomidor  sortunun 
yetişdirilməsində  isə  şirin  sudan  istifadə  edilmir  və  tərəvəz  sahələri 
yalnız dəniz suyu ilə suvarılır
48
. Sənaye obyektlərində bir qayda olaraq, 
duzdan təmizlənmiş dəniz suyundan istifadə edilir və sonra yenidən 
filtrasiya olunaraq istehsal prosesinə qaytarılır. Xatırladaq ki, davamlı 
47   http://www.mignews.com/news/economics/world/100510_12
48  http://ava.md/021-ekonomika-i-biznes/04374-selskoe-hozyaistvo-izrailya--rukotvornoe-
chudo.html  


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə