Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə17/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   13   14   15   16   17   18   19   20   ...   60

       47
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
   hərbi  əməliyyatlarda  və  ekstremist  qruplaşmaların  terror-təxribat 
aktlarında  su  obyektlərinin  döyüş  vasitəsi 
(hidrosilah)  kimi  tətbiqi 
(qarşı tərəfin müdafiə sistemi və ya hücum planları üçün maneələrinin 
yaradılması, əhalinin məskunlaşdığı əraziləri zorən tərk etməsi məqsədilə 
süni sel və daşqınların törədilməsi, su hövzələrinin, içməli su şəbəkəsinin 
zəhərlənməsi və s.);
   su ehtiyatlarından dövlət və regiona siyasi təzyiq vasitəsi kimi istifadə 
olunması 
(ortaq  çayların  istiqamətinin  dəyişdirilməsi,  əlavə  qolların 
çəkilməsi,  onların  üzərində  su  anbarları,  bəndlər  tikməklə  digər  ölkədə 
süni su böhranı zəminində sosial gərginliyin yaradılması) və s.
Təsnifatdan aydın göründüyü kimi, şirin su ehtiyatları siyasi, iqtisadi, 
ekoloji təzyiq vasitəsi olmaqla, həm də effektiv döyüş vasitəsidir. İçməli 
su mənbələrinin ələ keçirilməsi, bəndlərin, kanalların dağıdılması, su 
quyularının zəhərlənməsi, mühasirədə olan yaşayış məntəqələrinin və 
hərbi hissələrin su ilə təminatının pisləşdirilməsi və s. düşmən üzərində 
qələbəni  təmin  edən  səmərəli  taktiki  gedişlərdən  hesab  olunur.  Bu 
vasitənin savaş meydanlarında uğurlu tətbiqinə islam tarixində də rast 
gəlirik.  Müsəlmanların  məkkəlilərlə  ilk  silahlı  qarşıdurması  sayılan 
Bədr  döyüşündə 
(624-cü  il  mart  ayının  17-də)  su  quyularının  qumla 
doldurulması  yorğun  məkkəlilərin  döyüş  əzmini  xeyli  zəiflətmişdi. 
İkinci Dünya müharibəsinin sonunda - 1945-ci ilin may ayında Berlinə 
daxil  olmuş  sovet  qoşunlarının  yeraltı  tunellər  vasitəsilə  şəhərdə 
irəliləməsinin  qarşısını  almaq  məqsədilə  almanlar  Şpre  çayı  sularını 
metropolitenə yönəltmişdilər. Gürcüstan-Cənubi Osetiya münaqişəsi 
zamanı rəsmi Tbilisi Sxinvali şəhərinə içməli suyun verilməsini dəfələrlə 
məqsədli şəkildə dayandırmışdı. 2010-cu il iyun ayının 20-də terrorçu 
qruplaşmalar  Kabardin-Balkar  Respublikasındakı  Baksan  su  elektrik 
stansiyasına  hücum  edərək,  onu  ələ  keçirməyə  cəhd  göstərmişdilər. 
Ermənistanın  işğalçı  qüvvələri  müntəzəm  olaraq  tutumu  560  milyon 
m³-ə çatan 
Sərsəng su anbarındanAraz, Tərtər, Ağstafa çaylarından 
Azərbaycana  qarşı  ekoloji  və  hidroloji  təxribatların  törədilməsində 
istifadə etməkdədirlər. 2003-cü il İraq müharibəsində ABŞ ordusunu və 
onun müttəfiqlərini narahat edən problemlərdən biri Səddam Hüseynin 
su  bəndlərini  partladaraq  koalisiya  qoşunlarının  irəlilədiyi  ərazilərdə 


48        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
süni  daşqınlar  yarada  bilmək  təhlükəsi  olmuşdur.  2001-ci  il  sentyabr 
ayının 11-də baş vermiş terror aktından sonra ABŞ Müdafiə Nazirliyi 
ölkənin  içməli  su  şəbəkəsinin  zəhərlənməsini  daxili  təhlükəsizlik 
üçün  əsas  təhdidlərdən  biri  kimi  dəyərləndirmişdir.  Həmin  il  təsis 
edilmiş  Daxili  Təhlükəsizlik  Nazirliyinin  aparıcı  funksiyalarından 
biri  su  ehtiyatlarının,  su  ilə  əlaqəli  infrastrukturun  terror  aktlarından 
qorunmasıdır. 
Son dövrlər ərəb dövlətlərində cərəyan edən sosial-siyasi proseslərdə 
«qlobal  korporativ  maraqlar»,  «milli  su  ehtiyatları»  və  «əlvan 
inqilablar»
  (dövlət  çevrilişi)  arasında  bağlılıq  da  özünü  getdikcə  aydın 
şəkildə göstərməkdədir. Liviyada «ərəb inqilabının»
 başvermə səbəbləri 
içərisində  ABŞ-nin  və  transmilli  şirkətlərin  bu  ölkənin  nəhəng  yeraltı 
su  ehtiyatlarına  və  başa  çatdırılmaqda  olan 
«Böyük  süni  çay»  su 
kəməri şəbəkəsinə yiyələnmək planlarının da dayanması bu gün şübhə 
doğurmur. Beləliklə, «Liviya inqilabı» eyni zamanda, XXI əsrin ilk və 
hələlik ən ağır hidromüharibəsidir.  
«Böyük süni çay» su kəməri şəbəkəsinin tikintisi və anbarları
Liviyanın  cənubundakı  Kufra,  Sirt,  Morzuk  və  Həmada  yeraltı  su 
yataqları ilkin hesablamalara görə, təqribən 35 min km³ ehtiyata malikdir. 
Nəzəri  baxımdan,  bu  ehtiyatlar  sahəsi  Almaniyanın  ərazisi  ölçüsündə, 
dərinliyi isə 100 metr olan nəhəng yeraltı göl kimi təsəvvür edilir. Əgər 
Liviya  Respublikasının  mövcud  neft  ehtiyatı  3,5  trilyon  ABŞ  dolları 
məbləğində dəyərləndirilirsə, içməli suyun xarici ölkələrə ən ucuz qiymətə 
satışından gözlənilən gəlir təqribən 10 trilyon dolları üstələməli idi. Bu isə 
faktiki olaraq, Liviyanın su amili vasitəsilə Şimali Afrika regionuna güclü 
təsir etmək imkanına malik fövqəldövlətə çevrilməsi deməkdir. Hələ ötən 


       49
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
əsrin  80-ci  illərində  M.Qəzzafi  təkcə  öz  ölkəsinin  deyil,  Misir,  Sudan, 
Çad kimi dövlətlərin də şirin suya ehtiyaclarını ödəyəcək genişmiqyaslı 
layihənin - ümumi dəyəri 25 milyard ABŞ dolları olan 
«Böyük süni çay» 
kompleksinin  reallaşdırılmasına  başlamışdı.  Yalnız  Liviya  dövlətinin 
vəsaiti  hesabına  maliyyələşdirilən,  Şimali  Afrikanın  susuz  regionlarını, 
yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini fasiləsiz 
olaraq  su  ilə  təmin  edə  biləcək  bu  layihə  Qərbin  regiondakı  geosiyasi 
maraqlarına  sarsıdıcı  zərbə  vurmuşdur.  Belə  ki,  ABŞ  ərəb  ölkələrinin 
içməli  su  ilə  təminatına  dair  fərqli  plan  tətbiq  etmək  niyyətində  idi: 
Dövlət Departamentinin dəstəyi ilə Ümumdünya Bankının təklif etdiyi 
alternatiiv layihə zəngin yeraltı su yataqlarının istismarını deyil, Aralıq 
dənizi sularının sənaye üsulu ilə duzdan təmizlənməsini, Şimali Afrika 
ölkələrinə bir m³ suyun 4 dollara satışını nəzərdə tuturdu. Mütəxəssislərin 
hesablamalarına əsasən, bu layihənin reallaşacağı təqdirdə su kəmərləri 
şəbəkəsinin, sutəmizləyici və sutoplayıcı qurğuların tikintisinə qoyulan 
hər bir ABŞ dolları son nəticədə transmilli şirkətlərə 34 dollaradək gəlir 
gətirə biləcəkdi. Liviya isə həmin həcmdə suyu ərəb dövlətlərinə cəmi 
30 sentə təklif edirdi. Bu baxımdan, vaxtilə YUNESKO-nun «dünyanın 
ən genişmiqyaslı irriqasiya layihəsi» adlandırdığı və tikintisi 28 il davam 
etmiş kompleksin ilk növbəsinin istifadəsi ilə Liviya «əlvan inqilabının» 
eyni  vaxta  düşməsinin  və  nəhəng  hidrotexniki  obyektin  hazırda  Qərb 
şirkətlərinin  nəzarəti  altına  keçməsinin  «adi  təsadüf»  olması  şübhə 
oyadır.
4. Geosiyasətdə su ehtiyatlarının rolu 
Nə su, nə də onun problemləri dövlət sərhədləri, etnik, dini, siyasi 
və xüsusilə, sosial hüdudlar tanıyır. Oklenddəki 
(ABŞ, Kaliforniya) Sakit 
Okean İnstitutunun prezidenti, ətraf mühitin qorunması və su ehtiyatları 
problemləri üzrə mütəxəssis Piter Qlik regionlarda və ayrı-ayrı dövlətlərdə 
bu  ehtiyatların  həcmi  və  silahlı  münaqişələrin,  o  cümlədən  ayrı-ayrı 
dövlətlər daxilində sosial aqressiyanın başlanılması ehtimalları arasında 
tərs  mütənasibliyin  olması  qənaətindədir: 
«Su  ehtiyatları  nə  qədər 
azdırsa,  müharibələrin,  hətta  dövlət  içərisində  müxtəlif  iqtisadi 
mənafelər  güdən  sosial  qruplar  arasında  qarşıdurmaların  risk 
əmsalı da bir o qədər yüksəlir». P.Qlik gələcəkdə su müharibələrinin 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə