Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə14/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   10   11   12   13   14   15   16   17   ...   60

40        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
ehtimalları da getdikcə real xarakter alacaqdır». ABŞ Dövlət katibi 
Hilari  Klinton  bu  məlumatı  şərh  edərkən  bildirmişdir: 
«Dünyada 
əhalinin  sayı  çoxaldıqca,  suya  tələbat  da  artacaqdır.  Lakin,  su 
ehtiyatları  bu  tələbatla  ayaqlaşa  bilməyəcəkdir…  Bu  çətinliklər 
həm  dövlətlərin  daxilində,  həm  də  dövlətlər  arasında  sabitliyin 
pozulması  riskini  getdikcə  yüksəldəcəkdir»
31
.  Birləşmiş  Millətlər 
Təşkilatı ekspertlərinin proqnozlarına görə, 2020-ci ildən etibarən içməli 
su  çatışmazlığı  problemi  istisnasız  olaraq,  dünyanın  bütün  ölkələrini 
məşğul  edəcək,  su  ehtiyatlarının  istismarı  və  nəqli  məsələləri  regional 
və  beynəlxalq  münasibətlərin  əsas  predmetinə  çevriləcəkdir.  2025-ci 
ildən isə yerüstü və yeraltı içməli su ehtiyatlarına, onların yerləşdikləri 
ərazilərə  nəzarət  uğrunda  lokal  qarşıdurmaların  genişmiqyaslı  silahlı 
münaqişələrə  transformasiyası  ehtimal  olunur.  BMT-nin  İnsan  İnkişafı 
Proqramında isə bildirilir: 
«Bəlkə də bu təhdidlər bir qədər şişirdilir. 
Lakin, su zəminində sərhədboyu mübahisə və münaqişələr istisna 
olunmamalıdır.  Su  çatışmazlığı  və  onun  bölüşdürülməsinin  zəif 
mexanizmləri belə münaqişələr üçün real bəhanə ola bilər»
32
.
Təhlillərə əsasən, bu gün Yaxın və Orta Şərq, Mərkəzi Asiya və Şimali 
Afrika  regionları  su  qarşıdurmaları  baxımından  ən  riskli  ərazilər  kimi 
dəyərləndirilir.  ABŞ-nin  «Foreing  Affairs»,  «Los  Angeles  Times»  və 
«The Nation» kimi nəşrlərinin silahlı münaqişələr üzrə şərhçisi, sülh və 
beynəlxalq təhlükəsizlik problemləri üzrə mütəxəssis Maykl Kler «Resurs 
müharibələri» kitabında qeyd edir ki, sənayedə nəzarətsiz tətbiq olunan 
istehsal texnologiyaları ətraf mühitə zərəri təhlükəli həddə çatdırmaqla 
qlobal  böhran  vəziyyətinin  genişmiqyaslı  hərbi-siyasi  qarşıdurmaya  – 
Üçüncü  dünya  müharibəsinə  transformasiyası  müddətini  yaxınlaşdırır. 
Nəticədə, Yer üzündə təbii ehtiyatlar 
(o cümlədən, şirin su ehtiyatları) azalır, 
onların qiyməti isə sürətlə artır: 
«Bu gün bütün aparıcı dövlətlər sakit 
və xəlvəti şəkildə təbii ehtiyatlar uğrunda müharibəyə hazırlaşırlar. 
Afrikanı,  Yaxın  Şərqi,  İran  körfəzindən  Xəzər  dənizinədək  olan 
əraziləri  əhatə  edəcək  neft-qaz  müharibələri  baş  qaldıracaq, 
Nil,  Fərat,  İordan,  Fərat,  Hind  çaylarının  su  ehtiyatları  uğrunda 
münaqişələr şiddətlənəcəkdir»
33
.  Lakin  ərəb  dünyasında  baş  vermiş 
«əlvan inqilablar» bu regionda hidromünaqişələri bir qədər təxirə salmış, 
əvəzində Mərkəzi Asiya ölkələri – sabiq «qardaş sovet respublikaları» 
arasında «kətmən müharibələri»ni sürətlə aktuallaşdırmışdır. 
31   http://voprosik.net/voda-kak-strategicheskij-resurs
32   Доклад о развитии человека. Изд. «Весь Мир», 2006
33   Klare M.T. «Resource Wars: The New landscape of Global conflict». New York, 2001


       41
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Rusiyalı tədqiqatçı Vadim Kaşirinin də qənaətinə görə, qlobal şirin su 
çatışmazlığı və elmi-texniki inkişaf şəraitində şirin su amilinin beynəlxalq 
münasibətlərə təsir imkanları getdikcə artmaqdadır. Və şirin su yalnız üç 
halda dövlətlərarası münasibətlərdə siyasi təsir vasitəsinə çevrilə bilər:
   ölkədə  və  ya  regionda  kəskin  şirin  su  çatışmazlığı  probleminin 
yaranması; 
   tələb  olunan  miqdarda  su  ehtiyatlarının  əldə  olunmasının  texniki 
baxımdan mümkünsüzlüyü; 
   su strategiyasının icrasında dövlətin siyasi iradə nümayiş etdirməsi
34

Qeyd  olunduğu  kimi,  şirin  su  ehtiyatlarının  sürətlə  tükənməsi  və 
mənbələrin  çirklənməsi  XXI  əsrin  geostrateji  problemlərindən  birinə, 
beynəlxalq təhlükəsizlik və ekoloji təhlükəsizlik sistemlərinin təminatında 
aparıcı  amilə  çevrilməkdədir.  ABŞ  prezidentinin  su  ehtiyatları  üzrə 
sabiq köməkçisi Coys Starın hələ 1997-ci ildə söylədiklərini xatırlasaq, 
«tezliklə Yer üzündə su təhlükəsizliyi məsələsi hərbi təhlükəsizliyi 
ciddi şəkildə əvəzləyəcəkdir»
35
. 2011-ci ilin sonunda Amerika xüsusi 
xidmət  orqanlarının  Neşvil  şəhərində  keçirilmiş  xüsusi  toplantısında 
ABŞ  Kəşfiyyat  Xidmətləri  Birliyinin 
(United  States  Intelligence 
Community, IC) rəhbəri, Milli Kəşfiyyat Xidmətinin direktoru (Director 
of National Intelligence, DNI) admiral Maykl Makkonnel yaxın 20-30 il 
üçün proqnozlaşdırılan beynəlxalq münaqişələrin əsas səbəbinin məhz 
içməli su ehtiyatları olacağını və bu müharibələrin reallaşma ehtimalının 
artdığını  bildirmişdir.  M.Makkonnel  genişmiqyaslı  hərbi-siyasi 
qarşıdurmaların risk dərəcəsini yüksəldən amillər sırasında Rusiya, Çin və 
Hindistanın tədricən fövqəldövlətlərə çevrilməsini, ayrı-ayrı dövlətlərin 
ortaq təbii şirin su ehtiyatlarını nəzarətə götürmək səylərini, Yer kürəsi 
əhalisinin sürətli artımını, iqlim dəyişmələrini və təbii ehtiyatlar uğrunda 
mübarizənin daha radikal xarakter almasını göstərmişdir. 
  Birləşmiş  Millətlər  Təşkilatı  ekspertlərinin  proqnozları  da  təsdiq 
edir  ki,  2020-ci  ildən  etibarən  içməli  su  çatışmazlığı  problemi  ilə  bağlı 
olan mübahisəli məsələlər regional və beynəlxalq münasibətlərin aparıcı 
predmetinə çevriləcəkdir. Belə ki, hazırda dünyanın 39 dövləti, o cümlədən 
Latviya, Slovakiya, Azərbaycan, Özbəkistan, Xorvatiya, İsrail, Rumıniya, 
Türkmənistan,  Moldova,  Özbəkistan  və  s.  istehlak  olunan  suyun  çox 
hissəsini transsərhəd axarlardan götürür. SSRİ-nin süqutundan sonra post-
34   В. Каширин. «Время гидрополитики, или Тайная власть воды». Изд. Линор, 2011
35   Postel Sandra. Last Oasis: Facing Water Scarcity. The Worldwatch Environmental Alert 
Series. New York, 1997


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə