Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə12/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   8   9   10   11   12   13   14   15   ...   60

34        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
dair» Konvensiyasına (Espo, Finlandiya, 1991-ci il) 41, onun «Strateji 
ekoloji dəyərləndirməyə dair» Protokoluna (Kiyev, 2001-ci il) isə cəmi 
37 dövlət qoşulmuşdur. Halbuki, bu sənəddə ətraf mühitə dəymiş ziyanın 
qiymətləndirilməsi  və  bu  prosesdə  ictimaiyyətin  fəal  iştirakının  təmin 
edilməsi məqsədilə ilk dəfə olaraq, tərəfdaş dövlətlər üçün dəyərləndirmə 
proseduru hazırlanmışdır. Konvensiyaya Əlavədə 
(№1) zərərli transsərhəd 
təsirə malik fəaliyyət növləri və qurğular, o cümlədən neft emalı zavodları, iri 
diametrli neft və qaz kəmərləri, istilik-elektrik və atom-elektrik stansiyaları, 
nüvə  reaktorlu  texnoloji  qurğular,  kimya  sənayesi  kombinatları,  iri  su 
bəndləri,  su  anbarları  və  s.  müəyyənləşdirilmişdir.  Qeyd  olunmalıdır  ki, 
SSRİ hökuməti 1991-ci il iyun ayının 6-da bu Konvensiyaya qoşulsa da, 
onun hüquqi varisi olan Rusiya Federasiyası sənədin ratifikasiya olunmasını 
hələ də ləngitməkdədir.
    Kanadalı alim və hüquq müdafiəçisi, dünya su 
ehtiyatlarının qorunmasında xidmətlərinə görə alternativ Nobel mükafatı 
laureatı Maud Berlou «Mavi müqavilə» kitabında su ehtiyatlarının inhisara 
alınmasına qarşı çıxaraq, qlobal su böhranını «Yer kürəsinə və bəşəriyyətə 
qarşı yönəldilmiş başlıca təhlükə» adlandırmışdır. Onun qənaətinə görə, 
genişmiqyaslı  içməli  su  böhranının  yaranmasının  əsas  səbəbləri  total 
israfçılıq və ətraf mühitin çirklənməsi nəticəsində planetin şirin su fondunun 
tükənməsi, su mənbələrini nəzarətə götürən dövlətlərin siyasi və iqtisadi 
mülahizələr səbəbindən digərlərinin onlardan istifadəsini məqsədli şəkildə 
məhdudlaşdırmasıdır. M.Berlou yaranmış böhranın aradan qaldırılmasının 
ən  optimal  yolunu  su  ehtiyatlarının 
«ümumbəşəri  mülkiyyyət»  elan 
olunmasında, dövlətlərarası 
«qlobal su müqaviləsi»nin bağlanmasında, 
«su  demokratiyası»nın  -  bütün  xalqların  və  dövlətlərin  ortaq  su 
mənbələrindən  istifadə  etmək  hüququnun  tətbiqində  görür
27
.  Şirin  su 
ehtiyatlarını  ayıran  sərhədlərin  aradan  qaldırılmasına  dair  M.Berlounun 
təklifi 2009-cu ildə İstanbulda keçirilmiş 5-ci Su Forumunda səsləndirilsə 
də, zəngin su fonduna malik olan və gələcəkdə bu ehtiyatlardan siyasi təsir 
vasitəsi kimi istifadə etməyi nəzərdə tutan dövlətlər, o cümlədən Rusiya 
Federasiyası tərəfindən ciddi narazılıqla qarşılanmışdır. 
    Mövcud su ehtiyatlarının qorunması hazırda Avropa Birliyinə daxil 
olan ölkələrdə ekoloji siyasətin prioritet istiqamətlərindən biridir. Bununla 
belə, məhz ayrı-ayrı dövlətlərin məsələyə fərdi yanaşmaları və korporativ 
maraqlar üzündən həmin ölkələrdə Avropanın su problemlərinə, xüsusilə 
27   M.Berlou, Blue Covenant. The New Press, 2009


       35
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
transsərhəd su axarlarına dair qəbul edilmiş milli qanunvericilik aktlarının 
icrası  lazımi  səviyyədə  təmin  edilməmiş,  dövlətlərarası  münasibətlərdə 
fikir ayrılıqlarına və qarşılıqlı ittihamlara səbəb olmuşdur. Mübahisələrə 
son  qoyulması,  su  ehtiyatlarının  idarə  edilməsinin  və  mühafizəsinin 
balanslaşdırılmış  normalar  əsasında  həyata  keçirilməsinin  təşkili 
məqsədilə  Avropa  Parlamenti  və  Avropa  Şurasının  2000-ci  il  oktyabr 
ayının  23-də  keçirilmiş  iclasında  yeni  universal  sənəd  – 
Su  Çərçivə 
Direktivi qəbul olunmuşdur. Avropanın istisnasız olaraq bütün yerüstü 
və yeraltı su ehtiyatlarının ekoloji təhlükəsizliyinin qorunmasına, suyun 
keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına, istifadəsində səmərəliliyin 
yüksəldilməsinə, düzgün və açıq hidrosiyasət yürüdülməsinə, bu prosesə 
ictimaiyyətin  cəlb  edilməsinə  və  məlumatlandırılmasına,  eləcə  də,  Aİ-
yə üzv və üzvlüyə namizəd dövlətlərdə su ilə əlaqəli milli qanunvericilik 
aktlarının unifikasiyasına istiqamətləndirilmiş Su Çərçivə Direktivi dörd 
fəaliyyət prinsipini əsas götürmüşdür:
   2015-ci  ilədək  Avropa  məkanındakı  şirin  su  ehtiyatlarının 
göstəricilərini universal «Yaxşı su» statusu səviyyəsinə qaldırmaq;
    bütün  kateqoriyalara  aid  olan  su  obyektlərini  zərərli  təsirlərdən  və 
israfçılıqdan qorumaq;
   bütün  daxili  və  transsərhəd  su  axarlarının  vahid  plan  çərçivəsində 
idarə olunmasını və bu sahədə əməkdaşlığı təmin etmək
   su ehtiyatlarının idarə olunmasında ictimaiyyətin və qeyri-hökumət 
təşkilatlarının fəal iştirakına nail olmaq və s.
Qeyd  edək  ki,  Avropa  məkanında  Su  Çərçivə  Direktivi  ilə  yanaşı, 
şəhərlərdə  tullantı  sularının  təmizlənməsinə,  içməli  suya,  çimərlik 
sularına və s. dair dörd əlavə direktiv də qəbul olunmuşdur.
İslam dinində su hüququ. Su şəriəti
Su ehtiyatlarının qorunması və onların birgə istifadəsinə dair müasir 
beynəlxalq hüquq sənədlərində təsbit olunmuş ümumbəşəri normaların 
ilk  işartıları 
«Su  şəriəti»  adlandırılan  islam  su  hüququnda  aydın 
müşahidə edilməkdədir. Maraqlıdır ki, «şəriət» anlayışının özü də ilkin 
etimoloji  yozum  baxımdan  «su»  kəlməsi  ilə  əlaqəlidir.  Qədim  ərəb 
dili lüğətlərində «şəriət» kəlməsi «su mənbəyi olan yerlər» kimi izah 
edilir.  İslamaqədərki  dövrlərə  aid  şəriət  qaydaları  mahiyyət  etibarı  ilə 


36        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
insanların su mənbələrindən istifadəsinə dair universal hüquq normaları 
toplusu olmuşdur. İslam dininə əsasən, su Allahın istisnasız olaraq bütün 
canlılara  bəxş  etdiyi  qiymətli  nemətdir.  Qurani-Kərimdə  su  haqqında 
olan ayələrdə bildirilir: 
«Biz göydən tərtəmiz su endirdik» (25:48); 
«İçdiyiniz  suyu  gördünüzmü?  Onu  buluddan  endirən  sizsiniz, 
yoxsa  Biz?!  Əgər  istəsəydik,  onu  acı  edərdik»  (56:68-70),  «Allah 
bütün canlıları sudan yaratdı» (24:45) və s. 
İslam  ehkamları  insanların  və  bütün  canlıların  hər  hansı  bir 
şəraitdə  və  formada  su  içməsinin,  əkin  və  bağların  suvarılmasının 
məhdudlaşdırılmasını müsəlman üçün böyük günah kimi dəyərləndirir. 
Məhəmməd Peyğəmbər 
(s. ə. s.) şəxsi nümunəsində suya qənaət etməyə, 
israfçılığa  yol  verməməyə  çağırırdı.  Hədislərin  birində  hətta  abdəst 
alarkən  suya  qənaət  etməyi  tapşırırdı:  «Sən  çayın  kənarında  da  olsan, 
israfçılıq  etməməlisən».  Bundan  başqa,  su  quyusunun  tükənmədiyi, 
suyun keyfiyyətinin pisləşmədiyi təqdirdə 
yenisini qazmaq qadağan edilirdi
. İslam 
peyğəmbəri  suyu  satışa  çıxarmağı 
yasaqlamış,  su  mənbələrini  «sülh 
əraziləri»  elan  etmişdir.  Hədislərdə  o 
da  deyilir  ki,  izafi  suyu  olub,  lakin  onu 
susuz qalanlardan əsirgəyən kəs Allaha qarşıdır və Qiyamət günü Rəbb 
belələrindən üz döndərəcəkdir. İslam dinində su şəriəti iki əsas prinsipə 
söykənir: 
  
Şəfa  –  hətta  müharibə  şəraitində  insanın  özünün,  himayəsində 
olanların və ev heyvanlarının maneəsiz olaraq sudan istifadə etmək 
hüququ; 
  
Şirb – hər kəsin öz əkin sahələrini, bağlarını suvarmaq hüququ.
 
Bu  hüquqlar  əsas  etibarı  ilə,  yeraltı  və  yerüstü  su  ehtiyatlarından 
səmərəli  istifadə  edilməsini,  icma  üzvləri  arasında  onların  ədalətli 
bölüşdürülməsini  və  mülkiyyət  formalarını  əhatə  edirdi.  Şəriət 
qaydalarına görə, sahibi tərəfindən becərilməyən, suvarılmayan ərazi «ölü 
torpaq» hesab olunur və insan özünün istifadə etdiyi şəxsi qabdakı sudan 
başqa,  heç  bir  şirin  su  mənbəyinə  sahib  ola  bilməz.  İslam  dünyasında 
icmanın ümumi razılığı olmadan bir kimsənin su axarlarının istiqamətini 
İslam peyğəmbəri suyu 
satışa çıxarmağı yasaqlamış, su 
mənbələrini «sülh əraziləri» 
elan etmişdir. 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə