Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə15/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   11   12   13   14   15   16   17   18   ...   60

42        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
sovet məkanında baş verən geosiyasi proseslər nəhəng regionda energetika 
sahəsində  formalaşmış  münasibətlərə  də  öz  təsirini  göstərmiş,  müttəfiq 
respublikalar  arasında  qarşılıqlı  asılılıq  prinsipinə  söykənən  iqtisadi 
əlaqələr,  mərkəzi  idarəetmə  sistemi  pozulmuş,  ortaq 
(transsərhəd)  su 
ehtiyatlarından, hidroenergetika potensialından birgə istifadə olunmasında 
ciddi  siyasi-iqtisadi  və  sosial  problemlər  yaranmışdır.  Bu  baxımdan, 
postsovet məkanında olan dövlətlər və onlarla həmsərhəd ölkələr arasında 
aşağıdakı  transsərhəd  su  axarlarının  istifadəsi  və  qorunmasına  dair 
müqavilələrin bağlanması xüsusi əhəmiyyət kəsb edir:
 Kür - Azərbaycan, 
Türkiyə, Gürcüstan; 
Araz – Azərbaycan, Türkiyə, İran, Ermənistan; Samur 
– Azərbaycan, Rusiya: 
Amudərya – Tacikistan, Türkmənistan, Özbəkistan, 
Əfqanıstan; 
Sırdərya  –  Qazaxıstan,  Qırğızıstan,  Tacikistan,  Özbəkistan; 
Zərəfşan  –  Tacikistan,  Özbəkistan;  Psou  –  Rusiya,  Gürcüstan;  Buq  – 
Belarus,  Ukrayna,  Polşa; 
Dauqava  (Qərbi  Dvina)  –  Belarus,  Latviya, 
Rusiya; 
İrtış – Qazaxıstan, Çin, Rusiya; Orxon – Monqolustan, Rusiya; 
Neman (Nyamunas) - Belarus, Litva, Rusiya və s.
Postsovet məkanında transsərhəd su axarlarından asılılıq

Ölkə
Transsərhəd sulardan asılılıq (%)
1
Türkmənistan
97,1
2
Moldova
91,4
3
Özbəkistan
77,4
4
Azərbaycan
76,6
5
Ukrayna
62
6
Latviya
52,8
7
Belarus
35,4
8
Litva
37,5
9
Qazaxıstan
31,2
10
Tacikistan
16,7
11
Ermənistan
11,7
12
Gürcüstan
8,2
13
Rusiya
4,3
14
Estoniya
0
15
Qırğızıstan
0


       43
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Beləliklə, 2025-ci ildən sonra yerüstü və yeraltı şirin su ehtiyatlarına, 
onların  yerləşdikləri  ərazilərə  nəzarət  uğrunda  lokal  qarşıdurmaların 
genişmiqyaslı  silahlı  münaqişələrə  transformasiyasına  dair  proqnozların 
reallaşmasının ilkin əlamətləri indidən müşahidə olunur. Məsələn, 2008-
ci  ildə  Şri-Lankada  etnik  separatizm  zəminində  baş  qaldırmış  silahlı 
münaqişələrə əsas bəhanə 60 mindən çox sinqalı 
(yerli xalq) su ilə təmin 
edən  su  anbarı  olmuşdur.  Separatçı  «Tamil  İlam  Azadlıq  Pələngləri» 
ordusunun rəhbərliyi ölkə hakimiyyətini 
su  bölgüsündə  digər  milli  azlıqların 
hüquqlarını 
məhdudlaşdırmaqda 
ittiham  edərək  həmin  hövzəni  ələ 
keçirmiş,  silahlı  toqquşma  mindən 
çox  insanın  ölümü  ilə  nəticələnmişdir. 
Bu  münaqişə  genişmiqyaslı  hərbi 
əməliyyatlar  üçün  detonator  rolunu 
oynamışdır
36
.
  Yəmən  Respublikasının 
hakimiyyəti  isə  fəlakət  həddinə  çatan 
su  qıtlığı  üzündən  kənd  təsərrüfatından 
tamamilə  imtina  etmək  niyyətindədir. 
Bu  gün  Yəmən  ərzaq  məhsullarının  80-
90%-ni  xarici  dövlətlərdən  idxal  edir. 
Ölkədə su kəmərləri şəbəkəsi fəaliyyətini 
dayandırmışdır. Əhalisi iki milyon nəfərə çatan Səna şəhərini su ilə təmin 
edən mənbələrin 6 ildən sonra tamamilə tükənməsi ehtimalı hakimiyyəti 
paytaxtın köçürülməsi məsələsinə baxmağa vadar etmişdir. Hazırda ölkənin 
21 yeraltı su mənbəyinin 19-unda təbii bərpa prosesi dayanmışdır. 
«The 
Times»  jurnalının  yazdığına  görə,  bu  gün  Yəmən  su  uğrunda  vətəndaş 
müharibəsi ərəfəsindədir. 
Dünya  Bankının  hesablamalarına  görə,  qarşıdakı  30  il  ərzində 
İordaniyada suya tələbat 20% çoxalsa da, adambaşına düşən su ehtiyatı 
kritik  həddə  –  91  m
3
-ə  enəcəkdir.  Su  qıtlığı  ilə  üzləşən  Səudiyyə 
Ərəbistanında  tələbatın  2030-cu  ilədək  500%  artacağı,  daha  20  il 
sonra  isə  bu  göstəricinin  iki  dəfə  də  yüksələcəyi  gözlənilir.  Birləşmiş 
Ərəb  Əmirliklərində  duzdan  təmizlənmiş  dəniz  sularının  saxlanılması 
məqsədilə yeraltı anbarların inşasına başlanılmışdır. Lakin, gözlənilən su 
böhranı zamanı həmin anbarlar əhalinin tələbatını cəmi üç ay müddətinə 
ödəyə  biləcəkdir
37
.  2010-cu  il  avqust  ayının  8-də  «əl-İttihad»  qəzeti 
36   С.Жиглов, И.Зонн. «Борьба за воду», http://www.psj.ru/
37   http://www.tbuild.ru/articles/blig.htm
Potensial su münaqişələri 
zonaları tədricən dünya 
xəritəsinin böyük hissəsini əhatə 
edir. Belə ki, 2040-cı ildə dünyanı 
bürüyəcək şirin su böhranı 
bütövlükdə planetin ərzaq 
bazarına, bir sıra dövlətlərin 
iqtisadi və siyasi vəziyyətinə ciddi 
təsir etməklə yanaşı, regionlarda 
ictimai-siyasi sabitliyin pozulması 
ilə nəticələnəcəkdir.


44        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Birləşmiş  Ərəb  Əmirliklərinin  qlobal  su  böhranına  hazırlaşması  və 
dəniz sularının duzdan təmizlənməsi texnologiyalarının tətbiqinə əlavə 
olaraq  3,2  milyard  ABŞ  dolları  ayırması,  bu  vəsaitə  ölkə  ərazisində  70 
sutəmizləyici qurğunun inşa edilməsi planları barədə məlumat vermişdir. 
Bununla  belə,  bir  m
3
  təmizlənmiş  dəniz  suyunun  qiyməti  1,5  ABŞ 
dollarından az olmayacaqdır. 
Səudiyyə  Ərəbistanı,  Küveyt  və  Birləşmiş  Ərəb  Əmirliklərinin  əsas 
şirin su mənbəyi Fars körfəzinin duzdan təmizlənmiş sularıdır. Küveytin 
xarici işlər naziri Məhəmməd əl-Sabah müsahibələrinin birində demişdir: 
«Körfəz  bizim  yeganə  su  ehtiyatı  mənbəyimizdir.  Əgər  Fars 
körfəzində  nüvə  fəlakəti  baş  verərsə  (İran  və  Qərb  dövlətləri  arasında 
hərbi əməliyyatların başlanması ehtimalı nəzərdə tutulur)içməyə suyumuz 
olmayacaqdır»
38
.  Xüsusilə  vurğulanmalıdır  ki,  Qərbin  Türkiyə,  Suriya, 
İraq  və  İran  əraziləri  hesabına  müstəqil  «Kürdüstan  dövləti»  yaratmaq 
ideyasının arxasında bu torpaqlardakı zəngin yeraltı su mənbələrinə, eləcə 
də  Dəclə  və  Fərat  çaylarının  su  ehtiyatlarına  nəzarəti  mərkəzləşdirmək 
niyyəti  da  dayanır.  Hazırda  rəsmi  İslamabad  Hindistanı  növbəti  «su 
terrorizmində»  -  Hind  çayı  üzərində  tikilən  Nimu-Bazqo  su  elektrik 
stansiyasının  istifadəyə  verilməsi  ilə  Pakistanın  əkin  sahələrini  susuz 
qoymaqda və ölkənin iqtisadiyyatını məqsədli şəkildə zəiflətməkdə ittiham 
edir.  Yaxın  Şərq  regionunda  İsrail,  İordaniya  və  Fələstin  Muxtariyyəti 
ötən  əsrin  40-cı  illərindən  indiyədək  İordan  çayının  su  ehtiyatlarının 
bölüşdürülməsinə  dair  hələ  də  ümumi  razılığa  gələ  bilməmişlər.  İordan 
çayının  mənbəyinin  yerləşdiyi  Colan  yüksəklikləri  bu  gün  İsrailin  işğalı 
altındadır.  Səudiyyə  Ərəbistanı  və  İordaniyanın  ərazilərində  olan  ortaq 
yeraltı su yataqlarının da bu iki ərəb taxt-tacı arasında siyasi gərginliyə səbəb 
olacağı gözlənilir. İraq və Suriya isə Türkiyəni Dəclə və Fərat çaylarının su 
ehtiyatlarının  böyük  hissəsini  mənimsəməkdə  təqsirləndirirlər.  Bundan 
başqa, kəskin şirin su problemi ilə üzləşən Türkmənistan, Qazaxıstan və 
Özbəkistan  dövlətləri  ilə  böyük  su  ehtiyatlarına  malik  olan  Qırğızıstan 
və  Tacikistan  arasında  diplomatik  «kətmən  savaşı»nın  dövlətlərarası 
münaqişələrə çevrilməsi ehtimalı sürətlə artmaqdadır. 
BMT-nin  İnsan  İnkişafı  Proqramının  2006-cı  il  üçün  məruzəsində 
dünyanın 36 dövlətinin o cümlədən, 
Azərbaycan, Latviya, Özbəkistan, 
Türkmənistan, Slovakiya, Ukrayna, İsrail, Macarıstan, Moldova və 
Rumıniyanın içməli su ehtiyaclarının böyük hissəsinin transsərhəd su 
ehtiyatları və xarici ölkələrdəki su mənbələri hesabına ödənildiyi bildirilir. 
Moldova,  Rumıniya,  Macarıstan,  Türkmənistan  və  daha  10  ölkədə 
38   «Время Новостей». 24 mая, 2006


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə