Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə16/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   12   13   14   15   16   17   18   19   ...   60

       45
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
bu  göstərici  75%-ə, 
Azərbaycan, Latviya, Özbəkistan və Ukraynada 
isə 50-70%-ə bərabərdir. Proqnozlara əsasən, 2025-ci ilədək 36 ölkədə 
yaşayan 1,4 milyard əhalinin içməli su çatışmazlığı və quraqlıq problemi 
ilə  üzləşəcəyi  labüddür.  İlk  mərhələdə  Nil,  Fərat  və  İordan  çaylarında 
suyun  səviyyəsinin  kəskin  şəkildə  azalması  üzündən  Yaxın  və  Orta 
Şərq, Şimali Afrika dövlətləri – 
İraq, İsrail, İordaniya, Suriya, Misir, 
Türkiyə,  Sudan,  Efiopiya  arasında  hərbi  münaqişələrin  başlanacağı 
gözlənilir.  İrtış  çayından  cənuba  doğru  əlavə  qolların  çəkilməsinə  dair 
rəsmi  Pekinin  planlarının  reallaşdırılması 
Rusiya,  Qazaxıstan  və  Çin 
arasında  münasibətlərin  pisləşməsinə  gətirib  çıxaracaqdır.  Son  illərdə 
ciddi  quraqlıqla  üzləşən
 Somali, Efiopiya, Tunis və Mərakeş bu gün 
təbii fəlakətin süni səbəblərini qonşu dövlətlərdə, xüsusilə Misirin ortaq 
yerüstü su ehtiyatlarını zəbt etməsində axtarırlar. Məruzədə o da bildirilir 
ki, 20 ildən sonra içməli su ehtiyatları ölkələrə əsas siyasi təzyiq vasitəsinə 
çevriləcək,  ekstremist  və  separatçı  qruplaşmaların  diversiya  aktlarının 
hədəfləri isə iri sənaye müəssisələri, neft mədənləri deyil, məhz şirin su 
mənbələri, kanal, su anbarları və bəndlər, sutəmizləyici komplekslər və 
nasos stansiyaları olacaqdır. 
Birləşmiş Millətlər Təşkilatının ekspertləri XXI əsr hidromüharibələrinin 
əsas potensial zonaları qismində aşağıdakı transsərhəd su hövzələrini və 
onların ətrafındakı dövlətləri müəyyən etmişlər: 
Türkiyə-Suriya, Türkiyə-
İraq  (Fərat  və  Dəclə  çayları),  Misir-Sudan,  Misir-Efiopiya  (Nil  çayı), 
Türkiyə-İran (Araz çayı)İsrail-İordaniya-Suriya-Fələstin Muxtariyyəti 
(İordan çayı), Çin-Hindistan (Brahmaputra çayı)Banqladeş-Hindistan 
(Qanq çayı), Anqola-Namibiya-Botsvana (Okavonqo çayından Namibiya 
paytaxtına su kəməri çəkilişi planı) və s. Hazırda Çin və Hindistan, Rusiya 
və  Çin,  Mərkəzi  Asiya  dövlətləri  (bir  tərəfdə  Tacikistan  və  Qırğızıstan, 
digər tərəfdə Qazaxıstan, Özbəkistan və Türkmənistan) arasında yerüstü su 
ehtiyatlarından  istifadəyə  dair  siyasi  narazılıqlar  yaranmaqdadır.  Analoji 
problemin 
Özbəkistan və Əfqanıstan arasında yaşanacağı da ehtimal edilir. 
İran İslam Respublikası da Araz çayının çirklənməsinə dair Ermənistana 
və  Azərbaycana  öz  iradlarını  bildirir,  digər  tərəfdən  ölkənin  Şimal-Şərq 
ərazilərinin su təminatını yaxşılaşdırmaq məqsədilə Tacikistanla danışıqlar 
aparır. 
Azərbaycanın  Kür  və  Araz  çaylarına  sənaye,  kənd  təsərrüfatı  və 
məişət tullantıları axıdan 
Ermənistan və Gürcüstana iradları da əsaslıdır. 
Ermənistan isə Araz çayını məqsədli şəkildə zərərli kimyəvi maddələrlə 
çirkləndirməklə  yanaşı, 
Azərbaycanda  içməli  su  çatışmazlığını  kritik 


46        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
həddə çatdırmaq niyyəti ilə 2011-ci ildən etibarən qurumaqda olan Urmiyə 
gölünə Mehri yaşayış məntəqəsi istiqamətindən İran dövləti ilə birgə kanal 
çəkilişi təklifi ilə müraciətlər edir. Eyni zamanda, Türkiyəni Araz çayından 
sahil qumlarını daşımaqla ekologiyaya ciddi ziyan vurmaqda ittiham edir. 
Paralel  olaraq, 
Türkiyə  Cümhuriyyəti  qonşu  dövlətlərə  hidrosiyasi  və 
ekoloji təzyiq potensialını nümayiş etdirmək üçün Kür çayı axarını Qara 
dəniz istiqamətinə dəyişmək planlarını açıqlamışdır. 
MDB dövlətlərinin ərazisindən keçən bir sıra transsərhəd su axarlarının 
yenidən  bölüşdürülməsi  zəminində  proqnozlaşdırılan  qarşıdurmalar 
bu  siyahıya  daxil  edilməsə  də,  onların  başvermə  ehtimalı  böyükdür. 
Məsələn,  transsərhəd 
Kür,  Araz    Samur  çaylarının  ehtiyatlarından 
istifadəyə dair yeni və uzunmüddətli kvotaların müəyyənləşdirilməməsi, 
onların  üzərində  hidrotexniki  qurğuların  layihələndirilməsi  və  inşası 
Türkiyə,  Azərbaycan,  Rusiya,  Gürcüstan,  İran    Ermənistan 
arasındakı münasibətlərdə kəskinləşməyə səbəb olacaqdır. Potensial su 
münaqişələri zonaları dünya xəritəsinin böyük hissəsini əhatə edir. 
BMT-nin  Avropa  İqtisadi  Komissiyasının 
«Transsərhəd  su 
axarlarının  və  beynəlxalq  göllərin  mühafizəsinə  və  istifadəsinə 
dair» Konvensiyasına (Helsinki, 1992-ci il) görə, «transsərhəd sular» 
anlayışı «iki, yaxud daha çox dövlətin sərhədlərini müəyyənləşdirən, bu 
sərhədlərdən keçən yerüstü və ya yeraltı sular» kimi izah edilir
39

XX əsrin sonlarında və XXI əsrin ötən onilliyində içməli su ehtiyatları 
ilə əlaqədar baş vermiş münaqişələrin təhlili göstərir ki, bu qarşıdurmaların 
arxasında  təkcə  lokal  iqtisadi-siyasi  maraqlar  deyil,  fövqəldövlətlərin, 
transmilli  şirkətlərin,  eləcə  də  separatçı-terrorçu  qruplaşmaların 
mənafeləri də dayanır. Bu maraqların ödənilmə mexanizmləri əsasında 
hidromünaqişələri  aşağıdakı  tiplərə  ayırmaq  olar.  Qeyd  edək  ki,  bu 
tiplərin hər biri milli təhlükəsizlik mülahizələri baxımından Azərbaycan 
Respublikası üçün də təhdid xarakteri daşıya bilər: 
   ölkədə və ya regionda yerüstü 
(çaylar, göllər, su anbarları, bəndlər) və yeraltı 
su ehtiyatlarının yerləşdiyi ərazilərin digər dövlət tərəfindən işğalı;
   geosiyasi  mənafelərin,  lokal  maraqların,  eləcə  də  ərazi  iddialarının 
ödənilməsində  şirin  su  ehtiyatlarından  köməkçi  arqument  kimi 
istifadə olunması;
39   http://base.consultant.ru


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə