Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə11/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   7   8   9   10   11   12   13   14   ...   60

32        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
(MDB  məkanında  –  Rusiya,  Ermənistan,  Gürcüstan,  Qırğızıstan  və 
Tacikistan)  iddialarını  subyektiv  mülahizələrlə  əsaslandırır,  həmin 
sənədin  «öz  təbii  sərvətlərindən  istifadə  etmək  hüquqlarına  qarşı 
yönəldiyini», ədalətli bölgü prinsipinin isə beynəlxalq hüquqda «hələ 
də  müəyyənləşdirilmədiyini»  bəhanə  gətirirlər.  Halbuki,  onların 
iddialarının  əksinə  olaraq,  transsərhəd  su  ehtiyatlarının  ədalətli 
bölüşdürülməsi  meyarı  bütün  hövzələr  üçün  eyni  deyildir  və  hər  bir 
su  mənbəyinin  ehtiyatlarına,  istifadəçi  dövlətlərin  tələbatına,  ekoloji 
tələblərə və digər parametrlərə uyğun müəyyənləşdirilir
26
. Bu baxımdan, 
həmin dövlətlərin və ya onları istiqamətləndirən fövqəlqüvvələrin qeyri-
konstruktiv mövqeyi, məsələn, MDB dövlətləri sırasından su çatışmazlığı 
ilə  üzləşən  və  hidrosiyasi  təsir  vasitələrinə  malik  olmayan  Azərbaycan, 
Ukrayna,  Türkmənistan  və  Qazaxıstanın  bu  konvensiyaya  qoşulması, 
digərlərinin  isə  «məsləhətləşmələri  davam  etdirməsi»,  əslinə  qalsa, 
potensial su münaqişələrinə zəmin yaradır. 
İmtinanın ikinci səbəbi isə, Konvensiyada su amilinin hidrosiyasi vasitə 
qismində istifadəsinə qarşı yönələn və transsərhəd hövzə dövlətlərinin su 
ehtiyatları vasitəsilə bir-birinə «əhəmiyyətli zərər vurmamaq» prinsipinin 
geniş  əks  olunmasıdır.  Sənəddə  bildirilir: 
«Konvensiya  iştirakçıları 
transsərhəd  suların  təmizlənməsinə  və  qonşu  dövlətlərlə  ümumi 
olan  su  ehtiyatlarının  çirkləndirilməməsinə  dair  öz  üzərlərinə 
beynəlxalq  öhdəlik  götürürlər».  Cənubi  Qafqaz  dövlətlərindən 
Ermənistanın bu sənədə qoşulmaması təkcə transsərhəd çaylara nəzarətin 
gücləndirilməsi meyilləri ilə deyil, həm də Helsinki Konvensiyasından 
irəli gələn bu prinsipi dövlət siyasəti səviyyəsində pozması, transsərhəd su 
ehtiyatlarından istifadə kvotasının müəyyənləşdirilməsindən yayınması 
və Azərbaycan Respublikası ərazisinə daxil olan su axarlarının məqsədli 
şəkildə sənaye, kənd təsərrüfatı və məişət tullantıları ilə davamlı olaraq 
çirkləndirməsi  ilə  izah  edilir.  Regional  su  problemlərinin  beynəlxalq 
normalar çərçivəsində həllinə çalışan Azərbaycandan fərqli olaraq, onun 
strateji tərəfdaşı olan Gürcüstanın müxtəlif bəhanələr 
(iqtisadi çətinliklər, 
maliyyə çatışmazlığı və s.) altında rəsmi Yerevanla eyni mövqeni bölüşməsi, 
ölkəmizdə aqrar böhran və ekoloji fəlakət üçün zəmin yaratması rəsmi 
Tbilisinin dostluq, qarşılıqlı faydalı əməkdaşlıq haqqında bəyanatları ilə 
bir araya sığmır. Azərbaycan və Gürcüstanın müvafiq dövlət strukturları 
26   «От ледников к Аральскому морю - вода объединяет», Зехринг, 2011


       33
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
ətraf  mühitin  mühafizəsi,  transsərhəd  suların  ekoloji  monitorinqi, 
həmçinin  Kür  çayının  çirklənmə  səviyyəsinin  qiymətləndirilməsi 
istiqamətində  əməkdaşlıq  etsələr  də,  hələlik  əhəmiyyətli  nəticə  əldə 
olunmamışdır.  Ermənistanın  üçüncü  bəhanəsi  isə  Gürcüstanla  həmin 
sənədlərə  qoşulacağı  təqdirdə  «zərər  vuran  ödəməlidir»  prinsipi 
əsasında Azərbaycana dəyən maddi ziyana görə daşıyacağı məsuliyyətin 
labüdlüyüdür. 
BMT-nin  digər  sənədi  -
  «Beynəlxalq  su  axarlarından  qeyri-
gəmiçilik  məqsədləri  ilə  istifadə  hüququ  haqqında»  Konvensiya 
(Nyu-York, 1997-ci il) transsərhəd sulardan istifadə edən iştirakçı dövlətlər 
arasında münasibətləri tənzimləyən optimal maddi və prosessual normaları 
özündə  əks  etdirmişdir.  Lakin,  BMT-nin  Baş  Assambleyası  1997-ci  ilin 
may  ayının  21-də  bu  Konvensiyanı 
qəbul  etsə  də,  səsvermənin  nəticələrinə 
görə 
(103  «lehinə»,  3  «əleyhinə» 
və  27  «bitərəf»)  hələ  də  qüvvəyə 
minməmişdir.
  BMT  AİK-in  «Sənaye 
qəzalarının transsərhəd təsirinə dair» 
Konvensiyasında  (Helsinki,  1992-ci  il) 
və həmin Konvensiyanın
 «Transsərhəd 
sularda sənaye qəzalarının transsərhəd 
təsiri  nəticəsində  dəyən  ziyana  görə 
mülki  məsuliyyət  və  təzminata  dair» 
Protokolunda (Kiyev, 2003-cü il) dünya 
təcrübəsində ilk dəfə olaraq, transsərhəd 
sənaye  qəzaları  zamanı  zərər  çəkən 
subyektlərə 
(su axarlarının aşağı hissəsində 
yerləşən  hidrotexniki  obyektlərə,  balıqçılıq 
təsərrüfatlarına və s.) dəyən ziyanın adekvat 
məbləğdə  və  təxirə  salınmadan  alınması 
hüququnu  verməklə  yanaşı,  qəzaların 
qabaqlanması  və  ya  onların  nəticələrinin  aradan  qaldırılması  məqsədilə 
tərəflər arasında əməkdaşlığın vacibliyini nəzərdə tutur. 2000-ci il avqust 
ayının  19-dan  qüvvəyə  minən  Konvensiyanı  dünyanın  cəmi  34  dövləti, 
protokolu  isə  24  ölkə  ratifikasiya  etmişdir.  Bundan  başqa,  BMT  AİK-in
 
«Transsərhəd kontekstində ətraf mühitə təsirin dəyərləndirilməsinə 
Gürcüstan ərazisindən 
təmizlənmədən birbaşa 
transsərhəd su obyektlərinə 
axıdılan tullantıların zərərli 
təsiri nəticəsində Kür çayında 
zərərli maddələrin miqdarı 
norma həddindən dəfələrlə 
yüksəkdir. 2012-ci ildə «Şıxlı-2» 
monitorinq məntəqəsində 
müşahidələr zamanı suyun 
tərkibindəki fenolun miqdarının 
normadan 6-8 dəfə, mis 
birləşmələrinin 4-5 dəfə, neft 
məhsullarının isə 2-3 dəfə artıq 
olması müəyyənləşdirilmişdir. 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə