Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə9/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   5   6   7   8   9   10   11   12   ...   60

       27
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
təchizatı  sistemlərinin,  irriqasiya  qurğularının  qorunması,  ətraf 
mühitin genişmiqyaslı, uzunmüddətli mühafizəsi, mülki əhalinin, 
döyüş  əməliyyatları  zonasında  qalan  dinc  sakinlərin  və  hərbi 
əsirlərin  adekvat  miqdarda  şirin  suya  tələbatlarının  ödənilməsi 
də daxildir. Bütövlükdə, Pakt ilk dəfə olaraq, hər bir kəsin sudan 
istifadə  etmək  hüququnu  insan  hüquqlarının  tərkib  hissəsi  kimi 
dəyərləndirmişdir.  Belə  ki,  «insanın  su  hüququ  onun  həyatının 
və ləyaqətinin qorunmasına yönəldilmiş zəruri şərtlərdəndir. Bu 
hüquq  digər  insan  hüquqlarının  da 
təmin olunmasında vacib əhəmiyyətə 
malikdir»
20
. 
Beynəlxalq  hüquq  transsərhəd  şirin 
su  mənbələrinə,  onların  qorunmasına 
və  istifadəsinə  dair  dövlətlərarası 
mübahisələri  konsensus  yolu  ilə 
tənzimləyən  və  hamılıqla  qəbul  edilmiş 
prinsiplər  əsasında  ortaq  normaları 
müəyyənləşdirən  yeganə  dinc  vasitədir. 
Bir çox hallarda onun səmərəliliyi şübhə 
doğursa da, beynəlxalq sənədlərə əsasən, 
obyektiv su hüququnun əsas prinsipləri 
su  ehtiyatlarından  istifadənin  ədalətli 
və  tərəflər  arasında  razılaşdırılmış 
qaydada  bölgüsünün  aparılmasını,  bu 
sahədə  qarşılıqlı  faydalı  əməkdaşlığın 
qurulmasını, informasiya mübadiləsinin 
və  məsləhətləşmələrin  aparılmasını, 
başqalarına zərər vurulmamasını, qarşı tərəfə ciddi sosial-iqtisadi, ekoloji 
təsir göstərə biləcək hidrotexniki tədbirlərin yolverilməzliyini və s. təklif 
edir.  Təəssüf  ki,  bu  müddəalar,  eləcə  də  beynəlxalq  hüququn  «zərər 
vuran əvəzini ödəyir» prinsipi Birləşmiş Millətlər Təşkilatının digər vacib 
məsələlərə dair müddəaları kimi imperativ norma 
(jus cogens) deyildir və 
tövsiyə xarakteri daşıyır.
20   (yenə orada)
Birləşmiş Millətlər Təşkilatının 
Nizamnaməsinə və beynəlxalq 
hüququn prinsiplərinə uyğun 
olaraq, bu birliyə üzv olan hər 
bir dövlət öz milli yurisdiksiyası 
və ya nəzarəti altında olan 
ərazilər çərçivəsində istənilən 
hidrotexniki fəaliyyət zamanı 
ətraf mühitə, eləcə də digər 
dövlətlərin əhalisinə və 
ərazilərinə zərər verməməlidir
ziyan vurulduğu təqdirdə isə 
hüquqi məsuliyyət daşımalıdır.


28        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Somalidə su növbəsi. 2013-cü ildə Hindistanın Maharaştra ştatını çənginə almış  
quraqlıq son 40 ildə ölkənin ən böyük təbii fəlakəti kimi dəyərləndirilmişdir
21

Ştatın su kanallarının indiki vəziyyəti
22
    
Xatırladaq ki, XX əsrin ortalarınadək transsərhəd suların istifadəsinə, 
idarə  olunmasına  dair  hökumətlərarası  müqavilələr  bağlansa  da, 
hamılıqla qəbul edilən və dövlətlərin su siyasətini tənzimləyən ümumi 
prinsip  və  normaları  ehtiva  edən  universal  beynəlxalq  hüquq  aktları 
hələ  də  mövcud  deyildi.  Su  ehtiyatları,  xüsusilə  transsərhəd  sular 
ətrafında yaranan münaqişələr «beynəlxalq su hüququnun» və ya «su 
ehtiyatlarına dair beynəlxalq hüququn» yaradılması zərurətini gündəmə 
gətirmişdir.  Bu  sahədə  ilk  və  real  addımı  YUNESKO-da,  Beynəlxalq 
Dənizçilik Təşkilatında, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransında 
və digər nüfuzlu qurumlarda məşvərətçi statusa malik olan Beynəlxalq 
Hüquq Assosiasiyası 
(International Law Association) atmışdır. Assosiasiya 
şirin  su  ehtiyatlarının  istifadəsinə  bilavasitə  və  ya  qismən  toxunan 
beynəlxalq  normaları,  su  münaqişələrinə  dair  beynəlxalq  məhkəmə 
21   «Индия: засуха усугубляется коррупцией», http://pasmi.ru/archive/84092
22   Nita Bhalla. «India’s drought: A natural calamity or a man-made one?», http://blogs.
reuters.com/the-human-impact/2013


       29
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
təcrübəsinin  qərarlarını,  eləcə  də  su  istifadəsi  ilə  bağlı  dövlətlərarası 
ənənələri sistemləşdirərək 
«Beynəlxalq çaylardan istifadə qaydaları» 
adlı  ilk  sənəd  hazırlamışdır.  Həmin  sənəd  1966-cı  ildə  Beynəlxalq 
Hüquq Assosiasiyasının Helsinki şəhərində keçirilmiş sessiyasında qəbul 
edilərək, sonralar «Helsinki qaydaları» adı altında tanınmışdır. 
Sənəddə  transsərhəd  sulara  nəzarət,  onların  çirklənməsinin 
qarşısının alınmasına, üzən nəqliyyat vasitələrinin hərəkət intensivliyinin 
tənzimlənməsinə,  dövlətlərarası  mübahisələrin  dinc  üsullarla 
həllinə  və  s.  dair  prosedur  qaydaları  da  geniş  əksini  tapmışdır.  Onun 
əhəmiyyətini  artıran  xüsusiyyətlərdən  biri  ilk  dəfə  olaraq,  transsərhəd 
suların  istismarının  hüquqi  rejiminin  yaradılması  üçün  baza  qismində 
«su  ehtiyatlarından  şüurlu  və  ədalətli  istifadə»  prinsipinin  əsas 
götürülməsidir. Həmin prinsipə əsasən, hər bir dövlət öz ərazisindən keçən 
transsərhəd sulardan zəruri tələbatına görə istifadə etməli və bu zaman 
digər sərhəd dövlətlərinin də hüquqlarını nəzərə almalıdır. Bir müddət 
sonra Beynəlxalq Hüquq Assosiasiyası «Helsinki qaydaları»nı daha da 
təkmilləşdirərək, su hüququ ilə bağlı əlavə 14 təlimat hazırlamış, onları 
vahid sənəd daxilində toplamışdır. Yeni sənəd toplusunun ilkin variantı 
«Beynəlxalq su ehtiyatlarına dair Beynəlxalq Hüquq Assosiasiyası 
qaydalarının  konsolidasiyası»  (1999-cu  il),  daha  təkmil  forması  isə 
«Su ehtiyatlarına dair qaydalar» (2004-cü il) adlandırılmışdır.
«Helsinki  qaydaları»nın
  aparıcı  müddəa  və  prinsipləri  BMT-nin 
Avropa  İqtisadi  Komissiyasının 
(AİK)  «Transsərhəd  su  axarlarının 
və  beynəlxalq  göllərin  mühafizəsinə  və  istifadəsinə  dair» 
Konvensiyasının  (Helsinki,  1992-ci  il)  hazırlanmasında  hüquqi 
baza  rolunu  oynamışdır.  Çərçivə  sazişi  xarakterini  daşıyan  və  «Su 
Konvensiyası» kimi tanınan sənəddən məqsəd su ehtiyatlarının 
(çaylar, 
göllər və qrunt sularının) ekoloji baxımdan əsaslandırılmış şəkildə idarə 
olunması  və  qorunmasının,  su  hövzələrinin  sənaye,  kənd  təsərrüfatı 
və  məişət  tullantıları  ilə  çirkləndirilməsinin  qarşısının  alınmasının  və 
məhdudlaşdırılmasının,  transsərhəd  su  axarlarının  idarə  olunmasının 
ekoloji  baxımdan  əsaslandırılmasının,  onun  ədalətli  və  şüurlu 
şəkildə  istifadəsi  sahəsində  regional  əməkdaşlığın  təmin  edilməsidir. 
Lakin,  su  münaqişələrinin  həllində,  sudan  istifadə  normalarının 
müəyyənləşdirilməsində  və  ətraf  mühitin  qorunmasında  müstəsna 
əhəmiyyətə malik Konvensiya qəbul edildikdən yalnız beş il sonra – 1996-


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə