Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə6/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   2   3   4   5   6   7   8   9   ...   60

       19
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
daimi istifadə etmək imkanından, 2,4 milyard insan isə zəruri sanitariya 
vasitələrindən tamamilə məhrumdur. Hər il təqribən 2,2 milyon insan 
yarıtmaz  sanitariya-gigiyena  şəraitinə,  aşağı  keyfiyyətli 
(çirklənmiş) 
sudan  istifadə  etdiyinə  görə  dünyasını  dəyişir,  250  milyon  insan  isə 
müxtəlif  xəstəliklərə  yoluxur.  İqlim  dəyişməsi,  anormal  xarakter  alan 
urbanizasiya  prosesi,  ərzaq  məhsullarına  tələbatın  sürətlə  artması  təbii 
olaraq, dünyanın su təchizatı sisteminin ifrat istismarı ilə nəticələnmişdir. 
Yaranmış  vəziyyət  YUNESKO-nun  Baş  direktoru  İrina  Bokovanın 
Ümumdünya Su Forumunun 2012-ci ildə Madriddə keçirilmiş toplantısı 
iştirakçılarına ünvanladığı müraciətdə də öz əksini tapmışdır. Müraciətdə 
deyilir: 
«Su ehtiyatlarından mövcud tələbata uyğun şəkildə səmərəli 
istifadə olunmur. Biz hələ də bu istiqamətdə ətraflı məlumata malik 
deyilik və su təsərrüfatı mütəşəkkil qaydada idarə olunmur. Odur ki, 
perspektivlər qeyri-müəyyəndir, risk amili isə getdikcə əhəmiyyət 
kəsb etməyə başlayır»
6

UNICEF-in  məlumatında  isə  bildirilir  ki,  hazırda  Yer  üzündə  bir 
milyard 392 milyon insan sağlamlıq üçün zərərli olan keyfiyyətsiz sudan 
istifadə  edir.  Mövcud  su  ehtiyatlarının  çirklənməsi  üzündən  yoluxucu 
xəstəliklərin yayılma miqyası da xeyli artmışdır. 2012-ci ilin ilk altı ayı 
ərzində 2 milyon 730 min nəfərdən çox insan 
(onların 80%-i uşaqlardır) 
antisanitariya və çirklənmiş sular vasitəsilə yayılan xəstəliklərdən dünyasını 
dəyişmişdir.  İnkişaf  etməkdə  olan  dövlətlərdə  kanalizasiya  sularının 
90%-nin, sənaye tullantılarının isə 70%-nin təmizlənmədən ətraf mühitə 
axıdılması  üzündən  şirin  su  mənbələri  sürətlə  çirklənməkdədir.  ABŞ, 
Çin və Hindistan kimi iri regionlarda yeraltı su mənbələrinin istehlakı 
və bərpası arasında tərs mütənasiblik Kolorado, Xuanxe kimi iri çayların 
sürətlə  qurumasına  səbəb  olmuşdur
7
.  ABŞ-da  şirin  su  hövzələrinin 
40%-i  sənaye,  məişət  və  kənd  təsərrüfatı  tullantıları  ilə,  ağır  metallarla 
çirkləndiyindən  istifadə  üçün  yararsız  vəziyyətə  düşmüş,  Kaliforniya 
ştatında  içməli  suyun  norma  ilə  bölüşdürülməsinə  başlanılmışdır.  Çin 
Xalq Respublikasında çayların 90%-i istifadə üçün yararsızdır. Ölkənin 
600  şəhərindən  550-nin  əhalisi  davamlı  olaraq  içməli  su  qıtlığından 
əziyyət  çəkir.  Ümumdünya  Səhiyyə  Təşkilatının  məlumatında  bildirilir 
ki,  su  qıtlığı  ilə  üzləşən  ölkələrdə  malyariya,  vəba,  tif,  dizenteriya, 

 http://www.unepcom.ru/news/news2012/335-120312wwf6.html

 http://www.un.org/russian/events/water/facts1.htm


20        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
poliomielit,  şistosomoz,  drakunkulez  kimi  ağır  xəstəliklərin  yayılma 
səbəblərinin 80%-i məhz əhalinin çirklənmiş su mənbələrindən istifadəsi 
ilə bağlıdır
8

1.Bu gün Aralıq dənizi sahillərində də belə bir mənzərəni müşahidə etmək mümkündür
9
.
2.İndoneziyanın Yava adasındakı Sitarium çayı tamamilə məişət tullantıları ilə örtülmüşdür. 
10
Himalay dağlarındakı buzlaqların sürətlə tükənməsi 
(ümumi sahəsi 8 
dəfə azalmışdır) nəticəsində bir sıra dövlətlərin əsas şirin su mənbəyi olan 
Qanq,  Hind  və  Brahmaputra  kimi  iri  transsərhəd  çaylarının  gələcəkdə 
mövsümi axarlara çevrilməsi, ətraf ərazilərin isə səhralaşması gözlənilir. 
Kəskin su münaqişəsi içərisində olan Qazaxıstan və Qırğızıstanı təmin 
edən çayların mənbəyi olan Alatau dağ silsiləsinin buzlaqları da 2030-
cu  ilədək  tamamilə  əriyəcəkdir.  Azərbaycanda  da  buzlaqların  azalması 
tendensiyası müşahidə olunur. Son dövrlərdə Quba rayonu ərazisindəki 
buzlaqların həcmi 50% kiçilmişdir. Bu isə həmin mənbələrdən qidalanan 
dağ çaylarında və göllərdə su ehtiyatına mənfi təsir göstərəcəkdir. 
1993-cü  ildə  Türkiyədə  baş  vermiş  güclü  quraqlıq  üzündən 
rəsmi  Ankara  qonşu  Bolqarıstandan  16  milyard  m³  şirin  su  almaq 
məcburiyyətində  qalmışdır.  Zəngin  su  ehtiyatlarına  malik  dövlətlərdən 
Kanada davamlı olaraq ABŞ-nin Şimal ştatlarına, Svazilənd Krallığı Cənubi 
Afrika  Respublikasına,  Nepal  dövləti  Hindistana  içməli  su  satmaqdadır. 
Mütəxəssislərin  qənaətinə  görə,  yaxın  gələcəkdə  kənd  təsərrüfatı,  ərzaq 
və  sənaye  məhsullarının  yetişdirilməsində  və  emalında  istifadə  olunan 
suyun  miqdarı  onların  satış  qiymətlərinin  müəyyənləşdirilməsinə  öz 
təsirini  göstərəcəkdir.  2050-ci  ilədək  bəşəriyyətin  ərzaq  məhsullarına 
tələbatının indiki ilə müqayisədə 70% artacağı, hazırda dünya üzrə istehlak 

 А.Баер. «Не всем хватает воды? Доступность питьевой воды: нынешняя ситуация». 
http://diamt.ru/6/36

Загрязнение океанов. http://tts.ulsu.ru/sites/oceans/curse.html
10  «Цитарум: задыхающаяся река», http://ecoleaks.info


       21
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
olunan  şirin  suyun  80%-nin  kənd  təsərrüfatı  məhsullarının  istehsalına 
sərf edildiyi və yaxın gələcəkdə bu rəqəmin 90%-i ötəcəyi gözlənilir. İnsan 
orqanizminin tələb etdiyi gündəlik içməli su ehtiyacı adambaşına 4-5 litrə 
bərabər olduğu halda, onun sutkalıq ehtiyaclarının ödənilməsi,
 o cümlədən 
sanitariya-gigiyena tədbirləri, zəruri ərzaq və sənaye məhsullarının istehsalı 
üçün 2000-5000 litr su işlədilir. Məsələn, bir kiloqram taxılın və düyünün 
yetişdirilməsi üçün müvafiq olaraq 1500 və 1000-3000 litr, bir kiloqram 
mal əti istehsalı üçün 15000 litr şirin su tələb olunur
11

Mənbə:  BMT-nin su ehtiyatlarının vəziyyətinə dair hesabatı  (IV nəşr, I cild, 2012-ci il)
12
.
Dünyanın  ən  böyük  ərzaq  məhsulları  istehsalçılarından  olan 
İsveçrənin  «Nestle» şirkətinin direktorlar şurasının sədri Piter Brabek bu 
yaxınlarda dünyanın bütün şirin su ehtiyatlarının özəlləşdirilməsi barədə 
təkliflə çıxış etmişdir. Onun fikrincə, su mənbələrinin şəxsi mülkiyyətə 
verilməsi bu sahədə israfçılığın və təsərrüfatsızlığın qarşısının alınmasına 
imkan yaradacaqdır. Onu da əlavə edək ki, şirkət ümumi gəlirinin 8%-
ni  qablaşdırılmış  şirin  su  satışından  əldə  edir.  Bəzi  Latın  Amerikası 
ölkələrində  su  mənbələrinin  özəlləşdirilməsi  həqiqətən  də  israfçılığın 
miqyasını və su təchizatına ayrılan dövlət vəsaitinin miqdarını nisbətən  
azaltsa da, əhaliyə paylanan suyun keyfiyyətinin kəskin şəkildə pisləşməsi 
nəticəsində yoluxucu xəstəliklərin yayılması, uşaq ölümü və korrupsiya 
11   http://www.unwater.org/statistics_sec.html
12   http://www.un.org/ru/events/desertificationday/


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə