Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə3/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   2   3   4   5   6   7   8   9   ...   60

       11
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
bölüşdürülməsi, qonşuların ehtiyaclarının nəzərə alınmasına dair fikirlər 
hələ təqribən 1400 il əvvəl islam dinində və müqəddəs kitabımız olan 
Qurani-Kərimdə, həmçinin Peyğəmbər hədislərində öz əksini tapmışdır. 
Beləliklə,  Sirateji  Araşdırmalar  Mərkəzinin  olduqca  vacib  mövzuya 
dair apardığı tədqiqatların nəticələri bir daha göstərdi ki, Azərbaycanda 
şirin su ilə bağlı müəyyən çətinliklər, ehtimallar olsa da, ümumi vəziyyət 
çıxılmaz deyildir. Dünya, region və Azərbaycanla əlaqəli faktlar heç də 
bizləri təşvişə salmamalı, əksinə mövcud potensialdan qənaətlə, şüurlu 
şəkildə istifadə etməyə yönəltməlidir. Elmi-populyar dildə yazılmış kitab 
birnəfəsə oxunur və oxucunu düşünməyə vadar edir. 
Siz də oxuyun və yaxşı-yaxşı fikirləşin… 
Ramiz Məmmədov,
Azərbaycan Milli Elmlər  Akademiyası Coğrafiya
 İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor
Azərbaycan  Coğrafiya Cəmiyyətinin vitse-prezidenti


12        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Giriş
Əvvəlcə su haqqında bildiklərimizi bir qədər də təkrarlayaq: qeyri-üzvi 
birləşmə olan su molekulu iki hidrogen, bir oksigen atomundan ibarətdir 
və kimyəvi formulu H
2
O kimi yazılır. Su Yer üzündə bioloji həyatın əsası 
və təbiətdə baş verən proseslərin iştirakçısıdır. Bütün bitkilərin və canlı 
orqanizmlərin əsas hissəsini su təşkil edir. Məsələn, meduzalar – 99%, 
balıqlar - 75%, alma – 85%, qarpız – 96% və s. sudan ibarətdir. Bəzən 
insan orqanizmini «dəri qab içərisində saxlanılan maye» adlandırırlar. 
Orta  statistik  insanın  çəkisinin  əsas  hissəsi 
(50-85%)  də  sudur.  Qanın 
tərkibində – 85%, əzələdə – 70%, böyrəklərdə – 85%, sümüklərdə – 20-
30%, beyində isə 75% su vardır. İndi isə susuzluq barədə: orqanizmdə 
suyun miqdarı 1-2% 
(0,5-1 litr) azalanda dərhal susuzluq hissi keçiririk. 
İnsan  gün  ərzində  2-3  litr  su  itirir,  isti  havalarda  və  ya  ağır  fiziki  işlə 
məşğul olarkən bu miqdar artır. Orqanizmdəki suyun 5% azalması həyat 
üçün təhlükəlidir. Su ətraf mühitdə yeganə təbii maddədir ki, onun hər 
üç vəziyyətini – maye, bərk 
(buz) və buxar hallarını müşahidə edə bilirik. 
«Şirin  su»  məfhumu  müasir  siyasi  məzmun  kəsb  etməkdən  xeyli 
əvvəl bir qayda olaraq, poetik-fəlsəfi  tərzdə «ən qiymətli  nemət» və 
«Yer  üzündə  bioloji  həyatın,  bəşər  sivilizasiyasının  mənbəyi»  kimi 
dəyərləndirilirdi. Həqiqətən də, dünyanın qədim və zəngin mədəniyyətləri 
məhz şirin su hövzələri kənarlarında - Nil, Yantzı, Dəclə və Fərat, Hind 
kimi çayların sahillərində təşəkkül tapmış və yayılmışdır. O cümlədən, 
eramızdan əvvəl IV-III minilliklərə aid Kür-Araz mədəniyyətinin regionun 
iki  ən  böyük  çayının  adını  daşıması  da  bu  zərurətdən  irəli  gəlir.  Su 
bütün xalqların mifik təsəvvürlərində, inanclarında aparıcı obrazlardan, 
universal rəmzlərdən biri kimi müstəsna yer tutmaqdadır. Bir sıra qədim 
dinlərə xas rəvayətlərdə ilahi qüvvələr dünyanı – torpağı, dağları, meşələri, 
külli canlıları suyun üzərində yaratmış və bütün bunlardan sonra insanı 
xəlq  etmişdir.  Lakin,  elə  həmin  miflərdə  su  obrazı  bəşəriyyət  üçün  ən 
çətin imtahan, tanrılıq iddiasına düşən insanlara ən ağır cəza vasitəsi kimi 
də yer almışdır. O da maraqlıdır ki, dağıdıcı Nuh Tufanı - Yer üzünün 
su altında qalması haqqında dini rəvayətin motivlərinə dünyanın bütün 
xalqlarının folklorunda 500-dən çox variant zənginliyi ilə rast gəlinir. 
Hələ beş min il əvvəl qədim Şumer dövlətində də insanlar həyatın, 
firavanlığın  və  əmin-amanlığın  ilk  növbədə  şirin  su  bolluğundan  asılı 


       13
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
olduğunu aydın dərk edirdilər. Su mənbələrinə, çay və kanallara, bəndlərə 
nəzarəti əldə saxlamaq hələ o dövrdə həyati əhəmiyyət daşıyan vəzifə idi. 
Təsadüfi deyildir ki, qədim salnamələrə düşmüş ilk dövlətlərarası hərbi 
münaqişəyə  səbəb  də  məhz  şirin  su  mənbələrinə  nəzarət  olmuşdur. 
Eramızdan əvvəl 2450-ci ildə Şumerin Laqaş və Umma şəhərlərinin Fərat 
çayından  ayrılan  suvarma  kanallarını  və  bəndləri  bölüşdürə  bilməməsi 
tarixdə  ilk  su  müharibəsinin  başlanması  ilə  nəticələnmişdir.  Həmin 
məşum «estafet» isə minilliklər, əsrlər boyu davam etməkdədir. Bu gün 
qlobal miqyaslı şirin su çatışmazlığı, su ehtiyatlarının sürətlə tükənməsi 
və  mənbələrin  çirklənməsi  XXI  əsrin  əsas  geostrateji  problemlərindən 
birinə,  qlobal  beynəlxalq  təhlükəsizlik,  eləcə  də  ekoloji  təhlükəsizlik 
sisteminin təminatında aparıcı amillərdən birinə çevrilməkdədir. 
BMT-nin  statistikasına  görə,  təkcə  son  50  il  ərzində  Yer  üzündə 
şirin  su  ehtiyatlarına  nəzarət  zəminində  500  münaqişə  və  37  silahlı 
toqquşma  baş  vermişdir.  Vəziyyət  bu  şəkildə  davam  edərsə,  populyar 
«su  həyatın  mənbəyidir»  devizinin  yaxın  onillikdə  «su  dövlətlərarası 
münaqişələrin  bəhanəsidir»  deyimi  ilə  əvəzlənməsi  reallığa 
çevriləcəkdir. Şirin su çatışmazlığı, məhsuldar, münbit ərazilərin sürətlə 
səhralaşması,  buzlaqların,  su  mənbələrinin  sürətlə  tükənməsi,  çayların 
mövsümi axarlara çevrilməsi, ətraf mühitin çirklənməsi və digər ekoloji 
problemlərlə  müşayiət  olunan  qlobal  iqlim  dəyişmələri  hərbi-siyasi 
və  hüquqi  terminologiyaya 
«su  strategiyası»,  «su  təhlükəsizliyi», 
«hidromüharibələr», 
«hidrosiyasət», 
«hidrogeosiyasət», 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə