Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə5/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   2   3   4   5   6   7   8   9   ...   60

16        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
«əl-İttihad» qəzeti Birləşmiş Ərəb Əmirliklərinin qlobal su böhranına 
hazırlaşması və dəniz sularının duzdan təmizlənməsi texnologiyalarının 
tətbiqinə əlavə olaraq 3,2 milyard ABŞ dolları ayırması, bu vəsaitə ölkə 
ərazisində  70  sutəmizləyici  qurğunun  inşa  edilməsi  planları  barədə 
məlumat vermişdir. Bununla belə, bir m
3
 təmizlənmiş dəniz suyunun 
ən aşağı qiymətinin 1,5 ABŞ dolları olacağı nəzərdə tutulur. Səudiyyə 
Ərəbistanı,  Küveyt  və  Birləşmiş  Ərəb  Əmirliklərinin  əsas  şirin  su 
mənbəyi Fars körfəzinin duzdan təmizlənmiş sularıdır. 
Transsərhəd su ehtiyatlarından ən çox
asılı olan dövlətlər

Ölkə
Transsərhəd 
sulardan asılılıq (%)
1
Küveyt
100
2
Türkmənistan
97,1
3
Misir
96,9
4
Mərakeş
96,5
5
Macarıstan
94,2
6
Moldova
91,4
7
Banqladeş
91,3
8
Nigeriya
89,6
9
Hollandiya
87,9
Müasir  dövrdə  transsərhəd  şirin  su  axarlarının,  yerüstü  və  yeraltı 
ehtiyatların  bölüşdürülməsi,  qorunması  və  istifadəsi  getdikcə 
ölkədaxili,  dövlətlərarası  iqtisadi-sosial  münasibətlər  müstəvisindən 
çıxaraq,  geosiyasi  və  geoiqtisadi  xarakter  almaqdadır.  Beynəlxalq  Su 
Menecmenti İnstitutunun 
(International Water Management Institute) 
baş direktoru Kolin Çatresin sözləri ilə desək, 
«Su bundan sonra nə 
mühəndislərin,  nə  də  alimlərin  tədqiqat  mövzusu  olacaqdır.  O, 
daha  dərin  sosial  və  iqtisadi  problemə  çevrilməkdədir»

.  Müasir 


       17
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
dövrdə  dövlətlərin  yerüstü  və  yeraltı  su  ehtiyatları,  ərazilərindən 
keçən  transsərhəd  su  axarları  bu  ölkələrdəki  iqtisadi,  siyasi  və  sosial 
sabitliyin,  ərzaq  təhlükəsizliyinin,  enerji  siyasətinin  təminatçısı 
olmaqla,  konkret  dövlətlərin,  regionun  deyil,  bütövlükdə  qlobal 
təhlükəsizlik  mənafelərinin  ödənilməsində  müstəsna  əhəmiyyət 
kəsb edir. Şirin suya olan tələbatın həndəsi silsilə üzrə artması nəticə 
etibarı  ilə  transsərhəd  çaylara,  qonşu  dövlətlərin  su  mənbələrinin 
yerləşdiyi  ərazilərə  iddiaların  baş  qaldırmasına  səbəb  olmuşdur.  Belə 
ki, bu gün davam edən və ya proqnozlaşdırılan istənilən regional hərbi 
münaqişəyə,  o  cümlədən  Ermənistanın  Azərbaycana,  Türkiyəyə  və 
Gürcüstana  qarşı  irəli  sürdüyü  ərazi  iddialarına  hidropolitoloji  təhlil 
müstəvisindən  yanaşıldıqda,  bu  fəaliyyətin  arxasında  su  ehtiyatlarına 
nəzarət  planlarının  da  dayanmasının,  su  amilindən  qonşu  dövlətlərə 
siyasi-iqtisadi təzyiq vasitəsi kimi istifadə edilməsinin şahidi oluruq.
Gerçək  mənzərə  isə  belədir:  ötən  əsrin  sonlarından  etibarən 
dünyanın  bir  sıra  regionlarında  içməli  suya  olan  minimum  tələbatın 
ödənilməsi  iqtisadi  problem  çərçivəsindən  çıxmış,  sosial  və  siyasi 
xarakter  daşımağa  başlamışdır.  1993-cü  ildən  başlayaraq,  Birləşmiş 
Millətlər  Təşkilatının  İnkişaf  Proqramının  illik  hesabatlarına  qlobal 
içməli  su  qıtlığı  ilə  bağlı  yaranmış  vəziyyət  barədə  məlumat  daxil 
edilməkdədir.  Həmin  məlumata  əsasən,  2025-ci  ilədək  Yer  üzündə 
içməli su çatışmazlığı hər il davamlı olaraq 1,3-2 trilyon m³ həcmində 
artacaq, 2030-cu ildə dünya əhalisinin 67%-i 
(təqribən 5 milyard insan) 
kəskin su qıtlığı ilə üzləşəcəkdir. BMT-nin ekspertləri 2012-ci il mart 
ayının  15-də  və  16-da  Ümumdünya  Su  Şurasının 
(The  World  Water 
Council)  VI  Forumunda  780  milyon  insanın  su  qıtlığından  əziyyət 
çəkdiyini və bu rəqəmin ildən-ilə artdığını bildirmişlər
4
. Təkcə 2010-
2011-ci illər ərzində planetin təqribən 20 milyon sakini su çatışmazlığı 
və quraqlıq üzündən hidromiqrantlara çevrilərək daimi yaşayış yerlərini 
tərk etmiş, 2,3 milyard insanın su təminatı isə həm kəmiyyət, həm də 
keyfiyyət  göstəricilərinə  görə  pisləşmişdir.  Eyni  zamanda,  2050-ci 
ilədək şirin su çatışmazlığının Çin, Hindistan, Afrika, Yaxın Şərq, Ön və 
Mərkəzi Asiya, eləcə də bəzi Avropa dövlətlərində sosial-siyasi xarakter 
alacağı, su qıtlığı ilə üzləşən dövlətlərin bu ehtiyata malik ölkələrdən 
siyasi-iqtisadi asılı vəziyyətə düşəcəyi ehtimal edilir. 

 VI Всемирный Водный Форум: «Время решений», http://www.cawater-info.net/6wwf/


18        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
2025-ci il üçün proqnozlaşdırılan qlobal su çatışmazlığı
Mənbə: International Water Management Institute
5
ABŞ-nin  tanınmış  dövlət  xadimi  Bencamin  Franklin  yazırdı:  «Biz 
suyun qədrini yalnız quyu tükənəndə bilirik». Hər il dünyada təqribən 
6  milyon  hektar  ərazi  səhralaşır.    BMT-nin  «Planetin  su  ehtiyatları 
haqqında»  Hesabatında 
(2009-cu  il)  qeyd  olunur  ki,  Yer  üzündə 
çirklənmiş  suların  ümumi  həcmi  12  milyon  km³
-ə,  yəni  Amazon,  Nil, 
Missisipi,  Yenisey  kimi  10  ən  iri  çayın  illik  su  ehtiyatlarının  cəminə 
bərabərdir. Vəziyyət bu şəkildə davam edərsə, çirklənmiş suların həcmi 
yaxın  illərdə  18  milyon  km³-ə  çatacaqdır.  Bu  rəqəm  isə  hazırda  Yer 
üzündə kənd təsərrüfatı sahələrinin suvarılması üçün sərf olunan suyun 
həcmindən 10 dəfə çoxdur. BMT-nin «Planetin su ehtiyatları haqqında» 
Hesabatında 
(2009-cu il) qeyd olunur ki, bir litr çirkab 8 litr şirin suyu 
istifadə  üçün  tamamilə  yararsız  vəziyyətə  salır  və  hər  il  su  hövzələrinə 
təqribən  2  milyon  ton  sənaye,  kənd  təsərrüfatı  və  məişət  tullantıları 
axıdılır.  Birləşmiş  Millətlər  Təşkilatının  həyəcan  doğuran  digər 
məlumatına  əsasən,  dünyanın  bir  milyarddan  çox  sakini  təmiz  sudan 

 http://www.rbcdaily.ru/world/562949986304774


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə