Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə4/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   2   3   4   5   6   7   8   9   ...   60

14        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
«hidropolitologiya», 
«hidrosilah», 
«hidroterrorizm», 
«hidrodiversiya»,  «hidromiqrant»,  eləcə  də  «invayronmental 
təcavüz» (ing. environment – ətraf mühit) kimi yeni anlayışlar gətirmişdir. 
Bu  gün  şirin  suyun  alışdırdıra  biləcəyi  münaqişə  tonqallarının  alovu 
dünən  neftin  qızışdırdığı  müharibə  ocaqlarından  da  güclü  olacaqdır. 
Üçüncü  dünya  müharibəsi  neft,  barıt  deyil,  məhz  çirkab  qoxusu 
verəcəkdir. 
Ötən  əsrin  acı  təcrübəsinə  müraciət  edək.  1948-ci  ilədək  vahid  olan 
ərazinin suveren Hindistan və Pakistan dövlətlərinə parçalanmasından sonra 
transsərhəd  Hind  və  Qanq  çaylarının  su 
ehtiyatlarının bölüşdürülməsi zəminində 
hər iki ölkə arasında baş qaldırmış hərbi-
siyasi  münaqişə,  nəhayət,  1960-cı  ildə 
beynəlxalq  təşkilatların  birgə  səyləri  ilə 
ikitərəfli  sazişin  bağlanmasından  sonra 
səngimişdir.  XX  əsrin  50-ci  illərinin 
əvvəllərində  Suriya  və  İsrail  arasındakı 
silahlı toqquşmanın əsl səbəbi də hər iki 
ölkənin Coland yüksəkliklərindəki şirin su 
ehtiyatlarına – İordan çayının mənbəyinə 
nəzarət etmək iddiası olmuşdur. 1958-ci 
ildə  Sudan  və  Misir  arasındakı  lokal  su 
müharibələrinə yalnız Nil çayı sularından 
istifadəyə  dair  Müqavilə  imzalandıqdan 
sonra müvəqqəti ara verilmişdir. 1975-ci 
ildə transsərhəd Fərat çayının su ehtiyatları 
uğrunda İraq və Suriya arasında yaranmış 
hərbi-siyasi  gərginlik  Birləşmiş  Millətlər 
Təşkilatının  təcili  müdaxiləsi  sayəsində 
aradan  qaldırılmışdır.  Bundan  başqa, 
80-90-cı  illərdə  Seneqal  və  Mavritaniya 
arasında yaşanan «kətmən müharibəsi» xeyli sayda dinc insanın ölümü ilə 
nəticələnmişdir
1
. London Strateji Tədqiqatlar İnstitutunun təhlilçiləri də 
bu qənaətdədirlər ki, XXI əsrdə bəşəriyyəti gözləyən lokal və genişmiqyaslı 
müharibələrin  əsas  səbəbi  də  məhz  şirin  su  ehtiyatlarına  nəzarət  etmək 
uğrunda mübarizə olacaqdır.

 О.Барабанов. Глобальная проблема водных ресурсов // Современные глобальные 
проблемы мировой политики / Под ред. М.М. Лебедевой. – М.: Аспект Пресс, 2009
 
XX əsrdə beynəlxalq 
münasibətlərdə strateji xammal, 
əsas siyasi amil rolunu oynayan 
neft yaxın gələcəkdə öz üstün 
mövqeyini daha qiymətli 
«beynəlxalq əmtəə»yə - şirin 
suya verəcək, hətta zəngin 
karbohidrogen ehtiyatlarına 
malik dövlətlərin su təminatı 
ilə bağlı problemlər enerji 
təhlükəsizliyi məsələlərini 
qabaqlayacaq, tükənən və 
çirklənən şirin su mənbələrinin 
bölüşdürülməsi zəminində 
yaranacaq siyasi-iqtisadi 
qarşıdurmalar silahlı 
münaqişələrə yol açacaqdır. 


       15
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
1. Qlobal su çatışmazlığı problemi. Ümumi mənzərə
Birləşmiş  Millətlər  Təşkilatı  Baş  Assambleyasının  1993-cü  ildə 
qəbul  etdiyi  qərara  əsasən,  hər  il  mart  ayının  22-i  Ümumdünya  Su 
Günü (
World Day for Water) kimi qeyd olunur. Bundan məqsəd qlobal 
şirin  su  problemini  daim  dünya  dövlətlərinin  diqqət  mərkəzində 
saxlamaq, mövcud su ehtiyatlarının birgə səylərlə qorunması, istifadəsi 
və idarə olunması, su ilə təchizat məsələləri ilə əlaqəli zəruri tədbirlərin 
həyata  keçirilməsinə  zəmin  yaratmaqdır.  Lakin,  təbiət  Yer  üzündə  su 
ehtiyatlarını heç də bərabər səviyyədə bölməmişdir. BMT-nin Dayanıqlı 
İnkişaf  üzrə  Komissiyasının  məlumatına  əsasən,  dünya  dövlətlərinin 
40%-i ciddi su çatışmazlığı problemi ilə üzləşməkdədir. Sənaye və kənd 
təsərrüfatının  intensiv  inkişafı,  demoqrafik  artım,  iqlim  dəyişmələri 
və  ətraf  mühitin  sürətlə  çirkləndirilməsi  nəticəsində  bu  problem 
kəskinləşərək  ekoloji,  sosial,  iqtisadi  və  hərbi-siyasi  fəlakət  həddinə 
çatmaqdadır.  Ümumdünya  Su  Şurası  ekspertlərinin  hazırladıqları 
sənəddə  –  «Yeni  su  siyasəti:  2010-2012-ci  illərin  Strategiyası»  adlı 
hesabatda  qeyd  olunduğu  kimi,  «bu  gün  şirin  su  mənbələrindən 
sərbəst, maneəsiz və arzu olunan miqdarda istifadə etmək dövrü artıq 
arxada  qalmışdır»
2
.  Statistik  göstəricilərə  əsasən,  Avropa  ölkələrinin 
bir çoxunda bir nəfərin gündəlik istifadə etdiyi suyun miqdarı 200-300 
litr, Amerika Birləşmiş Ştatlarında isə orta hesabla 570 litrə bərabərdir. 
ABŞ-nin Arizona ştatındakı Feniks şəhəri susuz səhrada yerləşməsinə 
baxmayaraq, burada hər bir sakinin su sərfi 1000 litrə çatır. Halbuki, 
Mozambikdə  adambaşı  gündəlik  su  limiti  10  litrdən  də  aşağıdır. 
Uqandanın  kənd  təsərrüfatı  rayonlarında  əhalinin  bir  sutka  ərzində 
su  sərfi  cəmi  12-14  litr  arasındadır.  Quraqlıq  mövsümündə  Qərbi 
Hindistanın,  Şərqi  Afrikanın  bir  sıra  bölgələrində  şirin  su  norması 
adambaşına  5  litr  səviyyəsinə  enir.  Efiopiyada  isə  bu  rəqəm  cəmi  bir 
litrə çatır
3
. Böhranlı regionlar sayılan Yaxın Şərqdə və Şimali Afrikada 
(Bəhreyn, İordaniya, Küveyt, Misir, İsrail, Oman, Suriya, Somali, Tunis, 
Əlcəzair,  Birləşmiş  Ərəb  Əmirlikləri,  Efiopiya,  Liviya,  Mərakeş,  Yəmən) 
məhdud içməli su ehtiyatları sürətlə tükənməkdədir. Son məlumatlara 
əsasən, bu ərazilərdə mövcud su mənbələrinin ümumi həcmi təqribən 
2,4  milyard  m³-dir.  Halbuki,  həmin  regionlarda  minimum  istehlak 
üçün azı 3 milyard m³ su tələb olunur. 2010-cu il avqust ayının 8-də 
2   Новая водная политика: Стратегия Всемирного водного совета на 2010–2012 годы. 
http://www.worldwatercouncil.org.

 «Водные войны  XXI века – от fantasy к reality», http://ecocrisis.wordpress.com


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə