Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə10/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   6   7   8   9   10   11   12   13   ...   60

30        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
ci  ildə  qüvvəyə  minmişdir.  Qeyd  edək  ki,  1947-ci  ildə  regional  forum 
kimi yaradılan və Avropa, Şimali Amerika, Mərkəzi Asiya ölkələrini, İsrail 
Dövlətini bir araya gətirən Avropa İqtisadi Komissiyası dünya və ayrı-ayrı 
ölkələr üzrə iqtisadi vəziyyətin təhlili, ətraf mühitin mühafizəsi, sənayenin, 
energetikanın,  nəqliyyat  sisteminin,  ticarət  əlaqələrinin  inkişafı  və  s. 
məsələlərin  həllinə  yardım  məqsədilə  təsis  edilmiş,  beynəlxalq  hüquq 
sənədlərinin  hazırlanması,  müxtəlif  sahələr  üzrə  beynəlxalq  norma  və 
standartların müəyyənləşdirilməsi üzrə ixtisaslaşdırılmışdır
23

Konvensiya  ilə  əlaqəli  iki  əlavə  sənəd  – 
«Su  və  sağlamlıq 
problemlərinə  dair»  və  «Transsərhəd  sularda  sənaye  qəzaları 
nəticəsində dəyən ziyana görə mülki məsuliyyət və kompensasiyalara 
dair»  (Kiyev,  2003-cü  il)  protokollar  da  qəbul  olunmuşdur.  Su 
ehtiyatları  ilə  əlaqəli  ekoloji  sistemlərin  qorunmasının  təşkilində,  su 
təsərrüfatının səmərəli və ətraf mühitə zərər vurmadan idarə olunmasının 
təkmilləşdirilməsində milli fəaliyyətə beynəlxalq hüquqi yardım xarakteri 
daşıyan  «Su  və  sağlamlıq  problemlərinə  dair»  Protokolun  üstünlüyü 
onun insan sağlamlığının mühafizəsinə və əhalinin normal yaşayışı üçün 
zəruri  olan  təhlükəsiz  içməli  suyun  bərabər  bölüşdürülməsinə,  hər  bir 
şəxs  üçün  zəruri  sanitariya  şəraitinin  yaradılmasına,  əhalinin  istifadə 
etdiyi  şirin  su  mənbələrinə  zərərli  sənaye,  kənd  təsərrüfatı  və  məişət 
tullantıları  axıdılmasının  qarşısının  alınmasına,  çirklənmiş  su  vasitəsilə 
yayılan  yoluxucu  xəstəliklərə  qarşı  mübarizənin  gücləndirilməsinə 
yönəldilmiş  ilk  beynəlxalq  sənəd  olmasıdır.  BMT-nin  Avropa  İqtisadi 
Komissiyasının  «Transsərhəd  su  axarlarının  və  beynəlxalq  göllərin 
mühafizəsinə və istifadəsinə dair» və
 «Sənaye qəzalarının transsərhəd 
təsirinə  dair»  konvensiyalardan  irəli  gələn  müddəalar  əsasında 
hazırlanmış 
«Transsərhəd  sularda  sənaye  qəzaları  nəticəsində 
vurulan  ziyana  görə  mülki  məsuliyyət  və  kompensasiyalara  dair» 
Protokol isə tərəfdaş dövlətlərdən transsərhəd çaylarda sənaye qəzaları 
və ya təbii fəlakətlər nəticəsində zərərin aradan qaldırılmasında tərəfdaş 
dövlətlər  arasında  əməkdaşlığın  qurulmasını,  əhalinin  və  ətraf  mühitin 
qorunmasını, bu tipli qəzaların qarşısının alınmasını, zərərin minimuma 
endirilməsini  tələb  edir.  Belə  ki,  qəzaların  risk  dərəcəsinin  aşağıya 
salınmasına, onların qabaqlanmasına, bərpa işlərinə istiqamətləndirilmiş 
tədbirlərin müəyyənləşdirilməsi əsassız ləngimələr və bəhanələr olmadan 
23   http://www.unece.org.


       31
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
birgə siyasət və strategiya əsasında həyata keçirilməlidir.
  «Transsərhəd  su  axarlarının  və  beynəlxalq  göllərin  mühafizəsinə  
və  istifadəsinə  dair»  Konvensiyanın  2-ci  maddəsinə  əsasən,  sənədə 
qoşulan tərəflər ekoloji rejimi qorumaqla sərhəddən keçən su axarlarda 
zərərli  təsirləri  aradan  qaldırmalı,  su  ehtiyatlarının  ekoloji  cəhətdən 
əsaslandırılmış və səmərəli idarə olunmasını, şüurlu və ədalətli istifadəsini 
təmin  etməli,  ətraf  mühitin  mühafizəsi,  ekosistemin  saxlanılması  və 
lazım  olduqda  bərpası  üçün  təxirəsalınmaz  tədbirlər  görməlidirlər. 
Konvensiyadan irəli gələn öhdəliklərdə göstərildiyi kimi, həmin fəaliyyət 
zamanı  ehtiyat  tədbirləri  görülməsi  zəruridir  və  transsərhəd  sularda 
daşınan təhlükəli maddələrin mümkün təsiri barədə xəbərdarlıq etməli, 
bu sulara zərərli maddələr axıdılarsa, məsuliyyətli tərəf dəymiş ziyanın 
aradan qaldırılmasına çəkilən xərcləri ödəməlidir. Bundan başqa, sənədə 
qoşulan  tərəflər  yerüstü  sulara  kiçik  mənbələrdən  atılan  tullantıların 
miqdarının  hədd  normasını  da  müəyyən  etməli,  kiçik  və  diffizion 
mənbələrdən  suya  daxil  olan  təhlükəli  maddələrin  istehsalını,  yaxud 
istifadəsini tamamilə və ya qismən qadağan etməli, ortaq şəkildə suyun 
keyfiyyət meyarlarını müəyyənləşdirməlidirlər. Helsinki Konvensiyasında 
o  da  bildirilir  ki,  sahilyanı  dövlətlər  transsərhəd  zərərli  təsirin  aradan 
qaldırılması,  məhdudlaşdırılması  və  azaldılması  məqsədilə  qarşılıqlı 
münasibətlərini  və  fəaliyyətlərini  müəyyən  edərkən  mövcud  müqavilə 
və  razılaşmalara  dəyişikliklər  etmək,  əgər  aralarında  belə  razılaşma 
yoxdursa, ikitərəfli və yaxud çoxtərəfli müqavilələr bağlamaq hüququna 
malikdirlər 
(2-ci hissə, «Sahilyanı tərəflərə aid müddəalar», 9-cu maddə)
Tərəflər arasında yaranan münaqişələrin aradan qaldırılmasına gəldikdə 
isə, zərər çəkmiş dövlət ziyan vuran tərəfi Beynəlxalq Məhkəməyə və ya 
arbitraj məhkəməsinə verə bilər
24

Konvensiyada bir tərəfin digərinə «əhəmiyyətli zərər vurmamasına», 
transsərhəd  suların  «ədalətli  və  şüurlu  istifadəsinə»  dair  mühüm 
fəaliyyət prinsipləri ilə yanaşı, ümumi su ehtiyatlarının birgə mühafizəsi 
və  idarə  edilməsi,  mübahisəli  məsələlərin  dinc  üsullarla  həlli,  zəruri 
informasiya mübadiləsi və s. kimi universal qaydaların əksini tapmasına 
və  qüvvəyə  minməsindən  15  il  keçməsinə  baxmayaraq,  ona  qoşulan 
dövlətlərdən  ibarət  kvorumun 
(35  ölkə)  hələ  də  əldə  edilməməsi 
sənədin geniş tətbiqinə başlıca maneədir
25
. Konvensiyaya qoşulmaqdan 
imtina  edən  dövlətlər,  xüsusilə  zəngin  su  ehtiyatlarına  malik  ölkələr 
24   www.eco.gov.az/qanunlar/q29.doc
25   http://untreaty.un.org/cod/avl/ha/clnuiw/clnuiw.html


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə