Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə20/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   16   17   18   19   20   21   22   23   ...   60

56        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
olaraq su çatışmazlığı ilə üzləşən dövlətlərin bir hissəsi, o cümlədən 
bəzi  Yaxın  Şərq  ölkələri  tələbatın  bir  hissəsini  duzdan  təmizlənmiş 
dəniz  suyu  vasitəsilə  ödəyirlər.  Hər  gün  Yer  üzündə  təqribən  15,6 
milyon  m

dəniz  suyu  təmizlənir.  Həmin  həcmin  24,4%-i  Səudiyyə 
Ərəbistanının,  10,6%-i  Birləşmiş  Ərəb  Əmirliklərinin,  9,1%-i 
Küveytin,  15,2%-i  ABŞ-nin,  4,1%-i  isə  Yaponiyanın  payına  düşür
49

Suyun  saflaşdırılması  üzrə  ən  mükəmməl  texnologiyaya  malik  olan 
İsrail Dövlətində 22 bölgəni əhatə edən 33 qurğu il ərzində 4 milyon 
m
3
 dəniz suyunu şirinləşdirir
50
.
Hindistan  və Pakistan.  Hazırda  bu  dövlətlər  arasında  transsərhəd 
su ehtiyatlarına nəzarət uğrunda mübahisələr səngimir. Rəsmi İslamabad 
Hindistanı  növbəti  «su  terrorizmi»ndə  -  Hind  çayı  üzərində  tikilən 
Nimu-Bazqo Su Elektrik Stansiyasının istifadəyə verilməsi ilə Pakistanın 
əkin sahələrini məqsədli şəkildə susuz qoymaqda və onun iqtisadiyyatını 
zəiflətməkdə  ittiham  edir.  Hazırda  Dehli  Pakistanın  etirazlarına  və 
beynəlxalq təşkilatların müraciətlərinə məhəl qoymadan Çinab çayından 
su payını artırmaq məqsədilə bu axarın üzərində tutumu 1,9 milyon m
3
 
olan Baqlixar su bəndi tikməyi planlaşdırır
51
. Təhlilçilərin qənaətinə görə, 
bu  qarşıdurma  Kəşmir  probleminin  sülh  yolu  ilə  həllinə  ciddi  maneə 
olacaqdır.
  Pakistan  parlamentinin  Kəşmir  məsələləri  üzrə  komitəsinin 
sədri  Mövlana  Fazlur  Rəhman  isə  rəsmi  Dehlinin 
«işğal  olunmuş 
Kəşmir  ərazilərində  bəndlər  tikməklə  Hind  çayına  dair  Pakistan-
Hindistan  müqaviləsinin  şərtlərini  pozduğunu  və  bununla  da 
münaqişə vəziyyəti yaratdığını» bildirmişdir. Pəncab əyaləti Ticarət-
Sənaye Palatasının rəhbəri Mian Anis Şeyx də Hindistanın hərəkətlərini 
«dövlət səviyyəsində dəstəklənən su terrorizmi», «milli təhlükəsizliyə 
təhdid» kimi qiymətləndirmişdir. Xatırladaq ki, 1960-cı ildə Beynəlxalq 
Yenidənqurma  və  İnkişaf  Bankının  vasitəçiliyi  ilə  Karaçi  şəhərində 
Hindistan Respublikası və Pakistan İslam Respublikası arasında Hind, 
Celam, Çinab, Ravi, Satlec və Bias çaylarının su ehtiyatlarından istifadəyə 
dair  müqavilə  imzalanmışdır.  Müqavilə  təqribən  50  il  ərzində  həmin 
transsərhəd su axarlarından, xüsusilə Hind çayından istifadə normalarını 
müəyyənləşdirməklə  yanaşı,  onların  üzərində  hidrotexniki  qurğuların 
tikintisi  məsələlərini  də  tənzimləməyə  imkan  vermişdir.  Maraqlıdır  ki, 
həmin sənədə əsasən, Hind çayı mənbələrinin bütövlükdə Hindistanın 
nəzarəti  altına  keçməsi  Pakistan  üçün  əlverişsiz  olsa  da,  hətta  hərbi 
49  Worldwide Desalination Research and Technology Survey, 1994
50  U.S. Army Corps of Engineers, “Water in the Sand: A Survey of Middle East WaterIssues”, 1991
51   И.В. Жмуйда, М.Ю. Морозова. «Водные войны в Пакистане», http://www.iimes.ru/rus/
stat/2007/29-11-07.htm


       57
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
münaqişələr dövründə belə, nə Dehli, nə də İslamabad onun şərtlərini 
pozmuşlar
52
.  Lakin  hazırda  vəziyyət  tamamilə  dəyişmişdir.  Həm 
Pakistanın, həm də Hindistanın şirin suya ehtiyacı 3-3,5 dəfə artmışdır. 
Pakistan  əmindir  ki,  «Nimu-Bazqo»  SES-in  istismara  buraxılması 
Hindistana  su  ehtiyatları  vasitəsilə  İslamabada  təzyiq  imkanlarını 
artırmaqla  Hind  çayının  su  ehtiyatlarının  kəskin  şəkildə  azalmasına, 
ölkədə  quraqlığın  baş  verməsinə,  şirin  su  qıtlığının  yaranmasına,  ölkə 
iqtisadiyyatının  25%-ni  təşkil  edən  aqrar  sektorun  böhran  vəziyyətinə 
salınmasına,  milyonlarla  insanın  aclıq  və  səfalət  içərisində  yaşamasına 
səbəb olacaqdır. 
«Times of India» qəzeti Hindistandakı Energetika və 
Ətraf  Mühitin  Mühafizəsi  Problemləri  İnstitutuna  (TERİ)  istinadən 
bildirmişdir  ki,  yaxın  on  ildə  su  çatışmazlığı  ölkədə  fəlakət  həddinə 
çatacaqdır.  Hazırda  su  ehtiyatlarının  95%-i  kənd  təsərrüfatının 
ehtiyaclarına  yönəldilsə  də,  onun  60%-i  israfçılıqla  sərf  olunur.  Əgər 
suya  qənaət  etmək  və  ondan  səmərəli  istifadəyə  dair  radikal  tədbirlər 
görülməzsə,  Hindistannın  Şimal  əraziləri  təsərrüfatsızlıq  üzündən 
2050-ci  ilədək  qrunt  sularından  tamamilə  məhrum  olacaqdır
53
.  Rəsmi 
Dehli isə Pakistanın bu fikirlərini «ucuz təbliğat», «su oğurluğunu ört-
basdır etmək üçün məntiqsiz uydurmalar» adlandırmışdır. Ekspertlərin 
qənaətinə  görə,  Pakistanın  narahatlığı  ciddi  əsaslara  söykənir  və  bir 
müddətdən  sonra  ağır  nəticələrini  göstərəcəkdir: 
«Hindistan  inşa 
etdiyi  bəndləri  məhz  məhsul  yığımı  ərəfəsində  su  ilə  doldurmaq 
niyyətindədir. Belə olan təqdirdə, Pakistanın təqribən bir aylıq su 
ehtiyatı  mənimsəniləcəkdir.  Bu  isə  bütün  əkin  sahələrinin  məhv 
olması deməkdir»
54
. 
Hindistan, Banqladeş və Çin. Qonşu dövlətlərin hidroproblemlərini 
nəzərə  almadan  müstəqil  su  siyasəti  yürüdən  Çin  Xalq  Respublikası 
uzunluğu 2900 kilometrə çatan Brahmaputra çayı üzərində indiyədək 10 
bənd tikib istifadəyə vermişdir. Bundan başqa, daha 18 bəndin də inşasını 
sürətləndirmişdir.  Həmin  hidroqurğular  da  istismara  buraxıldıqdan 
sonra  Hindistanın  Şimal-Şərq  hissəsində  və  Banqladeşdə  şirin  su 
çatışmazlığı fəlakət həddinə çatacaqdır. Bu ölkələrin etirazlarına məhəl 
qoymayan Çin hökuməti hidroloji planlarına əlavə olaraq, mənbələrini 
Tibet dağlarından götürən 8-10 çayın da su axarlarını bəndlər vasitəsilə 
kəsmək, su ehtiyatlarını mənimsəmək niyyətindədir. Çin bu hərəkətlərini 
ölkənin Mərkəzi və Şərq regionlarında yerləşən susuz ərazilərində geniş 
52   Ali, Saleem H. «Water Politics in South Asia: Technocratic Cooperation in the Indus basin 
and beyond». Journal of International Affairs, Spring, 2008
53   http://www.agronews.ru/news/detail/15169/
54   «New York Time», 20. 07. 2010, http://www.centrasia.ru/newsA.php?st=1279876080


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə