Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə22/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   18   19   20   21   22   23   24   25   ...   60

60        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
üzərində  nəzarəti  ələ  keçirməkdir.  Rusiya  Federasiyasının  2020-ci 
ilədək  Milli  Təhlükəsizlik  Strategiyasında  bildirilir: 
«Rusiya  iqtisadi 
inteqrasiyanın mərkəzi, iri hidroenergetika qurğularının tikintisi və 
istismarı, infrastrukturun yaradılması və s. üzrə birgə layihələrin, ilk 
növbədə  regional  əhəmiyyətli  layihələrin  reallaşdırılmasına  vasitə 
olaraq, Avrasiya iqtisadi birliyinin möhkəmləndirilməsinə yardım 
edəcəkdir» (maddə 14). 
Sənədin 47-ci maddəsində isə aydın şəkildə göstərilir: 
«…dünya 
və  regional  maliyyə  bank  sistemlərində  yaranmış  böhran,  geniş 
tələbat duyulan xammal, energetika, su və ərzaq ehtiyatları uğrunda 
rəqabətin  güclənməsi…Rusiyanın  milli  təhlükəsizliyinə  təhdid 
ola  bilər»
57
.  Eyni  fikrə  Rusiya  Federasiyası  Xarici  İşlər  Nazirliyinin 
Beynəlxalq  Tədqiqatlar  İnstitutunun  hazırladığı  ekspert-analitik 
hesabatda  da  rast  gəlirik.  Sənəddə  bildirilir  ki,  bu  gün  şirin  su  amili 
milli  təhlükəsizliyin  təminatında  əsas  şərtlərdəndir.  Yəni,  «
lokal  və 
regional münaqişələr zamanı qarşı tərəfi su təminatından məhrum 
etmək sınanmış təsir vasitələrindən biridir. Qlobal xarakter alan 
su təhlükəsizliyi məsələlərinin Rusiyaya da ciddi aidiyyatı vardır 
və  yaranmış  problemlər  ölkənin  su  siyasətində  ciddi  düzəlişlər 
etməyi tələb edir. Belə ki, Rusiya Federasiyasının Su Strategiyası 
bir daha işlənməli, sənədin yeni redaksiyasında geosiyasətin daxili 
və xarici aspektləri bir-biri ilə üzvi şəkildə əlaqələndirilməlidir». 
Ekspertlər  həmsərhəd  dövlətlərlə  münasibətdə  yeni  hidrosiyasətin 
tətbiqini,  su  təsərrüfatının  idarə  olunmasına  dair  vahid  inteqrasiya 
sisteminin  yaradılması  zərurətini  də  tövsiyə  edirlər.  Hesabatda  o  da 
vurğulanır ki, 
«əgər Rusiya hidroehtiyatlar uğrunda qlobal rəqabət 
mübarizəsi  şəraitində  özünün  su  ehtiyatlarından  düşünülmüş 
və  məqsədli  şəkildə  istifadə  olunmasını  bacararsa,  yaranmış 
vəziyyətdən  bəhrələnə  və  milli  maraqlarını  ödəyə  bilər»
58
.  Yeri 
gəlmişkən,
 MDB dövlətləri hökumət başçılarının 2012-ci ilin sentyabr 
ayında  Yaltada  keçirilmiş  iclasında  vahid  elektrik  enerjisi  bazarının 
formalaşdırılmasına dair saziş gündəmə gəlmiş, lakin, yalnız altı ölkə 
–  Rusiya,  Ermənistan,  Belarus,  Qazaxıstan,  Tacikistan  və  Qırğızıstan 
57   «Стратегия национальной безопасности Российской Федерации до 2020 года», http://
www.scrf.gov.ru/documents/99.html)
58  http://www.ng.ru/ideas/2011-06-17/5_water.html


       61
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
həmin sənədi imzalamışlar
59
.
 
Rusiya  Federasiyası  özünün  hidrosiyasi  potensialına  görə  dünyada 
birinci üçlüyə daxil olan dövlətdir. Planetin ümumi şirin su ehtiyatlarının 
1/5 hissəsi bu ölkənin ərazisindədir. Hesablamalara görə, bu ehtiyatların 
ümumi həcmi təqribən 97 min km³-ə bərabərdir və yalnız çay sularından 
adambaşına  düşən  illik  pay  30  min  m³-ə  çatır.  Rusiya  ərazisində  2,5 
milyon  böyük  və  kiçik  çay,  2  milyon  göl  və  yüz  minlərlə  bataqlıq  var. 
Təkcə  Baykal  gölündə 
(23,6  km³)  Rusiyanın  şirin  su  fondunun  80%-i 
cəmləşmişdir.  Bu  isə  dünyanın  içməli 
su  ehtiyatlarının  20%-i  deməkdir.
 
Hidrosiyasi  perspektivə  və  qonşu 
dövlətlərə 
təsiretmə 
imkanlarına 
gəldikdə  isə,  Rusiya  bu  sahədə  də 
geniş  imkanlara  malikdir.  Azərbaycan, 
Ukrayna,  Latviya  və  Moldovanın  su 
ehtiyatlarının  bir  hissəsi  bu  ölkənin 
ərazisində  formalaşır.  Bundan  başqa,  rəsmi  Moskvanın  transsərhəd  su 
axarlarının,  yeraltı  və  yerüstü  su  ehtiyatlarının  qorunması  və  səmərəli 
istismarı sahəsində qəbul etdiyi son qərarlar onun milli su fondunu xarici 
siyasət amillərindən birinə çevirmək niyyətindən xəbər verir. 
Məsələn
, bəzi Sibir çaylarının axarının bir hissəsinin Mərkəzi Asiya 
dövlətlərinə  istiqamətləndirilməsi  ideyasının  reallaşdırılması  zəngin 
neft,  qaz,  qızıl  və  s.  yataqlarına  malik  olan,  lakin  su  çatışmazlığından 
əziyyət çəkən Qazaxıstan, Özbəkistan və Türkmənistanı Rusiyanın milli 
maraqları çərçivəsində saxlamağa, regionda geosiyasi mövqelərini xeyli 
möhkəmləndirməyə imkan verəcəkdir. Eyni zamanda, Mərkəzi Asiyada 
su  ehtiyatlarına  nəzarət  zəminində  baş  verə  biləcək  dövlətlərarası 
münaqişələrin nizamlanmasında da Rusiyanın «MDB-nin mirabı», «su 
ombudsmanı»  kimi  əhəmiyyəti  xeyli  yüksələcəkdir.  Hələ  1868-ci  ildə 
rus mühəndisi Y.Demçenko o dövrdə fantastik hesab olunan bir ideya - 
imperiyanın Cənub ərazilərinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə 
Ob-İrtış su axarının bir hissəsinin istiqamətinin Mərkəzi Asiyaya doğru 
yönəldilməsini  təklif  etmişdi.  Bu  təklif  1948-ci  ildə  yenidən  gündəmə 
gətirilmiş,  onun  texniki  və  iqtisadi  baxımdan  əsaslandırılması  ittifaq 
59   С.Смирнов. «Электроэнергетическая империя СНГ. Создание единого рынка - вопрос 
времени», http://expert.ru/kazakhstan/2007/32/energeticheskiy_rynok_sng)
Qonşu dövlətlərin transsərhəd 
su axarları problemi onların 
Avrasiya İttifaqına cəlb olunması 
üçün Rusiyanın əlində əlavə 
təzyiq vasitəsinə çevrilməkdədir. 


62        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
əhəmiyyətli «Hidroenerjilayihə» Elmi-Tədqiqat İnstitutuna tapşırılmış, 
lakin  tərtib  olunan  sənədlər  maliyyə  baxımından  əlverişsiz  sayılmışdır. 
1987-ci ildə hazırlanan növbəti layihə də qəbul edilməmişdir. Bununla 
belə,  2002-ci  ildə  Moskva  şəhərinin  sabiq  meri  Y.Lujkov  oxşar  təkliflə 
–  Şimal  çaylarından  Cənuba  doğru  istiqamətlənən,  uzunluğu  2550 
kilometrə, eni 16 metrə çatan, saniyədə 1150 m
3
 su nəql edə bilən kanalın 
çəkilişi  barədə  Rusiya  prezidenti  V.Putinə  müraciət  etmişdir.  Bu  dəfə 
isə  layihə  «Rusiyanın  Şərq  hissəsində  ekoloji  fəlakət  yarada  biləcəyi» 
ehtimalı ilə mənfi ictimai rezonans doğurmuşdur. Hesablamalara görə, 
Rusiya həmin kanal vasitəsilə Qazaxıstana, Türkmənistana və Özbəkistana 
ildə 15-20 km³ 
(hər m³ - 25 sentə) su satmaqla su magistralının çəkilişinə 
sərf  olunan  maliyyə  xərclərini  qısa  zamanda  qaytara  biləcəkdir.  Lakin, 
layihənin perspektivlərinə baxmayaraq, Moskva onun reallaşdırılmasına 
tələsmir. Rusiya səbrlə Mərkəzi Asiyada şirin su böhranının, dövlətlərarası 
«kətmən müharibələri»nin daha da dərinləşməsini gözləyir. 
  Mərkəzi Asiyadakı su münaqişələrində Rusiyanın bəzən açıq forma 
alan mövqeyinin təhlili göstərir ki, Moskvanın Sibir çaylarının Cənub 
istiqamətinə  yönəldilməsi  layihəsini  iqtisadi  və  maliyyə  baxımından 
ləngitməsinə  səbəb  daha  əlverişli  siyasi  şəraiti  gözləməsidir.  Onun 
ilk  məqsədi  «milli  maraqların  su  ehtiyatlarına  mübadiləsi»  formulu 
əsasında  regionun  su  ehtiyatlarını,  hidroenergetika  sistemini  faktiki 
olaraq, öz nəzarəti altına götürmək, su amili vasitəsilə Mərkəzi Asiya 
dövlətlərini  geosiyasi  mənafe  məkanında  möhkəm  saxlamaqdır. 
Təsadüfi  deyil  ki,  kəskin  su  çatışmazlığı  ilə  üzləşən  Özbəkistan  və 
Qazaxıstan  prezidentləri  Rusiya  rəhbərliyi  ilə  görüşlərində  Sibir 
çayları-Mərkəzi  Asiya  su  xətti  layihəsini  dəfələrlə  gündəmə  gətirmiş, 
lakin onun iqtisadi və ekoloji tərəflərindən daha çox siyasi məqamları 
əsas  müzakirə  mövzusu  olmuşdur
60
.  O  da  məlumdur  ki,  Rusiya 
Federasiyası  Təhlükəsizlik  Şurasının  sədri  Nikolay  Patruşev  ölkənin 
su  ehtiyatlarının  strateji  perspektivlərini,  eləcə  də  «Sibir  layihəsini» 
nəzərdə  tutaraq,  hazırda  su  çatışmazlığını  deyil,  şirin  su  fondundan 
qeyri-rasional  istifadəni  «dövlətin  milli  təhlükəsizlik  mənafelərinə 
qarşı  yönəldilmiş  əsas  təhdidlərdən  biri»  adlandırmışdır.  Bu  fikir 
2009-cu  ilin  may  ayında  Rusiya  prezidenti  V.Putinin  fərmanı  ilə 
təsdiq  olunmuş  «2020-ci  ilədək  olan  dövr  üçün  Milli  Təhlükəsizlik 
Strategiyası»nda  da  geniş  əksini  tapmışdır.  Sənəddə  ölkənin  yeraltı 
60  С.Жильцов, И.Зонн. «Борьба за воду», http://www.psj.ru/saver_national/detail.
php?ID=13981)


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə