68
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
bu regionda da su mənbələrini bərabər səviyyədə bölməmişdir. Belə
ki, üstün coğrafi mövqeləri sayəsində Tacikistan və Qırğızıstanın geniş
hidropotensialları vardır. Qazaxıstan, Özbəkistan və Türkmənistan isə
əksinə, davamlı olaraq su çatışmazlığı problemini yaşayırlar. Bu çətinliklər
Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlərə də təsir göstərmiş, su
ehtiyatlarına nəzarət və onların istifadəsi hüququna dair narazılıq siyasi
qarşıdurma səviyyəsinə qalxmışdır. Yaxın on-onbeş ildə isə burada şirin
suya tələbatın 40% artacağı gözlənilir. Nəticədə, regionda su ehtiyatlarının
həcmi azaldıqca, ona nəzarət uğrunda ənənəvi «kətmən davası»
intensivləşir və daha aqressiv xarakter alır. Proqnozlara əsasən, əgər
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan yaxın
illər ərzində regionun yeraltı və yerüstü su ehtiyatlarının bölüşdürülməsi,
qorunması və istismarına dair ümumi razılığa gələ bilməsələr, onlar
arasında siyasi polemikanın dövlətlərarası hərbi münaqişəyə, etnik, dini
bəhanələr altında silahlı toqquşmalara transformasiyası qaçılmazdır.
Yaranan situasiya regionda sülh və təhlükəsizliyə ciddi təhdid olmaqla
yanaşı, Mərkəzi Asiyada geosiyasi balansı radikal şəkildə dəyişə,
hidromünaqişələrə Rusiya, Çin, Əfqanıstan və İran kimi dövlətləri də
cəlb edə biləcəkdir.
Mərkəzi Asiyada təbii sərvətlər, o cümlədən şirin su ehtiyatları
zəminində proqnozlaşdırılan münaqişələr bu regiona nəzarət
uğrunda mübarizənin aparıcı aktorları – Rusiya, ABŞ və Çinin
diqqət mərkəzindədir. Çin zahirən müşahidəçi mövqeyində dayansa
da, rəsmi Moskva və Vaşinqton bu istiqamətdə açıq fəaliyyətlərini
gücləndirməkdədirlər. Məsələn, 2013-cü ilin iyul ayının 25-də ABŞ
Konqresi Komitəsinin keçirdiyi dinləmələrdə Mərkəzi Asiya dövlətləri
arasında hərbi-siyasi qarşıdurmaların risk dərəcəsi, səbəbləri və ehtimal
olunan nəticələr ekspert və mütəxəssislərin müzakirəsinə çıxarılmışdır.
Nümayəndələr Palatasının Avropa, Avrasiya və yaranan təhlükələr
üzrə Alt Komitəsinin
(House Subcommittee on Europe, Eurasia, and
Emerging Threats) təşkil etdiyi dinləmələrdə qeyri-adekvat çıxışları
ilə fərqlənən konqresmen Dana Rorabaher bildirmişdir ki,
«Dünya
bazarında mineral-enerji ehtiyatlarına tələbatın sürətlə artması
səbəbindən iqtisadi rəqabətin daha da sərtləşməsi münaqişələrin
baş qaldırması ehtimalını yüksəltməkdədir… Bu gün dünyada bir
tərəf öz inkişafını təmin etmək üçün zəruri olan ehtiyatları digər
tərəfin əlindən alır. Bu isə münaqişələrin yaranmasına zəmindir».
ABŞ Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin
(Center for Strategic
and International Studies) mütəxəssisi, ABŞ Dövlət Departamentinin
69
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
TAPH
(Türkmənistan-Əfqanistan-Pakistan-Hindistan) qaz boru kəməri
layihəsi üzrə müşaviri Ed Çou isə diqqəti Mərkəzi Asiyada su ehtiyatları
zəminində yarana biləcək dövlətlərarası qarşıdurmaya yönəltməyi daha
vacib hesab etmişdir:
«Mənim qənaətimə görə, regionda gözlənilən
qarşıdurmaların neft-qaz ehtiyatları uğrunda deyil, şirin su
mənbələri ətrafında baş qaldırması ehtimalları daha realdır».
66
Əslinə qalsa, Mərkəzi Asiyanın su problemləri təkcə israfçılığın və
ya qlobal iqlim dəyişməsinin nəticəsi deyildir. Problemin kökləri daha
dərindir və sovet dönəmində su təsərrüfatının səmərəsiz idarə olunması
ilə əlaqəlidir. Məlumdur ki, İkinci dünya müharibəsindən qələbə ilə çıxan
SSRİ az sonra baş qaldırmış «soyuq müharibə» şəraitində mürəkkəb
hərbi-siyasi və iqtisadi problemlərlə üzləşməli olmuşdur. Hərbi sənaye
(barıt istehsalı üçün) və yüngül sənaye üçün keyfiyyətli xam pambığı
uzun illər boyu xarici ölkələrdən idxal edən dövlətin Qərb dövlətləri ilə
münasibəti gərginləşdikcə, onun «pambıq asılılığı» da artırdı. Kommunist
Partiyasının Mərkəzi Komitəsinin qərarı isə çıxış yolu kimi yerlərdə, xüsusilə
Aral dənizi hövzəsindəki əkinə yararlı geniş ərazilərdə suvarma şəbəkəsinin
yaradılması və burada pambıq plantasiyalarının salınması olmuşdur. 1949-
cu ildə akademik Aleksandr Askoçinskinin rəhbərliyi altında Aral dənizinə
tökülən Amudərya çayının istiqamətinin gələcək pambıqçılıq ərazilərinə
doğru dəyişdirilməsi proqramının icrasına başlanmışdır. Bu proqrama
daxil olan digər hidrotexniki tədbirlər, o cümlədən 1954-cü ildə Qaraqum
kanalının istismara buraxılması dünyanın ən böyük ekoloji fəlakətlərindən
olan Aral dənizinin qurumasına, son nəticədə Mərkəzi Asiyada təbii su
balansının ciddi şəkildə pozulmasına, regionda kəskin şirin su böhranının
yaranmasına səbəb olmuşdur.
Aral dənizinin indiki vəziyyəti
66 Subcommittee Hearing: Emerging Threat of Resource Wars, http://foreignaffairs.house.gov/
hearing/subcommittee-hearing-emerging-threat-resource-wars
70
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Qeyd edək ki, regionun ən böyük su axarı olan Amudərya çayının
(illik orta su axımı 78,46 km
3
) ehtiyatlarının 80%-i Tacikistan ərazisində,
7,9%-i Əfqanıstanda, 6%-i Özbəkistanda, 3,5%-i Türkmənistanda, 2,42%-
i isə Qırğızıstanda formalaşır. Lakin Tacikistan və Qırğızıstan dağlarında
buzlaqların sürətlə tükənməsi bu çayda suyun həcminin azalması ilə
nəticələnmişdir.
Sırdərya çayı isə Qırğızıstanın Narın, Cəlalabad, Oş,
Tacikistanın Suğd
(Soqd), Özbəkistanın Əndican, Namanqan, Fərqanə,
Daşkənd, Cizak və Sırdərya, Qazaxıstanın Qızıl Orda və Cənubi
Qazaxıstan vilayətlərindən keçərək bu dövlətlərin su ilə təminatında,
onların kənd təsərrüfatında və hidroenergetikasında müstəsna rol oynayır.
Onu da nəzərə alaq ki, təkcə 1960-2000-ci illər ərzində bu ölkələrdəki
əkin sahələri təqribən iki dəfə artmış, transsərhəd çaylar üzərində xeyli iri
və kiçik hidrotexniki qurğular inşa olunmuşdur. Mərkəzi Asiya dövlətləri
müstəqillik əldə etdikdən sonra həm Amudəryanın, həm də Sırdəryanın
məhdud potensialından birtərəfli qaydada istifadə etməklə, nəinki təkcə
kənd təsərrüfatı sahələrini genişləndirmiş, üstəlik onların hidroenergetik
potensialından israfçılıqla, hətta bir-birinin milli maraqlarına zidd şəkildə
istifadə etməyə başlamışlar.
Şirin su hazırda Mərkəzi Asiyanın «qardaş respublikalarını»
iki antoqonist cəbhəyə – kəskin su qıtlığı içərisində olan ölkələrə
(Özbəkistan, Qazaxıstan, Türkmənistan) və zəngin su ehtiyatlarına malik
dövlətlərə
(Tacikistan, Qırğızıstan) bölmüşdür. Məsələn, Özbəkistanın
ümumi şirin su ehtiyatları ildə cəmi 50-60 kubkilometrə bərabərdir. Bu
həcmin təqribən 38-48 kubkilometrlik hissəsi ölkənin hüdudlarından
kənarda – Tacikistanda və Qırğızıstanda formalaşır və onlarda güclü
azalma tendensiyası müşahidə olunmaqdadır. Qazaxıstan da kəskin
su çatışmazlığı problemi ilə üzləşməkdədir. Ölkənin ətraf mühitin
mühafizəsi naziri Nurlan Kapparov su qıtlığının 2050-ci ilədək üç
dəfə arta biləcəyini bildirmişdir. Onun sözlərinə görə, təsirli tədbirlər
görülməzsə, tələbat təklifi üç dəfə üstələyəcək, Qazaxıstanın transsərhəd
sulardan asılılığı artacaqdır
67
. Hələlik, mübahisələrə fəal qoşulmayan,
siyasi debatları kənardan müşahidə etməklə kifayətlənən Türkmənistan
da çətin durumdadır. Onun su ehtiyatlarının 95%-i ölkədən kənarda
formalaşır.
Xatırladaq ki, SSRİ dönəmində transsərhəd su axarlarından, o
cümlədən, Amudərya və Sırdərya çaylarının su ehtiyatlarından istifadə
67 «Казахстан ожидает дефицит воды», http://www.vestikavkaza.ru/news/Kazakhstan-
ozhidaet-defitsit-vody.html
Dostları ilə paylaş: |