36
Azərbaycanda ərəblərin hakim olduğu dönəmdə (özəlliklə də, islam faktoruna görə)
türkcəmizə ərəbcənin təsiri güclü olmuşdur. Türklər xilafətə yiyə durduqdan sonra isə
türkcədən ərəbcəyə çoxlu sözlər keçmişdir.
Türkcə ilə simsar (qohum) sayılan monqol dili zaman-zaman türk dillərinin güclü etgisi
altında qalmış, monqolların Azərbaycanı tutduğu və Azərbaycanda Elxanlılar dövlətinin var
olduğu dönəmdə isə bizim türkcəmiz monqol dilindən sözlər almışdır (Türk və monqol dilləri
arasındakı ilkin ortaq sözlər ayrı bir mövzudur).
Yüzillər boyu ruslar çeşidli türk ellərinə boyun əyib tabe olmuş və rusca türk dillərindən
çox etgilənmişdir . Rusiya Azərbaycanın quzeyini işğal edəndən sonra isə bizim dilimiz
ruscanın etgisinə uğramışdır...
14
Göründüyü kimi, kökən özülü üzrə çoxvariantlılığın yaranması daha çox dildən qıraq
faktorlara bağlıdır (Təbii ki, dilin özünə bağlı faktorların da varlığı unudulmamalıdır). Ancaq
hansı nədənlə bağlılığından və hansı dildən alınmasından asılı olmayaraq, mövzumuz üçün
işin önəmli yönü budur ki, kökən özülü üzrə çoxvariantlılıq yaranarkən bir yanda türk kökənli
milli variant(lar), o biri yanda isə yabançı kökənli alınma variant(lar) durur. Qarşılaşıb
toqquşan bu variantların sonrakı gəlişməsində daha çox aşağıdakı üç durumdan biri ortaya
çıxır:
a) alınma variantın milli varianta üstün gəldiyi durum. Bu durumda bir yandan
alınma sözlər, o biri yandan isə türk kökənli milli sözlər bir araya gələrək çoxvariantlılıq
oluşdurur, bəlli bir sürə o variantlar yanaşı işlənir, sonra isə alınma söz milli sözü sıxışdırıb
sıradan çıxararaq ədəbi dilimizdə təkbaşına işlənmə hüququ qazanır. Örnəyin, mələk (ərəb) –
yumuĢçu (türk) – yumuĢ oğlanı (türk); Ģeytan (ərəb) – yek (türk); tərəddüd (ərəb) – ikirçin
(türk); Ģeir (ərəb) – qoĢuq (türk); sənət (ərəb) – uzluq (türk); nöqtə (ərəb) – çekik (türk);
rəsul (ərəb) – nəbi (ərəb) – peyğəmbər (fars) – savçı (türk) – yalavac (türk)
15
; namaz (fars)
– salat (ərəb) – yükünc (türk); dəsmal (fars) – suvluq (türk); peĢman olmaq (fars) –
oxsınmaq (türk); sərxoĢ (fars) – əsrük (türk); pəncərə (fars) – dünlük ( türk); xəstə (fars) –
sayru (türk); dərman (fars) – em (türk) vb.
Yuxarıda dedik ki, ədəbi dil tarixi uzmanlarımız XVI yüzilədək Azərbaycan ədəbi
dilində daha çox iki üslubun varlığını göstərməkdədir: 1. klassik-kitab üslubu; 2.
danışıq-folklor üslubu.
Bunlardan danışıq-folklor üslublu yazılı abidələrimizdə alınma sözlər daha az işlənsə də,
klassik-kitab üslublu yazılı abidələrimizdə alınma sözlər özünü daha çox göstərir. Ona görə
də, bəzən vurğulanır ki, hamı üçün anlaşıqlı danışıq-folklor üslublu əsərlərdən fərqli olaraq,
klassik-kitab üslublu əsərlər hamı üçün yox, yalnız ərəb və fars dillərini bilənlər üçün tam
37
anlaşıqlı idi və bu dillərdə özəl bir eyitim görməyənlərin klassik-kitab üslublu əsərləri tam
anlaması çətinlik törətmişdir.
b) milli variantın alınma varianta üstün gəldiyi durum. Bu durumda, tərsinə, bir
yandan türk kökənli milli sözlər, o biri yandan isə yabançı kökənli alınma sözlər bir araya
gələrək çoxvariantlılıq oluşdurur, bəlli bir sürə o variantlar yanaşı işlənir, sonra isə milli söz
alınma sözü zaman-zaman sıxışdırıb sıradan çıxararaq ədəbi dilimizdə təkbaşına işlənmə
hüququ qazanır. Özəlliklə, çağdaş dönəmdə imkanların genişliyi nədənilə ədəbi dilimizin bu
arıdılma (təmizlənmə) sürəci daha da yeyinləşmişdir. Örnəyin, uğur (türk) – müvəffəqiyyət
(ərəb) – nailiyyət (ərəb); qarğıĢ (türk) – bəddua (ərəb); özəl (türk) – xüsusi (ərəb) – privat
(Avropa); dil (türk) – lisan (ərəb) – zəban (fars); gəlir (türk) – mədaxil (ərəb); kimlik (türk)
– hüviyyət (ərəb); külək (türk) – yel (türk) – rüzgar (fars) – bad (fars); baĢ (türk) – sər
(fars); gecə (türk) – Ģəb (fars); torpaq (türk) – xak (fars); daĢ (türk) – səng (fars) ; yetərsay
(türk) – kvorum (Avropa); çimərlik (türk) – plyaj (Avropa); özəlləĢdirmə (türk) –
privatizasiya (Avropa) vb.
Ayrıca vurğulayaq ki, bu gün milli ədəbi dilimizin gəlişməsində ən önəmli sorunlardan
biri dilimizin söz dağarcığında olan gərəksiz alınma sözlər yerinə öz milli sözlərimizi
işlətməkdir. Bunun üçün dörd yoldan geniş yararlanılır: 1. bu gün üçün köhnəlsə də, əski
yazılı abidələrimizdə işlənən bəlli sözləri yenidən ədəbi dilə gətirmək; 2. ləhcələrimizdə
qorunmuş gərəkli sözlərdən yararlanmaq; 3. qardaş türk dillərindən uyğun sözlər almaq; 4.
uyğun və uğurlu yeni sözlər yaratmaq.
c) milli və alınma variantların qoĢa iĢlənmə durumu. Bu durumda isə, bir yandan
türk kökənli milli sözlər, o biri yandan da yabançı kökənli alınma sözlər bir araya gələrək
çoxvariantlılıq oluşdurur, ancaq variantlararası toqquşmada biri o birini sıxışdırıb sıradan
çıxara bilmədiyi üçün hər iki variant öz varlığını qoruyub saxlayır, ədəbi dildə sinonim
(eşanlamlı) sözlər sırası genişlənir. Örnəyin, Tanrı (türk) – Allah (ərəb) – Xuda (fars); ağ
(türk) – bəyaz (ərəb); boy (türk) – qamət (ərəb); gəliĢmə (türk) – inkiĢaf (ərəb); önəm (türk)
– əhəmiyyət (ərəb); güc (türk) – qüvvə (ərəb); güzgü (türk) – ayna (fars); dilək (türk) – arzu
(fars); kölgə (türk) – sayə (fars); qul (türk) – bəndə (fars); yağı (türk) – düĢmən (fars); bölgə
(türk) – region (Avropa); soyad (türk) – familiya (Avropa); sürəc (türk) – proses (Avropa);
biçim (türk) – forma (Avropa) vb.
Quşqusuz, çağlar ötdükcə bu qoşa işlənmənin kəsərdən düşməsi və sözlərdən birinin
haçansa sıradan çıxması olası bir işdir. Ancaq ayrı-ayrı durumlarda qoşa işlənmənin uzun sürə
qorunması da mümkündür.
Dostları ilə paylaş: |