Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə17/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   61
    Bu səhifədəki naviqasiya:
  • Tanrı

 
36 
 
Azərbaycanda  ərəblərin  hakim  olduğu  dönəmdə  (özəlliklə  də,  islam  faktoruna  görə) 
türkcəmizə  ərəbcənin  təsiri  güclü  olmuşdur.  Türklər  xilafətə  yiyə  durduqdan  sonra  isə 
türkcədən ərəbcəyə çoxlu sözlər keçmişdir.  
 
Türkcə ilə simsar (qohum) sayılan monqol dili zaman-zaman türk dillərinin güclü etgisi 
altında qalmış,  monqolların  Azərbaycanı tutduğu və Azərbaycanda  Elxanlılar dövlətinin  var 
olduğu dönəmdə isə bizim türkcəmiz monqol dilindən sözlər almışdır (Türk və monqol dilləri 
arasındakı ilkin ortaq sözlər ayrı bir mövzudur).  
 
Yüzillər boyu ruslar çeşidli türk ellərinə boyun əyib tabe olmuş və rusca türk dillərindən 
çox  etgilənmişdir  .  Rusiya  Azərbaycanın  quzeyini  işğal  edəndən  sonra    isə  bizim  dilimiz 
ruscanın etgisinə uğramışdır...
14 
 
 
Göründüyü  kimi,  kökən  özülü  üzrə  çoxvariantlılığın  yaranması  daha  çox  dildən  qıraq 
faktorlara bağlıdır (Təbii ki, dilin özünə bağlı faktorların  da varlığı unudulmamalıdır). Ancaq 
hansı  nədənlə  bağlılığından  və  hansı  dildən  alınmasından  asılı  olmayaraq,  mövzumuz  üçün 
işin önəmli yönü budur ki, kökən özülü üzrə çoxvariantlılıq yaranarkən bir yanda türk kökənli 
milli  variant(lar),  o  biri  yanda  isə  yabançı  kökənli  alınma  variant(lar)  durur.  Qarşılaşıb 
toqquşan    bu  variantların  sonrakı  gəlişməsində  daha  çox  aşağıdakı  üç  durumdan  biri  ortaya 
çıxır: 
 
a)  alınma  variantın  milli  varianta  üstün  gəldiyi  durum.  Bu  durumda  bir  yandan 
alınma  sözlər,  o  biri  yandan  isə  türk  kökənli  milli  sözlər  bir  araya  gələrək  çoxvariantlılıq 
oluşdurur, bəlli bir sürə o variantlar yanaşı işlənir, sonra isə alınma söz milli sözü sıxışdırıb 
sıradan çıxararaq ədəbi dilimizdə təkbaşına işlənmə hüququ qazanır. Örnəyin, mələk (ərəb) – 
yumuĢçu (türk) – yumuĢ oğlanı (türk); Ģeytan (ərəb) – yek (türk); tərəddüd (ərəb) – ikirçin 
(türk);  Ģeir  (ərəb)  –  qoĢuq  (türk);  sənət  (ərəb)  –  uzluq  (türk);  nöqtə  (ərəb)  –  çekik  (türk); 
rəsul (ərəb) – nəbi (ərəb) –   peyğəmbər (fars) – savçı (türk) – yalavac (türk)
15
namaz (fars) 
–  salat  (ərəb)  –  yükünc  (türk);  dəsmal  (fars)  –  suvluq  (türk);  peĢman  olmaq  (fars)  – 
oxsınmaq (türk); sərxoĢ (fars) – əsrük (türk); pəncərə (fars) – dünlük ( türk); xəstə (fars) – 
sayru (türk); dərman (fars) – em (türk) vb.   
 
Yuxarıda  dedik  ki,  ədəbi  dil  tarixi  uzmanlarımız  XVI  yüzilədək  Azərbaycan  ədəbi 
dilində  daha  çox  iki  üslubun  varlığını  göstərməkdədir:  1.  klassik-kitab  üslubu;                        2. 
danışıq-folklor üslubu. 
 
Bunlardan danışıq-folklor üslublu yazılı abidələrimizdə alınma sözlər daha az işlənsə də, 
klassik-kitab  üslublu  yazılı  abidələrimizdə  alınma  sözlər  özünü  daha  çox  göstərir.  Ona  görə 
də,  bəzən  vurğulanır  ki,  hamı  üçün  anlaşıqlı  danışıq-folklor  üslublu  əsərlərdən  fərqli  olaraq, 
klassik-kitab  üslublu  əsərlər  hamı  üçün  yox,  yalnız  ərəb  və  fars  dillərini  bilənlər  üçün  tam 


 
37 
anlaşıqlı  idi  və  bu  dillərdə  özəl  bir  eyitim  görməyənlərin  klassik-kitab  üslublu  əsərləri  tam 
anlaması çətinlik törətmişdir.  
 
 b)  milli  variantın  alınma  varianta  üstün  gəldiyi  durum.  Bu  durumda,    tərsinə,  bir 
yandan  türk  kökənli  milli  sözlər,  o  biri  yandan  isə  yabançı  kökənli  alınma  sözlər  bir  araya 
gələrək çoxvariantlılıq oluşdurur, bəlli bir sürə o variantlar yanaşı işlənir, sonra isə milli söz 
alınma  sözü  zaman-zaman  sıxışdırıb  sıradan  çıxararaq  ədəbi  dilimizdə    təkbaşına  işlənmə 
hüququ qazanır. Özəlliklə, çağdaş dönəmdə imkanların genişliyi nədənilə ədəbi dilimizin bu 
arıdılma (təmizlənmə) sürəci daha da yeyinləşmişdir. Örnəyin, uğur (türk) –  müvəffəqiyyət 
(ərəb) – nailiyyət (ərəb); qarğıĢ (türk) – bəddua (ərəb); özəl (türk) – xüsusi (ərəb) – privat 
(Avropa); dil (türk) – lisan (ərəb) – zəban (fars); gəlir (türk) – mədaxil (ərəb); kimlik (türk) 
–  hüviyyət  (ərəb);  külək  (türk)  –  yel  (türk)  –  rüzgar  (fars)  –  bad  (fars);  baĢ  (türk)  –  sər 
(fars); gecə (türk) – Ģəb (fars); torpaq (türk) – xak (fars); daĢ (türk) – səng (fars) ; yetərsay 
(türk)  –    kvorum  (Avropa);  çimərlik  (türk)  –  plyaj  (Avropa);  özəlləĢdirmə  (türk)  – 
privatizasiya (Avropa) vb.  
 
Ayrıca vurğulayaq ki, bu gün milli ədəbi dilimizin gəlişməsində ən önəmli sorunlardan 
biri  dilimizin  söz  dağarcığında  olan  gərəksiz  alınma  sözlər  yerinə  öz  milli  sözlərimizi 
işlətməkdir.  Bunun  üçün  dörd  yoldan  geniş  yararlanılır:  1.  bu  gün  üçün  köhnəlsə  də,  əski 
yazılı  abidələrimizdə  işlənən  bəlli  sözləri  yenidən  ədəbi  dilə  gətirmək;  2.  ləhcələrimizdə 
qorunmuş  gərəkli  sözlərdən  yararlanmaq;  3.  qardaş  türk  dillərindən  uyğun  sözlər  almaq;  4. 
uyğun və uğurlu yeni sözlər yaratmaq.       
 
c)  milli  və  alınma  variantların  qoĢa  iĢlənmə  durumu.  Bu  durumda  isə,  bir  yandan 
türk  kökənli  milli  sözlər,  o  biri  yandan  da  yabançı  kökənli  alınma  sözlər  bir  araya  gələrək 
çoxvariantlılıq  oluşdurur,  ancaq  variantlararası  toqquşmada  biri  o  birini  sıxışdırıb  sıradan 
çıxara  bilmədiyi  üçün  hər  iki  variant  öz  varlığını  qoruyub  saxlayır,  ədəbi  dildə  sinonim 
(eşanlamlı)  sözlər  sırası  genişlənir.  Örnəyin,  Tanrı  (türk)  –  Allah  (ərəb)  –  Xuda  (fars);   
(türk) – bəyaz (ərəb); boy (türk) – qamət (ərəb); gəliĢmə  (türk) – inkiĢaf (ərəb); önəm (türk) 
– əhəmiyyət (ərəb); güc (türk) – qüvvə (ərəb); güzgü (türk) – ayna (fars); dilək (türk) – arzu 
(fars); kölgə (türk) – sayə (fars); qul (türk) – bəndə (fars); yağı (türk) – düĢmən (fars); bölgə 
(türk) – region (Avropa); soyad (türk) – familiya (Avropa); sürəc (türk) – proses (Avropa); 
biçim (türk) – forma (Avropa) vb.  
 
Quşqusuz,  çağlar  ötdükcə  bu  qoşa  işlənmənin  kəsərdən  düşməsi  və  sözlərdən  birinin 
haçansa sıradan çıxması olası bir işdir. Ancaq ayrı-ayrı durumlarda qoşa işlənmənin uzun sürə 
qorunması da mümkündür. 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə