Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə14/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   61

 
30 
güneyinə heç bir bağlılığı “yoxdur” və Azərbaycanın güneyində başqa, “daha doğma bir ədəbi 
dil” işlədilməlidir.  Bəs Azərbaycanın güneyi üçün hansı “ədəbi dil” önərilir? “Bakı dili”ndən 
fərqlənən  yeni  bir  uyduruq  “ədəbi  dil”:  ərəb  və  fars  dilləri  özülü  üzərində  qurulan,  yalnız 
köməkçi felləri və xəbərlik şəkilçiləri türkcə olan əcaib-qəraib bir qondarma dil!.. 
 
Fars  şovinizminin  yürütdüyü  bu  üzdəniraq  siyasətin  iç  üzü  açıq-aydın  ortadadır.  Ən 
azından  unutmayaq  ki,  ədəbi  dil  milli  kimliyin  aparıcı  amillərindən  biri  olaraq  toplum 
üzvlərinin öz aralarında bütünləĢməsi, milli Ģüura yiyələnməsi və milli yüksəliĢ uğrunda 
mübarizəsi  baxımından  çox  böyük  önəm  daĢımaqdadır. Başqa  sözlə,  ədəbi  dil təkcə  bir 
kültür faktı deyil, həm də ən güclü siyasi-strateji faktlardan biridir. Bu gerçəkliyi yaxşı bilən 
fars  şovinizmi  dünən  –  şahlıq  dönəmində  ədəbi  dilimizi  ortadan  qaldırmaqla  və  dilimizdə 
yazılmış kitabları vəhşicəsinə yandırmaqla yanaşı, dilimizin varlığını belə kökündən danırdı. 
Fars şovinizminin bugünkü molla dönəmi isə başlıca zərbəni ədəbi dilimizə qarşı yönəltmişdir 
və  bütün  gücü  ilə  qıpçınır  ki,  ədəbi  dilimizin  qarşısını  alıb  işlənmə  çevrəsini  bacardıqca 
kiçiltsin,  bunu  yapa  bilməsə,  ən  azından  ədəbi  dilimizi  ikiləşdirməklə  arada  ciddi  fərqlər 
yarada bilsin. Yarın da fars şovinizminin dinc oturmayacağı və dilimizə qarşı hər cür oyunlara 
əl  atacağı  özlüyündən  bəllidir.  İndiki  anda  önəmli  olan  nəsnə  bu  oyunları  Azərbaycan 
türklüyünün  dərindən  anlaması  və  fars  şovinistlərinin  oyunlarına  uymamasıdır  (örnəyin, 
minillik  ümumədəbi  dilimizin  kiçildilərək  “Bakı  dili”  adlandırılması  tələsinə  düşməməlidir 
vb.).  Unudulmamalıdır  ki,  ədəbi  dilimizi  Azərbaycanın  heç  bir  bölgəsinə  (o  sıradan, 
Azərbaycanın quzeyinə, yaxud Azərbaycanın güneyinə) bağlamaq olmaz. Çünki bu ədəbi dil 
ən  azı  min  ildir  Bütöv Azərbaycanın  ümumədəbi  dili  olaraq  işlədilir  və  onun  yaranmasında 
Azərbaycanın  bütün  bölgələrindən  olan  insanlarımızın  əməyi  var.  Bu  düşüncənin  tam 
aydınlığı ilə ortaya qoyulması üçün biz məsələnin bilimsəl yönünə daha çox  önəm verir və 
Azərbaycan türkcəsi ədəbi dilinin  hansı özül üzərində qurulmasına ayrıca toxunmağı gərəkli 
bilirik.  Bu isə ədəbi dildə koyne anlayışına göz yetirməmizi gərəkdirir.  
 
Ancaq bəri başdan deyək: göz önündə tutulmalıdır ki, biz ədəbi dilə yönəlik geniş nəzəri 
araşdırma aparmaq düşüncəsində deyilik. Sadəcə, aydınlıq üçün ədəbi dil uzmanlarımızın da 
araşdırmalarından  yararlanaraq    Azərbaycan  türkcəsi  ədəbi  dilinin  koynesi  məsələsində  bir 
neçə yönə qısaca toxunmağı gərəkli bilirik.  
Ədəbi dildə koyne anlayıĢı  
 
Ədəbi  dilin biçimlənməyə başladığı ilk dönəmdə çoxvariantlı dil faktlarından hansının 
seçilib standartlaşdırılması və ümumədəbi dil normasına çevrilməsi heç də təsadüfi olaraq baş 
vermir,  yaxud  tam  ixtiyari  bir  özəllik  daşımır.  Tərsinə,  bu  sürəcdə  dönəmin  siyasi,  hərbi, 
iqtisadi,  dini,  kültürəl,  coğrafi,  demoqrafik  yapı  (nüfus  sayı,  əhali  yerləşimi...)  vb. 


 
31 
özəlliklərindən  irəli  gələn  bəlli  bir  özülə  söykənilmə  qaydası  var.  Bu  qaydaya  görə, 
çoxvariantlı  dil  faktları  içərisində  standartlaşdırılma  və  ümumədəbi  dil  normasına  çevrilmə 
sürəci başlarkən öz dönəminin şərtlərindən irəli gələn hər hansı bir bəlli özül əsas alınib örnək 
götürülür və ədəbi dil o özül üzərində qurulur, o özülün aparıcılığı, öncüllüyü və yöncüllüyü 
ilə  biçimlənir.  Dil  faktlarının  standartlaşdırılaraq  normalaşdırılmasına  öncüllük  edən  və  ona 
yön verən bu özül anlayışı çağdaş dilçilikdə ədəbi dilin koynesi 
9
 adlanmaqdadır.  
 
Dilçilikdə koyne olaraq daha çox ləhcə (dialekt) və xalq danışıq dili üzərində durulur. 
Örnəyin,  ədəbi  dil  araşdırıcıları  İstanbul  ləhcəsini  Türkiyə  türkcəsi  ədəbi  dilinin,  London 
ləhcəsini ingilis ədəbi dilinin, Paris ləhcəsini fransız ədəbi dilinin, Moskva ləhcəsini rus ədəbi 
dilinin  vb.  koynesi  sayırlar.  Buradan  etgilənən  bəzi  sovet  dönəmi  araşdırıcıları  da  Bakı  – 
Şamaxı  ləhcələrini  çağdaş  Azərbaycan  türkcəsi  ədəbi  dilinin  koynesi  kimi  qələmə  verməyə 
yeltənmiş,  ancaq  bu  düşüncələrini  elə  bir  ciddi  tutalqa  (dəlil)  ilə  əsaslandıra  bilməmişlər. 
Hətta bəzi araşdırmalarda Azərbaycan türkcəsi ədəbi dilinin özülündə ayrı-ayrı dönəmlər üzrə 
ayrı-ayrı  ləhcələrimizin  durması,  öncə  Şirvan,  sonra  Təbriz,  sonra  Qazax  –  Qarabağ,  daha 
sonra isə Bakı ləhcəsinin əsas olması düşüncəsi də  irəli sürülmüşdü. 
 
Quşqusuz, burada hər nəsnədən öncə, ədəbi dilin özülü ilə ədəbi dilə hansısa ləhcənin 
bəlli bir düzeydə etgisi anlayışları bir-birindən fərqləndirilməlidir. Ədəbi  dil uzmanlarımızın 
çoxu  qaçılmaz  tutalqalarla  (dəlillərlə)  ortaya  qoymuşlar  ki,  Azərbaycan  türkcəsi  ədəbi 
dilinin  özülü  –  koynesi  olaraq  məhz  xalq  danıĢıq  dili  aparıcı,  öncül  və  yöncül  rol 
oynamıĢdır.  Bunu  istər  ədəbi  dilimizin  şifahi  örnəklərindən  biri  sayılan  “Dədə  Qorqud 
Kitabı”nda,  istərsə  də  ədəbi  dilimizin  yazılı  incilərini  yaratmış  Xorasanlı  İzzəddin 
Həsənoğlunun,  Şirvanlı  Nəsiminin,  Doğu  Anadolulu  Qazi  Bürhanəddinin,  Ərdəbilli  Şah 
İsmayıl Xətayinin, Təbrizli Xətayi Təbrizinin, Bağdadlı  Məhəmməd Füzulinin vb. əsərlərində 
açıq-aydın görmək olar. Göz yetirilərsə, Şirvandan Xorasana, Ərdəbildən Doğu Anadoluya və 
Bağdadadək (əslində bu hüdud daha geniş idi) böyük bir coğrafi alan içində  yazılan əsərlərin 
dili  məhz  oğuz-qıpçaq  koyneli  Azərbaycan  türkcəsi  ədəbi  dilidir.  Doğrudur,  xalq  danışıq 
dilinə  söykənərək  biçimlənmiş  bu  ədəbi  dilə  zaman-zaman  ayrı-ayrı  bölgəsəl  ləhcələrimizin 
etgi göstərməsi gerçəklikdışı deyil, ancaq o etgi heç vaxt ədəbi dilin koynesini dəyişdirəcək 
düzeyə  yetməmiş,  sadəcə,  daha  çox  ədəbi  dilin  ləhcə  hesabına  bir  az  da  zənginləşməsinə 
nədən olmuşdur.     
 
Başqa  sözlə,  ayrı-ayrı  çağlarda  və  ayrı-ayrı  üslublar  üzrə  Azərbaycan  türkcəsi  ədəbi 
dilinə  çeşidli  ləhcələrin  də  bəlli  bir  düzeydə  etgi  göstərməsini  irəli  sürmək  olar      (özəlliklə, 
ədəbi dil tariximizdə Təbriz və Şirvan ləhcələrinin oynadığı rol ayrıca qabardıla bilər). Ancaq 
burada iki məsələ mütləq gözə alınmalıdır:  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə