Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə2/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   61

 

 
Bu gün Azərbaycan türkcəsi ədəbi dilində bütövləşmə sorunu
1
 (problemi)

 ilə üz-üzəyik. 
Kimlərsə bu önəmli sorunu düşünmür, kimlərsə özünü görməməzliyə vurur, kimlərsə sorunun 
varlığını  danır,  kimlərsə  də  daha  çox  Azərbaycanın  güneyində  özümlü  ədəbi  dil 
quruculuğundan söz açır. Bizi isə ilgiləndirən Bütöv Azərbaycanda, yəni Azərbaycanın həm 
quzeyində,  həm  də  güneyində  eyni  bir  ədəbi  dilin  işlədilməsi  və  buradan  irəli  gələn 
Azərbaycan türkcəsi ədəbi dilində bütövləşmə sorunudur. 
 
Azərbaycan  türkcəsi  ədəbi  dilinə  yönəlik  ayrı-ayrı  araşdırmalarda  bəzən  Azərbaycanın 
güneyində  ”sıfırdan  başlayan  ədəbi  dil”,  ”dondurılmış  ədəbi  dil  normaları”,  ”ədəbi  dil 
normalarının Güney variantı – Guzey variantı” vb. (və başqa) məsələlərdən danışılır. Biz bu 
anlayışlar  üzərində  geniş  dayanmaq  düşüncəsində  deyilik.    Bəllidir  ki,  Azərbaycanın 
güneyində türk milli varlığı ilə fars şovinizmi arasında bir milli-siyasi savaş gedir və ədəbi dil 
sorunu  da  bu  milli-siyasi  savaşın  tərkib  hissəsidir.  Biz  bu  əsəri  hazırlayarkən  dilçilik  üzrə 
sıradan  bir  araşdırma  aparmaq  özülündən  yox,  həmin  milli-siyasi  savaşa  qatılaraq  milli 
varlığımızın  qorunub  yüksədilməsi  yolunda  çarpışan  insanlarımıza  yardım  göstərmək 
özülündən  yola  çıxdıq.  Düşündük  ki,  öz  dilimizdə  məktəbi  olmayan,  daha  doğrusu,  öz 
dilimizdəki məktəbləri qapadılan, öz dilimizdəki kitabları zaman-zaman yandırılan, ancaq fars 
şovinizminə  qarşı  mübarizəni  kəsintisiz  sürdürən  bu  ərdəmli  insanlarımızın  ədəbi  dilimizlə 
bağlı  daha  da  bilgilənmələrinə  və  həm  nəzəri  yöndən  düşüncələrinin  durulmasına,  həm  də 
təcrübi  yöndən  ədəbi  dilimizdə  düzgün  yazı  qaydalarına  yiyələnmələrinə  –  ədəbi  dilimizin 
imla  (orfoqrafiya)  və  durğu  iĢarələri  (punktuasiya)  normalarını  öyrənmələrinə  kömək 
edək.         
 
Bu gün Azərbaycanın güneyində ədəbi dilimizin çağdaş gəlişmə sürəci ilə bağlı   iki yön 
getdikcə daha çox qabarmaqda və fars şovinizminə qarşı uğurlu mübarizəsi ilə seçilməkdədir: 
1.  bəlli  bir  sürə  kəsintiyə  uğradılmış  minillik  ədəbi  dilimizin  çağdaş  normalar  sisteminin 
yenidən  standartlaşdırılması  yönü;  2.  Azərbaycan  türkcəsi  ədəbi  dilinin  bütövləşməsi  və 
güneyli-quzeyli Bütöv Azərbaycanda yenidən vahid ədəbi dilin işlənməsi yönü.  
 
Azərbaycanın  güneyində  1920-ci  illərdən  bəri  fars  şovinizminin  ədəbi  dilimizə  qarşı 
sərgilədiyi    insanlığa  yaraşmaz  vəhşiliklərin  hələ  də  davam  etməsi,  hələ  də  doğma  ana 
dilimizdə məktəblərin olmaması və ədəbi dilimizin tədrisə, toplum yaşamının bir çox önəmli 
alanlarına (sahələrinə) yaxın buraxılmaması ona gətirib çıxarmışdır ki, insanlarımızın çoxu öz 
ana  dilində  doğru-düzgün  yazıb-oxumağı  bacarmır.  Təbii  ki,  bu  durum  belə  qala  bilməz  və 
                                                 

 B
ütün çıxarış və
 qeydl
ər kitabın sonunda verilə
c
ə
kdir. 


 

artıq  addımbaşı  açıq-aydın  görünür  ki,  insanlarımızın  doğma  ana  dilimizdə  yazıb-oxuma, 
milli ədəbi dilimizə dərindən yiyələnmə çalışmaları günü-gündən daha da genişlənməkdədir.  
 
Azərbaycanın  güneyindən  olan  insanlarımızın  ayrı-ayrı  dərgilərdəki,  yaxud  internet 
səhifələrindəki  bir  sıra  yazıları  ilə  tanış  olduqdan  sonra  ”Babək”  Azərbaycan  Kurslar 
Dərnəyində (Yöteburq, İsveç) “Azərbaycan türkcəsi ədəbi dilində düzgün yazı qaydaları” adlı 
bir özəl kurs açdıq və bu yöndə əlimizdən gələn işi görməyə çalışdıq. O kursda olan söhbətlər, 
yazdırdığımız  bir  neçə  sadə  imlanı  yoxlayarkən  çıxardığımız  sonuclar  bizə  göstərdi  ki, 
Azərbaycan  dilçiliyi  Azərbaycan  türkcəsi  ədəbi  dilinin  bütövləşmə  sorununa  özəl  diqqət 
yetirməli  və  buna  yönəlik  işlərdən  biri  kimi,  Azərbaycanın  güneyində  də  ədəbi  dil 
normalarımızın  standartlaşdırılması  məsələsini  daim  göz  önündə  tutmalıdır.  Azərbaycan 
dilçiləri  Azərbaycanın  güneyində  ədəbi  dilimizin  biçimlənməkdə  olan  standart  normalar 
sistemini  ardıcıl  izləməli  və  bilərəkdən  yaradılan,  yaxud  özlüyündən  yaranan  norma 
fərqlərinin  cilalanaraq  vahidləşməsi  yönündə  dönmədən  çalışmalıdırlar.    Bu  yöndə  çox  işlər 
görülməli,  o  sıradan  düzgün  yazı  qaydalarına    –    imla  (orfoqrafiya)  və  durğu  işarələri 
(punktuasiya)  normalarına  da  ayrıca  önəm  verilməli,  özəlliklə  güneyli-quzeyli  Bütöv 
Azərbaycanda  vahid  imla  və  durğu  işarələri  normaları  sisteminin  yayılması  qayğısına 
qalınmalıdır.  
 
Bütöv Azərbaycan üzrə vahid imla və durğu işarələri normaları sisteminin standartlaşıb 
yazımızı  düzənləyici  –  tənzimləyici  rol  oynaması  təkcə  ana  dilində  savad  baxımından  yox, 
həm də bölünmüş Azərbaycanın milli birliyi baxımından çox böyük önəm daşımaqdadır.  
 
Biz  bütün  varlığımızla  inanırıq  ki,  Azərbaycan  türkcəsi  ədəbi  dili  bir  azdan  Bütöv 
Azərbaycanın dövlət dili olacaq və ən azı bölgəmizdə uluslararası ünsiyyət dili kimi yenidən 
yüksələcəkdir.  Düşünürük  ki,  o  günə  indidən  hazırlaşmalı  və  ədəbi  dilimizin  bütün  yönlər 
üzrə bacardıqca milliləşməsinə, zənginləşməsinə, ədəbi dil normalarımızın tam cilalanmasına 
və  standartlaşmasına  özəl  diqqət  yetirməliyik.  Bu  yöndə  görüləcək  ən  önəmli  işlərdən  biri 
ədəbi dil normalarımıza ruscadan gələn gərəksiz etgini (təsiri) ortadan qaldırmaq və ədəbi dil 
normalarımızı  yenidən  düzənləyərkən  Azərbaycanın  güneyini  unutmamaqdır.  Təbii  ki, 
yararlanmalı yön Azərbaycanın güneyində var olan ərəb-fars dil normaları yox, türk kökənli 
milli dil özəllikləridir. Ədəbi dilimizin gəlişməsinə Güney Azərbaycanın yaxından qatılması 
zərurəti  günümüzün  qaçılmaz  gerçəkliyi  kimi  daim  göz  önündə  tutulmalı  və  Azərbaycanın 
güneyində  qorunan  türk  kökənli  milli  dil  özəllikləri  ehtiyaca  uyğun  olaraq    mütləq  ədəbi 
dilimizə  də gətirilməlidir.  
 
İndiyədək  ədəbi  dilimizin  düzgün  yazı  qaydalarına  yönəlik  bəlli  işlər  görülmüş,  o 
sıradan  latın  əlifbasına  keçildiyi  üçün  imla  (orfoqrafiya)  qaydalarımız  yenidən  işlənib  çap 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə