Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə3/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   61

 

edilmişdir. Ancaq təbii ki, hələ görüləcək işlər də çoxdur. Özəlliklə, ədəbi dilimizin gərəksiz 
alınma normalardan qurtulması və ədəbi dilimizdə bütövləşmə sorununun çözülməsinə uyğun 
addımlar  atılması  bu  işlər  sırasında  çox  böyük  önəm  daşımaqdadır.  Yenidən  işlənsə  də, 
əlimizdə  olan  imla  (orfoqrafiya)  normaları  hələlik  bu  yükü  qaldıracaq  düzeydə  deyil,  eyni 
zamanda, var olan sorunların çözülməsi də üç-beş günə asanlıqla başa gəlməz. Sadəcə, indiki 
anda həmin sorunlarla bağlı ayrı-ayrı aydınlarımız öz düşüncələrini bildirməli, bu düşüncələr 
toplum  içində  müzakirə  edilməli  və  yayılıb  bəyənilənlər  ədəbi  dil  faktına  çevrilməlidir. 
Unutmayaq  ki,  çağımızda  imla  (orfoqrafiya)  normalarının  dövlət    düzeyində  təsdiqlənməsi 
gərəkir və bu təsdiqlənmə yoxsa, ortaya çıxan hər hansı bir dil faktı yalnız çağın süzgəcindən 
keçdikdən sonra ədəbi dil faktına çevrilə bilər ki, bu da aydınların uzun sürəli gərgin əməkləri 
səbəbinə mümkündür. 
 
Bizim  amacımız  Azərbaycan  türkcəsinin  var  olan  imla  (orfoqrafiya)  normalarını 
incələmək  yox, bu normaların Güney Azərbaycanda da bərpa olunub yayılması və yazımızı 
düzənləyici  rol  oynaya  bilməsi  yönündə  çalışmaqdır.  Ancaq  imla  qaydalarımızda  (özəlliklə, 
yenidən  işlənmiş  son  variantda)  elə  yerlər  var  ki,  boş  buraxılmışdır  və  çağın  şərtləri  o 
boşluqların doldurulmasını gərəkdirir. Yeri gəldikcə, bu haqda danışılacaqdır.  
 
“Azərbaycan türkcəsi ədəbi dilində bütövləşmə və düzgün  yazı  qaydaları” adlı bu əsər 
Azərbaycan  türkcəsi  ədəbi  dili  və  onun  düzgün  yazı  qaydaları  ilə  bağlı  bəlli  bir  bilgi  almaq 
istəyənlər üçün yardımçı bir vəsaitdir. Əsərin giriş hissəsində çağımızın önəmli sorunlarından 
biri  kimi  Azərbaycan  türkcəsi  ədəbi  dilində    bütovləşmə  sorunu  ortaya  qoyulmuş,  birinci 
bölümdə ümumxalq dili, xalq danışıq dili və ədəbi dil anlayışları ilə bağlı bir sıra məsələlərə 
toxunulmuş,  yeri  gəldikcə  bəlirli  aydınlaşdırıcı,  açıqlayıcı  bilgilər  verilmiş,  ikinci  bölümdə 
əlifba, üçüncü bölümdə düzgün yazı qaydaları və dördüncü bölümdə də düzgün yazı üçün çox 
gərəkli durğu işarələri məsələlərindən danışılmışdır.  
  
  
GiriĢ 
Azərbaycan türkcəsi ədəbi dilində  
bütövləĢmə sorunu  
     
       ”Öncə  dildə  birlik  olmalıdır,  yəni  elə  etməliyik  ki,  Təbrizdə, 
Mərənddə,  Ərdəbildə  –  hər  yerdə  dinimiz  bir  olduğu  kimi,  ədəbi 
dilimiz  də  bütövləĢsin,  formalaĢsın,  bir  ədəbi  dilimiz  yaransın…” 
(Əbülfəz Elçibəy).  


 

 
Azərbaycanın çeşidli sorunları içərisində ən önəmlilərindən biri –  Azərbaycan türkcəsi 
ədəbi  dilində  bütövləĢmə  sorunu  bu  gün  addımbaşı  öz  varlığını  ortaya  qoymaqda  və 
getdikcə daha qabarıq bir biçimdə özünü göstərməkdədir.   
 
Böyük yolbay (rəhbər) Ə. Elçibəyin ”BütövləĢmə,  MillətləĢmə,  DövlətləĢmə!”  devizi 
göstərir ki, Azərbaycanın birliyi uğrunda gedən mübarizənin indiki anında öncə bütövləşmə 
sorununa  ayrıca  diqqət  yetirilməli,  onun  mahiyyəti,  özəllikləri,  özülləri,  yolları,  çağa  uyğun 
gedişləri vb. (və başqa) yönləri bəri başdan araşdırılıb aydınlaşdırılmalıdır. Artıq günümüzdə 
belə  bir  gerçəklik  çoxlarına  bəlli  olmaqdadır  ki,  milli  bütövləşməmiz  ilk  öncə  ədəbi  dildəki 
bütövləşmədən  başlayır  və  yarını  (sabahı)  gözləmədən  bu  gün  ədəbi  dildə  bütövləşmə 
getməli,  Azərbaycan  türkcəsi  ədəbi  dili  gecikmədən  bütünləşməli  və  güneyli-quzeyli  Bütöv 
Azərbaycanda vahid ədəbi dil yaranmalıdır. Milli birliyin qalan bütün yönləri məhz buradan 
doğacaqdır.  Çünki  bilinən  bir  gerçəklikdir  ki,  dil  düĢüncəni,  düĢüncə  də  iĢi  doğurar. 
Deməli,  öncə  ədəbi  dildə  bütövlük  yaranmalıdır  ki,  bu  dil  bütövlüyü  öz  ardınca  geniş  xalq 
kütlələri  içərisində    Bütöv  Azərbaycan  düşüncəsi  doğursun  və  o  düşüncə  də  Azərbaycanın 
bütövləşməsinə yönəlik işlərə yol açsın.   
 
Ədəbi  dildə  bütövləşmə  günümüzün  ən  önəmli  sorunlarından  biri  kimi,  daim  göz 
önündə  saxlanılmalıdır.  Unudulmamalıdır  ki,  dildə  birləşmə  (daha  doğrusu:  Azərbaycanın 
quzeyi  ilə  güneyi  arasında  ədəbi  dildə  bütövləşmə!  Çünki  dilimiz  onsuz  da  birdir)  özündən 
sonra  gələn  düşüncədə  –  fikirdə  birləşmənin  və  işdə  birləşmənin  başlanğıcıdır.  Başqa  sözlə, 
Ə.  Elçibəyin  dediyi  kimi,  Azərbaycanın  birliyi  uğrundakı  mübarizədə  ”Dildə,  fikirdə,  iĢdə 
birlik!” (İ. Qaspıralı) devizi əsas götürülməlidir.      
 
Uzmanların  yaxşı  bildiyi  bir  gerçəklikdir  ki,  yeni  toplumsal  düzənin  yaranmasına 
yönəlik  keçid  dönəmini  yaşayan  toplumlarda  hansı  dil  siyasətinin  yürüdülməsi  xalqın 
mentalitetini çox yaxından etgiləyə və onu dəyişdirə bilir. Xalq mentalitetinin dəyişilməsi isə 
sonucda toplumun siyasi sisteminin dəyişilməsinə də gətirib çıxarır. Deməli, bu gün hansı dil 
siyasətinin  yürüdülməsi  yarınkı  (sabahkı)  siyasi  sistemi,  özəlliklə  də  bu  sistemin  özül 
dəyərlərindən biri olan dövlət quruculuğunu etgiləyən ən önəmli məsələlərdən biridir.   
 
Bu  gün  istər  Azərbaycanın  quzeyi,  istərsə  də  Azərbaycanın  güneyi  keçid  dönəmini 
yaşamaqdadır. Biz keçid dönəminin sosial-siyasi-iqtisadi… yönlərinə toxunmaq düşüncəsində 
deyilik. Bizi ilgiləndirən məsələnin kültürəl yönü ilə bağlı dil sorunu və bu soruna yönəlik dil 
siyasətidir.  Quşqusuz,  hansı  dil  siyasətinin  yürüdülməsi  yarınkı  dövlətçiliyimizin  özüllərini 
ortaya qoyması baxımından dəyərlidir.  
 
Göz  önündə  tutulmalıdır  ki,  yürüdülən  dil  siyasətində  hər  bir  addım  önəmlidir  və  hər 
nəsnənin  (şeyin,  əşyanın)  öz  önəmi  var.  Hətta  ədəbi  dildə  filan  anlayış  filan  alınma  sözləmi 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə