Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə9/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   61

 
20 
 
Xalq  danışıq  dilinin  ümumdanışıq  qolu  Azərbaycan  türkcəsində  danışan  insanların 
hamısının anladığı və günlük yaşamda işlətdikləri bir dildir. Adətən, dilin ümumdanışıq qolu 
nə bölgə, nə sosial təbəqə, nə oxuma düzeyi, nə də hər hansı bir başqa amil üzrə sınırlanmaz, 
tərsinə,  bölgələrüstü  və  ümumtoplumsal  bir  özəllik  daşıyar.  Əslində  həm  geniş  xalq 
kütlələrinin  canlı  danışıq  dili,  həm  də  şifahi  xalq  yaradıcılığının  –    folklorun  dili  kimi 
tanıdığımız xalq danışıq dili məhz ümumdanışıq qolu səbəbinə ortaya çıxır və onun üzərində 
yüksəlir.  Buna  uyğun  olaraq,  istər  zəngin  Azərbaycan  folkloru,  istərsə  də  Azərbaycandakı 
geniş  xalq  kütlələrinin  canlı  danışıq dili  məhz  Azərbaycan  türkcəsinin  ümumdanışıq  qoluna 
söykənməkdədir  (Ancaq  unutmayaq  ki,  xalq  danışıq  dili  daha  geniş  anlayışdır  və 
ümumdanışıqla yanaşı, o biri qollar da xalq danışıq dilinə aiddir).   
 
Ümumdanışıq  qolu  bəlli  normalara  uyub  tam  standartlaşmasa  da,    bölgələrüstü  və 
ümumtoplumsal bir özəllik daşıdığından bəzən onu ədəbi dilin danışıq üslubu da adlandırırlar. 
Ancaq  araşdırıcıların  çoxu  standart  olmayan  və  normalaşmayan  ümumdanışığı  xalq  danışıq 
dilinin bir qolu sayır və hesab edirlər ki, xalq danışıq dilini ədəbi dildən ayıran özəlliklər elə 
dilin ümumdanışıq qoluna da aiddir.  
2. Loru danıĢıq qolu 
 
Xalq danışıq dilinin loru danışıq qolu da ümumdanışıq qolu kimi bölgələrüstü bir özəllik 
daşıyır və onu dil daşıyıcılarının hamısı anlayır, ancaq ümumtoplumsal  özəlliyi baxımından 
loru danışığı ümumdanışıqla bir sıraya qoymaq olmaz. Çünki loru danışıqda daha çox sözün 
qaba,  kobud  anlamları  qabardılır,  loru  və  vulqar  sözlər,  ifadələr  (söyüşlər,  ədəbsiz  sözlər, 
təhqiramiz deyimlər) işlədilir, bəzən də lotuyana və qoçuyana tərzdə danışığa üstünlük verilir 
ki,  bu  da  danışanın  oxuma  düzeyindən,  əxlaq  anlayışından,  dünyagörüşündən  vb.  asılı  bir 
məsələdir  və  toplum  yaşamının  heç  də  bütün  alanlarında  olumlu  qarşılana  bilməz.  Təsadüfi 
deyil ki, xalq arasında bu cür danışıq bəzən “Küçə sözləri ilə danıĢmaq” da adlanır və həm 
xalq dilinin ümumdanışıq qolunda, həm də ədəbi dildə  “küçə sözləri” işlətmək ayıb sayılır, 
utanc  verici  bir  özəllik  kimi  qarşılanır.  Vurğulayaq  ki,  xalq  arasında  loru  danışıq  daha  çox 
aşağı düzeyli, bilgisiz, səviyyəsiz, avam, cahil, kobud, qaba... insanların danışığı kimi anlaşılır 
və bu anlamı bildirmək üçün duruma uyğun bəzən qədeĢvarı  danıĢıq,  kətçi-kütçü  danıĢığı 
vb. deyimlərdən də istifadə olunur.  
 
Artıraq  ki,  bəzən  dolaşıq  bir  fikrin,  yaxşı  başa  düşülməyən  bir  sözün  daha  sadə,  hər 
kəsin,  hətta  avamların  belə  anlayacağı  bir  biçimdə  deyildiyini  gözə  çarpdırmaq  üçün  “loru 
dildə desək...”, “loru Ģəkildə anlatsaq...” kimi aydınlaşdırıcı deyimlərdən də yararlanılır. Bu 
aydınlaşdırıcı  deyimlər  danışanın  loru  danışıq  düzeyindən  üstün  olduğunu,  ancaq  sadəcə, 


 
21 
fikri, sözü hər kəsə daha açıq-aydın yetirmə gərəksinməsinə (ehtiyacına) görə loru danışığa əl 
atdığını göstərmək amacı daşıyır.  
 
Bəzənsə  sözün,  ifadənin  yanlış  anlaşılmaması,  deyilənə  loru  anlam  yüklənilməməsi 
üçün öncə bir  “türkün sözü...” deyimi işlədilir, bundan sonra deyiləcək söz ortaya qoyulur...   
 
Loru  danışığın  özümlü  sözləri  (örnəyin:  tıxmaq  “yemək”,  təpiĢdirmək  “geymək”, 
qırıldatmaq  “danışmaq”;  girdirmə  “saxta,  keyfiyyətsiz”;  cında  “pozğun,  əxlaqsız”,  ləçər 
“nacins,  rəzil”  vb.),  özümlü  sabit  söz  birləşmələri  (örnəyin:  sürüĢquluya  dəm  vermək 
“qaçmaq,  aradan  çıxmaq”,  aradan  cırmaq  “çıxıb  getmək,  əkilmək”;  dabana  tüpürmək 
“qaçmaq”; dilini qarnına  soxmaq “susmaq” vb.), azsaylı olsa da, bəlli bir alan üzrə özümlü 
folkloru (ədəbi dildə işlədilməsi ayıb sayıldığından örnək vermirik) vb. vardır.  
 
Ümumtoplum  düzeyində  olmasa  da,  ayrı-ayrı  şəxslər,  qrup  və  dəstələr  günlük 
yaşamlarında  loru  danışıqdan  yararlanmaqdadır.  Eyni  zamanda,  ədəbi  dilin  ədəbiyyat  və 
incəsənət alanları üzrə hansısa surəti yaratmaq  üçün bədii bir üsul olaraq loru danışıqdan da 
istifadə edilir.    
3. Bölgəsəl ləhcələr qolu 
   
Bölgəsəl  ləhcələr  bir  dilin  bəlli  bölgələr  (ərazilər,  regionlar)  üzrə  fərqlənən  ləhcə  və 
şivələridir.  Örnəyin,  Azərbaycan  türkcəsində  Bakı  ləhcəsi,  Təbriz  ləhcəsi,  Şəki  ləhcəsi, 
Ərdəbil ləhcəsi, Ordubad ləhcəsi, Zəngan ləhcəsi, Dərbənd ləhcəsi, Həmədan ləhcəsi vb. bu 
kimi  ləhcələr,  həmçinin  bu  ləhcələrə  daxil  ağızlar  (şivələr)  və  ləhcələrarası  ayrıca  keçid 
ağızları vardır. Adətən, öz içlərində neçə-neçə ağızı birləşdirən ləhcələr daha çox əski boy və 
oymaq (qəbilə və tayfa) dillərinin yaşayan izləri olar.  
 
Dünyada elə dillər var ki, bu dillərin ləhcələri arasında fərq böyükdür və hətta bəzən bir 
dilin iki ləhcəsi bir-biri üçün anlaşılmır. Azərbaycan türkcəsi ləhcələri isə bir-birləri üçün tam 
anlaşıqlıdır,  çünki  onlar  arasında  fərq  çox  azdır.  Bu  da  Azərbaycan  türkcəsi  ləhcələrini 
yaradan  əski  türk  boy  və  oymaq  dillərinin  bir-birinə  çox  yaxın  olmasından  qaynaqlanır, 
özəlliklə türk dillərinin bitişkən (şəkilçili, iltisaqi, aqqlütinativ) quruluşundan irəli gəlir. 
 
Azərbaycan  türkcəsi  ləhcələri  arasında  var  olan  fərq  özünü  daha  çox  sözlərdə,  söz 
birləşmələrində və sözlərin deyilişində göstərir.  
 
Sözlərlə bağlı fərqi dilçiliyin leksikologiya bölməsi öyrənir. Leksik araşdırmalara görə, 
hər  bir  ləhcənin  söz  dağarcığında  (lüğət  tərkibində,  leksik  sistemində)  olan  sözlərin  çoxu 
başqa  ləhcələrdə  eynilə  işlədilsə  də,  bəlli  bir  düzeydə  özümlü,  yəni  daha  çox  bir  (və  ya  bir 
neçə) ləhcədə işlənən və başqa ləhcələrdə tuş gəlinməyən sözlər də var. Örnəyin: becit ”tez, 
cəld”;  qəmbər  ”daş”  (Bakı);  hır  ”güc,  taqət,  enerji”;  bilə  ”öz”;  cicik  “həsəd,  paxıllıq” 
(Təbriz);  idimsiz  ”kifir,  çirkin”;  ciyi  ”ana”  (Şəki);  gəzənə  ”gicitkan”;  könəz  “tərs,  inad”; 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə