Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə6/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   61

 
13 
danışıq  dilinin  bəlli  özəllikləri  əsasında  quraraq  özünü  məhz  xalq  danışıq  dilinin  yüksək 
aşaması  kimi  ortaya  qoyur.  Sonucda  xalq  yaxşı  bildiyi  öz  doğma  ana  dilinin  seçilmiş  bəlli 
normalarına söykənməklə rahatcasına ədəbi dilə yiyələnmiş olur.  
 
Azərbaycan  türkcəsi  ədəbi  dilinin  ən  azı  minillik  tarixi  var  (Daha  öncəki  ümumtürk 
ədəbi dilini hələ demirik). Bu ədəbi dil Qafqazlardan Xorasana və Kəngər (Fars, Ərəb, Bəsrə) 
körfəzinədək, Xəzər çevrəsindən Doğu Anadoluya və Kərkükədək uzanan Azərbaycan etno-
kültürəl coğrafiyasında ortaya çıxan və əski oğuz-qıpçaq türkcələrinin qovuşması ilə yaranan 
Azərbaycan  türkcəsi  xalq  danışıq  dilinin  normalarına  söykənməklə  biçimlənmişdir.  Minillik 
ədəbi dilimiz aralıqsız olaraq güneyli-quzeyli Bütöv Azərbaycanda həmişə işlədilmiş, yalnız 
XX yüzilliyin ikinci onilliyindən sonra durum dəyişilmişdir.  
 
Bəllidir  ki,  Rusiya  imperiyasının  işğalı  altında  olduğu  dönəmdə  Azərbaycanın 
quzeyində  işlədilən  ədəbi  dil  yeni  bir  ədəbi  dil  deyildi,  məhz  minillik  Azərbaycan  türkcəsi 
ədəbi dili idi. Rus şovinizmi bu minillik ədəbi dili hərbi, siyasi vb. bir neçə alanda sıxışdırıb 
sıradan çıxarsa da, bütövlükdə qadağan etməmiş və ədəbi dilimiz qalan sahələrdə öz axarı ilə 
yaşamış, ruscanın bəlli etgilərinə uğrasa da, çağa uyğun gəlişmişdir.   
 
Azərbaycanın güneyində isə fars şovinizmi XX yüzilliyin ikinci onilliyindən başlayaraq 
ədəbi dilimizi qadağan etmiş və toplum yaşamının sosial-siyasi-hərbi-kültürəl… alanlarında, 
bir  sözlə,  məişəti  çıxmaqla  bütün  sahələrdə  ədəbi  dilimizin  işlədilməsini  yasaqlamışdır.  Bu 
insanlıqdışı  siyasət  bir  neçə  on  illər  boyu  sürdüyü,  hətta  indi  də  hər  vasitə  ilə  davam 
etdirildüyü  üçün  günümüzdə    Azərbaycan  türkcəsinin  minillik  ədəbi  dil  gələnəyi 
Azərbaycanın  güneyində  bəlli  bir  kəsintiyə  uğradılmış  və  ana  dilində  məktəbi  olmadığı,  ana 
dilində  yazıb-oxumadığı  üçün  insanlarımızın  çoxu  həm  ədəbi  dilimizin  standart  normalar 
sistemini unutmuş, həm də ədəbi dilimizin son dönəm gəlişmə sürəcinə çox yaxından qatıla 
bilməmişdir.  
 
Bu  gün  45  –  50  milyonluq  Azərbaycan  türklüyü  toplum  yaşamının  bütün  alanlarında 
olduğu kimi, ədəbi dil sahəsində də keçid dönəmini yaşayır. Bu keçid dönəmi Azərbaycanın 
quzeyində  bir  cür  sorunlar,  Azərbaycanın  güneyində  isə  nisbətən  başqa  sorunlar 
doğurmaqdadır, ancaq unudulmamalıdır ki, bu sorunların hamısı  daha ümumi və aparıcı olan 
Azərbaycan ədəbi dilində bütövləşmə sorunun ayrı-ayrı tirələri olub bir-birləri ilə bağlıdırlar.   
 
Bu gün Azərbaycanın quzeyində bir yandan ədəbi dilimizdə var olan, ancaq elə bir ciddi 
gərəksinmə  (ehtiyac)  duyulmayan,  yamaq  kimi  görünən  rus  (+Avropa)  və  ərəb-fars  dil 
etgilərindən  qurtulma  –  ədəbi  dilin  arıdılması  sürəci,  o  biri  yandan  isə  çağdaş  dönəmin 
şərtlərinə  uyğun  olaraq  ədəbi  dilimizin  zənginləşdirilməsi  sürəci  gedir.  Bu  sürəclərdə  əski 
yazılı  abidələrimiz,  bölgəsəl  ləhcələrimiz,  Türkiyə  türkcəsi  öndə  olmaqla  qardaş  türk  dilləri 


 
14 
vb.  söykənclərə  dayanılaraq  yola  çıxılır.  Son  dönəmdə  Azərbaycanın  güneyindəki 
ləhcələrimizdən  yararlanma  imkanının  ortaya  çıxması  isə  ədəbi  dilimizin  gəlişməsində  çox 
böyük önəm daşımaqda və ədəbi dilimizin daha da arıdılıb zənginləşdirilməsi yönündə geniş 
üfüqlər açmaqdadır.  
 
Bu  gün  Azərbaycanın  güneyində  əlifba,  ədəbi  dil  normalarının  bərpası,  ədəbi  dil 
üslublarının biçimlənməsi vb. sorunların çözümünə yönəlik çoxyönlü bir sürəc gedir. Təbii ki
Azərbaycan  türklüyü  bağımsızlığa  qovuşaraq  siyasi  hakimiyyəti  öz  əlinə  almadıqca  fars 
şovinizmi  öz  çıxarlarına  uyğun  çeşidli  oyunlar  oynayacaq və  bu  sorunların  çözümü  min  bir 
əngəllərlə qarşılaşacaqdır.  
 
Başda Azərbaycan türklüyü olmaqla dünya türk xalqlarının tarixi təcrübəsi göstərir ki, 
dilimizə  yaramayan  ərəb  əlifbası  sorununu  çözməkdə  biricik  (yeganə)  doğru  yol  latın 
əlifbasına  keçməkdir.  Azərbaycanın  quzeyi  1992-ci  ildə  bu  doğru  yolu  gedib  yenidən  latın 
əlifbasına keçmək istərkən fars şovinizmi çox qıpçındı
3
 ki, ya ərəb əlifbasına keçilsin, ya da 
kiril əlifbası saxlansın. Çünki bilinən bir gerçəklikdir: əlifba sadəcə bir külür faktı deyil, həm 
də toplumsal yönəlişi sərgiləyən strateji bir addımdır.  
 
Yazıqlar  ki,  bu  gün  Azərbaycanın  güneyində  hələ  fars  şovinizmi  hakimiyyətdədir  və 
əlifba  ilə  bağlı  doğru  yolun  gerçəkləşməsi  indilik  çətin  görünür.  Ona  görə  də,  aydınlar 
məcburən ərəb əlifbasının islah olunub dilimizə uyğunlaşdırılması yoluna əl atırlar ki, bu da 
tarixən  neçə  yol  sınanmış,  ancaq  özünü  doğrultmamış  bir  işdir  və  uğur  qazanmayacağı  bəri 
başdan bilinməkdədir. 
 
Azərbaycanın  güneyində  ədəbi  dilimizə  yönəlik  çeşidli  siyasətlər  yürüdülməkdə  və  bu 
siyasətlərə  uyğun  çeşidli  ədəbi  dil  normaları  ortaya  qoyulmaqdadır.  Xalq  danışıq  dilinə 
münasibətdə  tutduğu  mövqeyə  və  hansı  standart  normalar  sisteminə  söykənməsinə  görə  bu 
siyasətləri üç yerə ayıra bilərik: 1. rəsmi dövlət siyasəti;                     2. danışıqla eyniləşdirmə 
siyasəti; 3. milli siyasət. 
 
Rəsmi  dövlət  siyasəti  fars  və  ərəb  dillərinin  normalarına  söykənərək  Azərbaycan 
türkcəsi  ədəbi  dilini  uyduruq  bir  ”əcaib-qəraib”  dilə  çevirməyə  çalışır.  Xalq  danışıq 
dilimizdən çox-çox aralı düşməsilə seçilən bu ”ədəbi dil” xalq içərisində deyildiyi kimi, başı 
və  ayağı  türkcə,  qalan  nə  varsa,  hamısı  farsca-ərəbcə  olan  bir  qondarma  dildir.  Həmin 
qondarma  ”ədəbi  dil”ə  aid  ən  sadə  örnəklərdən  birinə  göz  yetirək:  ”Dünən  dər  rabete  ba 
məsayele-məntəqe cələsə keçirildi” (Ana dilimizə çevirsək: ”Dünən məntəqə məsələləri ilə 
bağlı yığıncaq keçirildi”).  
 
Göründüyü kimi, sorun təkcə filan sözün kökəncə hansı dilə aid olmasında deyil, həm 
də  daha  çox  söz  birləşməsi  və  cümlələrin  qurulma  üsulunu  ortaya  qoyan  qrammatik 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə