Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə7/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   61

 
15 
strukturdadır, bu strukturu yansıdan normalardadır. Çağdaş Azərbaycan türkcəsi ədəbi dilində 
örnək gətirilən ”məsayele-məntəqe” kimi izafət birləşmələri yox, ”məntəqə məsələləri” kimi 
söz  birləşmələri  işlənir  və  bu,  ədəbi  dilimizin  normasıdır.  Türkcəmizin  dil  norması  yerinə 
fars-ərəb  dillərinin  dil  normalarına  söykənmək,  təbii  ki,  ədəbi  dilimizlə  xalq  danışıq  dilimiz 
arasında keçilməsi çətin uçurum yaradır və bu da xalq üçün ağır yükdən başqa bir nəsnə deyil.  
 
Azərbaycanın  quzeyində  xalq  bu  ağır  yükdən  XX  yüzilin  başlarında  qurtulmuşdu  və  o 
zamanadək özünü göstərən fars-ərəb normalı ”əcaib-qəraib” dilin mahiyyətini daha dərindən 
anlamaq  üçün  Cəlil  Məmmədquluzadənin  ədəbi  qəhrəmanlarından  biri  olan  Axund  Molla 
Səbzəlinin  bir  cümləsinə  göz  yetirək:  “Əxəvizadə,  neçə  müddətdi  müntəziri-vucudi-
zicudunuz  və  müĢtaqi-didarınız  idim,  inĢaallah  zati-alinizin  məzacı-mübarəkləri 
salimdir”.  
 
Daha açıqlama gərəkmir. Yalnız onu deyək ki, belə bir “ədəbi molla dili” olan yerdə Ulu 
Tanrıdan təkcə türkü yox, həm də türkcəni qorumasını istəməkdən başqa yolumuz yoxdu...    
 
DanıĢıqla  eyniləĢdirilmə  siyasəti  rəsmi  dövlət  siyasətinin  tam  tərsi  olub  uyduruq 
”ədəbi  dil”ə  qarşı  xalq  danışıq  dilini  qoyması  ilə  seçilir.  Ancaq  bu  zaman  ədəbi  dilimizin 
standart  normalar  sistemi  də  bir  qırağa  atılaraq  xalq  danışıq  dilinin  çoxnormalılığı  yazıya 
gətirilir, heç bir standart normaya önəm verilmədiyindən aradakı sınır tam götürülür və ədəbi 
dillə  xalq  danışıq  dili  eyniləşdirilir.  Hamı  üçün  standart  ədəbi  dil  normalarının  danılması  – 
normasızlaşdırılma  yazıda  bir  düzənsizlik  yaradır  və  həm  xalq  danışıq  dili,  həm  də  yazan 
şəxsin  ləhcə  özəllikləri  yazıya  da  köçürüldüyündən  ədəbi  dilin  varlığı  sual  altına  düşür  və 
ədəbi dil üçün getdikcə dərinləşən sorun yaranır. Örnəyin: ”Ossun, qərdəĢ, biləsiynən belə 
danuĢmuĢdux. Sən navax gələssən?”  
 
Bu cümlələri bir başqa insanımız ”Olsun, qədeĢ, özüynən belənçik danıĢmıĢdüg. Sən 
haçan  gəliceysen?”  biçimində,  üçüncü  bir  insanımız  da  tamam  ayrı  cür  və  dördüncü, 
beşinci…insanlarımızın da hərəsi bir cür yazarsa, o zaman hansı ədəbi  dildən danışa bilərək?! 
Təbii  ki,  ədəbi  dil  baxımından  hamı  üçün  vahid  standart  norma  olmalı  və  örnək  gətirilən 
cümlələr də yalnız belə yazılmalıdır: ”Olsun, qardaĢ, özü ilə belə danıĢmıĢdıq. Sən haçan 
(və ya nə vaxt) gələcəksən?” 
 
Başqa  sözlə,  danışıqla  eyniləşdirilmə  –  standart  ədəbi  dil  normalarının  bir  qırağa 
atılması və çoxvariantlı danışıq dili özəlliklərinin  yazıya gətirilməsi  görünüşdə rəsmi  dövlət 
siyasətinə  qarşı  dursa  da,  mahiyyətcə  ondan  çox  da  fərqlənmir.  Çünki  rəsmi  dövlət  siyasəti 
yuxarıdan,  danışıqla  eyniləşdirilmə  siyasəti  isə  aşağıdan  ədəbi  dilimizə    zərbə  vurur  və  ona 
qarşı dururlar. Fərq burasındadır ki, rəsmi dövlət siyasətinin yuxarıdan vurduğu zərbə düşmən 
zərbəsidir  və  öncədən  ölçülüb-biçilmiş  bir  strateji  gedişdir,  danışıqla  eyniləşdirilmə 


 
16 
siyasətinin vurduğu zərbə isə millətini sevən doğma övladların düşünmədən vurduğu zərbədir 
və bu doğma övladlar yağıya qarşı savaşarkən bilmədən özününkünə də zərbə vururlar. Yeri 
gəlmişkən,  vurğulayaq  ki,  məsələnin  mahiyyəti  aydınlaşmayınca  və  danışıqla  eyniləşdirilmə 
siyasətinin  uyduruq  dilə  qarşı  durmaqla  yanaşı,  həm  də  milli  ədəbi  dilə  də  ziyan  gətirməsi 
anlaşılmayınca, bu aşağıdan zərbə davam edəcəkdir
4
.    
 
Milli  siyasət Azərbaycanın güneyində xalq danışıq dilinə yaxın olan standart normalar 
sisteminə  söykənməklə  ədəbi  dilimizin  minillik  gələnəyini  bərpa  etməyə  və    Azərbaycan 
türkcəsi ədəbi dilində bütövləşmə sorununu çözməyə yönəlmiş xətdir. Ədəbi dilimizlə bağlı 
tam doğru yolda olan bu milli siyasəti fars şovinizmi ”Bakı dilində  yazmaq” kimi göstərməyə 
çalışır.  Təbii  ki,  getdikcə  güclənib  önə  çıxan  və  aparıcı  olan  həmin  milli  xəttin  uğur 
qazanmasını önləmək üçün fars şovinizmi istənilən oyuna əl atacaq, dövlət gücü ilə əzməyə 
çalışmaqdan tutmuş ikitirəlik yaratmağadək bütün yolları (o sıradan, qəsdlə yanlış adlandırma 
yolunu  )  uyqulayacaqdır.  Sözsüz,  biz  də  fars  şovinizminin  ədəbi  dilimizə  qarşı  indi  hansı 
oyunları  oynadığına  və  yarın  hansı  oyunları  oynayacağına  göz  qoymalı,  bu  oyunları  bütün 
yönləri ilə öyrənib bilməli və anında cavab verməyi bacarmalıyıq. Ancaq bununla birgə, həm 
də bilməliyik ki, Azərbaycan türklüyü olaraq gücümüzü yağının bata bilməyəcəyi bir düzeyə 
yetirmək  üçün,  tam  bilincli  bir  biçimdə  vahid  normalar  sistemini  əsas  götürərək  ədəbi  dildə 
bütövləşmə sorunumuzu bir an öncə çözməliyik.  
 
Ədəbi  dilimiz  indiki  durumunda  belə  çağdaş  dünyanın  gəlişmiş  yüksək  düzeyli  ədəbi 
dillərindən  biridir.  Ancaq  ədəbi  dilimizi  daha  da  yüksəltmək,  gərəksiz  alınmalardan 
arındırmaq  və  ardıcıl  yaranan  yeni  anlayışları  öz  dilimizdə  adlandıra  bilmək  üçün  mütləq 
Azərbaycan  türkcəsi  ədəbi  dili  bütövləşməli  və  Azərbaycanın  güneyi  ilə  quzeyi  arasında 
yenidən vahid ədəbi dil işlədilməlidir.  Unudulmamalıdır ki,  
minillik ədəbi dilimiz və onun çağdaş normalar sistemi Azərbaycanın istər quzeyinin, istərsə 
də  güneyinin  dədə-babadan  qalma  tarixi  mirasıdır.  Sadəcə,  ədəbi  dilimizdə  (özəlliklə,  ədəbi 
dilimizin söz dağarcığında – lüğət tərkibində) bir sıra çox gərəksiz alınma rus (+Avropa) və 
ərəb-fars  dil  normaları  var  ki,  ədəbi  dilimizin  bütövləşmə  sürəcini  olumsuz  etgiləməkdə  və 
əngəl  yaradıb  ağırlıq  törətməkdədir.  Quşqusuz,  bu  ağırlıqları  ortadan  qaldırmalı  və  ədəbi 
dilimizin daha da cilalanıb gəlişməsi, yüksəlməsi qayğısına qalmalıyıq.  
 
Azərbaycan türkcəsi ədəbi dilinin bütövləşməsində Azərbaycanın quzeyinə bağlı aparıcı 
şərtlərdən  biri  gərəksiz  alınma  dil  normalarından  qurtulmaq,  o  sıradan  düzgün  yazı 
qaydalarını rus dilinə görə yox, Azərbaycan türkcəsinin özünə görə düzənləməkdir.  Örnəyin, 
bir az bədii biçimdə desək, Azərbaycan türkcəsi dünyaya rus dilinin bacasından baxmamalı və 
ayrı-ayrı  dillərə  aid  dil  faktlarını  ruscanın  normaları  ilə  dəyərləndirməməlidir,  tərsinə,  hər 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə