Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə15/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   61

 
32 
 
1. Azərbaycanın heç bir ləhcəsi heç bir çağda təkbaşına ədəbi dil koynesi olaraq aparıcı, 
öncül və yöncül rol oynamamış, yalnız xalq danışıq dili özülündə var olan  ədəbi dilimizə bəzi 
ləhcələr  ayrı-ayrı  dönəmlərdə  bəlli  bir  zənginləşdirici  etgi  göstərmişdir.  Məgər  Həsənoğlu 
dilində Xorasan bölgəsinin, Nəsimi dilində Şirvan bölgəsinin, Qazi Bürhanəddin dilində Doğu 
Anadolu  bölgəsinin,  Şah  İsmayıl  Xətayi  dilində  Ərdəbil  bölgəsinin,  Xətayi  Təbrizi  dilində 
Təbriz bölgəsinin, Füzuli dilində Bağdad-Kərkük bölgəsinin vb. koyne oluşduracaq bölgəsəl 
özəlliklərimi  var?  Yaxud  şifahi  ədəbi  dil  örnəyimiz  olan  “Dədə  Qorqud  Kitabı”nda 
Azərbaycanın  hansısa  bölgəsinə  aid  koyne  oluşduracaq  ayrıca  dil  faktlarımı  var?  Təbii  ki, 
yoxdur və var olan özəlliklər də bölgələrə deyil, türk boy və oymaq dillərinə aid özəlliklərdir. 
Ona  görə  də,  ədəbi  dil  tariximizdə  bölgəsəl  koynedən  yox,  türk  boy-oymaq  dillərinə  bağlı 
etnik koynedən danışa bilərik.     
 
2. Təkcə Azərbaycan türkcəsi ədəbi dilinin koynesini yox, xalq danışıq dilinin  ləhcələr 
qolunu belə bütün çağlar boyu tam bölgəsəl özülə bağlamaq və indi olduğu kimi, tarixən də 
bölgəsəl  ləhcələrdən  danışmaq    əslində  özünü  heç  də  doğrultmur.  Tərsinə,  xalq    danışıq 
dilimizin ləhcələr qolu yüzilliklər boyu daha çox etnik özülə söykənmiş və bir araya gələn dil 
faktları içərisindəki çoxvariantlılıq bölgələr üzrə yox, çeşidli türk boy və oymaq dilləri üzrə 
özünü göstərmişdir. Böyük önəm daşımasını gözə alaraq bu məsələni bir az açıqlayaq. Ancaq 
bəri başdan bildirək ki, biz sorunun bütün yönlərinə toxunmaq düşüncəsində deyilik, sadəcə, 
önəmli bildiyimiz və ədəbi dilimizə yönəlik araşdırmalarda nisbətən az toxunulmuş aşağıdakı 
yönlərə göz yetirməyi gərəkli sayırıq.  
 
XVI  –  XVII  yüzilliklərədək  ümumtürk  dünyasında,  o  sıradan  Azərbaycan  türklüyündə 
oturaq  kültürün  varlığı  ilə  yanaşı,  başlıca  yaşam  yöndəmi  (həyat  tərzi)    daha  çox  elat 
kültürünə söykənirdi  və xalqımızın önəmli bir kəsimi öz yaşam  yöndəminin törəsinə uyğun 
olaraq, yayı yaylaqda (obada, alaçıqda) keçirir, qışı isə qışlaqlarda yaşayırdı (Bu baxımdan, 
atalarımızın  “Yazın  yayla  ilə  oba,  qıĢın  oda  ilə  soba!”  deyimi  çox  ilgincdir).  Daha  çox 
əkinçilik  üzərində  qurulmuş  oturaqlığı  və  daha  çox  heyvandarlıq  üzərində  qurulmuş 
tərəkəməliyi  özündə  birləşdirib  öz  dönəmi  üçün  yüksək  bir  uyum  yaratmış  elat  kültürü  həm 
sırf  oturaqlıqdan,  həm  də  sırf  köçərilikdən  fərqlənən  ayrıca  bir  özümlü  kültür  sistemi  idi. 
Vurğulayaq  ki,  yaşanan  kültür  sistemindən  irəli  gələrək,  əski  çağlardan  XVI  –  XVII 
yüzilliklərədək  xalqımız  içərisində  toplumsal  qruplaşma  özülü  bölgəsəl  əsasda  yerdaĢlığa 
(həmyerliliyə)  görə  yox,  daha  çox  1.  kültürəl  əsasa  və  2.  etnik  əsasa  görə  baş  vermişdir. 
Kültürəl  əsaslı  toplumsal  qruplaşmada  xalqımız  oturaq  və  elat  əhali  olmaqla  iki  yerə 
ayrılmış, oturaq əhalimiz orta yüzilliklərdə özünü daha çox türk, elat əhalimiz isə özünü daha 
çox türkman
10
  (türkmən adı ilə qarışdırılmasın) saymışdır.  


 
33 
 
Kültürəl əsaslı toplumsal qruplaşmanın  ədəbi  dil  baxımından aparıcı özəlliyi budur ki, 
daha  çox  iri  şəhərlərdə  yaşayan  oturaq  türk  əhalimiz  içərisində  ərəb  və  fars  etgisi  nisbətən 
güclü  idi,  yaylaq  –  qışlaq  gələnəyinə  söykənən  elat  türkman  əhalimiz  içərisində  isə  bu  etgi 
nisbətən  az  olması  ilə  seçilirdi.  Xatırladaq  ki,  prof.  Tofiq  Hacıyev  vb.  ədəbi  dil  tarixi 
uzmanlarımız  XVI  -  XVII  yüzilliklərədək  Azərbaycan  ədəbi  dilində  daha  çox  iki  üslubun 
varlığını  göstərməkdədir:  1.  klassik-kitab  üslubu;  2.  danışıq-folklor  üslubu.  Azərbaycan 
aydınları  bu  üslubların  ikisində  də  yazmışlar,  ancaq  bununla  yanaşı,  klassik-kitab  üslubu 
xalqımızın  oturaq  kəsimi,  danışıq-folklor  üslubu  isə  xalqımızın  elat  kəsimi  arasında  daha 
yayğın olmuşdur. Elə ona görədir ki, elat kəsimin oturaqlaşmasının başa çatması ilə danışıq-
folklor üslubu tam irəli çıxmış və uzmanların göstərdiyi kimi, klassik-kitab üslubunun Füzuli 
zirvəsi  danışıq-folklor  üslubunun  Vaqif  zirvəsi  ilə  əvəzlənmişdir.  Bu  əvəzlənmə  sürəcində 
uzmanların göstərdiyi bütün yönlərlə yanaşı, həm də X yüzildən sonra güclənən kültür əsaslı 
toplumsal  qruplaşmanın  yaxlaşıq  sona  yetməsi  və  Azərbaycan  toplumunda  yaşam  yöndəmi 
(həyat tərzi) baxımından kültürəl bütövləĢmənin qabarması yönü də unudulmamalıdır. 
 
XVI – XVII yüzilliklərədək Azərbaycan dövlətçiliyi xalqımızın elat türkman kəsiminin 
əlində olmuş, bu dönəmdən sonra isə ta 1924-cü ilədək hakimiyyətdə xalqımızın oturaq türk 
kəsiminin rolu öz aparıcılığı ilə seçilmişdir (oturaq – elat və türk – türkman ayrımını gözə 
almayanlar  Şah  Abbas  Səfəvidən  başlayan  yanlış  bir  tam  farslaşma  nağılı  uydurmuş  və 
Azərbaycan  dövlətçiliyini  fars  İran  (=Persiya)  dövlətçiliyi  adı  ilə  tanıtmağa  çalışmışdır. 
Halbuki  farslaşma  və  Azərbaycan  türk  dövlətçiliyinin  fars  İran  (=Persiya)  dövlətçiliyinə 
çevrilməsi rəsmən 1924-cü ildən sonra başlamışdır. 1924-cü ilədək isə, Osmanlıda olan ərəb-
fars etgisi yanında toya getməli bir fars-ərəb təsiri vardı Azərbaycanda və bu etgi mahiyyət 
dəyişikliyi yaradacaq düzeydə deyildi
11
).  
 
Etnik  əsaslı  toplumsal  qruplaşmada  isə  daha  çox  boydaĢlıq  (həmqəbiləlik), 
oymaqdaĢlıq (həmtayfalılıq) və yeri gələndə də, bu etnik əsasa siyasi amilin də artırılması ilə 
yaranan etno-siyasi əsaslı eldaĢlıq özünü göstərmişdir (Toplum içərisində çeşidli dini, siyasi, 
fəlsəfi, əxlaqi, iqtisadi, mədəni vb. özüllər üzrə baş verən o biri toplumsal qruplaşmalar ayrı 
bir mövzu olduğu üçün onlardan danışmırıq).  
 
Elat kültür sistemi durğun (qeyri-mütəhərrik, statik) oturaq kültürdən daha çevik, daha 
aktiv,  daha  dəbərgin  (mütəhərrik,  dinamik)  idi  və  təsadüfi  deyil  ki,  XVI  –  XVII   
yüzilliklərədək  Azərbaycanda  (və  bir  çox  başqa  ölkələrdə)  dövlət  və  hakimiyyət  uğrunda 
toqquşmaların  başlıca  oyundaşları  elat  kültürlü  etnoslar  olmuşdu.  Təbii  ki,  toplumsal 
qruplaşmalarda, o sıradan toplumun dil məsələsində bu etnosların rolu yüksək idi.  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə