Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə13/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   61

 
28 
zəngin  dilləri  sırasına  çıxararaq  ona  uluslararası  alanda  sayğı  qazandırır.  Buradan  da  ədəbi 
dilin  dəqiqlik,  aydınlıq,  ümumilik,  dayanıqlılıq  (sabitlik,  stabillik),  sistemlilik  kimi  aparıcı 
özəllikləri doğur.  
 
Ədəbi  dil  bir  kültür  faktıdır  (siyasi-strateji  fakt  olma  yönünü  də  unutmayaq)  və  ədəbi 
dilə  yiyələnmə,  ədəbi  dildən  doğru-düzgün  istifadə  səviyyəsi  şəxsin  ümummədəni 
səviyyəsinin göstəricilərindən sayılır. Daha doğrusu, ədəbi dildən hansı düzeydə istifadə nitq 
mədəniyyətini  ortaya  qoyur  və  bu  nitq  mədəniyyəti  də  ümumi  mədəniyyətin  tərkib 
hissələrindən biridir. Nitq mədəniyyəti ilə bağlı geniş danışmasaq da, ən azından unutmayaq 
ki,  nitq  mədəniyyətinin  biçimlənməsində  ədəbi  dil  normaları  ilə  əxlaq  normaları  çox  önəmli 
rol  oynayır.  İstər  əxlaq  normaları,  istərsə  də  ədəbi  dil  normaları  birdən-birə  yox,  zamanla 
yaranır toplumun tarixi gəlişimi ilə birgə gəlişir. 
Ədəbi dilin qolları və Azərbaycanda ədəbi dil tarixi 
 
Çoxvariantlılıq  içərisində  seçmə  və  əvəzetmə  əməliyyatı  aparmaqla  standartlaşdırılıb 
normaya salınmış ədəbi dil özünü iki biçimdə (formada) göstərər:   1. şifahi ədəbi dil qolu; 2. 
yazılı ədəbi dil qolu.  
 
Uzmanlara  görə,  çox  əskilərdən  var  olan  çeşidli  türk  tayfa  dillərinin  qovuşması 
(konsolidasiyası) yolu ilə İ.s. (İsadan sonra) I minilliyin ortalarında Azərbaycan türkcəsi  xalq 
danıĢıq dili, I minilliyin sonlarına doğru isə Azərbaycan türkcəsi  Ģifahi ədəbi dili yaranmış 
və  I  minilliyin  sonu  –  II  minilliyin  başlarında  da  Azərbaycan  türkcəsi  yazılı  ədəbi  dili 
biçimlənib  ortaya  çıxmışdır.  Bu  hesabla,  Azərbaycan  türkcəsi  ədəbi  dilinin  ən  azı  min  illik 
tarixindən danışmaq olar. Ancaq unutmayaq ki, Azərbaycan türkcəsi ədəbi dilindən öncə türk 
dünyasında  uzun  çağlardan  bəri  sürüb  gələn  bir  yazı  gələnəyi  və  bütövlükdə,  ədəbi  dil 
təcrübəsi  vardı.  Kəngər  (şumer//sümer)  xalqından  üzü  bəri  ən  əski  yazıları  bir  yana  qoysaq 
belə, İ.ö. (İsadan öncə) II yüzilliklə İ.s. (İsadan sonra) VIII yüzillik arasındakı pul, qab-qacaq 
vb. nəsnələr üzərində olan Göytürk əlifbalı hun yazılarının günümüzdə oxunması (Bu yazılar 
elmdə  Turan  yazıları  adı  ilə  tanınmaqdadır),  İ.s.  V  –  VI    yüzilliklərdən  başlayan  Selenqi, 
Talas,  Orxon,  Yenisey  çayları  boyunca  yerləşmiş  (bir  sıra  örnəkləri  də  Macarıstanda, 
Qafqazda  vb.  yerlərdə  tapılmış)  Göytürk  əlifbalı  yazıların  yüksək  bir  düzeydə  olması  vb. 
faktlar  çox  gerçəklikləri  açıqlamaqdadır.  Deməli,  Azərbaycan  türkcəsinin  istər  şifahi  ədəbi 
dili, istərsə də yazılı ədəbi dili heçdən yaranmamış, tərsinə, özündən öncəki ümumtürk şifahi 
və yazılı ədəbi dil gələnəyi üzərində qurularaq onun bir uzantısı, bir qolu kimi tarix səhnəsinə 
çıxmışdır.  


 
29 
 
İ.s.  I  minilliyin  sonu  –  II  minilliyin  başlarında  türk  dünyasında  bir  sıra  ayrı-ayrı  xalq 
danışıq dilləri olsa da, bütün türklüyün üz tutub işlətdiyi iki əsas ədəbi dil (yazı dili) vardı: 1. 
Doğu türkcəsi ədəbi dili və 2. Batı türkcəsi ədəbi dili.  
 
Doğu  türkcəsi  ədəbi  dili  daha  çox  qarluq  türkcəsi  üzərində  qurulmuşdu.  O  dönəmin 
Qaraxanlı  (Xaqaniyyə)  türkcəsi  yazı  dili  və  az sonrakı cığatay  türkcəsi  yazı  dili  məhz  Doğu 
türkcəsinin ədəbi dili idi. Günümüzdə həmin qarluq türkcəsi özüllü ədəbi dil gələnəyini daha 
çox çağdaş özbək türkcəsi yaşatmaqdadır.   
 
Batı türkcəsi ədəbi dili isə qovuşuq oğuz-qıpçaq türkcəsi üzərində qurulmuşdu. Çağdaş 
türkoloji araşdırmalarda Batı türkcəsi ədəbi dilinin sonradan Azərbaycan türkcəsi ədəbi dilinə 
və  Osmanlı  (Türkiyə)  türkcəsi  ədəbi  dilinə  ayrıldığı  düşüncəsi  geniş  yayılmışdır.  Bu 
düşüncənin  doğruluğu  danıla  bilməz,  ancaq  həm  də  bir  gerçəklik  göz  önünə  alınmalıdır  ki, 
daha  çox  qovuşuq  oğuz-qıpçaq  türkcəsi  özülündə  biçimlənmiş  Batı  türkcəsi  ədəbi  dil 
gələnəyini  Azərbaycan  türkcəsi  dünən  olduğu  kimi,  bu  gün  də    istər  xalq  danışıq  dilində, 
istərsə  də  ədəbi  dildə  tam    yaşatmaqdadır.  Başqa  sözlə,  daha  çox  oğuz  özülünə  söykənən 
çağdaş Türkiyə türkcəsi ədəbi dilindən fərqli olaraq, Azərbaycan türkcəsi ədəbi dilinin oğuz-
qıpçaq özülü üzərində qurulması həm dünənin, həm də bu günün bilinən bir gerçəkliyidir. Elə 
buna görədir ki, yaranışdan  XVI – XVII yüzilliklərədək olan  Batı türkcəsi ədəbi dil abidələri 
daha çox çağdaş Azərbaycan türkcəsi özəlliyi daşımaqdadır.  
 
Uzmanlar  Azərbaycan  türkcəsi  ədəbi  dilinin  gəlişmə  tarixini  iki  böyük  dövrə  ayırır:  I. 
TəĢəkkül dövrü (IX yüzillikdən XVII yüzilliyin başlarınadək) və                     II. SabitləĢmə 
dövrü  (XVII  yüzilliyin  ortalarından  günümüzədək).  Başqa  araşdırmalarda  çeşidli 
adlandırmalar  olsa  da,  bu  bölgü  aşağı-yuxarı  qorunmaqdadır.  İstisnasız  olaraq  bütün  faktlar 
göstərir  ki,  Azərbaycan  türkcəsi  ədəbi  dilinin  sabitləşmə  dövrü  özündən  öncəki  təşəkkül 
dövrünün  təbii  davamıdır  və  burada  aralıqsız  (fasiləsiz)  bir  qırılmaz  bütünlük  özünü 
göstərməkdədir.   
 
Yeri  gəlmişkən,  ayrıca  vurğulayaq  ki,  günümüzdə  fars  şovinizminin  Azərbaycan 
türkcəsi  ədəbi  dilinə  qarşı  sərgilədiyi  insanlıqdışı  barbar,  vəhşi  münasibətində  qadağan 
siyasəti    ilə  yanaşı,  həm  də  aşağılama,  kiçiltmə,  sınırlandırıb  önəmsizləşdirmə  siyasəti  də 
geniş  yayılmışdır.  Bu  kiçildib  önəmsizləşdirmə  siyasətində  ən  çox  əl  atılan  təbliğat 
üsullarından biri Azərbaycan türkcəsi ədəbi dilini  “Bakı dili” adlandırmaqdır. Qovuşuq oğuz-
qıpçaq  özülü  üzərində  qurulan  və  ən  azı  min  ildən  bəri  bütün  Azərbaycan  etno-coğrafi 
alanında ümumi ədəbi dil kimi işlənən  Azərbaycan türkcəsi ədəbi dilini yalnız Azərbaycanın 
quzeyinə, hətta Azərbaycanın quzeyindəki bir şəhərə bağlamaq mahiyyətcə o deməkdir ki, bu 
dil  yalnız  məhdud  bir  çevrənin  –  “Bakınındır”,  “Bakıda  yaranmışdır”,    Azərbaycanın 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə