Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə12/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   61

 
26 
 
2.  Seçmə.  Çoxvariantlılıq  içərisində  hər  hansı  bir  variantın  daha  uyğun,  daha  yaxşı 
sayılıb  əsas  götürülməsi  və  çağın  süzgəcindən  keçirilərək  ədəbi  dilə  gətirilməsi  seçmə 
əməliyyatını  ortaya  qoyur.  Örnək  verdiyimiz  dil  faktlarında  sürətli  sözü,  mənsubiyyət 
şəkilçili II şəxs təkinin atana variantı... daha uyğun və daha yaxşı sayıldığı üçün Azərbaycan 
türkcəsi ədəbi dilinə gətirilmiş, qalanları isə xalq danışıq dilində qorunmuşdur.  
 
İstər-istəməz  sorular  doğur:  variantlardan  birinin  daha  uyğun,  daha  yaxşı  sayılıb 
seçilməsi hansı əsasda və hansı meyarla baş verir? Bu seçmə əməliyyatını kim gerçəkləşdirir? 
Niyə  bu  yox,  o  biri  variant  seçilir?  Orta  yüzilliklərdə  mənsubiyyət  şəkilçili  II  şəxs  təkinin 
ataŋa  variantı  işləndiyi  halda,  nədən  sonralar  bu  variant  əvəzlənmiş    və  atana  variantı 
üstünlük qazanmışdır?... Sorular çoxdur və onların  hamısına tam dəqiq, doğru cavab vermək 
isə bir az çətindir....  
 
Bilinən  gerçəklik  budur  ki,  daha  çox  aydınlar,  özəlliklə  xalq  yaşamının  kültür,  tarix, 
siyasət vb. alanlarında adlım (məşhur)
8
 şəxsiyyət sayılan, toplumu etgiləmə gücü yüksək olan 
ayrı-ayrı söz yiyəsi insanlar (alımlər, şairlər, yazıçılar, siyasi xadimlər vb.) ilk öncə hər hansı 
bir variantı seçib işlədir və bu işlənən variant xalq içərisində geniş yayılaraq  qəbul edilirsə, 
ədəbi  dil  variantına  çevrilir.  Bu  baxımdan,  Azərbaycan  türkcəsi  ədəbi  dilinin  yaranıb 
gəlişməsində İzzəddin Həsənoğlu,              İmadəddin Nəsimi, Qazi Bürhanəddin, Cahanşah 
Həqiqi,  Xətayi  Təbrizi,  Nemətullah  Kişvəri,  Şah  İsmayıl  Xətayi,  Məhəmməd  Füzuli,  Qövsi 
Təbrizi, Əbülqasım Nəbati, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Xurşid Banu Natəvan, 
Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Üzeyir bəy 
Hacıbəyov,  Mirzəli  Möcüz,  Cəfər  Cabbarlı,  Səməd  Vurğun,  Məhəmməd  Hüseyn  Şəhriyar, 
Rəsul Rza, Bulud Qaraçorlu Səhənd, Xəlil Rza, Məhəmməd Tağı Zehtabi vb. adlım aydınların 
rolu çox böyükdür. Ancaq şübhəsiz ki, bu cür aydınların işlətdiyi hər variant heç də həmişə 
qəbul  olunmur.  Yalnız  toplumda  öz  yerini  tutan,  yəni  bir  çox  başqalarının  da  qəbul  edib 
işlətdiyi  və  bununla  da  yayılıb  kütləviləşən,  hamı  üçün  anlaşıqlı  və  işlədilməsi  rahat  olan 
variantlar  ədəbi  dilə  keçə  bilir.  Deməli,  seçmə  əməliyyatını  ilk  öncə  aydınlar  gerçəkləşdirir, 
sonra isə xalq içərisində geniş yayılma meyarı bu seçilmə işi ilə bağlı son sözü deyir. 
 
Günümüz üçün geniş yayılmış ayrı bir yol da budur ki, bəlli bir rəsmi qurumda (örnəyin, 
Terminologiya Komitəsi, Türk Dil Qurumu vb.) olan uzman araşdırıcıların önərisi (təklifi) ilə 
hansısa  variant  rəsmən  qəbul  edilib  çeşidli  araclar  (radio-televiziya,  mətbuat,  məktəb  vb.) 
yolu ilə yayılaraq kütləviləşdirilir.  
 
Ayrıca vurğulayaq ki, çağdaş dönəmdə dövlətin rəsmi dili yalnız ədəbi dil olduğu üçün 
həm dövlət, həm də hökumət düzeyində ədəbi dilə (özəlliklə, onun düzgün yazı – orfoqrafiya 
qaydalarına)  yönəlik  rəsmi  sənədlər  qəbul  edilər  və  ədəbi  dildə  hansı  variantın  işlənəcəyini 


 
27 
hökumət rəsmən təsdiqləyib hamı üçün məcburi qayda kimi ortaya qoyar (Öz dövləti olmayan 
və ədəbi dilinə dövlət düzeyində qayğı göstərilməyən xalqlarda isə bu görəvi daha çox milli 
aydınlar gerçəkləşdirməyə çalışar).   
 
3.  Əvəzetmə.  Seçilmiş  variantın  işlədilməsi  hamı  üçün  məcburi  olsa  da,  o  variantın 
toxunulmazlığı  və  bütün  çağlar  üçün  norma  sayılıb  standartlaşdırılması  mütləq  sayılmır. 
Başqa  sözlə,  standartlaşdırılıb  normaya  çevirmə  yalnız  bir  yol  olub-bitən  qapalı  bir  sürəc 
deyil,  tərsinə,  gərəksinmə  duyulan  anda  dəyişimə  açıq  bir  sürəcdir.  Toplum  yaşamının 
gəlişməsi,  insanların  dünyagörüşündə,  duyğu  və  düşüncələrində  sosial-siyasi-kültürəl... 
alanlarla bağlı yeniliklərin ortaya çıxması, özəlliklə cilalanıb işlənmə nədənilə dilin getdikcə 
zənginləşməsi  bir  sıra  hallarda  öncə  seçilmiş  variantın  başqa  bir  variantla  əvəz  edilməsini 
gərəkdirir.  Buradan  da  ədəbi  dildə  əvəzetmə  əməliyyatı  anlayışı  yaranır.  Örnəyin,  öncələri 
Azərbaycan türkcəsi ədəbi dilində nöqteyi-nəzər, tərəfi-müqabil kimi izafət tərkibləri geniş 
işlədilirdi,  sonradan  isə  bu  tərkiblər  baxım,  qarĢıdaĢ  (duruma  görə,  bəzən  də  oyundaĢ
sözləri ilə əvəz edildi. Yaxud yuxarıda göstərdik ki, yeyin sözü xalq danışıq dilimizdə qalmış,  
sürətli  sözü  isə  daha  uyğun  sayılıb  seçilmiş  və  ədəbi  dilə  gətirilmişdir.  Ancaq  günümüzdə 
artıq  türk  kökənli  yeyin  sözü  də  ədəbi  dildə  işlədilməkdədir  və  deməli,  bu  sözün  alınma 
sürətli  sözünü  əvəzetmə  (və  ya  onunla  tənhüquqlu  =  bərabərhüquqlu  olma)  sürəci 
başlamışdır.  Bu  sürəcin  sonucunu  ədəbi  dil  baxımından  xalq  (özəlliklə,  aydınlar)  içərisində 
məhz hansı sözün daha geniş yayılıb ümumişlək olacağı bəlirləyəcəkdir.    
 
4.  StandartlaĢdırılıb  normaya  salınma.  Çoxvariantlılıq  içərisində  seçilən  və  ya 
başqası ilə əvəz edilən bir variant digər variantlarla müqayisədə əsas götürülərək standart (= 
örnək, ülgü, qəlib, nümunə, model, şablon) variant sayılır və ədəbi dildə bu standart variantın 
işlədilməsi  hamı  üçün  məcburi  qayda  olur.  Dilin  çeşidli  qatları  üzrə  bəlirlənən  bu  qaydalar 
toparlanıb sistem yaradır və dilçilikdə həmin  qaydalar sistemi  ədəbi  dilin normaları  adlanır. 
Normaya  çevrilmiş  standart  variantlar  ədəbi  dildə  nəyin  necə  yazılmasını,  yaxud  necə 
deyilməsini,  hansı yazılış və ya deyilişin doğru, hansı yazılış və ya deyilişinsə yanlış olmasını 
bəlirləyir,  bu  baxımdan  ədəbi  dili,  onun  dayanıqlılığını  (sabitliyini,  stabilliyini), 
ümumanlaşıqlılığını vb. önəmli özəlliklərini qoruyan qalxan görəvi daşıyır. Dilin bütün qatları 
və bütün dil birimləri üzrə çoxvariantlılığın ələnməsi və standart variant özülündə hamı üçün 
vahid  normaların  biçimlənməsi  dilə  düzən  gətirir,  qəbul  edilib  təsdiqlənmiş  qanun-qayda  
əsasında  dili  hamarlayıb  cilalayır  və  dilin  bütün  yönlər  üzrə  gəlişməsinə  təkan  verir.  O 
sıradan, ədəbi dilin bu standartlaşdırma və normalaşdırma özəlliyi dilin tədrisini asanlaşdırır, 
hamının  eyni  cür  yazmasını  və  eyni  cür  oxumasını  təmin  edir,  çox  qarışıq  və  mürəkkəb 
düşüncələri belə rahatlıqla bildirmək üçün dilin imkanlarını daha çox toparlayır və dili çağın 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə